Dördüncü, Beşinci, Altmcı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci
olmaq istəyirəm. Məktubumu qurtarıram. Son sözü yazıb ki-brit çəkib bu
məktubu yandırıram. Son söz... Təhminə...
TƏKLİK TİLSİMİ
Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fər-qinə
varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri
saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillo idi.
İkincidən birinciyəcən on səkkiz pillə...
- 17, o da 18, 35 - deyə ürəyində təkrar edib idarənin qapısmdan küçəyə
çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini
hesablamanm balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən
harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147?
Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir.
Mirzə Fətəli, 45.
Skleroz məni birtəhər eləyib. Pensiya vaxtın çatıb, Səfdər. Yox, hələ iki
ilin var. Daha doğrusu, bir il 9 ay. Yaxud 21 ay, 21 ay neçə gündür? Neçə
belə gün? Deməli, yanvar otuz bir, fevral gələn il 29-dandır, mart...
Bəsdir, Səfdər, sənin lap başın xarab olub. Neynirsən bu mənasız
hesablamalarla beynini yomrsan. Bəsdir. Yaxşı, deməli, balans 3719 manat,
əysiyi... Əşi, cəhənnəm olsun balans da, əysiyi də. Saat 3-dür. Dördə beş
dəqiqə işləyib. İş günü qurtardı. Bu gün şənbədir. Sabah bazar. Bazar
ertəsinə qədər bütün balansı, planı, prixodu, rasxodu, bütün rəqəmləri unut.
Unut ki, mühasibsən.
Bazar ertəsi səhər saat 9-da yenə başlayarsan mühasibliyinə. İndi bəsdir.
Bir dənə rəqəm yadına salma. Yaxşı, oldu. Elə bil beynimə qa-laq-qalaq
rəqəm yığıblar, rəqəm lər başımda elə bil tillə vurub. At ha-mısını.
Adamlara, küçəyə bax.
Küçəni keçib gündə nahara gəldiyi balaca, darısqal yeməkxanaya girdi.
Hər gün oturduğu küncdəki stolun arxasına keçdi.
Görünür, masanın dalından indicə durmuşdular, üstü kiminsə ar-
tıqlarıyla dolu idi. Bulaşıq boşqabdakı kotletin qahqlarına papiros kötükləri
basılmışdı. Süfrəyə pivə dağılmışdı.
Səfdər dayı ani hərəkətlə çığara kağızmda çap olunmuş yeməklə-rin
siyahısmı götürdü. Dərhal da kənara qoydu, nə yeyəcəyini də bi-lirdi,
yeməklərin qiymətlərini də. Borş, kotlet, kompot, bir şüşə “İsti-
su”, borş 35 qəpik, kotlet vermişeliylo 42 qəpik, on beş qəpik kompot,
iyirmi qəpik “İstisu”, on qəpik çörok. Comisi bir manat otuz qəpik, beş-on
qəpik az, ya beş-on qopik çox, deməli, ayda...
“Səfdər, - dedi, - yenə rəqəmlər? Bəsdir, kişi, at bu rəqəmləri
beynindən” .
Xidmətçi gəlib masanın üstünü yığışdırdı. Süfrəni çırpdı. Çevirib o biri
üzünü saldı. Bu üzü də ləkəli idi. Amırıa bu ləkələr qalıb qartımış ləkələr
idi, hopub solmuşdu, o biri üzdəki kimi təzə deyildi.
Səfdər dayı sifarişini elədi. İncəvara, tez gətirdilər. Borş dadlı idi. Bir
az duzu çatmırdı. Ya bəlkə Səfdər dayı şor yeyən idi. Kotlet də pis deyildi.
Əlbəttə, Minanın yemoklərinə çatmazdı, amma hər halda...
Səfdər dayı köksünü ötürdü. Yaxşı yumşaq ətdir, - deyə düşündü. Lap
qocamalıdır. Mənim kimi dişsiz qocalar üçündür.
