Azərbaycanda elm və onun aktual problemləri
- 34 -
nini yaratmaq üçün köhnəni öyrənmək lazımdır. Bu
mənada fundamental tədqiqatlar fundamental təhsil-
lə sıx surətdə bağlıdır. Mahiyyətlər arasındakı bu
əlaqə, təbii ki, təşkilati strukturda da nəzərə alın-
malıdır. İnkişaf etmiş ölkələrdə doğrudan da belə-
dir. Fundamental tədqiqatla fundamental təhsil va-
hid müəssisələrdə – universitetlərdə birləşdirilmiş-
dir. Ölkəmizdə isə bu zərurət unudulmuşdur.
Tətbiqi tədqiqatlar gerçəklik haqqında deyil,
gerçəkliyi dəyişdirməyin yolları haqqında biliklərə
əsaslanır. Bu biliklərin öyrənilməsi sonrakı yaradı-
cılıq üçün zəruri şərtdir. Və deməli, burada bu təd-
qiqatla təhsil vəhdətdə olmalıdır. Lakin burada fun-
damental biliklər yox, tətbiqi biliklər öyrənildiyin-
dən hər bir tətbiqi sahəyə uyğun gələn spesifik ali
təhsil sahəsi vardır. Məsələn, texnoloji ali məktəblər
sahə elmləri ilə, ali tibb məktəbləri tibb profilli təd-
qiqat institutları ilə vəhdətdə olmalıdır (inteqrasiya
getməlidir).
Elmin hər iki qolunun müvafiq ali təhsil sahə-
ləri ilə daxili əlaqəsi inkişaf etmiş ölkələrdə (bəlkə,
əksinə, onların inkişafı elə elmlə təhsilin düzgün
inteqrasiyasının nəticəsidir) nəzərə alınsa da, SSRİ-
də nəzərə alınmamış, elm təhsil sistemindən ayrı
düşmüşdür. Yüzlərlə yüksək ixtisaslı alim biliklərini
gənc kadrlara öyrədə bilməmiş, yüzlərlə professor
əsasən tədrislə məşğul olduğundan elmi yaradıcılıq
potensialını reallaşdıra bilməmişdir.
Elm və onun təşkilati formaları
- 35 -
Nəyi isə dərk eləmək, başa düşmək hələ azdır.
Öyrənilənləri həyatda tətbiq etməyi bacarmaq la-
zımdır. Əgər bilik hər hansı fəaliyyət proqramına
daxil edilə bilmirsə, istifadəsiz qalırsa o, passiv ha-
fizəyə keçərək tədricən unudulur, və ya xüsusi sax-
lanma vasitələri ilə (kitab və s.) gələn nəsillərə ötü-
rülür. Bu cür "lazımsız" biliklər "lazımlı bilikləri"
tamamlamaq üçün lazım olur. Yaxud sonradan əldə
olunmuş yeni biliklərlə birləşərək istifadə olunmaq
imkanı əldə edir. "Saxla samanı, gələr zamanı". Bu
el hikməti özünü bilik sahəsində də doğrultduğun-
dan biliklərin sistemə salınması və tətbiqdən asılı
olmadan, nisbi müstəqil bir sərvət kimi yeni nəsil-
lərə ötürülməsi ənənə halını alır. Nəticədə, bir tərəf-
dən, müstəqil elm sahələrinin əsaslarını, fənləri öy-
rədən təhsil sistemi formalaşır, digər tərəfdən, yeni
bilik əldə etmək özü məqsədə çevrilir və nisbi müs-
təqil elmi fəaliyyət sahəsi yaranır. Bir-biri ilə sıx
əlaqədar olan və məntiqi yolla biri digərindən alına
bilən müəyyən qrup biliklər sistemi formalaşır ki,
bunlar da gələcək elmi fənlərin əsasını təşkil edir.
O vaxt ki, hər bir adam yalnız özünə lazım
olan bilikləri öyrənməklə kifayətlənirdi – o vaxt
arxada qalır. Elm sağlam şüur və əxlaqi meyar hü-
dudlarını keçərək özünə münasibətdə yeni düşüncə
tərzi tələb edir. Əgər o dövrdə Sədi öz dediklərinə
əməl etməyən alimi əlində çıraq gəzdirən kora
bənzədirdisə, indi belə korlardan kənarda elmin in-
Azərbaycanda elm və onun aktual problemləri
- 36 -
kişafını təsəvvür etmək qeyri-mümkün olur. Kim isə
axtarır, kəşf edir, tapır, lakin özü üçün deyil, baş-
qaları üçün. Özü də konkret mənada başqaları üçün
yox, məsələn, öz övladları üçün, ya bir qohumu, ta-
nıdığı bir adam üçün yox, naməlum başqaları üçün.
Bütün bəşəriyyət üçün.
Başqasının kəşf etdiyi bilik elə bil ki, yəhərli,
yüyənli at kimi qaça-qaça gəlib hamının qarşısından
keçir. Keçir, lakin dayanmır. Ata minib onu istədi-
yin səmtə sürmək üçün, ona sahib olmaq üçün də
xüsusi məharət lazımdır. Bir yerdə dayanan adam
qaçan ata minə bilməz. Gərək sən özün də hərəkətdə
olasan. Elə bil ki, elm adamı üzünü tətbiqçilərə
tutub deyir: "Məndən bərəkət, sizdən hərəkət". El-
min tətbiqi isə olduqca müxtəlif sahələri əhatə edir.
Kim belə hesab edirsə ki, elmin həyatla əla-
qəsi yalnız texnika vasitəsilə mümkündür, böyük
səhv edir. Həyat yalnız istehsalatdan ibarət deyil.
Başqa sözlə, maddi istehsal ictimai həyatın yalnız
cüzi bir hissəsini təşkil edir. Düzdür, maddi isteh-
salın rolu böyükdür. Lakin mənəvi amillərin get-
dikcə daha çox dərəcədə məhsuldar qüvvəyə
çevrildiyi bir şəraitdə ictimai həyatın mənəvi və
maddi komponentləri arasındakı nisbətdə ciddi də-
yişmələr baş verməkdədir.
Bütövlükdə ictimai həyatın mənzərəsi hər bir
adamın həyatına nəzərən daha zəngin və daha rən-
garəngdir. İctimai həyata insanın həm maddi, həm
Elm və onun təşkilati formaları
- 37 -
də mənəvi ehtiyaclarının ödənilməsinə yönəlmiş
fəaliyyət sahələri ilə yanaşı, əslində heç bir konkret
insana lazım olmayan, yalnız müəyyən sosial təşki-
lati strukturların özünümühafizəsinə xidmət edən
fəaliyyət sahələri də daxildir. İnsanın bilavasitə
maddi tələbatına xidmət edən yüngül sənaye, həmin
sənayenin texniki ehtiyaclarını təmin edən maşınqa-
yırma sənayesi, texnologiyalara nəzarət edən mü-
həndis fəaliyyəti, fəhlələrin bilavasitə icraçılıq
fəaliyyəti, yeni texniki sistemlərin layihəsini hazır-
layan ixtiraçı və konstruktorların fəaliyyəti, elmi
nailiyyətlərin istehsala tətbiq yollarını axtaran elmi-
texniki fəaliyyət və nəhayət, yeni elmi biliklərin
əldə olunmasına xidmət edən elmi işçilərin fəaliy-
yəti – elmi kəşflər. Elmi axtarışlar aparan adamla-
rın, habelə mühəndis və konstruktor kadrlarının ha-
zırlanmasına xidmət edən təhsil sistemi. Bu, vahid
bir zəncirdir. Təhsil-elm-ixtiraçılıq fəaliyyəti – tex-
nologiyaların mənimsənilməsi, – mühəndis fəaliy-
yəti – bilavasitə icraçılıq – istehlak mallarının hazır-
lanması – istehlak...
Lakin həyatda elm həlqəsini bir tərkib ele-
menti kimi özündə saxlayan başqa analoji zəncirlər
də az deyil. Məsələn, Təhsil-Elm-Səhiyyə-Fiziki
sağlamlıq; Təhsil-Elm-İdarəetmə; Təhsil-Elm-Siya-
sət; Təhsil-Elm-Hüquq; Təhsil-Elm-Ticarət; Təhsil-
Elm-Özünüidarə və s. Bütün bu zəncirlərin başlan-
ğıcında dayanan Təhsil özü də mürəkkəb sistem
Dostları ilə paylaş: |