Azərbaycanda elm və onun aktual problemləri
- 6 -
ixtisası bilməklə elmin təşkilati strukturu və infra-
strukturu barədə hökm vermək olmaz. Çünki elmşü-
naslıq özü ayrıca bir ixtisas sahəsidir. Bax bizim
Akademiyada çatışmayan da elə elmşünaslıq sahə-
sində bir nəfər də olsun yüksək ixtisaslı mütəxəssisin
olmamasıdır. Axı, hər hansı bir konkret sahənin nü-
mayəndəsi, qoy lap böyük nümayəndəsi: riyaziyyatçı,
geoloq, ədəbiyyatşünas, hətta fəlsəfəçi bütövlükdə
elm haqqında, elm-təhsil, elm-istehsalat, elm-mədə-
niyyət sistemləri və bu sistemlərin hər birində elmin
spesifik yeri və funksiyası haqqında fikir yürütməyə
nə dərəcədə səlahiyyətlidir?
Bəs görəsən, Akademiya rəhbərliyi niyə kənar-
dan (“kənar” dedikdə biz heç də ölkədən kənarı deyil,
Akademiyadan kənarı nəzərdə tuturuq) mütəxəssis-
elmşünas dəvət etmir? Niyə bəzi elmi institutların
universitet elmi ilə, bəzilərinin isə müvafiq sahə elmi
ilə inteqrasiyasından bu dərəcədə narahatdırlar? Aka-
demiyada humanitar və ictimai elmlərin prioritetliyi
konsepsiyasının müzakirəsindən niyə belə çəkinir-
lər?!
Kitabda müasir mərhələdə Azərbaycanda va-
hid elm və təhsil siyasətinin həyata keçirilməsi,
fundamental və tətbiqi elmlərin spesifik təşkilati
strukturu və bu sahədə aparılmalı olan optimal isla-
hatın mümkün variantları nəzərdən keçirilir.
7
ELM və ONUN TƏŞKİLATİ
FORMALARI
Elm və cəmiyyət
Müasir mərhələdə Azərbaycanda yüksək icti-
mai-iqtisadi inkişaf tempi, təbii ki, elmin də bu pro-
seslərdə fəal iştirakının təmin edilməsi vəzifəsini
qarşıya qoyur. Əlbəttə, elmin funksiyalarını ancaq
iqtisadi səmərə ilə məhdudlaşdırmaq olmaz. Elmin
həm də humanitar missiyası və dünyagörüşünün
formalaşdırılması baxımından mühüm əhəmiyyəti
vardır. Cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük
intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alın-
sa, bir o qədər yaxşıdır. İndi çoxlu ictimai təşkilat-
lar, o cümlədən, elm və təhsil sahəsində beynəlxalq
və milli elmi mərkəzlər, assosiasiyalar, fondlar, ha-
belə, müxtəlif profilli akademiyalar yaradılır. Cə-
miyyətdə gedən proseslərdə istər-istəməz ictimai
rəyin rolu artır və bu təşkilatlar ictimai rəyə böyük
təsir göstərirlər. Demokratik cəmiyyətdə sağıcı ilə
Azərbaycanda elm və onun aktual problemləri
- 8 -
alimin səsi bərabər olduğu kimi, belə təşkilatlar da
bir hüquqi şəxs olaraq ictimai-siyasi proseslərə qa-
tılmaq üçün eyni hüquqi imkanlara malikdirlər. Ka-
pitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital
öz qüdrətini bütün sahələrdə, o cümlədən, elm və
təhsil sahələrində də göstərməyə başlamışdır. Lakin
elm sahəsində kapitalın dövriyyə müddəti çox bö-
yük olduğundan, yeni yaranan burjuaziya elmi təd-
qiqat sahələrinə investisiya qoymaq barədə düşün-
mür. Əsl elmin əvəzinə, onun ancaq adından və nü-
fuzundan bəhrələnmək üçün psevdoelmi təşkilatlar
və qurumlar yaradılır, elmi adlar altında cəfəng
məzmunlu və ya çoxdan məlum olan biliklərdən
ibarət qalın-qalın kitablar buraxılır, müxtəlif cür el-
mi titullar, fəxri adlar, mükafatlar təsis edilir. Nəti-
cədə kapital həqiqi elmin inkişafı üçün nə isə etmə-
yə tələsməsə də, onu psevdoelmi mühitlə əvəz et-
məyə çalışır və onu müasir reklam texnologiyasına
söykənən zəngin, zahirən dəbdəbəli üz qabığının pa-
rıltısında itirib-batırır, gözəgörünməz edir. Kim isə
ingilis dilini bildiyinə görə xarici ölkələrdən sertifi-
katla qayıdır, kim isə internetin imkanlarından isti-
fadə edib yeni-yeni informasiyalarla əsl alimləri be-
lə mat qoyur, kim isə sadəcə pulu olduğuna görə öz
adına həmin bu informasiyaların tərcüməsindən iba-
rət qalın-qalın kitablar buraxdırır. Kim isə yenə də
sadəcə pulu və ya vəzifəsi olduğuna görə, heç ingi-
lis dilini bilməsə də, heç internetdən istifadə edə bil-
Elm və onun təşkilati formaları
- 9 -
məsə də, dolayısı ilə onlardan bəhrələnir, kim isə
heç yeni informasiyadan da istifadə etmədən, baş-
qalarının əməyi hesabına kitablar və dissertasiya iş-
ləri yazdırır və s.
Sual oluna bilər ki, əgər indiki şəraitdə elmi-
tədqiqat işinə heç kim maya qoymaq istəmirsə, bəs
onda elmi adlara, titullara, müxtəlif “beynəlxalq”
psevdoelmi təşkilatların, “akademiyaların” yaradıl-
masına və onların üzvlüyünə nəyə görə pul sərf
edənlər tapılır? Meşşanlar dünyasında elm özü heç
kimə lazım deyilsə, onun imicindən istifadə etmək
nəyə görə lazımdır? Suala sualla cavab vermək is-
tərdik: Əgər zinət əşyaları, bahalı paltarlar, dəbdə-
bələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan
kapital gəlir gətirmirsə, onda nəyə lazımdır? Yəqin
hər iki sualın cavabı eyni olacaqdır. Görünüş ya-
ratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə
təqdim etmək üçün, imici asan yolla qaldırmaq üçün
və s. Nəticədə həqiqi elmin arxa plana keçməsi və
psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, bu-
na da heç cür yol vermək olmaz.
Keçid dövründə, elmin ictimai şüurda pozitiv
bir hadisə kimi hələ də saxlandığı, lakin ictimai-
iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi bir
şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəzi-
ləri köhnə elmin təşkilati formalarını, bəziləri hətta
bu təşkilatların yerləşdiyi binaları və öz əvvəlki
funksiyalarını artıq çoxdan itirmiş laboratoriyaları,
Dostları ilə paylaş: |