Elm ideologiya və dövlətçilik şüuru
- 87 -
qamları yox, fəlsəfi baxımdan önəmli olan cəhətləri
dəyərləndiririk. O tədqiqat fəlsəfi hesab oluna bilər
ki, ideologiya atıldıqdan sonra da, əsas məzmun
yerində qalmış olsun. Marksizm-leninizm fəlsəfəsi
sadəcə ideologiya deyildi. O, bir fəlsəfi sistem kimi
də ziyanlı idi. Və biz siyasi müstəqillik əldə et-
dikdən sonra fikir müstəvisində də müstəqilliyə nail
olmalı idik. Lakin biz nə etdik? Marksın, Engelsin,
Leninin adlarını və onların əsərlərindən parçaları
çıxarıb atdıqdan sonra həmin sistemi və ideya xət-
tini eynilə saxlamadıqmı? Tələbələrə həmin mate-
rialist ruhu aşılanmırdımı? Hələ bu gün də bəziləri
fəlsəfəni nə isə din əleyhinə olan bir şey kimi tə-
səvvür etmirmi? Məsələn, Leninin adını çıxarıb,
materiyanın tərifini yenə də olduğu kimi vermək,
zamanı-məkanı yenə də materiyanın mövcudluq
formaları kimi təqdim etmək, yenə də dialektikanı
metafizikaya qarşı qoymaqla yeni fəlsəfə sistemi
yaratmaq mümkündürmü? Amma müstəqillik illəri-
nin ilk fəlsəfə dərslikləri belə yarandı.
Fəlsəfənin özü məlum olsa, onun dərsliyini
yazmaq ancaq metodiki bir işdir. Çətin olan da
məhz seçim etməkdir, hansı fəlsəfənin, hansı tə-
limin əsas kimi, baza kimi götürülməsidir.
Təbii ki, biz bu dünyada tək deyilik və boy-
lanıb ilk növbədə qonşularımıza baxırıq. SSRİ da-
ğıldıqdan sonra ruslar hansı fəlsəfi təlimləri prioritet
kimi götürdülər və nə kimi bir fəlsəfə dərsliyi ortaya
Azərbaycanda elm və onun aktual problemləri
- 88 -
qoydular? Yaxud postsovet məkanının başqa xalq-
ları. Maləsəf, Rusiyada da «fəlsəfə axtarışı» mark-
sizm klassiklərinin sadəcə atılması ilə başladı. İkinci
addım isə qeyri-marksist fəlsəfə tarixinə daha çox
yer vermək oldu. O dərəcədə çox ki, bəzən mark-
sizm fəlsəfə tarixindən bütövlükdə çıxarıldı. Tarix-
dən çıxarıldı, amma fəlsəfə kurslarının əsas məzmu-
nundan çıxarıla bilmədi. Məqsəd kimlərinsə yalnız
üzdə olan izini çıxartmaq olanda yerində nə isə şi-
kəst bir şey qalır.
Bəlkə biz gözləyək, ruslar nə vaxt fəlsəfə
prioritetlərini müəyyənləşdirib qurtaracaqlar, ondan
sonra biz də onlardan, tərcümə edərik. Yeri gəlmiş-
kən, Rusiyada da bu qeyri-müəyyənlik hələ aradan
götürülmədiyindən, fəlsəfə dərslikləri daha çox də-
rəcədə tarix üzərində qurulur. Məsələn, Lomonosov
universitetində hazırlanan və Rusiya universitetləri
üçün əsas dərslik kimi təsdiqlənmiş kitabda nə az,
nə çox 430 səhifə fəlsəfə tarixinə ayrılmışdır ki,
bundan İslam dünyasına və ümumiyyətlə Şərq fəlsə-
fi fikrinə heç yarım səhifə də pay düşmür. Deməli,
bu bizim üçün örnək ola bilməz.
Amma bizim boylanmağımız üçün ikinci bir
ünvan da vardır. Bu – Türkiyədir. Lakin burada fəl-
səfi fikir iki əks cəbhəyə parçalanmışdır. Qərb
meylli dərsliklər elə Moskvada çıxanları xatırladır.
İslam yönlü fəlsəfəçilərin yazdıqları isə bir növ orta
əsrlərdə itərək müasir dövrün düşüncə tərzini əks
Elm ideologiya və dövlətçilik şüuru
- 89 -
etdirə bilmir. Deməli, bizim indi üzləşdiyimiz prob-
lemi Türkiyəli qardaşlarımız da hələ indiyədək həll
edə bilməyiblər. Lakin onlar bu qarşıdurmadan xilas
olmaq üçün çox vaxt fərqli bir yol seçirlər. «Fəlsə-
fəyə giriş», «Fəlsəfənin əsasları» tipli dərsliklərə
fəlsəfə tarixi xüsusi bölmə kimi daxil edilmir. An-
caq ayrı-ayrı fəlsəfi problemlər öyrədilir ki, fəlsəfə
tarixinə və klassiklərinə də bu problemlərin izahı
kontekstində müraciət edilir. Başqa sözlə desək, fəl-
səfə tarixi fəlsəfi məzmun içərisində əridilmiş olur.
Lakin əsas məsələ də məhz bu məzmunun necə
seçilməsi, onun daxilində kimlərin əridilməsidir.
Beləliklə, cəmiyyətşünas alimlərin bir vəzifəsi
ölkəmizdə gerçək ictimai prosesləri tədqiq etmək,
ictimai-siyasi və iqtisadi sahələrdə əldə olunmuş
uğurların ümumiləşmiş elmi mənzərəsini yaratmaq,
dünyada artıq Azərbaycan modeli kimi tanınan iqti-
sadi yenidənqurmanın mahiyyətini açmaqdan iba-
rətdirsə, digər vəzifə milli mədəni-mənəvi dəyər-
lərin elmi-fəlsəfi meyarlarını işləyib-hazırlamaq,
milli fəlsəfi fikri yeni dövrün tələblərinə uyğun su-
rətdə inkişaf etdirməkdir. Və bu işdə alimlərimizlə
yanaşı, geniş ziyalı ictimaiyyətinin, xüsusilə öz gü-
ndəlik işində ictimai şüurun formalaşmasına təsir
göstərə bilən insanların, təhsil işçilərinin, kütləvi
informasiya vasitələrinin üzərinə böyük məsuliyyət
düşür.
Azərbaycanda elm və onun aktual problemləri
- 90 -
İ
qtisadiyyat, elm və ideologiya
Azərbaycan iqtisadi cəhətdən
artıq oturuşmuş dövlət kimi ta-
nınır. Mən hesab edirəm ki, biz
artıq iqtisadi sahədə keçid döv-
rünü başa vurmuşuq.
İ
lham Əliyev
Qloballaşma və inteqrasiya şəraitində Azər-
baycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü
yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya
ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsəd-
lə ölkəmizdə yaxın və uzaq gələcək üçün fəaliyyət
proqramları işlənib-hazırlanır. Ölkənin həm regional
inkişafı, həm də dünya iqtisadiyyatının subyektin-
dən biri kimi fəaliyyət strategiyası vahid konseptual
baxış mövqeyindən həyata keçirilir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırı-
lan bu proqramlar Azərbaycanın istər qonşu dövlət-
lərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-
la iqtisadi əlaqələrini də əhatə edir. Son illərdə ölkə-
mizin iqtisadi əlaqələrinin coğrafiyası daha da
genişləndirilmişdir. Lakin bütün bu çoxşaxəli əla-
qələr sisteminin vahid bir prinsipi vardır. Bu da
ondan ibarətdir ki, hər hansı ikitərəfli və çoxtərəfli
iqtisadi münasibətin qurulmasında ilk növbədə öl-
kəmizin milli maraqları rəhbər tutulur. Belə geniş
Dostları ilə paylaş: |