Ağzınm müxtəlif ycrlərində comi-cümlətanı 9 dişi qalmışdı. Kotleti
yeyib qurtardı, ağzını siləndə cıqqıltıyla yerə nə isə düşdü.
Səfdər dayı baxıb “bəli, bu da belo getdi” - dedi, əyilib düyməni götürdü,
döş cibinə qoydu.
Ağ parusin pencəyinin yeddi diiyməsi vardı. Yuxarıdan ikinci, üçüncü
və bcşincisi düşmüşdii. İndi də yeddincisi düşdü.
Diiymoləri do dişləri kimi pərakəndə tökülürdü. Biri ordan düşürdü, biri
burdan.
Kompotu iço bilmədi. Pis tomi vardı. Özü də bulaşıq suyuna ox-şayırdı.
Görünür, çürümüş mcyvolərdən hazırlanmışdı.
Gərək gcdom özümo diş qayırtdıram. Bu dal dişimi də gorok çək-
dirom. Hordon bir yaırıan zoqquldayır. Gərək mütləq gcdoırı. Deyi-rom,
amma heç getmirom. Elə günü güno satıram.
Eh, heç adaının başı açılır ki... Gərok evin damına da qır saldıram.
Yoxsa payızda yenə damacaq. Damanda adamın bütün ovqatı təlx olur.
Gorok bütiin otaqlara loyonlor, vcdrolor, boşqab-qazan, bankalar dü-zoson.
Horosindon do bir cür sos çıxır. Mis loyono damcılayanda bir sos çıxır,
vcdroyo başqa, qazana başqa, boşqaba başqa... Kap, kap, kap... Çap, çap,
çap... Pap, pap, pap...
Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin ağ-rıya,
cvin dama.
Səfdər dayı minnətdarhqla köhnə yalınayaq çəkməlorino baxdı.
Ayaqları bu çəkmələrin içində elə rahat, elə xoş idi ki... Bəzən adam öz
yorğan-döşoyində belə xoş, rahat olur...
Bəli, Səfdər kişi, evin damır, dişlərin də tökülüb, düymələrin də bir bir
düşür, vaxtdır, kişi. Bəsdir dünyanm səfasmı çəkdin. Deyəsən, əcəli qapınm
dalmda bir az çox gözlədirsən axı...
Yox, vallah, - dedi, - əcəldən qaçmıram. Ölümdən də qorxmuram.
Məndən əskik adamları aparmayıb ki... Tay-tuşumun da çoxu ordadır.
Bayaqdan bəri susmuş radiocihaz birdən dilə gəldi. Xeyli xırılda-dı,
ayrı-ayrı sözləri deyib yenə susurdu. Ancaq anlamaq olurdu ki, rayon
qəzetləri üçün mətn oxunur.
Təkrar edirəm. Kolxoz və sovxozlarımız bu il... dövlətə... plan-da
nəzərdə tutulmuş... təkrar edirəm, kolxoz və sovxozlarımız bu il dövlətə
planda nəzərdə tutulmuş 1200 ton əvəzinə 1897 ton taxıl, 90 ton əvəzinə 105
ton barama, 370 min əvəzinə 379 min yumurta, 222 ton əvəzinə 226 ton yun
satmışlar, təkrar edirəm, 1200 ton əvəzinə...
Səfdər dayı bir manat altı şahısını verdi, küçəyə çıxdı.
Gedim bir arvada baş çəkim, - deyə düşündü.
Arvadı iki ay bundan qabaq basdırmışdı. Qəbir üstünə adətən cümə
axşamları gedərdi. Srağagün də getmişdi.
Amma bu gün nədənsə birdən Minaya baş çəkmək ehtiyacı duydu.
Taksi dayanacağına çatdı. Növbə tutdu.
Ondan qabaq dörd adam vardı. Küçə saatına baxdı. Əqrəblər baş-larmı
12-nin üstünə qoyub yatmışdı.
