Azərbaycanda elm və onun aktual problemləri
- 26 -
Əlbəttə, elm ilə istehsal arasındakı münasibət-
lərin düzgün tənzimləndiyi cəmiyyətlərdə elmə qo-
yulan vəsaitin artması olduqca səmərəli olur. İnkişaf
etmiş ölkələrdə elm ən çox gəlir gətirən sahələrdən
biridir. Elmə qoyulan hər manatın gətirdiyi gəlir
faizlərlə deyil, misillərlə ölçülür. Lakin bunun üçün
əvvəlcə elmi potensialın səfərbər olunması və
məqsədli surətdə yönəldilməsi lazımdır.
Dünyada elmin təşkili praktikasında Elmlər
Akademiyası həqiqətən ən diqqətəlayiq formalardan
biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə
həyata keçirilməsinin böyük üstünlükləri vardır. La-
kin nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sis-
tem daha çox dərəcədə sosializm cəmiyyəti üçün sə-
ciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm
cəmiyyətinə nisbətən həqiqətən üstünlükləri var idi.
Lakin iqtisadiyyat sahəsində dövlət monopoliyasın-
dan imtina edilməsi və bazar münasibətlərinə keçil-
məsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliy-
yəti bir sıra çətinliklərlə bağlıdır. Biz bu mahiyyət
fərqini nəzərə almadan, guya hər şeyin əvvəlki qay-
dada qala biləcəyi fikri ilə özümüzü aldada bilmə-
rik. Burada əvvəlcə iki müxtəlif ictimai-iqtisadi sis-
temin üstün cəhətlərinin inteqrasiyası kimi çox mü-
rəkkəb bir prosesin elmi-metodoloji əsasları işlənib
hazırlanmalıdır.
Bəli, vahid ümumbəşəri elm prosesinə daxil
ola bilməyən, elə bil ancaq özü üçün yaradılmış
Elm və onun təşkilati formaları
- 27 -
lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük
elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri
dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin
və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə
xəttindən geridə qalanlar müasir elmi prosesə qoşul-
mayaraq yalnız artıq keçilmiş yolların künc-buca-
ğında yer tuta bilərlər, lakin bu, elm hesab edilə
bilməz.
Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız
ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əy-
ləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiy-
yətlə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına
xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-
tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sa-
hələri arasında isə bir körpü olaraq müvafiq texnika
və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük,
bütün ölkə miqyasında həyata keçən mürəkkəb icti-
mai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük
ölkələr üçün də müstəqil elm məkanından danışmaq
mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng
ölkə də özünün tam müstəqil elmini yarada bilmədi.
Ona görə də, hər bir ölkə öz elm strategiyasını im-
kanlarına uyğun olaraq qurmalıdır. Bu baxımdan,
Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük
elmi potensiala malikdir. Bu potensialın yaranma-
sında Elmlər Akademiyasının böyük rolu olmuşdur.
Hazırda Azərbaycan elmin bir sıra sahələrində bü-
tün dünya miqyasında qabaqcıl mövqe tutur. Bu
Azərbaycanda elm və onun aktual problemləri
- 28 -
uğurların səbəblərini araşdırmaq və onları möhkəm-
ləndirmək lazımdır.
Biz Milli Elmlər Akademiyasının statusunun
daha da yüksəldilməsi, nüfuzunun artması, burada
əsl elmi yaradıcılıq atmosferinin bərpa olunması
tərəfdarıyıq. Bu gün ən vacib məsələlərdən biri
Akademiyaya seçkilərin müntəzəm elmi meyarlar
əsasında keçirilməsi, onun özəyini təşkil edən həqi-
qi və müxbir üzvlərin nisbətən gənc, istedadlı alim-
lər hesabına artırılması, sönməkdə olan yaradıcı mü-
hitin bərpa olunması, Akademiyanın ümumi yığın-
cağının və Rəyasət Heyətinin səlahiyyətlərinin artı-
rılmasıdır. Bu gün cəmiyyətdə “akademik” imicinin
bərpasına böyük ehtiyac vardır. Ümumiyyətlə, cə-
miyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt
sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o
qədər yaxşıdır. Lakin elmin inkişafını yalnız Milli
Elmlər Akademiyası ilə bağlamaq qüsurlu yanaş-
madır. Çünki bu inkişaf həm təhsil sistemi ilə, xü-
susən də ali məktəb, magistratura və doktorantu-
radakı fəaliyyətlə, həm müasir texnologiyaya əsas-
lanan sənayenin inkişafı ilə, həm də digər fəaliyyət
sahələrinin nəzəri səviyyədə dərk olunması təşəb-
büsləri ilə sıx surətdə bağlıdır. Bu təşəbbüslər çox
müxtəlif təşkilati formalarda həyata keçirilir. Keç-
miş SSRİ-də elmin inkişafı əsasən Elmlər Akade-
miyası ilə ona görə bağlanırdı ki, MEA-nın yeganə
fəaliyyət sahəsi elmi tədqiqat idi. Lakin qarışıq sa-
Elm və onun təşkilati formaları
- 29 -
hələrdə də elmin öz payı var. Lakin çox təəssüf ki,
bəzi Akademiya funksionerləri qətiyyətlə iddia edir-
lər ki, guya MEA-dan başqa heç yerdə, o cümlədən
universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola bil-
məz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mühitsiz
təhsil müəssisəsi universitet sayılmamalıdır. Univer-
sitetin başqa ali məktəblərdən əsas fərqlərindən biri
də onun nəzdində elmi-tədqiqat institutlarının olma-
sıdır.
İndi biz müstəqil Azərbaycan Respublikasında
elmin inkişaf perspektivlərini araşdırarkən köhnə
təşkilati formalar, onların müsbət ənənələrinə hör-
mətlə yanaşmaqla bərabər, yeni, zamanın tələblərinə
daha çox cavab verən optimal təşkilati formalara da
biganə qalmamalıyıq. Qanunların məqsədi yaradıcı-
lıq axtarışlarının, o cümlədən təşkilati forma axtarış-
larının məhdudlaşdırılması deyil, əksinə, fayda verə
biləcək istənilən yeni formaya hüquqi imkan veril-
məsi olmalıdır. Bu baxımdan biz elm və təhsilin
birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən
ümumi prinsipləri ön plana çəkməyə və süni məh-
dudiyyətləri aradan götürməyə çalışmalı, bürokratik
mexanizmləri sadələşdirməliyik. Xatırlatmaq istər-
dim ki, Milli Elmlər Akademiyası, heç şübhəsiz,
Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xid-
mətləri olan, böyük kadr potensialına malik nəhəng
bir qurumdur. Ona görə də yarım əsr ərzində topla-
nılmış təcrübəni nəzərə almadan yeni bir qurum ya-
Dostları ilə paylaş: |