Şəfaət Məsələsində Şübhələrin İfşası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix09.04.2022
ölçüsü1,24 Mb.
#85238
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Şəfaət məsələsində şübhələrin ifşası

19

 

 

"Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan 

Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar cənnət çaylarının 

yanına gəlir, cənnət meyvələrindən yeyir və ərşin kölgəsində yerləşdirilmiş 

                                                             

19

 Əbu Dəvud: 2158, 2520, 2522 




 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 20 

 

qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə 



qədər  gözəl  olduğunu  gördükləri  zaman  deyirlər:  Kaş  ki,  qardaşlarımız 

Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda 

cihaddan  qorxub  qaçmayaydılar.  Allah:  Mən  sizin  dediklərinizi  onlara 

bildirərəm - dedi və bu ayələri Öz elçisinə nazil etdi: 

 

"Allah  yolunda  öldürülənləri əsla  ölmüş  sanma.  Əksinə,  (onlar)  diridirlər.” 



(Ali İmran, 3/169)"

 

 

 Görüldüyü kimi burada şəhidlərin diriliyi Allah qatındadır və bundan qəsd 



onların  ruhlarının  yaşıl  cənnət  quşlarının  bədənində  olmasıdır.  Bizim 

qatımızda isə onlar, cənazələri qılınaraq dəfn edilib ki, diri olanlara cənazə 

qılınmaz.  

 

Biz Onların Fayda və Zərər Vermədiyini Bilirik. Sadecə 



Onlardan, Allah Qatında Bizə Şəfaət Etməsini İstəyirik 

Şübhəsi  

 

Cavab: Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət'də dedi: 



 

"Allah  düşmənlərinin,  Rəsulların  dinlərinə  qarşı  çoxlu  etirazları  vardır.  Bu 

etirazlarla  insanları  bundan  (haqq  dindən)  uzaqlaşdırırlar.  Məsələn  bu 

sözləri: 

 

Biz, Allaha şərik qoşmuruq. Əksinə biz, Tək olan və şəriki olmayan Allahdan 



başqa  heç  kimin  yaratmadığına,  ruzi  vermədiyinə,  fayda  və  zərər 

vermədiyinə, habelə nəinki Abdulqadir və başqalarının heç Muhəmmədin 

 

belə  öz  nəfsinə  nə  bir  fayda  nə  də  bir  zərər  verməyə  qadir  olmadığına 



şəhadət  edirik.  Lakin  mən  günahkaram.  Salehlərində  Allah  qatında 

hörmətləri  var.  Mən  də  onlar(ın  vasitəsi)  ilə  Allahdan  tələb  edirəm.  Buna 

cavabın, az öncə dediklərimizdir: 

 

Rəsulullahın 



  döyüşdükləri kəslər  də  (Qureyş  müşrikləri)  bu  dediklərinizi 

qəbul  edirdilər.  Və  bütlərin  heç  bir  iş  görə  bilmədiklərini  qəbul  edirdilər. 

Lakin yalnız onların hörmətlərini və şəfaətini istəyirdilər.” 

 



 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 21 

 

 



Mən Onu Çağırsamda Əslində Birbaşa Ondan Yox 

Allahdan İstəyirəm Şübhəsi 

 

Cavab: Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət'də dedi: 



"Əgər desə ki: Kafirlər (birbaşa) onlardan istəyir. Mən isə şəhadət edirəm 

ki,  fayda  va  zərər  verən  Allahdır  və  Ondan  başqasından  istəmirəm. 

Salehlərə  də  bu  işdən  bir  şey  yoxdur.  Lakin  onlardan  qəsdim,  Allahdan 

şəfaətlərini ümid etməyimdir. 

Cavab: Bu eyniylə kafirlərin sözüdür. Və ona, Uca Allahın bu sözünü oxu: 

 

"Allahı qoyub başqalarını özlərinə dost tutanlar (deyirlər): Biz, onlara ancaq 



bizi  Allaha  daha  çox  yaxınlaşdırsınlar  deyə  ibadət  edirik."  (Zumər,  39/3) 

 

Və Uca Allahın bu sözünü: "Və onlar Allahın qatında bizim şəfaətçilərimizdir 



deyirlər." (Yunus, 10/18)" 

 

Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət'də dedi: 



"Məsələn müşriklərdən bəziləri, sənə bunun kimi (ayələr deyər): 

“Həqiqətən,  Allahın  dostlarına  heç  bir  qorxu  yoxdur,  və  onlar 

kədərlənmiyəcəklər." (Yunus, 10/62) 

Vəya  şəfaətin  haqq  olduğunu  dəlilləndirərsə  vəya  Peyğəmbərlərin  Allah 

qatında hörməti olduğunu deyər və Peyğəmbərin 

 bir kəlamını zikr edib, 



bunu  öz  batilinə  dəlil  gətirərsə,  sən  də onun  zikr  etdiyi kəlamın  mənasını 

başa düşməzsən,  

Onun  sözünə  cavabın:  Həqiqətən  Allah,  qəlblərində  xəstəlik  olanların 

muhkəm  ayələri  tərk  edərək  mutəşəbih  ayələrə  tabe  olduqlarını  zikr 

etmişdir.  Mənim  sənə  zikr  etdiyim  və  Allahın  da  zikr  etdiyi,  müşriklərin 

(Allahın)  Rububiyyətini  qəbul  etdikləridir.  Lakin  onların,  mələklərə, 

Peyğəmbərlərə  və  övliyalara  bağlanaraq  "Bunlar  bizim  Allah  qatında 

şəfaətçilərimizdir!"  (Yunus,  10/18)  sözləri  ilə  küfrə  girdikləri,  ap-açıq 

muhkəm olan bir işdir. Heç kim bunun mənasını dəyişdirə bilməz.  

(Sonra) Ona de ki: Ey müşrik! Qurandan vəya Peyğəmbərin 

 sözlərindən, 



mənə zikr etdiklərinin mənasını bilmirəm. Lakin bunu qəti bilirəm ki, Allahın 


 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 22 

 

kəlamı bir-biri ilə tərs düşməz və Peyğəmbərin 



 sözləri də Allah Azzə və 

Cəllə'nin sözlərinə müxalifət etməz. 

Bu  doğru  bir  cavabdır.  Lakin  bunu,  Uca  Allahın  müvəffəq  etdiklərindən 

başqası anlamaz." 

 

Bu Ayələr Qureyş Müşrikləri (Bütpərəstlər) Haqqında 



Endirilib, Siz Onları Müsəlmanlara Aid Edirsiniz Şübhəsi 

 

Cavab: İbn Teymiyyə dedi:




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə