Azərbaycanda elm və onun aktual problemləri
- 14 -
dirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsa-
sında daha optimal texnoloji prinsipin həyata keçi-
rilməsi sayəsində elm qısa müddətdə fayda verə bi-
lər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə
çəkilən xərclərlə tətbiqdən alınan gəlir arasında
müsbət balans yaranır ki, bu da xalis gəliri müəyyən
edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki,
söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları
(başqa ölkələrdəki tədqiqatlar) tərəfindən əldə edil-
miş hazır biliklərin sadəcə tətbiq yollarının araş-
dırılıb tapılmasından və tətbiq prosesinin texniki ic-
rasından gedir. Daha doğrusu, deyilənlər elmin
özündən daha çox, elm ilə istehsal arasındakı əlaqə
proseslərinə aiddir.
“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə,
istehsalın cari tələblərinə cavab olmayıb, daha çox
dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fun-
damental elmlər sahəsində əldə olunmuş biliklərin
üzərində qurulur. Burada söhbət bu və ya digər kon-
kret istehsal müəssisəsinin rekonstruksiyasından de-
yil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin
ümumi ehtiyaclarının yeni tələblər əsasında ödənil-
məsinə yönəldilmiş fəaliyyətdən gedir. Bu fəaliyyət
istehsal sahəsində yox, elmin öz hüdudları çərçivə-
sində aparılır. Ona görə də, burada alınan yeni bilik-
lərin haradasa mütləq tətbiq olunacağına və gəlir gə-
tirəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bəhrəsi-
ni verir, lakin bundan faydalanmaq, istifadə etmək
Elm və onun təşkilati formaları
- 15 -
vəzifəsi istehsalçıların üzərinə düşür. Sənaye mü-
əssisələrinin tərkibində bu məqsədlərə xidmət edən
layihə-konstruktor büroları və hətta xüsusi “elm”
bölmələri fəaliyyət göstərir ki, bunlar da bir qayda
olaraq “sahə elmləri” adı altında əhatə olunur.
Tətbiqi elmlər sahəsində fəaliyyət bilavasitə
konkret müqavilələr, sifarişlər əsasında aparılmasa
da, onların hansı istehsal sahəsində, hansı təsərrüfat
forması üçün istifadə olunacağı irəlicədən məlum-
dur. Bu baxımdan, tətbiqi elmlərin yerli iqtisadiy-
yatın istiqamətlərinə və tələblərinə uyğun yönəldil-
məsi prinsipcə mümkündür. Dünyanın bütün öl-
kələrində tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi
yerli iqtisadiyyatın ehtiyaclarıdır. Heç bir ölkədə
bütün tətbiqi elm sahələrində fəaliyyət göstərilmir
və bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı
iddiasında olan super ölkələr öz məhsulları üçün bü-
tün dünya bazarlarını açıq saxlayırlar. Amma bunun
üçün təkcə elmi-texnoloji rəqabət və iqtisadi me-
xanizmlər kifayət deyil; bu məqsəd üçün siyasi və
hətta hərbi-siyasi vasitələr də işə salınır.
Azərbaycanda da tətbiqi elm həmişə sənaye
ilə, kənd təsərrüfatı ilə, mədəniyyətin müxtəlif sahə-
ləri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir.
İkinci dünya müharibəsində yüksək oktanlı benzinə
böyük ehtiyac yarandığı bir vaxtda məhz neft şəhəri
Bakıda professor Yusif Məmmədəliyev bu sahədə
bir sıra yeni kəşflərin və ixtiraların müəllifi oldu.
Azərbaycanda elm və onun aktual problemləri
- 16 -
Sonralar da neft kimyası sahəsində praktik əhəmiy-
yətli elmi axtarışlar uğurla davam etdirildi və Azər-
baycan Elmlər Akademiyası sistemində akademik
Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin nü-
mayəndələri akademik Əli Quliyev, akademik Mur-
tuza Nağıyev və s. bu sahədəki elmi axtarışları
uğurla davam etdirdilər. Azərbaycan elmi bu gün də
neft-kimya sahəsindəki ənənələri qoruyub saxlama-
ğa çalışır.
Azərbaycan kənd təsərrüfatının inkişafı, xüsu-
sən, 70-ci illərdən başlayaraq, Heydər Əliyevin rəh-
bərliyi dövründə o vaxtın tələbləri səviyyəsində aq-
rosənaye kompleksinin qurulması bu sahədəki tət-
biqi elmlərin inkişafına böyük təkan vermişdir. La-
kin təsərrüfatın inkişafı ilə yanaşı torpaqşünaslıq
məsələləri, təbiətin qorunması və ekoloji böhrandan
çıxış yolları da dövrün aktual praktik problemləri
sırasına daxil olmuşdur. Bu sahədə akademik Həsən
Əliyevin yaratdığı elmi məktəb bu gün də uğurla
davam etdirilir.
Neft geologiyası və neft quyularının qazılması
ilə əlaqədar olaraq tətbiqi mexanikanın, ümumiy-
yətlə mexanika-riyaziyyat elmlərinin inkişafı da
əlamətdar haldır. Bu sahədə aparılan tədqiqatların
milli iqtisadiyyatımız, xüsusilə, neft sənayesinin in-
kişafı ilə bağlı mühüm tətbiqləri vardır. Bu gün
Azərbaycanda neft sənayesinin yeni bir impulsla in-
kişafı həmin tədqiqatların aktuallıq dərəcəsini daha
Elm və onun təşkilati formaları
- 17 -
da artırır.
Belə misalları, əlbəttə, yenə davam etdirmək
olar. Amma əsas qənaət bundan ibarətdir ki, yerli
iqtisadiyyatın ehtiyaclarına uyğun olan tətbiqi elm
sahələrinin inkişafına diqqət daha da artırılmalı, bu
sahələrdəki işlər həm maddi, həm də mənəvi aspekt-
lərdə stimullaşdırılmalıdır.
Fundamental elmlərdə isə nəinki konkret tət-
biqi sahələr, hətta tətbiq istiqamətləri də irəlicədən
müəyyənləşdirilə bilmir. Burada elmi axtarışların si-
farişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün-
dür” prinsipi əsas tutulur. Əlbəttə, burada əldə olu-
nan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni el-
mi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal
sahəsində isə istifadə olunacaqdır. Lakin ünvan və
zaman qeyri-müəyyəndir.
Beləliklə, fundamental elmlər milli ideallar-
dan daha çox, ümumbəşəri ideallara xidmət edir. Bu
sahələrdə də Azərbaycanın böyük elm adamlarının,
xüsusilə Elmlər Akademiyasında çalışmış və riya-
ziyyatda və təbiətşünaslıqda yeni istiqamətlərin əsa-
sını qoymuş görkəmli şəxsiyyətlərin, məsələn, aka-
demik Zahid Xəlilovun, akademik Əşrəf Hüseyno-
vun və s. böyük xidmətləri qeyd edilə bilər.
Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz
ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün
fəxr etməliyik; lakin şüurlu surətdə, yaxın və uzaq
məqsədləri anlamaqla. Belə ki, müasir fizikanın,
Dostları ilə paylaş: |