14-17 nömrəli bir taksi gəldi. Sonra dalbadal ikincisi, üçüncüsü gəldi.
Səfdər dayınm növbəsi çatmışdı. Təxminən 5-6 dəqiqə də göz-lədi. Dolu
maşınlar bir-bir ötürdü. Səfdər dayı qeyri-ixtiyari nömrələ-rə baxır, ani
olaraq nömrənin birinci yarısıyla ikinci yarısını toplayır-dı. 41-18, deməli
59, 22-15, eylər 37.
Tindən yaşıl işıqlı taksi buruldu. Nömrəsi 27-00. Səfdər dayı-27 üstə
gəl 00 eylər 27 - deyə düşündü və bu qəribə əməliyyata təəc-cübləndi.
Amma fıkirləşdi ki, bu rəqəmi 27-00 kimi də oxumaq olar.
Sizin növbənizdir?
Bəli, bəli.
Hara gedəcəyik?
Qəbiristanlığa.
Sürücü qeyri-ixtiyari gülümsündü, amma dərhal da üzündən gülüşü
sildi.
Səfdər dayı onun nəyə güldüyünü başa düşdü. “Doğrudan da yə-qin,
mənim görkəmim elədir ki, sürüb aparıb, elə birbaş qəbrə qoymaq olar.
Yəni elə əslinə qalsa adamlar anadan olandan öz qəbirlərinə tə-
rəf getmirlər? Yolları nə qədər uzaq düşsə də, nə qədər dolama-dola-ma,
eniş-yoxuş olsa da, axır gəlib mənzilə çatırlar. Molla Nəsrəddin demişkən,
hara getsələr, axırda gəlib bura çıxacaqlar” .
Sayğacda rəqəmlər bir-birini təqib edirdi. 12qəpik, 13, 14,15qəpik...
Pəncərələrin dalında Qız qalası, bulvar, Azneft meydam arxaya qaçırdı.
Elə bil onları sayğacın rəqəmləriylə nömrələmişdilər: Qız qa-lasmın
nömrəsi 12, bulvarınkı 13, Azneft meydanınkı 14.
Maşın şəhərin hündürünə dırmaşdı.
Minanın qəbri içərilərdə idi. Maşın yolundan çox kənar. Səfdər dayı
maşını saxlatdırıb on şahısım verdi, düşdü. Qəbirlərin arasıyla ar-vadmın
son məskəninə tərəf addımlamağa başladı. Həmişəki kimi ye-nə də
qəbirlərin üstündəki yazıları oxuyurdu.
Əskər Teymurov
1905-1957
Tofıq Babayev
1927-1946
Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmlori bura yazmaq
vacibdir? Yəni adamdan elə bu iki şey qalır? Adı və bu iki ta-rix? Axı, niyə
belə? Axı, əslinə qalsa bu yazılarm adamın şəxsən özüno dəxli də yoxdur.
Adını özü qoymayıb. Familini də həmçinin, to-vəllüdü, ölümii də özündən
asılı deyil. Olmaz ki, bura adamın şoxsən özünə dəxli olan şeylər yazsınlar,
məsələn, kim idi, bu dünyada no iş görüb, nə iş qoyub gedib, ya məsələn,
tutalım, xasiyyəti necə idi? Ki-mə nə yaxşılığı, nə pisliyi keçib? Övladı
olub, yoxsa yox, öləndon sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə
çıxsrn?
Faiq Mərdanov
1912-1959
Bəhmən Salayev
1938-1965
Qeyri-ixtiyari rəqəmləri toplamağa başladı. 1912+1959=3871. Sonra
fıkirləşdi ki, burda toplamaq düz olmaz, çıxmaq lazımdır. 1959-1912=47.
Deməli, biçarə Faiq Mərdanov 47 il ömür sürüb. 1965-
Dostları ilə paylaş: |