Azərbaycanda elm və onun aktual problemləri
- 46 -
Bizcə, onların çeşidinə və funksiyalarına yenidən
baxılmalı, “Elm-İstehsalat” və “Təhsil-Elm-İstehsa-
lat” birlikləri ilə inteqrasiya variantları nəzərdən ke-
çirilməlidir. Belə bir islahatdan sonra AMEA əsas-
naməsində nəzərdə tutulan koordinasiya rolunu,
mərkəzləşdirici funksiyasını yerinə yetirə biləcək-
mi?
Nə qədər paradoksal görünsə də, AMEA öz
üzərinə götürdüyü əlaqələndici missiyasını ancaq bu
zaman, dublyor qurumlardan xilas olmaqla, öz işini
ancaq aparıcı, prioritet sahələr üzərində, elm təş-
kilatçılığı istiqamətində qurmaqla yerinə yetirə bi-
lər. Çünki bu halda özümünkü və başqasınınkı ol-
mayacaq və akademiklər birliyi bütün sahələrə eyni
ucalıqdan baxa biləcəkdir.
AMEA-nın – akademiklər birliyinin indiki şə-
raitdə arxa plana keçmiş, lakin əslində ən mühüm
funksiyaları da ancaq bu zaman hərəkətlənə bilər.
Bu funksiyalar, məsələn, aşağıdakılardır:
1. Azərbaycanda aparıcı elm sahələrinin
müəyyənləşdirilməsi və təsnifatı, elmi standartların
və tələblərin müəyyənləşdirilməsi – bu məqsədlə
AMEA-nın nəzdində elmşünaslıq institutunun yara-
dılması.
2. Universitet elmi və sahə elmlərinin, ixti-
saslaşmış akademiyaların, “Elm-Təhsil-İstehsalat”
birliklərinin elmi fəaliyyət istiqamətlərinin ümumi
Elm və onun təşkilati formaları
- 47 -
mənzərəsinin yaradılması və elmi işlərin koordina-
siyası.
3. Ali Attestasiya Komissiyası və Dissertasiya
Şuralarının, ekspert komissiyalarının da işinin bu
nüfuzlu qurumla sıx əlaqədə həyata keçirilməsi.
Ekspertiza işinin yüksək ödənişli əsaslarla qurulma-
sı. Dissertasiyaların hazırlandığı elmi-tədqiqat mər-
kəzləri ilə sıx əlaqə yaradılması, lakin həlledici sö-
zün AMEA-ya verilməsi.
4. Ölkəmizdə nüfuzlu elmi jurnalların fəaliy-
yətinin və nəşrinin təşkil edilməsi.
5. Ancaq adı qalmış və bir dilçilik qurumuna
çevrilmiş Terminologiya komitəsinin fəaliyyətinin
canlandırılması, bütün ixtisas sahələri üzrə ən gör-
kəmli mütəxəssislərin bu işə cəlb olunması.
6. Koordinasiya şuralarının formal şəkildə de-
yil, gerçək fəaliyyətinin təşkil olunması və “ictimai
əsaslarla” fəaliyyət praktikasından uzaqlaşaraq, bu
iş üçün yetərli dərəcədə pul ayrılması.
7. Elmi tədqiqat layihələrinin dəyərləndirilmə-
si və bu işin təşkilində Elmin İnkişaf Fondu ilə sıx
əlaqə yaradılması.
İş prosesində, şübhəsiz ki, neçə-neçə yeni isti-
qamətlər ortaya çıxa bilər. Əsas məsələ isə mərkəz-
ləşdirmə və koordinasiya funksiyalarının sözdə de-
yil, işdə həyata keçirilməsi və bu sahələrin institut-
laşmasıdır.
Azərbaycanda elm və onun aktual problemləri
- 48 -
Elmlər Akademiyası və Yazıçılar Birliyi
Bu yaxınlarda “525-ci qəzet”in səhifələrində
1
xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatı və
onun təşkilatlanması problemləri haqqında düşüncə-
ləri ilə tanış oldum. Bir elm adamı olaraq, burada
qaldırılan məsələlər fikrimi istər-istəməz elmin və
fəlsəfi tədqiqatların təşkilatlanması ilə əlaqədar və-
ziyyətin təhlilinə yönəltdi. Belə ki, ədəbiyyatla ya-
naşı, elm və fəlsəfə də öz sovet dövrünü başa vur-
duqdan sonra, müstəqillik şəraitində qarşısında du-
ran missiyanın yenidən dəyərləndirilməsinə, o vaxt-
dan qalmış təşkilati formaların bir daha nəzərdən
keçirilməsinə ehtiyac hiss edir.
Əlbəttə, iqtisadiyyat sahəsində biz öz seçimi-
mizi artıq etmişik. Mərkəzləşmiş təsərrüfat və vahid
dövlət idarəçiliyi sistemindən bazar iqtisadiyyatına
keçilməsi prosesi artıq başa çatmışdır. Kommunist
ideologiyasından və sosialist təsərrüfat sistemindən
imtina edildikdən sonra belə bir keçid labüd idi. La-
kin bu keçidin özü də ilk illərdə yaxşı ölçülüb-bi-
çilmədiyindən iqtisadiyyatımız böyük itkilər verdi.
Sənaye də, kənd təsərrüfatı da az qala iflic vəziy-
yətinə düşmüşdü. Nə yaxşı ki, 1993-cü ildən sonra
hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri kor-
1
“525-ci qəzet”, 18 fevral, 2010-cu il.
Elm və onun təşkilati formaları
- 49 -
koranə dağıtmaq praktikasına son qoyuldu. Bu
tendensiyanın neobolşevik mahiyyətini çox düzgün
qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza
vura biləcəyi ziyanların da qarşısını almağa çağırır.
Yeniliyi, müstəqilliyi, azadlığı “sovetdən nə
qalıbsa dağıtmaq” kimi başa düşənlər təbii ki, təkcə
iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən
Yazıçılar İttifaqını ləğv etmək tərəfdarlarının arqu-
mentləri ilə yaxşı tanış deyiləm. Amma Elmlər Aka-
demiyasının da keçmişin qalığı kimi qiymətləndiril-
məsi və ləğvi haqqında düşüncələr mənə yaxşı bəl-
lidir.
İqtisadiyyatla yanaşı, elmi, ədəbiyyatı, təhsili
və ümumiyyətlə istənilən ictimai həyat sahəsini
əhatə edən mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə,
məhz sosializm üçün spesifik bir cəhət idi. Amma
onun çatışmazlıqları ilə yanaşı, üstünlükləri də var
idi. Xüsusilə elm sahəsində dövlət tərəfindən maliy-
yələşdirmə və mərkəzləşdirilmiş fəaliyyət prinsipi
elmin inkişafı üçün böyük hərəkətverici qüvvə idi.
Kapitalizm cəmiyyətindəki alimlər də məhz belə bir
şərait arzu edirdilər. A. Eynşteyn deyirdi ki, elm
adamı gərək qazanc barədə düşünməli olmasın,
onun bütün maddi ehtiyacları və qayğıları üzərindən
götürülməlidir. Buna uyğun model isə məhz sosia-
lizm cəmiyyətində formalaşdırılmışdı. Və sosializ-
min bu üstünlüklərindən bəhrələnmiş, dövlət tərə-
findən maliyyələşməyə vərdiş etmiş alimlər üçün
Dostları ilə paylaş: |