Nemət maqnitofonu qurdu. H ər adamm səsi gələn kimi Mənzər içini
çəkirdi:
Vaxsey, vaxsey, Nemət qardaşdır, Mənzər canı, Nemət qardaş-dır.
Sürəyya bacı. Sürəyya baeıdır. Oh, Bikə xala, cammçün, Bikə xa-ladır, - elə
bil maqnitofondan ən azı Nəsrəddin şahm səsi gəlməli idi, onun yerinə
Nemət, Sürəyya, Bikə xala danışıb Mənzəri mat-məəttəl qoyurdular.
Monzərin kəşfləri davam edirdi:
Kanneniçka, Cildiçka! - deyə çığırırdı.
Mürşüd:
Murzik,- deyə dik atıldı. - Murtuz, Balayeviçi deyir? Evinəcən,
Karmen bala! Ay sənin oyunun olsun.
Maqnitofondan Nemətin səsi gəldi.
Bir də mən görsəm ki...
Sonra sükut başlandı.
Nemət:
Vəssalam, - dedi, düyməni basdı.
Mürşüd:
Görsən neyləyəcəksən, Nemət? - dedi. - Mən ölüm, qulağıma pıçılda.
Heç nə, əşi...
Mənzər:
- Vaxsey, vaxsey, qiyamət imiş, - dedi. - Nemət qardaş başına dönüm,
ver bir do qulaq asaq.
Nemət düyməni basdı. Bir də qulaq asdılar.
Mənzər yenə səsləri tanıyır:
Sürəyya bacı! Bikə xala! Vay evinəcən, - deyə qışqırırdı: Yenə
Nemətin səsi gəldi.
Bir də mən görsəm ki...
Nemətlə Mürşüd şahmat oynamağa başladılar.
Mürşüdün adəti vardı. Oynayan vaxtda aramsız danışır, oxuyardı. - Deyir,
çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Yaxşı, Nemət müəllim,
mən burdan sənə şah desəm, hara gedərsən? Aha, bu-ra, çox gözəl, çox da
pakizə, deyir qızım sənə başmaq alım, al dədə, qurbanın olum. Al, bir dənə
də şah. Deyir şax, şax, uşaqsan, uşax. Dər-sə gedən bir uşaq, çıxdı buz üstə
qoçaq, durdu qoçaq neylədi, buza be-lə söylədi. Nə söylədi, söylədi ki, mən
bu topu götürürəm, bu atla, so-ruşsan niyə deyərəm neçin ki, lazımdır,
Deyir, dağlar dağımdı mənim,
qəm oylağımdı mənim, dindirmə, deyir, qan ağlaram, çünki yaman
çağımdır mənim, hə... ki... qızı verdilər keçələ, bəs bir gün gördülər...
nə gördülər, gördülər ki... şah, bir də şah deməli, belə getdin, çox yax-şı,
indi sən mənə şah deyirsən, lap əcəb eləyirsən, - birdən-birə elə bil
Mürşüdün söz axını qurudu, bir az tutulan kimi oldu, başmı qaldı-rıb
maddım-maddım Nemətə baxdı, - boy, mən matam ki, - dedi, - ə, bu necə
oldu, ə? Bu biri topu görmədim zəhrimarı, ay sənin saqqalm ağarsın, pah
atonnan, udmuşdum e, oməlli-başlı səni sıxışdırırdım, tfu, andıra qalasan
belə oyun. Yaxşı, birini də düzək.
Dəhlizdən səslər gəldi.
Sürəyya:
- Xoş gəlmisiz, keçin içəri, - deyirdi.
Nemət səslərindən gələnləri də tanıdı. Sürəyyanm ortancıl bacısı Tahirə
və onun əri Cabbar idi.
Nemət ayağa durub onların qabağına çıxdı.
Cabbar Allahın fağırı idi. Vur qapazı başına, al çörəyi əlindən. Ta-hirə
isə atmaralı idi.
Ər də, arvad da kimyaçı idilər. Ər elmlər namizodi. Arvad elmlər
namizədi. Ər indi doktorluq dissertasiyasmı yazırdı.
Cabbar sözləri çox aydın və təmkinlə tələffüz edər və sırf odobi dildə
danışardı: “Mən vo Tahirə artıq beş ilə yaxındır ki, nikahdayıq. Biz
mütəmadiən hər axşam dənizkənarı bağa gedib təmiz hava qəbul edirik” və
b. k.
Sısqamətən bir oğulları vardı. Nemət onu görəndə ürəyindən qara
qanlar axırdı. Çünki haçan görsəydi Tahirə ritorik suallarla uşağın ca-nını
boğazına yığırdı: “Alik necə çörək ycyir? Alik pis çörək yeyir. Bəs, Fatik
necə yeyir? (Uşağın adı Fuad idi) Fatik yaxşı yeyir. Alik mamasını
neyloyir? Alik mamasını incidir. Bəs, Fatik? Fatik maması-mn sözünə
baxır” .
Uşaq bütün bu ritorikam çox laqeyd və bigano görkomlə dinləyir-di.
Monfur Alikin kim olduğunu heç kəs bilmirdi. Tahirə özü də bil-mirdi.
