Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə131/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   127   128   129   130   131   132   133   134   ...   184

 

291


Təkcə  həyətdə yox, bütün məhəllədə hamı bilirdi ki, milisioner Əliabbasın 

belinə bağladığı qoburda heç vaxt tapança olmur və milisioner Əliabbas durub işə 

gedəndə o qoburun içinə günorta yemək üçün arvadı Firuzənin qəzet parçasına 

büküb verdiyi pendir-çörəyi qoyur. 

Bülbülün səsi eləcə  xırda qəfəsciklərin içində otaqda uçuşurdu və qoca bu 

barədə  ətrafındakı bu yad adamlara bir söz demək istəyirdi, amma o sözləri tapıb 

deyə bilmirdi və o xırda qəfəsciklər otağın içində uçuşduqca qoca istəyirdi ki, belə 

axşam yox, səhər olsun, elektrik lampasının işığı yox, günün işığı olsun və qoca 

narazılığını bildirdi: 

 – Bu nə gündü e, belə?  

Gəlin hələ  də Firuzənin arxayın sözlərinin təsirilə  həmin payız axşamı birinci 

dəfə gülümsəyib: 

 – A-a-a!.. – dedi və tez dodaqlarını  yığışdırdı, çünki eləcə gülümsəyəndə 

dodaqlarının qırağından metal dişləri görünürdü və gəlin o metal dişlərdən utanırdı. 

– Ay bədbəxt!.. Sən heç özün bilirsən ki, nə gündəsən?.. Sənə nə var e, uşaq kimi 

şeysən!.. 

Qəribə idi, gəlinin dediyi o sözlərin içində bir kəlmə: « – Ay bədbəxt!..» ilişib 

qocanın beynində qaldı  və bir azdan qoca gəlinin təkidilə ayaqyoluna gedib 

qayıdandan sonra, yatmaq üçün şüşəbəndə (onun yeri şüşəbənddə idi) keçəndə 

pəncərədən küçəyə baxdı: uzun-uzun illərdən bəri hər gün gördüyü bu küçə 

mənzərəsi həmin payız axşamı da qoca üçün tamamilə yeni və maraqlı idi və qoca 

yenə  də  gəlinin təhriki ilə boz kostyumunu soyuna-soyuna öz-özüylə danışmağa 

başladı,  ətrafında dolaşan, cürbəcür sözlər deyən bu tanınmaz adamların qarasına 

deyindi: 

 – «Ay bədbəxt!» – Qoca gəlini yamsıladı. – Niyə bədbəxtəm mən? Bədbəxt-zad 

deyiləm! Bədbəxt niyə oluram? Dünyanın  ən bəxtəvəri elə  mən özüməm! – Qoca 

yenə  gəlini yamsıladı. – «Ay bədbəxt!» Kim dedi bunu? – Qoca gözlərini qıyıb 

fikirləşdi. – Kim dedi mənə «ay bədbəxt?» Qoy gedim soruşum... Kimdən soruşum 

e? Kimdi bunlar belə? Hardan gəliblər? Nə istəyirlər məndən? Allah bilir... «Ay 

bədbəxt!» Niyə? Bədbəxt niyə oluram mən? Dünyanın  ən bəxtəvəri elə  mən 

özüməm!.. 

 

Mart, 1990. 



 

 

 

 


 

292


AYDINLIQ GECƏLƏR 

 

Anara  

 

O sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o 



ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, 

küllün, həmin uzaqlığın,  əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün 

camaatın  Şərəfbəxş adlandırdığı  Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq 

göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay 

gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq 

əbədilik) var idi, bunun müqabilində  Şeyx Mustafa Şərəfbəxş  həzrətlərinin bu 

dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü. 

O yay gecəsi həyətdəki böyük armud ağacının altında Şeyx cənablarının bədəni 

torpaqdan nəm çəkməsin deyə,  əvvəlcə keçə salınmışdı, keçənin üstündən  Şeyxin 

yaşı  qədər sahibinə xidmət etmiş, amma, az qala, bu yüz ildə bircə ilməsi də 

pozulmamış, bircə naxışı da solmamış Təbriz gəbəsi salınmışdı, gəbənin üstünə də 

döşəkçə qoyulmuşdu, dirsəklənmək üçün hər iki tərəfdən, bir də ki, o qoca armud 

ağacının gövdəsinə söykənə bilmək üçün arxadan mütəkkələr düzülmüşdü və Şeyx 

Mustafa  Şərəfbəxş, həmişəki kimi, o döşəkçədə bardaşqurma oturmuşdu, kəhrəba 

təsbehinin hər biri bir zoğal boyda olan daşlarını çevirə-çevirə başının üstündəki o 

külli ulduzlara baxır və dodaqaltı gulumsəyirdi və  hərgah o anlarda Şeyx 

həzrətlərindən nə üçün beləcə gülümsədiyini soruşsaydın, çox güman ki, bunun 

səbəbini deyə bilməzdi – o təbəssümdə o ağappaq saqqala, ağappaq saçlara 

uyuşmayan bir uşaq, hətta, bir körpə heyrəti var idi. 

... Amma o bir günlük ömrü o kəpənəyə kifayət edir... 

Şeyx Mustafa Şərəfbəxş yay gecələri, yazın, payızın havası  məqbul gecələri o 

armud ağacının altında oturub gözlərini göyə zilləyəndə, yaxud əlində çevirdiyi 

təsbehinə baxa-baxa fikrə dalanda, elə bil ki, həyət-bacadakı qurd-quş da donub 

qalırdı, hərdən yüngülcə meh əsdikcə yarpaqları xışıldayan ağaclar da səsini kəsirdi 

və o cürə anlarda evdəki oğul-uşaq, qız-gəlin heç vaxt həyətə çökmüş o sükutu 

pozmağa, o sükuta bir xələl toxundurmağa cəsarət etməzdi – o anlarda Şeyx 

həzrətlərinə nə çay gətirə bilərdilər, nə meyvə, nə də bir başqa şey. 

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir... 

Həyətin yuxarı başındakı ikimərtəbəli imarətdən gələn səsə, elə bil ki, ilkin 

olaraq, o qoca armud ağacı təəccüb etdi, ayın, o külli ulduzların işığında işıldayan 

təzə yarpaqları yüngülcə  xışıldadı, sonra Şeyx Mustafa Şərəfbəxş gözlərini o 

ulduzlardan çəkib evə  tərəf baxdı  və yer üzündə yaşanmış o doxsan ilin acısının, 

ağrısının şövqünü söndürə bilmədiyi səsiylə: 

 – Kimdi? Qoyun gəlsin, – dedi. 

Və o adam birinci dəfə o həyətə ayaq basdı, iti və  sərt addımlarla  Şeyx 

həzrətlərinin hüzuruna yeridi, amma o zaman ki, ay işığında  Şərəfbəxşi yaxından 

gördü, qocanın yüngülcə  işıldayan göy gözlərinin dərinliyini duydu, o aydınlıq 

gecədə ağappaq ağaran saqqalının, saçlarının arxasındakı doxsan ilin vahiməsini hiss 

etdi, o adamın qətiliyi birdən-birə tamam yox oldu, ürəyi tez-tez vurmağa başladı və 

şaşırdı ki, bu gecə vaxtı  nə  cəsarətlə  Şərəfbəxşin hüzuruna buyurub, amma ən 

qəribəsi də bu oldu ki, o adamı özünə qaytaran da elə  həmin baxışlar, həmin 

dərinlik, həmin ağlıq oldu və o adam onu yüksək hüzura gətirən əvvəlki həyəcanla: 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə