1938=27. Vay, bədbəxt, Bəhmən Salayev 27 yaş yaşayıb. 27 yaşmda ölüb.
Görəsən nədən ölüb?
Əşi, əcəl göznən-qaş arasındadır. Bayaqkı fıkri bir də beyninə qa-yıtdı.
Deməli, belə çıxır ki, adam əcəlin qurduğu tələlərdən bir-bir qa-çıb qurtarır
ki, bura, bu son mənzilə sağ-salamat gəlib çıxa bilsin. Yüz cür təsadüfı
ölümdən qorunur ki, özünü axırda böyük ölümə yetirsin.
Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə
çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamlarm yaşları
yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi pi-ranə bir kişiyə
rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin cama-at hamısı yəni körpə
yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsə-lə başqadır, məsələ ondadır
ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan
günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də
ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni
də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan
ölü doğulub. Minanm qəbrinə çatdı.
M inəvvər Mədət qızı
1909-1965
Söz vermişdi ki, bu səfər özünü tox tutacaq, kövrəlməyəcək. Am-ma
qəbri görəndə birdən hardansa Minamn gecələr yuxuda damşması yadına
düşdü. Özü də belə hətərən-pətərən damşıb sayıqlamazdı. Sözləri elə aydm,
mükəmməl tələffüz eləyirdi, elə bil ayıq vaxtı otu-rub səninlə söhbət edir.
Özünü saxlaya bilmədi, qəhərləndi, ağladı.
“Niyə belə vəfasız çıxdın, ay arvad, məni bu qoca yaşımda kimə
tapşırıb getdin?”
Cibindən dəsmalmı çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Bir
müddət sakit dayandı. Sonra çevrilib getdi. Şəhərə piyada düşdü. Evə
getməyi gəlmirdi. Gecəyə hələ çox vardı. Evdə təkbaşına gecəni göz-
ləməkdan qorxurdu.
Gecələr işi düzəlirdi. Hər gecə yuxu görürdü. Yuxuları da elə tünlük
olurdu ki... o qədər adam olurdu yuxularında, gəl görəsən! Tay-tuşları, dost-
aşnaları, curları-kişilər, məktəb vaxtmm yoldaşları, uşaq-lıq, gənclik dostları
gəlib əllərini onun çiyninə vurur, ay Səfdər, yenə
bu çötkəni qoymusan qabağına, hesabla görək dünyanm axırı haçan-dır? -
deyirdilər. Yuxusuna çoxlu arvad da gəlirdi, anası, bacıları, bi-bisi qızları.
Düyməsini tikər, paltarlarını yuyar, ütüləyər, xörəyini asardılar. Hər gecə
Minam görürdü, hər gecə də səhərə yaxm Mina başqa şəhərə köçür, ya da
onu qoyub harasa gedirdi. Səfdər nə əlac eləyirdisə, saxlaya bilmirdi onu.
Saat yeddini vuranda gözlərini açar, durub geyinərdi. Görəsən yuxuda
ölənləri harda basdırırlar.
Tez-tez yuxuda qızı Nərminəni görürdü. Nərminəni iki il idi əriy-lə bir
yerdə Afrikaya göndərmişdilər. Qvineyada sovet xəstəxanasın-da
işləyirdilər. İkisi də həkim idi. Səfdər dayı xəritəyə baxmışdı. Qvi-neya lap
dünyanın o başındaydı. İldə iki-üç məktub yazırdılar. Səfdər Minanın
ölümünü hələ qızına yazmamışdı. Bu da bir çətin iş idi, gözünə dunnuşdu.
Qərib yerdədir, ərindən başqa bir qohum, bir yaxın adamı yox...
Səfdərin yuxusunda Nərminə içəri girib anasmı soruşurdu:
Bazara gedib, gələr.
Yox, ay kişi, sən mənə düzünü de, lap düzünü de, anam ııeco olub,
hardadır?
Hər dofo Normino Səfdor dayının yuxusuna gələndə elə bu sualı
verərdi: sən mono düzünü de, lap duzünü de!
Yuxu görmok Sofdərə lap cavanlıqdan qalmışdı. Görürson adaıu olur
ayda-ildə bir yuxu görmoz. Sofdər allahın ver günü yuxu görordi. Mina da
hor geco yuxu görordi. Sohər oyananda yuxularım bir-birino dınışardılar.
Elə bil horəsi bir uzaq səfərdən qayıtmışdı. Qürbot ölko-Iordo ycdiklori,
içdikləri özlərinin olmuş, gördüklərini, eşitdiklərini, bir-birino danışırdılar.
Küçodoki qozet lövhəsinin qabağında ayaq saxladı. Qozetin dördüncü
sohifəsino elə bil yuxarıdan aşağıyacan rəqəm sopələnmiş-di, istiqraz
cədvəli çap olunmuşdu.
3... 5... 6... 9... - rəqomlər, roqəmlər, rəqəmlər. Uduşlar. Peşmançılıq. Səfdor
dayı düşündü: bunlar nədir ki, adicə quru rəqəmlər, amma bax, məsolən, 3
altıdan yox, 7-dən sonra gələndə kiminsə boxti gülür, kiminso hıçqırığı
içində qalır. Bu rəqəmləri belə yox, belə düzsən kimsə umsuq olur, kimisə
bir xal yandırır, amma başqa birisinin bir-
don-birə kefini duruldur.
Dönüb saata baxdı. Yox. Hələ evə getmək tezdir. Adi günlər işdən
beşdo çıxırdı. Bu gün qısa gündür, deməli, gecə də iki saat gec gələcək.
“Gəlsənə vağzala gedim, - deyə düşündü, - vağzal qiyamət yerdir.
Gələnlər, gedənlər! Heç yerdə o qədər deyib-gülən görmək olmaz.
Aerodrom da elədir. Amma aerodrom uzaqdır” .
Vağzalın təzə keçidindən perrona çıxdı. Birinci və ikinci perron bomboş
idi. Üçüncü perronda çoxlu adam vardı. Bəziləri əllərində iri gül dəstələri
tutmuşdular.
İri lövhədə qatarlarm gəlib-getmə cədvəli asılmışdı, 11 30... 16. 45... 19.
05. Rəqəmlər, rəqəmlər...
Reproduktordan paslı bir səs eşidildi:
- Moskvadan gələn 20 nömrəli qatar 3-cü yola qəbul olunur.
Perrondakılar hərəkətə gəldilər. Parovozun səsi eşidildi. Bumu
göründü. Vaqonlar bir-bir ötdü, 4, 5, 6, 7...
Yük xidmətçiləri vaqonlara tərəf yüyürdülər. Yaxalarındakı nöm - rələr
zınqırov kimi atılıb-düşür, bərq vurub parlayırdı: 15, 52, 38, 40...
Səfdər dayı çevrilib pillələrlə aşağı düşdü, vağzahn qarşısındakı
meydana çıxdı. İzdihamlı, səs-küylü küçəylə yavaş-yavaş gedirdi. Bankın
tanış binasmm yanmdan keçərkon, işin qızğın vaxtında bura gəldiyi saatları
xatırladı və düşündü ki, indi bank bağlıdır, işləmir, içindəki bütün rəqəmlər
də yatıb. İstiqrazlardakı, pullardakı, növbənöv mühasibat kağızlarındakı
rəqəmlər hamısı yatıb. Torpağa səpilmiş to-xumlar kimi səssiz, sakit uyuyur.
Həftənin birinci günü oyanacaq, qal-xacaq, cücərəcəklər.
Küçə saatına baxdı. Saatın əqrəbləri sınıb içinə tökülmüşdü. Elə bil
saatın içi vaxtın xarabalığı idi.
Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi, adamda nə isə
anlaşılmaz, müdhiş və vahiməli bir hiss oyanırdı. Elə bil burunsuz bir sifət
görürsən.
Saatın yalnız rəqəmləri qalmışdı: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,11,12...
Birdən Səfdər dayıya elə gəldi ki, küçədəki adamlar da rəqəmlə-rə
oxşayır. Bax o dar kəmor bağlamış kök arvad 8-ə oxşayır, o iri baş-lı kişi 9-
a, hamilə arvad 6-ya oxşayır. Uzun dimdikli papaq qoymuş oğlan 7-yə
bənzəyir. O tərəfdən iki arıq, kəkilli oğlan gəlir - 11. Baş-qa bir arıq oğlan
yumru-matan bir arvadla yanaşı addımlayır - 10.
Səfdər dayı öz-özünə güldü: “Yox, deyəsən bu gün mənim lap yə-qin
başım xarab olub. Yaxşısı budur, nə qədər gec deyil, gedim evə” .
Açarı çıxarıb qapısını açdı. İşığı yandırdı. Keçib pəncərənin pər-dəsini
araladı. Çayniki suyla doldurub odun üstünə qoydu.
Divardakı təqvimə yanaşdı, diqqətlə baxdı.
5 iyun. 1965. Şənbə: Günün
çıxması saat 3.15 dəqiqə,
batması 21.07 dəqiqə.
“Pah atonnan! - dedi, - zalım uşağı, günü də cədvələ salıblar. Batıb-
çıxmasını hesablayıblar. Hər şeyi, hər şeyi inventara salıblar, günü, ayı,
göydə neçə ulduz var, hamısını. O gün biri danışırdı, deyir, siçan-ları,
taxtabitiləri, birələri də hesablayıblar. Hansı şəhərdə neçə siçan, neçə
taxtabiti, neçə birə var. Hamısmı hesablayıb, inventara salıblar. Pah
atonnan, a kişilər...”
Səfdər dayı diksindi. Çoxdan bəri otağında eşitmədiyi bir səs eşit-di -
zəng səsi.
Evində telefonu vardı, amma lazımsız qutu kimi bir qıraqda atılıb
qalmışdı. Yuxuya getmiş tənbəl, qara pişik kimi səssiz-səmirsiz, kiri-mişcə
xumarlanırdı. İndi isə zəngi zəngə calayırdı. Kim ola?
Dəstəyi götürdü.
Allo!
Aydını çağırın, pojalyusta!
Hara zəng eləyirsən, qızım?
Ağayevgilin evi deyil?
Xeyr, bala, Atayevin evidir.
Oh, bağışlayın.
Asdı. Du, du, du, du, du...
Səfdər də telefonun çəngəlini basdı. Amma dəstək əlində qaldı.
Nədənsə onda qoribə bir həvəs oyanmışdı. Kimləsə telefonla danış-maq
istəyirdi. Elə bil ancaq indi ağlına gəlmişdi ki, tclefonu var və bu telefonla
danışmaq olar. Kimə zəng eləyim görəsən?
Dəstəyi yerinə qoydu. Tcicfonun altındakı masanın pərçim olmuş
siyirtməsini açdı, oradan tozlu mixəyi bir dəftər çıxartdı. Dəftəri açdı.
Elə birinci səhifədəcə Minanın xəttini görüb kövrəldi.
hərfındə Minanın xəttiylə “Atayev Səfdər” sözləri və onların telefon
nömrəsi yazılmışdı. 4-15-20. Mina həmişə zarafatla üç şahı bir abbası
deyərdi.
İkinci səhifəni açdı.
hərfində Babanın telefonu yazılmışdı. Yazıq Baba. Davadan
qayıtmadı. Elə bil lap Babayçün deyiblər ki:
Sən ki bir od-yalovdun,
neco yatdın yerdo son?
Dostları ilə paylaş: |