SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə29/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   25   26   27   28   29   30   31   32   ...   104

BİR DƏ MƏN GÖRSƏM Kİ... 
 
Yazılana pozu yoxdur(?) 
 
Nemət düyməni basdı: - 
Hə, bir şey deyin. 
Sürəyya: yazır? 
 
Nemət: Hə. Bir şey deyin. 
Sürəyya: nə deyək? 
 
Nemət: nə bilim, bir şey deyin də. 
 
Sürəyya:  aha...  Demək,  mən  demək  istə...  Yox,  demək  mən  de-mək, 
yaxşı  çıxmadı.  Dayan...  hə...  Deməli...ıhı,  ıhı,  (öskürür).  Deməli,  mən 
demək  istəyirəm  ki...  Bu  gün  ayın  5-dir.  İyunun.  65-ci  il...  De-mək,  sən 
almısan maqnitofon. 
 
Bikə: neçə vermisən buna? 
 
Nemət: yüz doxsan manat. Bikə xala, yaxın gəl. Sən də bir şey de bax 
bura, maqnitofona. 
 
Bikə:  Alyagildə  də  bundan  var.  Amma  bundan  böyük  olar.  Murtuz 
Moskvadan gətirib. Deyir 4000 manata almışam. Köhnə pulnan. 
 
Nemət:  Karmen,  Cilda,  Nərgiz!  Gəlin,  siz  də  bir  şey  deyin.  (Ad-
dımlar). 
Karmen: nu çto? 
 
Nemət: qızım, gəl bura. Cilda, sən də yaxm dur. Bax bura de. 
Karmen: əşi, nə deyim e... 
 
Nemət: bir şey deyin də... 
 
Karmen: xoxma e... çto skazat? 
 
Sürəyya: əşi, bir şey deyin də. Atanız təzə maqnitofon alıb gətirib. 
Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil i teper seans 
 
ustraivaet. 
 
Cilda: ne qovari. 
Gülüşdülər. 
 
Sürəyya: kəs səsini, axmağın qızı. Zadrıpanmy! Lap yaxşıdır. Karmen: 
o, maxani polnostyu poddercivaet paxana. Troqatelnoye 
 
edinoduşiye starşeqo pokoleniya. 
Cilda: ne qovori. 
 
Bikə: Murtuzgil pəncərənin qabağına qoyublar. Bundan azı iki də-fə 
böyük olar. 
 
Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika, nikak ne us-
pokoitsya. 
 
Nemət: Nərgiz, qızım, quzum, gəl sən bura. 
Nərgiz: mən gəldim. 
 
Sürəyya: qızım, o şeiri denən. Əzbər deyirdin ha... 
 
Bikə: Murtuz deyir dörd min manat vermişəm. Köhnə pulnan. 
Nərgiz: istəmirəm. 
 
Sürəyya: əşi, istəmirsən istəmə. Hamısı özünü naza qoyub. Bəsdir 
Nemət. Saxla görək necə yazıb. 
 
Nemət:  Nərgiz,  sən  yenə  mənim  ruçkamı  götürmüsən?  Deməmiş-dim 
sənə ona əl dəymə? Bir də mən görsəm ki, o ruçkanı götürmüsən, özündən 
küs. 
 
Nemət düyməni basdı. Lentin hərlənməsini saxladı: 
 
  Görək necə yazıb, - deyə ikinci düyməni basdı. Lenti geri hərlətdi. 
 
  İndi qulaq asaq, - dedi və üçüncü düyməni basdı. 
 
Səslər gəldi: 
 
Nemət: hə, bir şey deyin. 
Sürəyya: yazır? 
 
Karmenlə Cilda qışqırışdılar. - 
Maxanın səsidir. 
Nemət: hə, bir şey deyin də. 
Sürəyya: nə deyim? Sürəyya: 
 
- Mənim səsimdir? - dedi, - heç oxşamır. 
Nemət: nə bilim, bir şey deyin də. 
 
Sürəyya: aha... demək, ırıən istə... yox, demək mən demək, yaxşı 
çıxmadı, dayan... 
Hamısı gülüşdü: 
Karmen: 
 
  Demək,  mon  demək  istə,  -  deyə  anasının  səsini  yamsıladı. 
Süroyya: 
  Əşi, qoyun qulaq asaq da, - dedi. Maqnitofondan səsi gəldi: 
 
  Bu gün ayın 5-dir. İyunun. 65-ci il. Demək, son almısan maqni-tofon. 
Nemət: 
  Lap tatar kimi danışırsan, - dedi. “Demək, sən almısan maqnitofon” . 
Maqnitofondan Bikə xalanın səsi gəldi: 
  Necə vermisən buna? 
 
