Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə135/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   131   132   133   134   135   136   137   138   ...   184

 

299


Mən bunu sənə deməməliydim və indi də bunu yazmamalıydım, amma dedim, 

daha doğrusu, bir az dedim, demədiyimdən də bir az indi yazıram, çünki səninlə 

mənim aramda birdən-birə  qəribə bir şey (nə? bu saat deyəcəyəm!) yaranmışdı  və 

mən çox da baş sındırmadan bu şeyin adicə, sadəcə həqiqət olduğunu başa düşdüm 

və bir şey ki, falş deyil, həqiqətdi, o zaman mən niyə onu təkrar-təkrar özümdən 

uzaqlaşdırmalı (onsuz da bu mümkün olmur!) və səndən (!) gizlətməliyəm? – və biz 

«Pera Palas»dakı o nömrədə üzbəüz kürsülərdə oturduğumuz vaxt (hələ çarpayıdan 

əvvəl, amma çarpayıya hazırlaşdığımız dəqiqələrdə) sən birdən-birə, mənim üçün 

qəflətən, gözlənilmədən anana oxşadın və mən onun ölüm xəbərini eşitdiyim o günü 

bütün təfərrüatınacan xatırladım və eləcə  də gözlənilmədən başa düşdüm ki, biz 

səninlə bir-birimizi sevə biləcəyik, olsun ki, bu lap gecikmiş Leyli-Məcnun 

sevgisinə dönsün, amma mən səni çarpayıda axıra qədər, yəni mənim istədiyim 

(sənin də!) qədər o dərəcədə sevə bilməyəcəyəm, çünki o bir anlıq bənzəyiş  məni 

çəkib öz içimə apardı, mənə elə gəldi ki, biz səninlə birgə, xəyanətlə məşğul oluruq, 

mən ona xəyanət (!!) edirəm... yox... onunla mənim aramda heç nə olmamışdı... 

demək olar ki, heç nə olmamışdı... bəlkə  də ola bilərdi... amma olmamışdı... və 

məndə belə duyğu var (və onu tanıdığım uzun illər boyunca həmişə də var idi...) ki, 

mənə görə olmamışdı, yəni mən istəsəydim, cani-dildən bu işlə  məşğul olsaydım, 

olardı...  

... gör sənə nələr yazıram?..  

... amma fikirləşdiyimi və duyduğumu yazıram və təbii ki, bu fikirlər, duyğular 

yalnız mənimkidir, ikimizinki (yəni mənimlə onunku) deyil...  

... bizim aramızda heç vaxt yaddan çıxmayacaq (o yoxdur, bunlar heç vaxt 

mənim yadımdan çıxmayacaq, məndən sonra isə, o hisslərdən bizim bu vəfalı 

dünyamızda heç nə qalmayacaq və mən əlli iki yaşa gəlib çatmışam, amma bu – və 

digər!– məlum məsələ(lər) ilə heç cürə barışa bilmirəm, başımdan çıxara 

bilmirəm...) hisslər aləmi var idi və eyni zamanda o vaxt mənə elə gəlirdi ki, o gənc 

bir ailə idilliyasındadı, bəlkə  də  səhv edirdim, bilmirəm, amma onda mənə elə 

gəlirdi ki, o ailə idilliyasını pozmağa heç kimin, hətta (!) mənim də ixtiyarım 

yoxdu... mən qıymırdım... ona, yoxsa özümə?..  

Sonralar, bir dəfə növbəti bir içki dəsgahından sonra, mənim hərdən bir 

düzəltdiyim və özümdən başqa bu əziz dünyamızda heç kimin içə bilmədiyi bir neçə 

bokal kokteyl mənim barmaqlarımla onun telefon nömrələrini yığdı və mən o gecə 

ona zəng elədim. Onda sənin, yəqin ki, dörd-beş yaşın var idi, o da cavan və gözəl 

bir ana idi. Mən də ondan iki yaş kiçik idim və cidd-cəhdlə yaşımı ondan (və 

başqalarından!) gizlədirdim. O: 

«– Sənsən?»– soruşdu və bu «sənsən?»də duyduğum onun «nə gündəsən ki, 

birdən-birə bu gecənin yarısı zəng eləmisən?» – nigarançılığı indi də yadımdadı və 

xatirimdədi, o gecənin səhəri – o on-on beş  kəlmədən və bir müddətlik sükutdan 

ibarət telefon danışığının səhəri fikirləşdiyim kimi, indi də fikirləşirəm ki, o 

nigarançılığın səbəbi mənim o gecəki içməyimlə bağlı idi, yoxsa, ümumiyyətlə, 

həyatımla?  

Ikincisi idi...  

Hər halda, mənə elə gəlir ki, ikincisi idi...  




 

300


Bəlkə mən sadə bir münasibəti dramatikləşdirirəm və sadəlövh hisslər aləminə 

qapılmışam, dəvəquşu başını qumda gizlətdiyi kimi, mən də başımı o hisslər 

aləminə soxmuşam, bədənimdən isə xəbərim yoxdu, hə?.. yox... və ikinci dəfə ona 

yenə də bir əbləh içki məclisindən və  mənim cuşa gəlib düzəltdiyim o kokteyldən 

sonra zəng etdim və o zaman sənin neçə? – səkkiz-doqquz yaşın var idi. Beş-altı 

ildən sonra üçüncü – sonuncu dəfə gecə yarısı ona zəng eləyəndə nə içki içmişdim, 

nə  də o kokteyl var idi (amma, ürəyimdə o kokteylin ab-havası var idi, sənin isə, 

onda on iki-on üç yaşın olardı... qəribədi, bunu niyə belə bir mühasib səliqəsiylə 

hesablayıram?). 

«– Yenə kokteyl içmisən?» 

«– Hə, – deyə yalan dedim, – bilirsən, mənim bu kokteylim Lamançlı  rıtsarı 

sağaldan, amma bədbəxt Sançonu sancıya salan o maye kimi bir şeydi, yadına 

gəlir?» 

«– Yox, – dedi.» –. 

Lamançlı  rıtsarın  şərəfli həyatındakı o epizodu o gecə yarısı öz əlavələrim və 

onun (yəni sənin ananın) və mənim tanıdığımız adamlara bənzətmələrimlə danışdım 

və o xeyli güldü, xüsusən mənim universitetin müəllimlərinə, başqa tanışlarımıza 

bənzətmələrim ona ləzzət etdi, sonra isə, bir müddət susub birdən-birə soruşdu: 

«– Sən kimsən?» 

Mən də: 


«– Hələ indiyə qədər bunu başa düşməmisən?»– soruşdum. 

Yenə bir az susdu, sonra: 

«– Yox.» – dedi və təkrar etdi: «– Sən kimsən?» 

«– Əyyaş!» 

Indiyə qədər ürəyimdə gizlənib qalmış bir ifadə ilə: 

«– Yox»– dedi və susdu. 

Onun o «yox»u , o etirazı bir anın içində məni tamam dəyişdi, elə bil, özümü 

itirdim və  dəstəyi asdım, bir müddət dəstəyi asılmış telefon aparatına baxdım və 

mənə elə  gəldi ki (və indi də elə  gəlir ki), o, dəstəyi asmamışdı  və  mən dəstəyi 

asılmış telefon aparatına baxdığım qədər də, o, dəstəyi qulağında ment saxlayıb, 

telefonun qırıq-qırıq səsinə qulaq asdı. Mənim bu sentimental etirafım güman ki, 

bəsit səslənə bilər, amma olanı budu və bu hələ harasıdı, onun o cürə dayanıb o 

qırıq-qırıq telefon səsinə qulaq asması indi də bütün dəqiq cizgiləri və təfərrüatı ilə 

mənim gözlərimin qabağındadı  və yox, zənnim, hissiyyatım məni bu qədər aldada 

bilməz və bu görüntü – yüz faiz deyirəm!– xəstə  təfəkkürün ürəyi riqqətə  gətirən 

məhsulu deyil... 

Hə, bir müddət o dəstəyi asılmış telefon aparatına baxdım, ey alkaş Yusif bəy, 

sənin isə, mənim qiymətli həyatımın Flober dühasına layiq bu epizodundan xəbərin 

yoxdu və təbii ki, heç zaman da olmayacaq. 

Tamara isə akkardeonu sinəsinə  sıxıb o eybəcər (və gözəl!) səsi ilə «Çiçək 

pasaj»ı başına götürüb və o piyli ağ, kürən, boz, qara pişiklər də, elə bil ki, haçansa 

körpə ikən analarının qarnından yox, Tamaranın o yekə akkardeonunun içindən 

çıxıb bu yerlərə dağılışıblar və indi də tənbəl-tənbəl o akkardeona tərəf baxırlar və o 

bəd (və gözəl!) səsə qulaq asırlar. 

 

Yusif, beni al!.. 



Sana vefalı ollam... 

Almasan eger 

Saralıb-sollam... 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə