əvvəllərində baş vermiş döyüşlərdə ermənilər ciddi uğursuzluğa
düçar oldular. Vedililərə qarşı aparılan əməliyyatları dayandırmaq
üçün
Azərbaycan
hökuməti,
onun
İrəvandakı
nümayəndəsi
X.Təkinski bir sıra siyasi-diplomatik addımlar atsalar da bunlar b ir
nəticə verməmişdi. Yalnız iyul ayınm ortalarında Naxçıvanda
ermənilər
əleyhinə
əməliyyatların
başlanması
Vedibasar
müsəlmanlarını real soyqırımından xilas etdi. 1919-cu il iyulun 17-də
Naxçıvan milli qüvvələri buradakı erməni qoşunlarına hücum edərək
böyük uğura imza atdılar. Hücum nəticəsində bir çox silahlı erməni
öldürülmüş və əsir götürülmüş, qalanları isə Zəngəzur və Dərələyəz
istiqamətinə qaçmağa məcbur olmuşdular. İki cəbhədə mübarizə
aparmağın çətinliyini başa düşən erməni hərbi rəhbərliyi belə
şəraitdə qüvvələrin parçalanmasından ehtiyat edərək Naxçıvanda
türk-müsəlman əhalinin üsyanmın yatırılmasını əsas vəzifə hesab
etmiş və Vedibasarda hərbi əməliyyatları müvəqqəti dayandırmışdı.
Dəmiryolu ilə geri çəkilmək imkanı olmayan erməni qoşunları Şərur-
Şahtaxtı rayonunda da ciddi itkilər vermiş, təkcə iyul ayının 24-də
Xanlıqlarda yerləşən 300-ə yaxın erməni əsgəri əsir alınmışdı.
Naxçıvanda
ciddi
məğlubiyyətə
uğrayan,
Vedibasar
azərbaycanlılarının müqavimətini qıra bilməyən erməni cəlladları bu
uğursuzluqların əvəzini Zəngəzurun dinc, silahsız müsəlmanlarından
çıxınağa başladılar. Bu qəzada əsil soyqırım törədən ermənilər təkcə
1919-cu ilin oktyabr ayının əvvəllərində 110 müsəlman kəndini
ırıəhv etmiş, 60 mindən çox insan ermənilərin zorakıhqları
nəticosində qaçqın düşmüşdü.
Naxçıvan könüllüləri zəngəzurlu soydaşlarına kömək üçün bir sıra
hərbi əməliyyatlar həyata keçirmişlər. Bu əməliyyatlardan biri 1919-
cu ilin noyabrın sonlarında baş vermişdi. Xəlil bəyin və Kəlbəli
xanın başçılığı altında horbi dəsto crməni qoşunlarının Zəngəzura
gcdən yolunu tutrnaq üçün Bazarçay rayonuna yürüşü bir sıra
səbəblərdən (bu səbəblər haqqında Naxçıvanın müvəqqəti gencral-
qubcrnatorunun Qarabağ gcneral-qubcrnatoruna raportunda məlumat
vcrilmişdir - K.İ.) uğursuzluqla nəticəsindo də ermənilərin bir
müddət diqqətini yayındırınağa kömək etmişdi. Sisyan istiqamotindo
hücuma keçmiş naxçıvanlılar bir neçə erməni kəndini ələ keçirmiş və
şimal istiqamətindən
Zəngəzura doğru hərəkət edən Azərbaycan
ordusu ilə birləşmək, Dərələyəz boğazı ilə Ermənistanın Zəngəzurla
əlaqəsini kəsmək imkanı yaranmışdı. Çox təəssüf ki, Azərbaycanla
Ermənistan arasında bağlanmış 1919-cu il 23 noyabr tarixli sazişə
uyğun olaraq Azərbaycan hökumətinin öz qoşunlarını Zəngəzurdan
çıxarması və əksinə, Ermənistanın bölgəyə yeni qoşun hissələri
gətirməsi ilə bu unikal şans əldən verilmiş oldu və biz, son nəticədə
Zəngəzuru itirdik.
