Azərbaycanda elm və onun aktual problemləri
- 38 -
olmaqla elmi daxili ünsür kimi əhatə edir: Təhsil-
Elm Təhsil-Elm-Səhiyyə və s. Burada birinci təhsil
elm adamının yetişməsi üçün, ikinci təhsil isə həmin
elm adamlarının verdiyi bilik əsasında konkret bir
sahədə mütəxəssislər yetişməsi üçündür.
AMEA və digər akademiyalar
Akademiyanın əsasını qoyan Platon
belə hesab edirdi ki, onun mərkəzində
həmişə fəlsəfi ideya dayanmalıdır.
Ə
bu Turxan
Əgər keçid dövründə vəzifələrə təyinat icraçı-
lıq keyfiyyətinə görə həyata keçirilirdisə, yeni qu-
ruculuq dövründə elmi əsaslarla idarəetmə sistemi-
nin bərqərar olması və bunun üçün bir tərəfdən mü-
vafiq elm sahəsinin inkişaf etdirilməsi, digər tərəf-
dən, kadrların seçilməsində yaradıcı təfəkkürə üs-
tünlük verilməsi mühüm şərtdir. Yəni mərkəzləşmiş
idarəçilik sistemi, dövlətin ümumi maraqlarına xid-
mətin prioritetliyi ilə yanaşı, aşağıların sanki öz da-
xili yanma mühərriklərinin işə salınması və hər bir
sahənin müvafiq elmi prinsiplər əsasında, yaradıcı
surətdə idarə edilməsi mərhələsi başlayır.
Bu baxımdan, «Elm-İstehsalat» birlikləri mo-
delinə uyğun olaraq sənaye və kənd təsərrüfatı sa-
Elm və onun təşkilati formaları
- 39 -
hələri ilə yanaşı, dövlət quruculuğunda; nazirliklər-
də və baş idarələrdə hər bir sahənin öz spesifikasına
uyğun surətdə elmlə bir ittifaq qurması tələb olunur.
Bu «elm» isə əlbəttə, artıq fizika, kimya kimi klas-
sik elmlərin yox, məhz ictimai elmlərin bazasında
yaranacaq sahələrin elmi araşdırılması və müvafiq
elmi idarəçilik mexanizmlərinin formalaşmasına
xidmət edir.
Hazırda bu mexanizmin freyminə, karkasına
formal olaraq bir sıra dövlət qurumlarında rast gəl-
mək mümkündür. Məsələn, Təhsil Nazirliyində
«Təhsil problemləri institutu», Vergilər Nazirliyində
«Elm və tədris mərkəzi» və s. bu kimi elmi qu-
rumlar həmin nazirliklərin və ya baş idarənin fəaliy-
yətinin elmi tənzimlənməsinə, metodoloji və meto-
diki təlimatlar hazırlanmasına, müvafiq sahədə qa-
nunvericilik bazasının möhkəmləndirilməsi üçün la-
yihələr hazırlanmasına və s. xidmət etməlidir. Am-
ma bu qurumlar nə dərəcədə öz funksiyasını yerinə
yetirə bilir, – bu başqa məsələdir. Bizi isə bu mə-
qamda maraqlandıran odur ki, ictimai elmlərin
tətbiqi mexanizmlərini əhatə edən belə elmi qurum-
ların işi AMEA tərəfindən necə koordinasiya olu-
nur? Sualı başqa cür qoysaq, AMEA-dakı nəzəri
tədqiqatlarla bu praktik elmi sahələr arasında üfüqi
və ya şaquli əlaqələr yaradılıbmı? Yoxsa «bu əla-
qələr» ancaq kağız üzərində olub, formal xarakter
daşıyır?
Azərbaycanda elm və onun aktual problemləri
- 40 -
Diqqəti Azərbaycanın elm və təhsil sistemin-
də narahatçılıq yaradan başqa bir məqama yönəlt-
mək istərdik. Dövlət idarəçilik orqanlarının, nazir-
lik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalı-
şa bilməsi üçün onların nəzdində müvafiq sahə elm-
lərinin yaradılmasına və onların fəaliyyətinin mü-
vafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük
ehtiyac var. Belə bir dövrdə bəzi nazirliklər və döv-
lət komitələri öz nəzdlərində müvafiq elmi qurumlar
yaratmaq əvəzinə, təhsil müəssisələri açırlar. Yəni
hərə özü üçün kadr hazırlığını da öz üzərinə götür-
məyə çalışır. Biz ali təhsilli kadrların bu və ya digər
nazirliyin, müvafiq fəaliyyət sahələrinin spesifikası-
na uyğun olan əlavə praktik bilik və vərdişləri mə-
nimsəməsi üçün ixtisasartırma kurslarının açılması-
nı və bu kursların məhz müvafiq sahə elminin (elm-
istehsalat birliyinin) nəzdində açılmasını məqsədə-
uyğun hesab edirik. Lakin bunun əvəzinə hər hansı
bir nazirlik bakalavr hazırlayan təhsil müəssisəsi aç-
maq fikrinə düşürsə, bunu müasir tələblərlə heç cür
əlaqələndirmək mümkün deyil. Axı, maşınqayırma,
nəqliyyat, gömrük işi, təhlükəsizlik sistemi, polis,
digər hüquq-mühafizə orqanlarının öz spesifik
fəaliyyəti sahəsi olduğu kimi, təhsil də spesifik bir
sahədir. Və təhsilin də öz elmi-metodoloji bazası
olmalıdır. Belə olan təqdirdə, yəni hər bir idarə, hər
bir praktik fəaliyyət sahəsi özü üçün ali məktəb aça-
caqsa, onda dövlətin təhsil şəbəkəsi, çoxsaylı dövlət
Elm və onun təşkilati formaları
- 41 -
universitetləri nə üçündür? Mən heç özəl universi-
tetləri demirəm. Şübhə yoxdur ki, hər hansı bir na-
zirlik kadr seçərkən, təbii ki, öz nəzdindəki ali mək-
təbin məzunlarına üstünlük verəcəkdir. Axı, onlar
praktik bilikləri də mənimsəyirlərmiş. Lakin baka-
lavr səviyyəsində təhsil üçün dar ixtisaslaşma bilik-
ləri və praktik-əməli vərdişlərdən daha çox, ümumi
dünyagörüşü, humanitar mədəniyyət, müvafiq sahə-
nin fəlsəfi və metodoloji əsasları öyrədilməlidir.
Bunları kim öyrətməlidir? Humanitar və ictimai
elmlər sahəsində biliklərin verilməsinin bütün ölkə
miqyasında vahid elmi-metodoloji əsasları olmalı
deyilmi?
Bu sahədə vəziyyət nə qədər acınacaqlı olsa
da, nə yaxşı ki, Avropa standartlarına uyğun olan
gözəl nümunələr də vardır. Daha doğrusu, hələlik
tək bir nümunə vardır. Biz Xarici Işlər Nazirliyinin
bu sahədəki praktikasını nəzərdə tuturuq. Neçə il
öncə bu nazirliyin də nəzdində müvafiq Akademi-
yanın açılmasına və burada həm bakalavr, həm də
magistr səviyyəsində tələbə hazırlığına icazə veril-
məsinə baxmayaraq, Ali Diplomatiya Akademiyası
işə bakalavr hazırlığından başlamayaraq, əvvəlcə
müvafiq elmi-metodiki baza yaratmaqla məşğul
olmuş və ancaq bundan sonra nazirliyin öz işçiləri
üçün ixtisasartırma kursları açmış və nəhayət, ma-
gistratura pilləsində tələbə qəbuluna başlamışdır.
Niyə? Niyə digər nazirliklər icazələrini alan günün
Dostları ilə paylaş: |