Azərbaycanda elm və onun aktual problemləri
- 50 -
başqa tipli təşkilati forma və maliyyələşmə metod-
ları, təbii ki, müəmmalı və hətta qorxulu görünür;
xüsusən də yaşlı nəsil üçün. Axı, ənənəvi sistemdə
dərəcələr, ölçülər, meyarlar və müvafiq maaş kate-
qoriyaları detallarına və qəpiyinədək müəyyənləşdi-
rilmişdi. İnkişaf səviyyəsi konkret göstəricilər və
titullarla müəyyən edilmiş, dissertasiya işlərinin ya-
zılıb müdafiə edilməsi ilə, kiçik elmi işçidən baş el-
mi işçiliyə qədər bütün pillələri keçməklə reqla-
mentləşdirilmişdi. İndi gün kimi aydın olan bu sis-
temdən çıxıb elmdə təşəbbüskarlığa, rəqabətə, fərdi
münasibət prinsipinə, konkret nəticəyə-məhsula gö-
rə maliyyələşmə mexanizminə, layihə-qrant və mü-
sabiqə metodlarına əsaslanan tamamilə başqa me-
yarlar sisteminə keçmək, bildiyini qoyub biləcəyə
getmək risk deyilmi və kim bunu istəyər?
Əlbəttə, islahat naminə islahat aparmaq olmaz.
Hər hansı yeni bir təşkilati forma gerçək ictimai
tələbatdan ortaya çıxmalı və elmi üsullarla əsaslan-
dırılmalıdır. Yüz ölçmədən biçmək olmaz. Amma
köhnə strukturları mütləqləşdirmək, hər hansı bir
yeni təşəbbüsü dağıdıcılıq kimi dəyərləndirmək də
yolverilməz haldır. Bütün sahələrdə olduğu kimi,
elmdə də, yəqin elə ədəbiyyatda da yenilikçilərlə
ənənəçilər arasında mübarizə labüddür. Bir daha
təkrar edirəm ki, hər bir yeni ancaq köhnənin, təmə-
lin üzərində qurulmaqla, məhz onun öz içərisindən
bir daxili zərurət kimi cücərib çıxmaqla, həqiqi bir
Elm və onun təşkilati formaları
- 51 -
yenilik olar və ancaq bu zaman fayda gətirə bilər.
Yoxsa «hələ köhnəni yıxaq, sonra baxarıq» düşün-
cəsi ilə atılan addımların yeniliyə heç bir aidiyyəti
yoxdur.
Əsas odur ki, biz ya ədəbiyyat, ya da elm haq-
qında düşünərkən, onların hansı isə təşkilati forma-
sını, hansı isə qurumu mütləqləşdirməyək, bu qu-
rumların xidmət etdiyi məzmunu önə çəkə bilək.
Zaman və şərait dəyişdikcə məhz elmə və məhz
ədəbiyyata daha yaxşı xidmət edə biləcək modellər
haqqında rahat fikir yürüdə bilək.
Azərbaycanda elm və onun aktual problemləri
- 52 -
Azərbaycanın Milli Akademiyası
dövlət müstəqilliyinə xidmət etməlidir.
Heydər Əliyev
ELM, İDEOLOGİYA və
DÖVLƏTÇİLİK ŞÜURU
Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların
müvəffəqiyyətlə həyata keçirilməsi Prezident İlham
Əliyevin rəhbərlik etdiyi sürətli inkişaf strategiya-
sının artıq mənəvi-intellektual sahəyə də transfer
olunmasına imkan açmışdır. BDU-nun 90 illiyinə
həsr olunmuş təntənəli mərasimdəki çıxışında Pre-
zident İlham Əliyev demişdir: “…Bu sahədə inkişaf
üçün hələ çox iş görülməlidir. Bir daha demək istə-
yirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənil-
məlidir, eyni zamanda, Azərbaycan gəncləri milli
ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa öl-
kələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq
öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmi-
şik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bil-
mişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan
xalqında milli ruh həmişə çox yüksək səviyyədə
olmuşdur”.
1
Göründüyü kimi, məhz milli ruhun qo-
1
“Azərbaycan” qəzeti, 3 noyabr, 2009.
Azərbaycanda elm və onun aktual problemləri
- 54 -
runub saxlanması və daha da canlandırılması yeni
mərhələdə əsas prioritetlərdən biridir. Fəlsəfi fikrin
formalaşması, ictimai və humanitar elmlərin proble-
matikası da bu başlıca vəzifəyə uyğun surətdə
həyata keçirilməlidir. Prezident İlham Əliyev fikrini
davam etdirərək deyir: “Bu gün qloballaşan dünya-
da, bəlkə də buna daha da çox diqqət verilməlidir.
Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses
müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə
belə olan halda milli dəyərlərə önəm vermək, gənc
nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi
əhəmiyyət daşıyır”.
1
Bunun üçün isə ictimai şüur ilə
elmi-fəlsəfi şüur arasında dayanıqlı bir əks-əlaqə
sisteminə böyük ehtiyac vardır.
Noyabrın 21-də Azərbaycan Respublikasının
Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən humanitar
və ictimai elmlər sahəsində yaranmış vəziyyətə dair
müşavirə də ilk növbədə bu başlıca vəzifənin real-
laşdırılması üçün elmi bazaya əsaslanan yeni metod
və formalarının işlənib-hazırlanmasını, ölkəmizin
elmi potensialının bu istiqamətdə səfərbər olunma-
sını nəzərdə tutur. Şübhə etmirik ki, bu müşavirə
ideoloji sahədəki işlərimizdə dönüş yaradılmasına
yönəldilmiş olduqca əhəmiyyətli bir hadisə oldu.
1
Yenə orada
Dostları ilə paylaş: |