Naxçıvanın ermənilər yaşayan kəndlərində quldur dəstələrinin
zərərsizləş-dirilməsi də Zəngəzurda ermənilərin fəallığına öz təsirini
göstərmişdi. Xüsusən 1919-cu ilin sonlarında Ordubadın Əylis,
Danakert, Çənnəb,
Parağa,
Tivi
kəndlərinin
quldurlardan
təmizlənməsi, bu kəndlərdən erməni əhalisinin mütəşəkkil qaydada
köçürülməsi Zəngəzurda fəaliyyət göstərən qruplara silah-sursat,
insan
və ərzaq
yardımının
göstərilməsinin
qarşısını
almış,
Zəngəzurda və Ordubadın yuxarıda adları çəkilmiş kəndlərində
fəaliyyət göstərən quldur dəstələrinin birləşməsi təhlükəsini aradan
qaldırmışdı.
Naxçıvanın geostrateji cəhətdən əhəmiyyətli mövqeyi də xüsusi
qeyd olunmalıdır.
Ermənistan hökuməti Zəngəzurla ən əlverişli rabitə yolu olan
Naxçıvam ələ keçirmək üçün bütün imkanlardan istifadə etməyo
çalışırdı. Ermənilər Naxçıvanın türk dünyasının birliyinin təmin
olunması baxımından da ınühüm əhəmiyyət kəsb etdiyini, bu
regionun Azərbaycanın Türkiyə ilə birbaşa quru əlaqəsini yaradan
rcgion olduğunu yaxşı dərk edirdilər. Eyni zamanda Naxçıvan
Ermənistanın əsas ticarət tərəfdaşı olan İranla əlaqələrində xüsusi rol
oynayırdı. Aleksandropol-Şahtaxtı-Culfa-Təbriz
dəmir
yolunun
mühüm hissəsi Naxçıvan ərazisindən keçirdi. Bu ərazini ələ
keçirməklə dəmiryol xəttinə nəzarəti təmin etmok, əslində bütün
regiona nəzarəti ələ keçirmək demək idi. Bu baxımdan da
Naxçıvanın uğurlu müdafıəsi həm də bütövlükdə Azərbaycan üçün
strateji məsələ idi.
Siyasi-diplomatik xarakterli tədbirlər: Naxçıvan şəhəri b ü t ü n
bölgənin siyasi mərkəzi rolunda çıxış etdiyindən Naxçıvanın m i l l i
liderləri onun taleyi gələcək statusu ilə bağlı baş verən proseslərdə
bilavasitə iştirak edir, İngiltərə, Amerika, Ermənistan, İran tərə fləri
ilə çoxsaylı təmaslarında həm Naxçıvan diyarının, həm də q o n ş u
rayonlarının təmsilçisi və maraqlarının ifadəçisi kimi çıxış edirdilər.
Bunu
Azərbaycan
hökumətinin,
onun
İrəvandakı
r ə s m i
niimayəndələrinin, eləcə də Naxçıvanın yerli hakimiyyət orqanları v ə
ayrı-ayrı
nümayəndələrinin
müxtəlif
ünvanlara
göndərdikləri
teleqramlar, məktublar, müraciətlər də təsdiq edir. Eyni z a m a n d a
İrəvan quberniyasının müxtəlif yerlərindən, Zəngəzurdan N axçıvana
göndərdikləri müraciətlərdə oranın müsəlman əhalisi N ax çıv a n
liderlərindən onları qorumalarınt, himayələrinə götürmələrini x a h iş
edirdilər. Bu baxımdan Araz-Türk hökumətinin (Respublikasının»
fəaliyyəti səciyyəvidir. ATH-nin ərazisi Naxçıvan, Şərur-Dərləyəz.
Ordubad qəzalarını, habelə Gərnibasar, Sərdarabad, Uluxanlı.
Vedibasar, Qəmərli, Mehri rayonlarını əhatə edirdi. H ökum ətir
mərkəzi əvvəlcə Qəmərli elan cdilsə də, sonra erməni hücumları iıə
əlaqədar Naxçıvan şəhərinə köçərək burada fəaliyyət göstərmişdır.
Göründüyü kimi ATH təkcə Naxçıvan ərazisini deyil, İrəvan
quberniyasmın digər ərazilərini, eləcə də Zəngəzurun cənub hissəsini
(Mehri rayonunu) əhatə etmiş, bu ərazilərin ermənilərdən qorunması
üçüıı müəyyən cəhdlər göstərmişdir.
İqtisadi
dəstək.
Bu
dövrdə
göstərilən
bölgələrin
Bakı.
Azərbaycanın digər rayonları, İrəvan şəlıəri, eləcə də İranla əlaqələri
kəsildiyindən bu bölgələrin əhalisinin iqtisadi tələbatları, ərzaq
təminatı əsasən Naxçıvan vasitəsi ilə ödənilirdi. Bu dövrdə Ordubad.
Qafan və Mehri rayonlarının, Şərur-Naxçıvan isə Sisyan rayonu və
İrəvan qəzasının əsas təminat mənbəyi idi. Yeri golınişkən, Naxçıvan
vasitəsilə təkcə azərbaycanlılar deyil, ermənilər də öz ərzaq
ehtiyaclarını ödəyirdilər. Həırı də Naxçıvanın Culfa məntəqəsi İranla
əlaqələrinin həyata keçirildiyi əsas nöqtə idi. Ona görə də Mehri-
Ordubad-Naxçıvan-Şahtaxtı yolunu ələ keçirmək crmənilor üçün əsil
ölüm-diriın ınəsələsinə çevrilnıişdi.
Humanitar-mənəvı dəstək. Ermənistanm Azərbaycana qarşı 1918-
1920-ci illərdə həyata keçirdiyi işğalçılıq siyasətinin ən acı
nəticələrindən biri də çoxminlik qaçqın ordusunun yaranması oldu.
İrəvan quberniyasınm
biitün
qəzalarında,
Zəngəzurda
həyata
keçirilmiş soyqırım və dcportasiya nəticəsində minlərlə müsəlınan
öldürülmiiş və əsir götiirülmiiş, 300-dən çox kənd yandırılmışdı.
Cənubi Azərbaycana pəııah aparan 45000 çox qaçqın İranda, 400
min qaçqın Naxçıvanda ağır şərtlər daxilində həyatla miibarizə
aparırdı. Sonrakı illərdə, xüsusən 1920-ci ildə Naxçıvana qaçqınların
gəlməsi daha kütləvi xaraktr almışdı. Bu yaxınlarada Rusiya Hərbi
Arxivinin fondlarında tapdığımız sənədlərdən birində qeyd olunur ki,
1920-ci ildə daşnakların vohşilikləri nəticəsində 500 min qaçqın Araz
çayı boynca toplanmışdır. Həmin sənəddə olan, Qırmızı Ordunun
Naxçıvandakı
hərbi
hissəsinin
komandanlığının
XI
Ordıı
komandanlığına göndərdiyi 1920-ci ilin sentyabrma aid məlumatına
görə isə l(bir) milyona yaxm miisəlman daşnakların tutduqları
orazilordən qaçaraq
Naxçıvan rayonunda, açıq
səına altında
döziilməz şoraitdə yaşayırdı. Belə şəraitdo özləri do oziyyət çokon
naxçıvanlılar öz soydaşlarım taleyin iimidinə buraxmayaraq onlaıa
arxa olmuşdıılar. Bu moqsodlo Naxçıvan Milli Şurası nozdindo
B.Şahtaxtinskinin sədrliyi ilə Qaçqınlar Komitosi yaradılınışdı. olıali
aıasında qaçqınlara yardım məqsodi ilo müxtəlif xevriyyo tədbirlori
keçirilirdi. Erınonistan sovetloşondən soııra İrovaıı quberniyasından
vo Zongoz.urdan Naxçıvana ponah gotirmiş az.ərbaycanlı qaçqınların
çox az hissəsi öz doğına yıırdlarına qayıda bildi. Onların oksoriyyoti
iiçiin Naxçıvan torpağı ikinci votən oldu. Naxçıvana İrovaıı
quberniyasının ınüxtolif qozalarından golıniş azorbaycanlı qaçqınlar
Şərurda, Naxçıvan şohərindo və otraf orazilordo, Zəngozıırdan qaçqın
düşonlor iso osasoıı Şahbıız, Culfa vo Ordubad rayonlarıııda
ınəskıınlaşdılar. Qaçqın azorbaycanlılar bir qayda olaıaq ermonilorin
tərk etdiyi kondlordo (belələrinin sayı 43 idi
K.İ.) yerloşmişdilor.
Bıı giin onların nosillori do haqlı olaraq özlorini naxçıvanlı sayırlar.
Beləliklo, Naxçıvan diyarının tarixi üçiin ağır dövr olan 1918-
1920-ci illordo Naxçıvan əhalisi noinki öz torpağmın ermənilorin
əlinə keçməsinə imkan vermədi, burada Azərbaycanın varlığını
qoruyub saxladı, eyni zamanda qonşu bölgələrdə yaşayan və
ermənilərin vəhşiliklərinə məruz qalan soydaşlarına mümkün olan
dəstəyi göstərdi.
Ümid edirik ki, gələcəkdə bu problemlə bağlı tədqiqatlar daha
geniş səpkidə davam etdiriləcək, Naxçıvanın qonşu ərazilərlə
qarşılıqh münasibətləri, baş vermiş hadisələrin regionun etnososial
strukturuna təsiri daha dərindən araşdınlacaqdır.
Bu gün biz Naxçıvamn alınmaz qalaya çevrilməsində həlledici rol
oynamış, bu yurdun türk döyüş ruhunu özündə təcəssüm etdirən
qəhrəman oğullarını fəxarətlə yad edir, onlara minnətdarlığımızı
bildiririk. Fəxr edirik ki, bu gün də Naxçıvanı yad əllərdən qoruyan
igid oğullarımız var və onlar ata-babalarımn şərəfli hərb ənənələrini
layiqincə davam etdirirlər.
İstifadə edilmiş ədəbiyyat
M.S.Ordubadi. Qanlı illər, B., 1991, s. 126-131.
Y en ə orada, s. 140.
İbrahim Etnur. M uxtariyyət ərəfəsind ə N axçıvan, N axçıvan , 2001, s. 88, 2 3 8 .
riepBajı Bceoömaa nepenHCb HacejıeHHH P
occhhckoh
HMnepHH 1897 roaa,
LXXI, ƏpHBaHCKaa ry6epHHa, T
hc
J
wihc
,
c
. 52-53; KaBKa3CKHH KajıeHflapb Ha
1917 r., TH(j)jiHc, 1916, c. 2 1 4 -2 2 1 .
KaBKa3CKHH KajıeH/ıapb Ha 1917, c. 214-221.
HapoflHoe
x o
3
h c t b o
A 3ep6 an/ı>KaHCKOH CCP k
7 0 - J i e r a ı o
BejiHKoro OKTHÖpa.
EaKy, 1987, c.257
HTora Bcec0K)3H0H nepenncH HaceJieHHa 1959 r. A3ep6. CCP, M., 1963, c.
140-141;
MHCJieHHOCTb
h
c o c T a B
HacejıeHHa CCCP, M. 1984, c. 126-127.
CoxpaösiH 3 .A . LLlapyp-HaxHHeBaH
b
1918-1920 rr.
M
c t o p h h
reHOUH/ıa
HaxHMeBaHCKHx apMHH, EpeBaH, 2 0 1 2 , c. 278.
A R PİİSSA , f. 277; iş 4 0 , v. 57, 79.
A R D A , f. 8 9 4 , s. 10, iş 78, v. 9-13.
K oM M yH H CT,
1920, 15
O K Taöpa.
Boe HHbiH apxMB
P o c c h h c k o h
O e / ı e p a u H H , cjDOH^.
195,
/ ı e j ı o
4 5 5 ,
j i h c t
92
TaM
>Ke, j i h c t
116
MÜNDƏRİCAT
Naxçıvanm muxtariyyot statusu..............................................................3
İSMAYIL HACIYEV
Naxçıvamn arxeoloji abidələri tarixi irsimizin
varislik rəmzidir...................................................................................... 29
NƏCƏF MÜSEYİBLİ
Naxçivan qədiırı mədəniyyətlərin mərkəzidir....................................37
VƏLI BAXŞƏLIYEV
Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri son tədqiqatlarda...57
ABBAS SEYİDOV
Qədim Sədorək abidoləri....................................................................... 67
NƏCƏF MÜSEYİBLİ
Gilan çay vadisinin arxeoloji abidolori.......................................... 107
BƏHLUL İBRAHİMLİ
Şahtaxti abidbrinin öyrənihnəsi tarixi...........................................123
QƏHRƏMAN AĞAYEV
Meydantopodə arxeoloji todqiqatlar............................................... 13 1
ƏKBƏR BƏDƏLOV
Naxçıvan diyarı XV-XVII osrlordo..........................:..................... 138
TOFİQ NƏCƏFLI
Naxçıvan xanlığmın tarixindon........................................................ 162
TOFİQ MUSTAFAZADÜ
Naxçıvan xanlığmın ohalisi (XVIII-XIX osrin ovvollorindo).... 173
İRAIX) MƏMMƏDOVA
1826-1828-ci illor Rııs İran (Qacar) ınuhaıibnsi dövründo
Naxçıvan xaıılığı vo 1827-ci il horbi kampaniyası...................... 180
NƏRMİNƏ ƏMİRBƏYOVA
Muxtariyyot
orofosindo
Naxçıvanın
ermoni
tocavüzündon
ıniidallosi............................................................................................. 1 ^7
İLIIAMİ Ə U Y L V
"Lrınoni dövloti” yaratmaq siyasotinin acı noticolori.................. 197
GÜNTƏK.İN NƏCƏFLİ
Mııxtariyyət illərində Naxçıvanda tarix elminin inkişafı (1 9 9 6 -
2014-cü illər)........................................................................................2 0 9
FƏXRƏDDİN SƏFƏRLİ
1946-1950-ci illərdə Azərbaycan SSR EA naxçıvan E lm i-
Tədqiqat Bazasımn fəaliyyəti...........................................................2 1 6
AYPARA R Ü STƏM O VA
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsinin
ilk sədri Vahab Salman oğlu Həşimzadə....................................... 2 2 3
TAMİLLA K Ə RİM O V A
Muxtariyyət dövründə Naxçıvanın tunc dövrü
abidələrinin tətbiqi.............................................................................. 2 3 0
ZEYNƏB Q ULİYEVA
Naxçivani muxtariyyətə aparan yola bir nəzər..............................2 3 8
ƏDALƏT QASIM OV
Azərbaycanın Zəngəzur və Vedibasar bölgələrinin müdafıəsində
naxçivanlilarin rolu (1918-1920-ci illər)........................................2 4 8
KAMRAN İSMAYILOV
AZƏRBAYCAN TARİX QURUMU
SƏDƏRƏK XEYRİYYƏ CƏMİYYƏTİ
NAXÇIVAN QƏDİMDƏN GÜNÜM ÜZƏ QƏDƏR
(Naxçıvan Muxtar Respublikasının 90 illivinə həsr olunmuş
məqalələr toplusu)
Kitab Sədərək Xeyriyyə Cəmiyyətinin
Maliyyə dəstəyi ilə çap olunmuşdur.
Satışı nəzərdə tutulmamışdır.
Format 60x84, 16/1, s.,ç.v. 16,375, kağız 80 qr/m2 ofset,
Tiraj: 250əd.
“Victory” mətbəəsində çap olunmuşdur.
Dostları ilə paylaş: |