Neməto elə gəlirdi ki, bu mifık bir varlıqdır. Fatikin mələkliyiy-lə müqayisə
üçün peyda olmuş bir iblisdir.
Bir həftə bundan qabaq Cabbargil təzə mənzilə köçmüşdülər. Amma
köçməyə çoxdan hazırlaşırdılar. Altı ay söhbətlərinin əsas
mövzuları monzil məsələsi idi.
Bundan əvvəl isə düz üç il ayrı mövzuları vardı. Üç il bundan qa-baq
Dunayla səyahətə çıxmışdılar, altı ölkədə olmuşdular. Nemət
düşünürdü ki, özlərinə bilmirəm, amma camaata bu səyahət çox baha
oturdu. Kim, harda, nədən danışsaydı Tahirə dərhal onun sözünü ağ-zmda
qoyub deyərdi:
- Yadında, Caboş, biz Rumıniyada olanda...
(Ümumiyyətlə, onda bu xasiyyət vardı, birinci növbədə ərinin, sonrakı
növbələrdə başqalarımn sözünü yarımçıq kəsib ya etiraz edər, ya təshih edər,
ya da tamam başqa, heç dəxli olmayan bir məsələdən danışmağa başlardı).
Cabbar da təmkınlə:
- Bəli, Tahirə, - deyə cavab verərdi. - Lap yaxşı yadımdadır. Tahirə ərini
Caboş çağırırdı. Bilmirəm bu bacılarda nə adətdir.
Alya da o boyda zırpı kişiyə Murzik deyir.
- “Caboş, Murzik! Yaxşı ki, Sürəyya mənə belə bir ad qoymayıb”. Nemətin
yanmda Caboş, ya Murzik deyəndə əti tökülürdü. Çimki-nirdi, elə bil
qapınm dalından açıq-saçıq bir səhnə, ya başqasınm yığı-şılmamış yorğan-
döşəyini, yad adamın alt paltarını, ya nə bilim nələr
görürdü.
Tahirə:
- Caboş, - dedi, - görürsən. Sürəyyagil təzə maqnitofon alıblar.
Bəli, görürəm. Çox mübarəkdir. Sağlıqlarına qismət olsun.
Sağ ol.
Yadında, Caboş, Avstriyada maqnitofon gördük e, belə san qutuda?
Nemət: “Aman Allah”, - deyə düşündü.
Təzə eviniz necədir? - deyə soruşdu. Hər halda ev söhbəti nis-bətən
təzə idi, qulağı yağır eləməmişdi.
Cabbar:
Yaxşıdır, - dedi. - İki balkonu var. Hündürlüyü üç metr. Köhnə
layihəylə tikilib. Qəşəng. - “Qəşəng” onun ən çox işlətdiyi söz idi. - Çox
yaxşı oldu, mən elə bilirdim tualetlə hamamı bir yerdə olacaq. Təzə evlərdə
belə olur axı... Amma baxtımız gətirib. Qəşəng.
Sürəyyamn içəri girdiyini görüb bir də təkrar elədi: -
Hamam ayrı, tualet ayrı. Qəşəng.
Əliylə qəribə bir hərəkət elədi. Güman ki, tualetin formasını təs-vir
edirdi.
Qəşəng, - dedi, - ağ kafel. Mətbəx də, hamam da. Duşu bir balaca...
Tahirə onun ağzından vurub.
Bilmirəm, nə duş, duş salmısan, - dedi. - Yaxşı, qərara gəldik axı ki,
usta çağırıb dəyişdirəcəyik.
Cabbar:
Əlbəttə, - dedi, - amma ırıən...
Tahirə:
Çox evdə kafel vurmurlar, - dedi, - gərək özün vurdurasan.
Cabbar:
Nemət, - dedi, - bir təmiz, keyfıyyətli kafeldir ki, Tahirənin,
Sürəyyanın canıyçün. Baxanda adamın ağzı açıq qalır.
O, həmişə arvadımn canına and içirdi. Nemətlə danışanda Sürəy-yanı
əlavə edərdi. Murtuzla danışanda Alyam.
Sürəyya:
Nemət, - dedi, - maqnitofonu qursana! Tahirəgil qulaq assınlar.
Nemət düyməni basdı, dərhal da səsi eşidildi:
Hə, bir şey deyin.
Tahirə:
Sənsən? - dedi.
Nemət başını yellədi.
Sürəyyanın səsi gəldi:
Yazır?
Tahirə:
Caboş, Sürəyyadır e, - dedi.
Cabbar:
Qəşəng,- dedi.
Sürəyyanın səsi gəldi:
Demək, mən demək istə...
Gülüşdülər.
Cabbar:
Qəşəng, - deyə təkrar etdi.
Karmen “Murzik” dcyəndə yenə gülüşdülər.
Mürşüd:
- Murtuz Balayeviçin qulağına çatar, yaxşı düşməz, - dedi, - inciyər.
Tahirə Sürəyyanın qulağına tərəf əyilib Alyagildən nə isə damş-
mağa başladı.
Cabbar gözlərini qırpmadan diqqətlə qulaq asır, vaxtaşırı: -
Qəşəng, qəşəng, - deyirdi.
Nemətin səsi gəldi:
Bir də mən görsəm ki...
Sükut.
Dostları ilə paylaş: |