Elm ideologiya və dövlətçilik şüuru
- 67 -
səmərəsi haqqında söhbət açmalıyıq. Yeri gəlmiş-
kən, bu sahənin səmərəsi, elmdən fərqli olaraq, iqti-
sadi meyarlarla deyil, ideoloji və mədəni-mənəvi
meyarlarla ölçülməlidir. Qərb anlamında humanitar
sahə heç vaxt elm kimi qiymətləndirilmir və bizim
işlətdiyimiz “humanitar elmlər” ifadəsinin dəyərlən-
dirilməsində də elmə aid tələblərdən və meyarlardan
çıxış edilmir. Ümumiyyətlə bizdə humanitar və ic-
timai elmlərin bir papaq altında qruplaşdırılması
özü də kökündən səhv bir yanaşmadır.
Dövlət idarəçiliyində elmin (science) huma-
nitar sahəyə aid edilməsi də ancaq Şərq ölkələrində
mümkündür. Belə ki, Qərbdə elm bilavasitə gəlir
gətirməyən və buna görə də, dövlət maliyyələşmə-
sinə möhtac olan, bütün dəyəri insana və insanlığa
xidmətdən ibarət olan humanitar sahələrdən fərqli
olaraq, özünü maliyyələşdirən və üstəlik gəlir gəti-
rən yüksək rentabelli bir bölüm kimi iqtisadiyyatın
strukturuna daxil olur. Onun maliyyələşməsi və gə-
tirdiyi gəlirlər də böyük korporasiyaların fəaliyyəti
çərçivəsində tənzimlənir. Hətta universitet elminin
maliyyələşməsində də həmin böyük iqtisadi qurum-
lar maraqlı olduqlarından, həmin ölkələrdə universi-
tetlərlə korporasiyalar arasında sıx bir əks-əlaqə
mövcuddur.
İndiki dövrdə qarşımızda duran vəzifə də
nəinki humanitar və ictimai elmlərin funksiyalarını
bərpa etmək, habelə bütünlükdə Akademiya, univer-
Azərbaycanda elm və onun aktual problemləri
- 68 -
sitet və sahə elmi arasında koordinasiya yaratmaq-
dan ibarətdir. Habelə, elmin (science) tədricən hu-
manitar sahənin strukturundan çıxarılaraq iqtisadiy-
yatın strukturuna daxil edilməsi istiqamətində real
addımlar atılmalıdır ki, ancaq bu zaman humanitar-
ictimai elmlər də öz evində yad ünsür tərəfindən sı-
xışdırılmaq aqibətindən xilas ola bilər.
“Yad ünsür” dedikdə biz bir tərəfdən ölkənin
humanitar siyasətinə daxil edilən və Milli EA-nın
fəaliyyətinin mühüm bir hissəsini təşkil edən, digər
tərəfdən isə həm humanitar, həm də milli mahiy-
yətdən uzaq olan, qlobal texnokratik və ümumbəşəri
səciyyə daşıyan, sözün dar mənasında elmi (science
– fundamental və tətbiqi elmlər) nəzərdə tuturuq.
Bəs humanitarlıq və millilik xaricində olan elmin
əsl yeri haradadır?
Elm sahəsində düzgün siyasət aparıldıqda, yə-
ni dünya praktikasına uyğun hərəkət etdikdə, onun
inkişafı iki əsas təşkilati formada həyata keçir: is-
tehsal sahələrinə, iqtisadi qurumlara, korporasiya-
lara (sovet dövründə buna «elm-istehsalat birlikləri»
deyirdilər) daxil olan sahə elmləri və bir də univer-
sitet elmi. Bizdə indi sahə elminin çox az nümunə-
ləri qalmışdır. Böyük istehsal sahələrindən biri olan
Neft şirkətində və s. Universitet elmi isə sanki məq-
sədyönlü surətdə arxa plana keçmişdir və elmdən
söhbət gedəndə heç səsi də çıxmır. Təsadüfi deyil
ki, Milli Məclisdə “Elm haqqında qanun” adı al-
Elm ideologiya və dövlətçilik şüuru
- 69 -
tında artıq iki oxunuşdan keçmiş layihə bütövlükdə
və tamamilə Akademiya haqqında qanunu xatırla-
dır. Universitet elmi və sahə elmlərinin heç adı da
çəkilmir. Bu da ölkəmizdə elmin daxili bölgüsündə
yaranmış disproporsiyanın artıq ictimai şüurda da
möhkəmlənməsinin nəticəsidir. Görünür, Akademi-
ya divarları arasında olmaq və dövlət büdcəsindən
daha çox maliyyə ayrılmasına çalışmaq, yaxud buna
nail ola bilmədikdə sosial narazılıq mənbəyi yarat-
maq daha asan işdir. İstehsalat birlikləri nəzdində
fəaliyyət göstərərək milli iqtisadiyyatımızın konkret
ehtiyacları üçün çalışmaq və real tətbiqi nəticələr
göstərmək isə bir qədər çətindir.
Təəccüblü görünən odur ki, bəs universitetlər
niyə səsini çıxarmır? Əvvəllər həm fundamental
elmlərin, həm də humanitar-ictimai elmlərin inkişa-
fında aparıcı mövqe tutan ali məktəblər niyə indi öz
işini əsasən tədrislə məhdudlaşdırır və bütün sahə-
lərdə koordinasiya səlahiyyətinin haqlı-haqsız Aka-
demiyaya verilməsinə soyuqqanlılıqla yanaşır? Mə-
sələn, hüquqşünaslığın ağırlıq mərkəzi açıq-aşkar
şəkildə BDU olduğu halda, müvafiq elmi sahənin
koordinasiyası niyə Akademiyaya tapşırılmalıdır?
Belə misallar çox çəkmək olar, amma görünür,
Təhsil Nazirliyi «elə təhsil də bizə bəsdir» prinsi-
pindən çıxış edir. Çünki indi təhsil elmdən daha
«prestijlidir», çiynini əlavə bir yükün altına vermə-
yə nə hacət?! Təsadüfi deyil ki, Akademiyanın
Azərbaycanda elm və onun aktual problemləri
- 70 -
2001-ci ildən sonra keçirdiyi islahatın da bir xətti
buranı tədricən həm də bir təhsil mərkəzinə çe-
virmək və ödənişli təhsil sahəsindən «qazanıb» elmi
inkişaf etdirmək xətti idi. düzdür, Akademiya hə-
ləlik əldə etdiyi bu səlahiyyətdən geniş planda
yararlana bilmir: təhsilin nə dərəcədə spesifik və
çətin bir sahə olduğu Akademiya rəhbərliyi tərəfin-
dən hələ indi-indi dərk olunur. Aspirantura-disser-
tantura «təhsili» Akademiyada kifayət qədər geniş-
ləndirilsə də, burada prosesin təhsil aspektindən, bu
artıq əziyyətdən xilas olmaq üçün fəlsəfə dərslə-
rindən, elmi yaradıcılıq metodları və ixtisas metodo-
logiyasından yaxa qurtara bilmiş, fəlsəfədən mini-
mum imtahanları ləğv edilmişdir. On ilə yaxın bir
müddətdə elmə vurulan bu zərbə indi o dərəcədə
aşkar görünür ki, noyabr müşavirəsində AMEA-nın
prezidenti özü də bu səhvi etiraf etdi və fəlsəfəyə
qayıtmaq zərurətini vurğuladı. Amma bu, hələ xoş
bir istəkdir. Səhv etmək asan, onu aradan qaldırmaq
isə çətin olur.
Dövlətimizin iqtisadi sahədə qazanılmış bö-
yük uğurlarla yanaşı, elmdə də ciddi islahatlar apar-
maq və bu sahədə də qabaqcıl ölkələr sırasına çıx-
maq istəyi anlaşılandır. Bu istək son vaxtlarda ölkə
rəhbərinin bir sıra sərəncamlarından da aydın gö-
rünür. Elm fondunun yaradılması da bu istiqamətdə
atılan mühüm addımlardan biridir. Amma elmin təş-
kilati strukturunda aparılan islahatların öz spesifika-
Dostları ilə paylaş: |