Şəfaət Məsələsində Şübhələrin İfşası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix09.04.2022
ölçüsü1,24 Mb.
#85238
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
Şəfaət məsələsində şübhələrin ifşası

 

20

 

“(Quranda) kafirlərin zəmm edilməsi, ancaq Qureyş kafirlərinə aiddir və s. 

bunun kimi şeyləri, nə Müsəlman nə də ağlı olan biri deməz.” 

 

Əbu Buteyn ən-Nəcdi dedi:



 

21

 

“Bu  sözü  deyənə  gəlincə:  Əvvəlki  müşriklərin  hökmü  ilə  bağlı  endirilən 

ayələr,  Sonradan  onların  etdiklərini  (şirki)  edənlərə  aid  deyil.  Bu  (söz) 

əzəmətli bir küfrdür.”  

 

Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət'də dedi: 



 

"Allahın,  Kitabında  zikr  etdiyi  sözləri  ona  oxu  və  açıqla.  Əgər  desə ki:  Bu 

ayələr  bütə  ibadət  edənlər  haqqında  endirilib.  Salehləri  və  Peyğəmbərləri 

necə bütlərlə bir tuta bilərsiniz? Buna cavabın, az öncə dediklərimizdir. 

 

Ona de ki: Həqiqətən kafirlər Rububiyyətin hamısının Allaha aid olduğuna 



şəhadət edirdilər. Və onların bunu istəməkdə şəfaətdən başqa qəsdləri yox 

idi. Əgər o, onların (Qureyş müşriklərinin) etdikəri ilə öz etdikləri arasında 

fərq olduğunu demək istəyərsə, 

Ona  de  ki:  Kafirlərdən  bəziləri,  salehlərə  və  bütlərə  dua  edir,  bəziləri  də 

övliyalara dua edirdilər. Hansı ki, Allah onlar haqqında buyurur: 

                                                             

20

 Məcmu'ul Fətava: 16/148 



21

 Durar’us Səniyyə: 10/418 




 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 23 

 

"Onların çağırdıqlarının özləri də Rəbblərinə hansı daha yaxın olacaq deyə 



vəsilə axtarırlar." (İsra, 17/57) 

Məryəm  oğlu  İsaya  və  onun  anasına  dua  edənlər  haqqında  Uca  Allah 

buyurdu: 

 

"Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. 



Onun anası isə (Allaha) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək 

yeyirdi.  Bax  gör  ayələrimizi  onlara  necə  bəyan  edirik,  sonra  da  gör  onlar 

(haqdan)  necə  döndərilirlər.  De:  Allahı qoyub  sizə  nə  bir  zərər, nə  də  bir 

fayda  verə  bilməyən  şeylərəmi  ibadət  edirsiniz?  Allah  isə  Eşidəndir, 

Biləndir." (Maidə, 5/75-76) 

 

Ona, Uca Allahın bu sözünü zikr et: 



"O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: 

Bunlar  sizəmi  ibadət  edirdilər?  (Mələklər)  deyəcəklər:  Sən  paksan, 

müqəddəssən.  Bizim  dostumuz  Sənsən,  onlar  deyil.  Əksinə,  onlar  cinlərə 

ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi." (Səbə, 34/40-

41) 

 

Və Uca Allah dedi: 



“Allah deyəcək: Ey Məryəm oğlu İsa! Sənmi insanlara Allahı qoyub məni və 

anamı iki ilah qəbul edin demişdin? İsa deyəcək: Sən pak və müqəddəssən. 

Haqqım  olmayan  bir  şeyi  demək  mənə  yaraşmaz."  (Maidə,  5/116) 

 

Elə isə ona de: Artıq bildin ki, Allah bütlərə və salehlərə yönələnləri təkfir 



etdi və Rəsulullah 

 onlarla döyüşdü." 



(Nəql burda bitdi) Həmçinin bil ki müşriklər, Uca Allahın Rububiyyətini qəbul 

edirdilər.  Lakin  Peyğəmbərlərdən,  mələklərdən,  salehlərdən  şəfaət  tələb 

etdikləri üçün müşrik idilər. Uca Allah buyurur: 

"De: Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim 

olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna 

qoyan kimdir? Onlar deyəcəklər: Allah!" (Yunus, 10/31) 

 

Rəsulullaha 




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə