Elm ideologiya və dövlətçilik şüuru
- 63 -
təəssüf ki, Akademiya neçə illərdir ki, məhz bu yolu
tutur.
Kim isə dissertantların və dissertasiyaların
sayının çoxluğunu humanitar-ictimai elmlərə diqqət
və qayğının çoxluğu kimi dəyərləndirirsə, bununla
heç cür razılaşmaq olmaz. Hər şey tam tərsinədir.
Bu iki sahəyə fərqli münasibətin həqiqi simasını
görmək istəsək, uzağa getməyərək, elə AMEA-nın
struktur bölgüsündə onun çox aydın ifadəsini tapa
bilərik.
Uzun müddətli fasilədən sonra – 2001-ci ildə
Akademiyaya seçkilərin keçirilməsi, ona Milli EA
statusu verilməsi, Akademiyanın yeni rəhbərliyinin
seçilməsi elmdə nəhayət ciddi islahatlar aparılaca-
ğına ümid yaratdı. Lakin, təəssüf ki, bu barədə
gözləntilər özünü fərqli istiqamətlərdə “doğrultdu”.
SSRİ-dən ayrıldıqdan sonra bütün sahələrdə müs-
təqil inkişaf siyasətinin həyata keçirilməsinə uyğun
olaraq, elm sahəsində də milli maraqlara xidmət
edən yeni siyasət yürüdüləcəyi, Milli EA-nın ilk
növbədə millət və dövlət maraqları istiqamətində
yenidən qurulacağı gözlənilirkən, Akademiyanın bir
qrup rəhbərləri dövlətin mənafeyini, elmin məna-
feyini güdmək əvəzinə, məhz bir qurum olaraq Aka-
demiyanın “mənafeyini”, yəni onun ənənəvi struk-
turunun mühafizəsini önə çəkdilər. İslahat isə
bundan ibarət oldu ki, milli maraqların müəyyənləş-
dirilməsinə xidmət etməli olan ictimai elmlər daha
Azərbaycanda elm və onun aktual problemləri
- 64 -
da sıxışdırıldı. Mən ilk növbədə Akademiyanın hu-
manitar elmlər bölməsi ilə ictimai elmlər bölməsi-
nin mexaniki surətdə birləşdirilməsini nəzərdə tutu-
ram. Texnarlar elmdə guya humanitar-ictimai sahə-
nin xeyrinə yaranmış disproporsiyadan bəhs edirlər.
Halbuki ən böyük disproporsiya özünü Akademiya-
nın strukturunda göstərir. 2001-ci il islahatından
sonra Akademiyanın prezidenti də, iki vitse-prezi-
denti və akademik-katibi də – hamısı təbiət elmləri-
nin nümayəndələrindən seçildi. Hətta milli maraq-
lara barmaqarası baxılan sovet dövründə belə,
ənənəvi olan humanitar-ictimai sahə üzrə vitse-pre-
zident ştatı ləğv edildi: motiv də bu oldu ki, ixtisar
aparmaqla dövlət büdcəsinə qənaət edirik. Hazırda
Akademiyada təbiət elmlərinə dörd bölmə ayrıldığı
halda, bütün humanitar və ictimai elmlər bir bölmə-
də birləşdirilib ki, belə böyük və fərqli sahələrin
idarə edilməsi çox çətin olduğundan, ictimai elmlər,
demək olar ki, başlı-başına buraxılmışdır. Artıq ne-
çə illərdir ki, EA-nın ictimai elmlər üzrə Xəbər-
lərinin çıxmaması da heç kimi narahat etmir. Belə
münasibətin yolverilməzliyi, necə deyərlər, “kor
gözlə də göründüyündən”, 2007-ci il seçkilərindən
sonra humanitar sahə üzrə vitse-prezident ştatı bər-
pa olundu, amma bölmələrin ayrılması “yaddan çıx-
dığına” görə, akademik-katib ilə vitse-prezidentin
fəaliyyət dairəsi tam üst-üstə düşdü. Yəni faktiki
olaraq heç nə dəyişmədi.
Elm ideologiya və dövlətçilik şüuru
- 65 -
Bunu da diqqətə almalıyıq ki, əslində Qərbdə
elm (science) dedikdə ancaq təbiətşünaslıq və tex-
niki elmlər nəzərdə tutulur. Bütün dünyada elm
(fundamental və tətbiqi elmlər) sənayenin, rentabelli
iqtisadiyyatın mühüm bir halqasına çevrilməklə, son
nəticədə qazanc əldə olunmasına xidmət edirsə və
bu qazancdan elmin payına düşən hissə həm də
humanitar-ictimai elmlərin inkişafına sərf olunursa,
bizdə tam tərsinə olan bir təsəvvür hökm sürməkdə-
dir: milli ruhun özünüdərkinə xidmət edən tədqiqat
sahələri hərraca çıxarılaraq qazanc gətirməli, kimə
və nəyə lazım olduğu aşkar şəkildə bəlli olmayan
psevdoelmi təsisatlar isə bu qazanc sayəsində
inkişaf etdirilərək qloballaşmış dünya elmi üçün
əlavə yem olmalı imiş. Biz kimlərinsə dəyirmanına
su tökməli imişik. Daha doğrusu, indi AMEA-da və-
ziyyət məhz belədir. Bunu təkcə akademik Fikrət
Əliyev təklif etmir. Cəmi bir-iki il əvvəl AMEA-nın
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunda
yaranmış anormal vəziyyətin yoxlanması göstərdi
ki, dəbdə olan hüquq ixtisası üzrə dissertantura sö-
zün həqiqi mənasında bazara çevrilmiş, həm xeyli
sayda xarici ölkə vətəndaşlarının, həm də daxildə –
hüquq-mühafizə orqanlarında çalışan 300-dən çox
şəxsin ödənişli dissertantura xətti üzrə elmi dərəcə
alması planlaşdırılmışdır. Əlbəttə, heç bir zəhmət və
xərc çəkmədən ildə hər bir iddiaçıdan 1500 ABŞ
dolları qazanılması bəzi dairələrə Akademiyanın
Azərbaycanda elm və onun aktual problemləri
- 66 -
özünümaliyyələşdirmə istiqamətində intensiv fəaliy-
yəti kimi qələmə verilirdi. Və bu zaman Akademi-
yada qazancın saxta yolla kadr hazırlığı və ya digər
qeyri-elmi yollarla deyil, məhz təbiətşünaslıq və
texniki elmlərin tətbiqi sayəsində əldə edilməli ol-
duğu nə üçünsə yaddan çıxırdı. Ümid etmək olar ki,
indi bu vəziyyətin düzəldilməsi istiqamətində az-
çox iş aparılır. Vəziyyətdən çıxış üçün dissertantu-
raya qəbul Nazirlər Kabinetinin nəzarətinə götürül-
müşdür. Bəs elmin gəlirləri sahəsində vəziyyət ne-
cədir? Axı bütün dünyada elm ən rentabelli sahələr-
dən biri sayılır. Elmə qoyulan hər bir manat ən azı 5
dəfə artıq gəlir gətirir. Təsadüfi deyildir ki, dövlət
başçısı da ölkənin iqtisadi inkişafında, gələcəyin ka-
pital ehtiyatının formalaşmasında neft gəlirlərindən,
ümumiyyətlə təbii sərvətlərdən və hətta qeyri-neft
sektorundan daha çox, insan potensialına, intellek-
tual kapitala xüsusi önəm verir. Prezident İlham
Əliyev deyir: “Bu gün qabaqcıl ölkələrin təcrübəsi-
nə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm
müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğ-
rafi vəziyyət deyil, məhz intellektual kapital, məhz
elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir”.
Deməli, biz ilk növbədə elmin (təbiət elmləri və tət-
biqi elmlərin) iqtisadiyyatın strukturuna necə daxil
olması və intellektual potensialın kapitala necə çev-
rilməsi barədə düşünməli və ancaq bunu nəzərə al-
maq şərti ilə humanitar-ictimai elmlərin statusu və
Dostları ilə paylaş: |