Azərbaycanda elm və onun aktual problemləri
- 42 -
səhərisi elə ilk addımlarını bakalavr hazırlığı sə-
viyyəsində atdığı halda, ADA buna tələsmir və ya
heç ehtiyac da duymur? Çünki ölkəmizdə Bakı
Dövlət Universiteti başda olmaqla, neçə-neçə ali
məktəblərdə müvafiq humanitar sahələr üzrə baka-
lavr hazırlığı həyata keçirilir. Və kadrları elə onların
arasından seçmək imkanı olduğu üçün, əsas diqqət
məhz diplomatik fəaliyyətin özəlliklər ilə bağlı
xüsusi biliklər üzərində qurulmuş magistratura pil-
ləsinə və ixtisasartırma kurslarına yönəldilir.
* * *
Tibb elmləri sahəsində əsas elmi mərkəz ha-
radadır? AMEA bu sahədə elmi mərkəz rolunu necə
oynaya bilər?
Məgər statusuna görə “Tibb Universiteti” əs-
lində məhz Akademiya deyilmi? Və bu Tibb Aka-
demiyası məzmun və funksiyasına görə “Təhsil-
Elm-İstehsalat (baxılan halda – səhiyyə)” birliyi
deyilmi? Bunu hansı isə dolayı yollarla AMEA ilə
necə əlaqələndirmək və tibb elmini necə AMEA-
dan koordinasiya etmək olar? Rektorun eyni za-
manda AMEA-da müvafiq bölmənin akademik-
katibi seçilməsi ilə iş düzəlirmi?
Yaxud başqa bir sahəyə baxaq: Aviasiya
Azərbaycanda nisbətən yeni bir sahədir və onun
elmi bazası da son illər ərzində yaranmaqdadır. Am-
Elm və onun təşkilati formaları
- 43 -
ma bu elmi baza harada yaranır: AMEA-da, yoxsa
Milli Aviasiya Akademiyasında? Şübhəsiz ki, so-
nuncuda. Bu baxımdan Milli Aviasiya Akademiyası
da bir “Təhsil-Elm-İstehsalat” mərkəzi deyilmi və
müvafiq sahə elmlərini də özündə birləşdirmirmi?
Yaxud AMEA-dan da əvvəl mövcud olan
Dövlət Neft Akademiyasının funksiyalarına nəzər
salaq. Məgər bu akademiya neft sənayesi və onun
elmi-riyazi əsasları sahəsində əsas elmi mərkəz de-
yilmi? Daha doğrusu, bütün məqsəd bu akademiya-
nın əvvəlki şöhrətini qaytarmaq və onu getdikcə da-
ha çox dərəcədə təhsil müəssisəsinə çevrilməkdən
xilas edərək, “Elm-Təhsil-İstehsalat” mərkəzi kimi
formalaşdırmaqdan ibarət olmalı deyilmi? Bu quru-
mun Neft Şirkəti ilə əlaqələri məhz elmi-texniki ya-
radıcılıq aspektində daha da gücləndirilməli deyil-
mi? Və o, müvafiq sahə elmlərinin mərkəzi bazası
olaraq qalmalı deyilmi? Yoxsa biz onu da AMEA-
dan koordinasiya edəcəyik?
AMEA öz əsasnaməsində real imkanlarından
və gerçək missiyasından fərqli olan funksiyaları da
öz üzərinə götürübsə, biz sahə elmlərinin olub-qalan
potensialını da tükətməyəmi çalışmalıyıq?
Yaxud hüquq sahəsinə baxaq. BDU-nun hü-
quq fakültəsində və bu sahədə ixtisaslaşmış akade-
miyalarda, neçə onilliklər ərzində formalaşmış elmi
mərkəzlərə AMEA nəzdində alternativ yaratmağa
ehtiyac varmı? Onsuz da AMEA-da “İnsan hüquq-
Azərbaycanda elm və onun aktual problemləri
- 44 -
ları” üzrə ayrıca bir institut fəaliyyət göstərir. Üs-
təlik Fəlsəfə institutunu hüquqlaşdırmaq siyasəti
hansı ehtiyacdan irəli gəlir?
Yaxud Mədəniyyət və İncəsənət Universitetini
müvafiq sahədə “Elm-Təhsil-İstehsalat” birliyi kimi
formalaşdırmaq və bu məqsədlə AMEA-nın müva-
fiq institutu ilə inteqrasiya aparmaq mümkün de-
yilmi?
Suallar çoxdur, sadəcə olaraq sovet dövründən
qalmış ənənəvi strukturları eynən saxlamaqla aparı-
lan hər hansı bir islahat vahid dövlətçilik mövqe-
yindən həyata keçirilə bilməz. Çünki islahatlar za-
manı hər bir qurumun deyil, bütövlükdə dövlətin
maraqları önə çəkilməlidir.
Bir məqamı da xüsusi qeyd etməyə ehtiyac
vardır ki, belə fundamental islahatlar kimlərinsə ix-
tisar olunmasını, işsizlik yaradılmasını deyil, əksinə,
hər bir işçinin öz fəaliyyət istiqamətinə uyğun döv-
lət qurumunda çalışmasını nəzərdə tutur.
AMEA-nın mahiyyəti, struktur və funksiyaları
haqqında
tənqidi
mülahizələri
“ümumiyyətlə
AMEA lazımdırmı?” sualına çevirmək və bu sual-
dan antitez kimi yararlanmaq istəyənlərin isə nəzə-
rinə çatdırmaq istərdik ki, AMEA nəinki sadəcə ola-
raq lazımdır, həm də daha mötəbər, daha nüfuzlu bir
təşkilat kimi lazımdır. Unutmaq olmaz ki, bunu ulu
öndərimiz Heydər Əliyev də dönə-dönə demiş və
ölkəmizdə elmin inkişafı üçün təminat yaradılması
Elm və onun təşkilati formaları
- 45 -
zərurətini xüsusi qeyd etmişdir. Prezident İlham
Əliyev də bu xətti davam etdirir. Yəni AMEA-nın
qalıb-qalmaması məsələsi gündəmdə yoxdur. Söh-
bət onun statusundan, strukturundan, funksiyaların-
dan, prioritetlərindən gedir. Məsələnin optimal həlli
üçün Akademiyanın mahiyyəti önə çəkilməlidir.
AMEA ilk növbədə, dünya praktikasına uy-
ğun olaraq, bütün elm sahələrində ən yüksək nailiy-
yətlər əldə etmiş böyük alimlərin – akademiklərin
ictimai birliyidir. Düzdür, Azərbaycanda bu ictimai
birlik dövlət büdcəsindən maliyyələşir və bu fakt
ölkəmizdə elmə qayğının bariz ifadələrindən biridir.
Bu himayə ilk növbədə onun binalarının və maddi-
texniki bazasının dövlət tərəfindən əvəzsiz verilmə-
sində, AMEA-nın həqiqi və müxbir üzvlərinə yük-
sək məvacib ayrılmasında və bir sıra başqa imti-
yazlarda özünü göstərir.
Bu yüksək nüfuzlu təşkilat ölkəmizdə təkcə
elmin yox, ümumiyyətlə mədəniyyətin, təhsilin, mə-
nəviyyatın inkişafı naminə öz sanballı sözünü de-
məli, dövlətimizin apardığı böyük quruculuq işinə,
həyata keçirdiyi strateji xəttə dəstək verməlidir. Və
ümid edirik ki, Akademiyanın nüfuzu hər mənada
artacaq və o digər akademiyalarla tədqiqat sahələ-
rini bölüşməyə çalışmayaraq, bir növ onların föv-
qündə duran quruma çevriləcəkdir.
İslahat və müzakirə tələb edən isə ilk növbədə
AMEA-nın nəzdindəki elmi-tədqiqat institutlarıdır.
Dostları ilə paylaş: |