Elm ideologiya və dövlətçilik şüuru
- 59 -
xüsusilə AAK haqqında təklif və tövsiyələrin böyük
əhəmiyyətinə baxmayaraq, humanitar-ictimai elmlə-
rə olan qüsurlu münasibətlə heç cür razılaşmaq ol-
maz. Biz diqqəti Azərbaycanda elmin vəziyyətini
təhlil etmək baxımından ümumən dəyərli olan bu
məqalədəki bütün məsələlərə deyil, ancaq ictimai-
humanitar elmlərə münasibətlə bağlı məqamlara yö-
nəltmək istərdik. Məqalədə bu iki elm sahəsinin
statistik müqayisəsi də verilmişdir.
Müqayisə nə göstərir? Humanitar və ictimai
elm sahələrində dissertasiya müdafiələrinin sayı də-
qiq elmlərə nisbətən xeyli çoxdur. Halbuki, həmin
sahələrin beynəlxalq miqyasda elmi proseslərdə
iştirakı çox aşağı səviyyədədir. Müəlliflər müasir
elmşünaslıqda istifadə olunan bir sıra meyarlardan,
ölçü mexanizmlərindən istifadə edir, beynəlxalq
miqyasda tanınan (təsir əmsalı yüksək olan) жurnal-
larda iştirak dərəcəsindən çıxış edirlər. Məsələn, on-
lar yazır: “Hesabat dilçilik və ədəbiyyat istiqamət-
lərində Azərbaycan elminin beynəlxalq səviyyədə
heç bir məqalə ilə təmsil olunmadığını göstərir”.
Daha sonra deyilənləri ümumiləşdirərək eyni vəziy-
yətin bütövlükdə humanitar və ictimai-siyasi elmlər
üçün səciyyəvi olduğunu qeyd edirlər. Halbuki, mə-
qalədə istifadə olunan iqtibasların intensivliyi üzrə
təsnifat ancaq elmə (science) aid olub, heç bir əsasla
humanitar sahəyə tətbiq edilə bilməz. Ən azı ona
görə ki, ümumbəşərilik və universallıq ancaq elmə
Azərbaycanda elm və onun aktual problemləri
- 60 -
(science) aiddir. Humanitar və ictimai elmlər adlan-
dırılan sahə isə daha çox dərəcədə milli səciyyə da-
şıyır. Almaniyada, yaxud İspaniyada dilçiliyin və-
ziyyəti və ya Çində, yaxud Vyetnamda ədəbiyyat
problemləri bizi az maraqlandırdığı kimi, Azərbay-
can dili və ədəbiyyatı məsələləri də, bizim tariximiz,
iqtisadiyyatımız və milli fəlsəfi fikir tariximiz də
Qərbin elm mərkəzlərini çox az maraqlandırır. Ona
görə də, Qərb meyarları əsasında qurulmuş “elm
sistemində” Azərbaycanın humanitar sahələrinə aid
məqalələr öz əksini tapmırsa, burada təəccüblü heç
nə yoxdur. Bu başqa məsələ ki, humanitar və icti-
mai elmlər sahəsində vəziyyəti indeksasiya edə bil-
mək üçün hər bir ölkənin öz meyarlar sistemi ola bi-
lər. Hazırda Rusiya kimi, Çin kimi böyük dövlətlər
də bu istiqamətdə iş aparırlar. Həm də təkcə huma-
nitar sahədə yox. Məsələn, Rusiyalı alimlər hətta
elm (science) sahəsində də, jurnalların təsnifatında
da Qərbin açıq-aşkar ayrıseçkilik mövqeyindən na-
razılığını bildirir və öz ölkələrində müstəqil indek-
sasiya sistemi yaradılmasını təklif edirlər.
Bununla belə, adını çəkdiyimiz məqalədə de-
yilənlərin çoxu konkret rəqəmlərə və faktlara əsas-
landığından, müəlliflərlə mübahisə etmək çətindir.
Biz qarşımıza heç belə bir məqsəd də qoymuruq,
çünki Azərbaycanda humanitar və ictimai-siyasi
elmlərin vəziyyəti həqiqətən, çox acınacaqlıdır. Bu
barədə mən də dəfələrlə yazmışam. Bu vəziyyətdən
Elm ideologiya və dövlətçilik şüuru
- 61 -
çıxış yolları axtarılması hamımızın ümumi işimiz-
dir. Noyabr müşavirəsinin məqsədlərindən biri də
məhz bu idi. Lakin yuxarıda adını çəkdiyimiz mə-
qalədə problemin qoyuluşu bir qədər fərqli istiqa-
mətdədir. Müəlliflər rəqəmlərin dili ilə sanki Azər-
baycanda bu elmlərə daha çox diqqət göstərildiyini,
aspiranturalarda və dissertanturalarda bu sahədə da-
ha çox kadr hazırlandığını, dissertasiya müdafiələri-
nin sayına görə də bu sahələrin dəqiq və texniki
elmləri xeyli üstələdiyini vurğulayırlar. Yəni elmilik
tələblərinə cavab verməsə də, dərinə inkişaf olmasa
da, eninə inkişaf göstəriciləri böyükdür.
Vəziyyətin bu cür təsvirindən ancaq belə bir
fikrin vurğulandığı hiss olunur ki, eninə inkişafda
təbiət elmləri ilə humanitar-ictimai elmlər arasın-
dakı disproporsiya aradan qaldırılmalıdır. Bu isə an-
caq iki yolla ola bilər. Ya təbiət elmləri sahəsində
də eninə inkişaf üçün geniş meydan açılmalı, ya da
humanitar və ictimai elmlər sahəsində müəyyən ix-
tisarlar getməlidir. Bu isə doktorantura və dissertan-
turaya dövlət sifarişinin optimallaşdırılması və
koordinasiya mərkəzlərinin fəaliyyətinin canlandı-
rılması sayəsində mümkündür.
Biz müəlliflərin belə bir fikri ilə də razıyıq ki,
hazırda dövlət sifarişi cəmiyyətin real ehtiyaclarına
və elmin öz daxili tələbatına deyil, daha çox dərə-
cədə subyektiv amillərə istinadla müəyyən edilir.
(Ali məktəblərdə ixtisasların müəyyənləşdirilməsi
Azərbaycanda elm və onun aktual problemləri
- 62 -
və ixtisaslar üzrə tələbə qəbulunun planlaşdırılma-
sında olduğu kimi). Təhlil gözəldir, amma çıxarılan
nəticə yaxşı ölçülüb-biçilməmişdir. Belə ki, məsələ-
ni ictimai elmləri qurban vermək hesabına həll et-
mək olmaz. Müəlliflər yazır: “Nəticədə, sifariş döv-
lətin maraqlarını deyil, müəyyən ictimai qrupların
arzu-istəklərini əks etdirir və təsadüfi adamların el-
mi dərəcə almaları üçün imkanlar yaradır. Heç bir
xidməti olmayan insanların yüksək elmi dərəcələrə
yiyələnməsi cəmiyyətdə alim nüfuzunu aşağı salır,
mənəvi aşınmalara yol açır”. Çıxış yolu isə belə
göstərilir: “Belə hallara ictimai-siyasi və humanitar
elmlərdə daha çox təsadüf edildiyindən bu sahələrdə
kadr hazırlığına dövlət sifarişini kəskin azaltmaq
lazımdır. İctimai-siyasi və humanitar elmlərə axının
yüksək olduğunu nəzərə alaraq bu sahələrdə elmi
kadr hazırlığının 80-90 faizini yüksək ödənişli əsas-
larla aparmaq daha səmərəli olardı. Belə tədbirlər
nəticəsində qənaət olunmuş vəsaitin hamısı, qaza-
nılmış maliyyə resurslarının isə böyük hissəsi ölkə
üçün strateji əhəmiyyətli istiqamətlərdə elmi kadr
hazırlığına yönəldilə bilər”. Lakin bir tərəfdən, hu-
manitar-ictimai elmlər sahəsində keyfiyyətin aşağı
olması faktı göstərilir, digər tərəfdən də, bu sahələrə
daha istedadlı tədqiqatçıların necə cəlb olunması
barədə düşünmək əvəzinə, istedadların qarşısını kə-
sərək, ancaq pulu olanlara yaşıl işıq yandırmaq tək-
lif olunur. Bu, əlbəttə, yolverilməz bir haldır. Amma
Dostları ilə paylaş: |