Şir, pələng kimi oğlan idi, yazıq.
V. hərfmdə iki ad yazılmışdı: “Validə” . Validə Minanm kiçik bacı-sı
idi. İki ildir əriylə Nuxaya köçüb gediblər. Bir də “Vahidov” . Vahi-dov
kimdir? Səfdər dayı nə qədər fikirləşdisə də yadına sala bilmədi.
Q. hərfındə yazılmış ad bərk-bərk qaralanmışdı. Mina qaralamış-dı.
Yazıq yaman kölgəsindən qorxan idi. Əlbəttə mənimçün qorxurdu.
Qulamı aparanda qaralayıb, 55-ci ildə Qulam qayıtdı gəldi. Amma daha
o 20 il bundan qabaqkı nömrəsini qaytarmayacaqdılar ki... Yəqin, təzə
nömrə veriblar.
hərfındə Dadaşın nömrəsi yazılmışdı. Səfdər dayı Dadaşa zəng
eləmək istəmirdi. Cavanhqda bərk dost idilər. Sonra aralandılar. Ba-yaq
Məmməd Nəsir nə gəvəzələyirdi? Ay səni, Məmməd Nəsir. O vaxt Dadaşı
giində çağırırdılar. Yaxşı, məni niyə çağırmırdüar, Məm-məd Nəsiri niyə
çağırmırdılar? Əlbəttə. Dadaş gedənlərin çoxuyla da-ha artıq bağlıydı. Bəlkə
ona görə çağırırlarmış. İndiki kimi yadımda-dır, bir gecə bizə gəldi. “Arağın
var?” “Bilirsən içən deyiləm"- dedim. “Bilirəm, - dedi, - onunçün də özüm
gətirmişəm. Barı bir şey ver”. Pendir-çörək gətirdim, bir az da göyərti.
Oturdu yarım litrəni təkbaşı-na içdi. Özü də dinməz-söyləməz. Bir kəlmə
dinib damşmır. Mən də oturub buna baxıram. İçdi, şüşəni başa çatdı. “Eh, ay
Səfdər, - dedi, - birini bilirsən, birini bilmirsən” . Sözləri indiyə kimi
qulağımdadır: - “Sənə nə var ki, xoşbəxt adamsan” . Papağım qoydu getdi.
O gündən gördüm, bəli, deyəsən mənə bir az suçlu baxır, belə bir cür gen
gəzir. Mən də özümü heç o yerə qoymadım. Daha heç soruşub, eləmədim ki,
bəs nə olub? Salaməleyküm, əleykəsalam, Vəssalam, Dadaş beiə Dadaşdı.
hərfı boş idi.
hərfı “Əliyev Tahir” . Əliyev Tahir? Hə, hə, yadıma düşdü. Bir vaxt
qonşu idik. Amma neçə ildir bir-birimizə rast gəlmirik. Küçədə görsəm heç
tanımaram. Yəqin, mənim heç adım da onun yadmda deyil.
İ. “İdris” . Maşallah, İdris. Məndən üç yaş böyükdür, amma turp ki-
midir. Həmişə dağda-daşda. İndi də eşitmişəm Zaqatala tərəfdə qızıl axtarır.
Bu telefonu niyə çəkdirib bilmirəm. Heç vaxt Bakıda tapılmır-lar, nə özü,
nə arvadı. “Geoloq babayam, - deyir,- şəhərdə nə işim var? Mənimki dağdı,
daşdı” . Bəikə indi mənim bəxtimdən şəhərdə ola? Qoy bir zəng eləyim.
Dəstəyi götürüb nömrəni yığdı. Uzun zaman aralı siqnallara qulaq asdı.
“Hardan olacaq? İndi görəsən hansı dağda, hansı meşədə çadır qurub
oturub?!” .
M. Məmməd Nəsir. “Ay onun başı batsın. İndi yəqin, lüi atəşdi. Fağır
oğlu məhv elədi özünü, zay oldu bu içkiylə. Əvvəllər yenə bir əndazası
vardı. İndi lap ağ eləyib. Adama nə qədər deyərlər, nə qədər öyüd-nəsihət
eləyərlər. Uşaq deyil ki, sinli kişidir, saçı, saqqalı ağarıb. Ağlayır, söz verir,
üç gündən sonra yenə görürsən lülqəmbərdir. Özü də kimnən gəldi içir,
başlayır, ağzını Allah yoluna qoyub axvayı-ax-vayı danışmağa. Uşaqlar
yaxşı deyirlər ki, Məmməd Nəsirin qamını doldur, ürəyini boşaltsın.
N. “Nəbiyev Əsgər” Əsgər yazıq da bildir öldü. Evə gəlib pencə-yini
çıxardıb. “Arvad, mənə bir çay” deyib, elə oradaca canı çıxıb. Bu ürək
zəhrimarın da belə işi var da!
Rəhim. “Yox, bala. Rəhim indi böyük adamdır. Əli böyüklərin
ətəyindədir. Zəng eləyəcəyəm, deyəcək görəsən nə işi düşüb. Bir də ki,
yəqin, heç bu nömrə də düz deyil. Axı böyük adamlar vəzifəyə ke-çən kimi
o saat telefonlarını dəyişirlər.
“Səfdər Atayev” 4-15-20. Bu səhifədə nömrəsini öz xəttiylə
yazmışdı.
“Teyyub” . Şənbə günü Teyyub Bakıda qalan deyil. Mərdəkan-da
beli alıb əlinə, düşüb bağın canına. Bu il də yəqin, mütləq bir səbət üzüm
göndərəcək. Yadından çıxan deyil.
X. H. Ç. - səhifələr ötdükcə Səfdəri qüssə basırdı. Elə biJ yegano kibrit
qutusunda ancaq yanıq kibritlər qalmışdı.
F. “Fərhad” . Forhad Moskvadadır.
U. “Ulduz” . Ulduzgil təzə evə köçüblər. Yəqin, hələ telefon çok-
dirməyiblər.
Doftər köhnə orfoqrafıya vaxtından qalmışdı. Holə iki hərf durur-
du. Ö və Ə.
Ö horfı boş idi:
Sofdor dayı aramla, ehmallıca son səhifəni açdı.
Ə sohifəsindo “Yaşar” sözü yazılmışdı, amma nədənsə telefonunu
yazmaq unudulmuşdu. Telefon nömrəsi yox idi, - elə yalın-yalxı Yaşar.
Doftəri qapadı və birdən gözü arxa cilddə yenə Minanın xəttino sataşdı.
Mina iri çap hərfləriylə:
Yanğın 01
Milis 02
Təcili yardım 03
yazmışdı.
Səfdər dayı öz-özünə giilümsünüb dəstəyi qaldırdı.
Sıfırı çəkdi, əlini birə uzatdı, birdən ağlına gəldi ki, yanğm idarə - siylə
zarafat eləmək olmaz. Adamın atasını yandırarlar. Hər halda, te - lefonu lap
yəqin kəsdirərlər.
İstəmirdi ki, telefonunu kəssinlər. Dinməsə də qoy bir qıraqda d u - rub
qalsın. Necə olsa bir həyandır.
02 ilə də zarafat etmək olmazdı. 03-nən də həmçinin.
Bəs, 04? Görəsən, 04 telefon varmı? Görəsən, haradır? Bəlkə bu
nömrəni yığıb elə-belə danışmaq olar? Səni sorğu-suala tutmadan ik i-üç
kəlmə xoş söz deyərlər, hal-əhval tutarlar, kefıni soruşarlar, ürək - dirək
verərlər?
Səfdər dayı 04 yığdı. Telefondan heç bir səs çıxmadı. Nə uzun siq -
nallar, nə də qısa! Heç bir səs gəlmədi. Sanki bu, mövcud olmayan bir ərazi
idi.
05-i çəkdi. Yenə səs çıxmadı.
06-da hay vermədi.
07-də tez-tez qısa siqnallar eşidildi. Məşğul idi. 08
də məşğul idi.
Səfdər dayı son nömrəni - 09-u çəkdi və dəstəkdə dərhal səs eşi-dib
özünü itirdi, karıxıb:
Salaməleyküm, Səfdərdir, - dedi.
Quru bir səs eşidildi:
Kim? Familini aydm deyin.
Famili?.. Atayev. Atayev Səfdər.
Ünvan?
Mirzə Fətəli, 45.
Gözləyin.
Məsələ Səfdərə sonra çatdı. Başa düşdü ki, məlumat bürosuna zəng
eləyib, arvad da elə bilib bu telefon nömrəsini istəyir.
Onu gülmək tutdu, amma dəstəyi asmadı. Dəstəkdən səs gəldi:
4-15-20. Səfdər:
Lap düzdür, - dedi, - üç şahı, bir abbası.
Ancaq qız onun sözlərini eşitmədi. Dəstəyi qoymuşdu.
Səfdər dayı da dəstəyi qoydu. Pıqqıldayıb güldü.
Birdən fıkirləşdi ki, görəsən, adam öz telefonuyla öz nömrəsinə zəng
eləsə nə olar?
Görək. Dəstəyi götürüb nömrəni çəkdi. 4, 1, 5, 2, 0... Aha. Tələ-sik,
aramsız, kəsik siqnallar eşidilməyə başladı.
- Du, du, du, du, du, du, du...
Səfdər dayı:
- Məşğuldur, danışır,- dedi. Güldü, sonra nədənsə bir az tutulan kimi oldu.
Dinləməyə başladı. Bir xeyli qulaq asdı.
Dəstəkdən zahlətökən bir ardıcıllıqla səslər eşidilirdi: du, du, du, du,
du...
Elə bil payız günü evin damır...
NƏRMİNƏNİN ATASI SƏFDƏRƏ
VƏ ANASI MİNAYA MƏKTUBU
Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çox-lu-
çoxlu salam göndərirəm. Sizinçün bumumun ucu göynəyir. Əv-vəlcə, sizə
bir şad xəbər vennək istəyirəm: hər ikiniz baba və nənə ol-musunuz. Özüm
qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam ni-garan qalmasm.
Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qur-tarıb və on gün bundan
qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır,
ancaq bumu lap səninkidir, ay ana. Adı-nı hələ qoymamışıq. Ay ata, mən
istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın
adını qoymazlar. Dedim, siz-lərdə qoymurlar, amma bizlərdə qoyurlar.
Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasmın adım qoyurlar.
Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün
başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam,
ay ata. Uşağın admı çağıranda elə bilərəm siz də yammdasınız bu qərib
yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum,
sən-dən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqa-
rışıq yuxular görürom ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama
bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bi-zim əhvalımızı
xobər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var.
Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah
göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.
Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpək-oğlu
yaman qarınquludur.
Öpürəm sizi bərk-bərk:
P.S. Hüsü sizə çoxlu salam göndərir.
Qızınız Nərminə
Dostları ilə paylaş: |