Norgiz: 
 
- Nənə, sənsən, ay nənə, - deyə cır səslə çağırdı. 


 
Karmen: 
 
  A çuvixa ne mojet, - dedi - obyazatelno doljna spravitsya o sene. Yenə 
gülüşdülər. 
 
Bikə xala: 
 
  Murtuzgil də səsimi yazmışdı, - dedi, - lap öz səsimə oxşayırdı. 
 
Amma burda heç oxşamır. 
 
Maqnitofondan yenə Bikə xalanın səsi gəldi: 
 
  Alyagildə də bundan var. Amma bundan böyük olar. Alya 
Bikənin  böyük  qızı,  Sürəyyanın  böyük  bacısı  idi.  Bikə: 
Murtuz Moskvadan gətirib. 
 
Karmen: 
 
  Vot eto maq, ya ponimayu, - dedi. 
 
Bikə: deyir 4000 manata almışam. Köhnə pulnan. 
 
Nemətin səsi gəldi: 
 
  Kannen, Cilda, Nərgiz, gəlin siz də bir şey deyin. Maqnitofondan 
addım səsləri eşidildi. Sonra Karmenin səsi gəldi: 
  Nu çto? 
 
Karmen təəccüblə: 
 
  Mənəm,  -  dedi. 
Cilda: 
  Yox, bəs mənəm, - dedi, - koneçno tı. 
Karmen: xoxma e... çto skazat? Sürəyya: 
 
  Xoxma-moxma. Bunların damşığma bax, - dedi. Maqnitofondan 
 
səsi gəldi: 
 
  Əşi  bir  şey  deyin  də...  Atanız  təzə  maqnitofon  alıb  gətirib. 
Karmen: çuvak poşel samıy zadrıpanmy maqnik kupil... 
Nemət: 
 
  Qızım, - dedi, - vallah, mənə dedilər ki, bu pis marka deyil. Cilda: 
ne qovori. 
Maqnitofonda gülüş səsi eşidildi. Sonra Sürəyyanın səsi gəldi: 
 
  Kəs səsini, axmağın qızı... 
 
Karmen: 
 
- Doğma qızınla gör necə danışırsan, - dedi. - İ uçti, eto uje zapi-sano. 
Daha sözüvü obratno götürüb dana bilməzsən. Dokazatelstvo na litso. 
 
Maqnitofondan səsi gəldi: 
- O, maxani polnostyu podderjivayet paxana. 
Cilda: 
 
  Ne  qovori,  -  dedi  və  həmin  andaca  onun  səsi  maqnitofonda  tək-rar 
edildi: 
  Ne qovori... 
 
Bikə xala: 
 
  Alyagilinki bundan böyiik olar. - deyə sözə başladı, amma elə bu an 
öz səsini eşidib susdu: 
  Bundan azı iki dofə böyük olar. 
 
Kannen: çuvixa v vostorqe ot maqnitofona Murzika. 
Sürəyya: 
 
- Bay, biabırçılıq, - dedi. - Murzik nədir, az, eşidər, inciyər. Bia-bır 
olarıq. 
 
Kannen: 
 
- Nə var ki, - dedi, tyotya Alya ona həmişə Murzik deyir. Bikə 
xala: 
 
  Alya  arvadıdır,  -  dedi,  -  o  başqa,  sən  başqa. 
Maqnitofondan Nərgizin səsi gəldi: 
 
  İstomirəm. 
 
Süroyya: oşi, istomirsən, istəmə. Hamısı özünü naza qoyub. Bos-dir. 
Neınət, saxla görok neco yazıb. 
 
Ncmət: Norgiz, son yenə mənim ruçkamı götürmüson. Dcmomi-şom 
sono ona ol doymo? Bir do mən görsəm ki... 
 
Birdon-biro sükut başlandı. Lent sossiz-səmirsiz horlonirdi. Yazı burda 
qurtardı. Ncmot diiymoni basdı: 
 
Vəssalam, dedi. 
Süroyya. 
- Əntiqodir, - dedi, - nə cür danışmışıq, hamısı düşüb. 
Karmcn: 
 
A çto tı dumala. - dedi, - sən bir şey danışacaqsan, orda başqa şey 
düşəcok? 
 
Gülüşdülor. 
 
Süroyya: 
 
  Allah  haqqı,  lap  möcüzədir,  -  dedi. 
Karmen: 
  V  kakom  veke  vı  jivyote,  lyudi?  -  dedi,  -  camaatçün  maqnitofon 
proydenmy etap. A bunlar indi ayılıblar. Potryasenı çudom texniki. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə