Azərbaycanda elm və onun aktual problemləri
- 18 -
məsələn, elementar zərrəciklər nəzəriyyəsinin,
kvant elektrodinamikasının, ifrat keçiriciliyin və s.
tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət
göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə
onsuz da tədqiq olunacaqdır. Bu sahələrdə əldə olu-
nan yeni elmi biliklərin tətbiqi Azərbaycanın texniki
imkanları şəraitində onsuz da mümkün deyildir.
Fundamental elmlərin ön cəbhəsində əldə edilən ye-
niliklər ancaq çox yüksək texnika və texnologiya
bazasında istifadə olunmaqla praktik səmərə verə
bilər. Azərbaycanda bu sahələrin ancaq nəzəriyyəsi
ilə, əslində nəzəriyyə də çox vaxt operativ eksperi-
mental dəstək tələb etdiyindən, riyaziyyatı ilə məş-
ğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, bura-
da eksperimental baza və müvafiq texnoloji inkişaf
səviyyəsi olmadan da, elmin ön cəbhəsinə girmək
mümkündür. Təki intellekt olsun, istedad olsun. İn-
tellektual imkanlarına görə isə bizim millət heç kim-
dən geri qalmadığından, alimlərimiz məhz nəzə-
riyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğurlar
əldə edərək dünya elminə layiqli töhfələr verirlər.
Lakin bizim dünya elminə verdiyimizlə ondan aldı-
ğımız arasında optimal balans yaranırmı? Böyük is-
tedad sahibi olan alimlərimizin dünyada gedən elmi
proseslərdəki iştirakı pərakəndə xarakter daşımırmı?
Elmi tədqiqatın, elmi informasiyanın əslində çox
qiymətli olduğu bir zamanda biz tədqiqatlarımızın
nəticələrini dünya elminə havayı bağışlamırıqmı?
Elm və onun təşkilati formaları
- 19 -
Əlbəttə, bütün sahələrdə olduğu kimi burada da biz
öz milli mentalitetimizə uyğun olaraq geniş-qəlb-
lilik nümayiş etdirə bilərik. Lakin hər şeyin bir hü-
dudu vardır. Biz özümüzün ən yüksək sərvətimiz
olan intellektual potensialımızdan praqmatik düşün-
cə ilə istifadə etməyi bacarmalıyıq. Bunun üçün
dünya elm praktikasında məlum modellər vardır ki,
müstəqil dövlət olduqdan sonra bu barədə də dü-
şünməliyik. Biz istedadlı gənclərimizə qrantlar ve-
rərək onların elmi fəaliyyət layihələrini maliyyələş-
dirən beynəlxalq fondların “səxavətinə” də, nəhayət,
səmimiyyət və sadəlövhlük müstəvisindən fərqli bir
müstəvidə qiymət verməliyik. Biz intellektual mül-
kiyyət haqqında, patent haqqında sadəcə qanunlar
qəbul etməklə kifayətlənməyərək, onların Azərbay-
can gerçəkliyində həqiqətən işləməsinə nail olmalı-
yıq. Bütün bu deyilənlər ilk növbədə fundamental
elmlər sahəsindəki tədqiqatlarımıza aiddir.
Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu
və ya digər sahəsində tətbiq olunaraq gəlir vermə-
sələr də, bizim milli maraqlarımızla bilavasitə bağlı-
dırlar və onların inkişaf etdirilməsi müstəqil Azər-
baycan Respublikasının ən böyük vəzifələrindən bi-
ridir. Bu elmlər dünya elmi prosesinə, ümumbəşəri
dəyərlər kompleksinə dolayısı ilə daxil olsalar da,
bilavasitə Azərbaycanla, xalqımızın, millətimizin
tarixi və bu günü ilə, milli dünyagörüşümüzlə, fəl-
səfi fikrimizlə, milli iqtisadiyyatımızın təşkilati
Azərbaycanda elm və onun aktual problemləri
- 20 -
problemləri ilə və nəhayət, dinimiz, dilimiz, mədə-
niyyətimiz, ədəbiyyatımızla bağlı olan elmlərdir. Bu
sahələr insanla, cəmiyyətlə bağlı olduğuna görə
elmlərin təsnifatında ya humanitar elmlər, ya da
ictimai elmlər adı altında qruplaşdırılır.
Fundamental elmlərdən fərqli olaraq ictimai
elmlər ümumbəşəri miqyas daşımaqla bərabər, hər
bir millət miqyasında həmin millətin maraq dairə-
sinə uyğun ikinci, regional mövcudluğa malikdir.
Yəni, ümumdünya tarixi ilə yanaşı Azərbaycan ta-
rixi də vardır. Ümumi iqtisadi nəzəriyyə ilə yanaşı,
Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə
tədqiq olunur və s. İctimai elmlər sahəsində də dün-
ya miqyasında gedən prosesləri öyrənənlər çoxdur.
Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nə-
zəriyyəni öyrənib inkişaf etdirənlər olacaqdır. Lakin
məhz Azərbaycanın tarixini, fəlsəfi fikrini, iqtisa-
diyyatını, ictimai-siyasi problemlərini, dilini, ədə-
biyyatını və s. başqaları bizim qədər təfərrüatlı öy-
rənməyəcəklər və ya əgər öyrənsələr də obyektivliyi
gözləməklə, yaxud bizim milli maraqlar prizmasın-
dan öyrənməyəcəklər.
Ona görə də, ictimai elmlər sahəsindəki tədqi-
qatlar, bizim fikrimizcə, elmin prioritet istiqamətlə-
rinə daxil edilməlidir. Təsadüfi deyildi ki, Azərbay-
canda Elmlər Akademiyası yaradılarkən onun rəh-
bərlərindən biri görkəmli filosof akademik Heydər
Hüseynov olmuşdur və onun sağlığında ictimai elm-
Elm və onun təşkilati formaları
- 21 -
lərin inkişafına xüsusi diqqət yetirilmişdir.
Bu gün Milli Elmlər Akademiyasında və uni-
versitetlərdə bu sahələrdəki tədqiqatların daha yaxşı
təşkilinə və inkişaf etdirilməsinə böyük ehtiyac var-
dır. Son vaxtlarda Dağlıq Qarabağ problemi ilə bağ-
lı müzakirələrdə üzə çıxan həqiqətlərdən biri də bu
sahədə elmi tədqiqatların mütəşəkkil surətdə təşkil
olunmaması faktı idi. Lakin humanitar və ictimai-
iqtisadi sahələrdəki problemlərimiz təkcə bundan
ibarət deyil. Azərbaycan keçid dövründədir, müstə-
qil dövlət qurur və bununla bağlı onlarca fəlsəfi, ic-
timai-siyasi, iqtisadi və s. xarakterli problemlər or-
taya çıxır ki, onların da vaxtında tədqiqi və proq-
nozu üzrə məsuliyyət həm də elmin üzərinə düşür.
Beləliklə, fundamental, tətbiqi və ictimai elm
sahələrinin hər birinin öz xüsusiyyətləri vardır. Və
Azərbaycanda elmin inkişaf konsepsiyası hazırla-
narkən və bu konsepsiyaya uyğun təşkilati formalar
müəyyənləşdirilərkən bu xüsusiyyətlər mütləq nə-
zərə alınmalıdır. Nəzərə alınmalıdır ki, inkişaf etmiş
ölkələrdə ictimai-siyasi quruluş və iqtisadi münasi-
bətlər sistemi artıq qərarlaşdığından, onların bu sa-
hədə ciddi problemləri yoxdur. Bu ölkələr elm de-
dikdə, əsasən təbiət elmlərini nəzərdə tuturlar. Bu-
rada prioritetlik də ola bilsin ki, məhz təbiət elm-
lərinə verilir. Lakin biz, yeni iqtisadi münasibətlərə
keçən, yeni cəmiyyət və yeni dövlət quran, milli
özünüdərk prosesinə yeni qədəm qoymuş olan bir
Dostları ilə paylaş: |