Azərbaycanda elm və onun aktual problemləri
- 22 -
xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq
proseslərinin elmi-nəzəri əsaslarına vermək məcbu-
riyyətindəyik. Lakin bu, əlbəttə, digər elmlərin sı-
xışdırılması hesabına həyata keçirilməməlidir.
Fundamental və tətbiqi elmlər
Ancaq nəzəriyyəni təcrübə ilə birləşdi-
rən, nəzəri fikirlərini tətbiq edə bilən və on-
lardan əməli nəticə götürə bilən, cəmiyyətə,
ölkəyə, xalqa konkret fayda gətirən insan-
lar alimlərin sırasında xüsusi yer tutur.
Heydər Əliyev
Elmi fəaliyyət çox ağır və baha başa gələn,
böyük resurslar tələb edən bir sahədir. Hətta ən bö-
yük ölkə belə, elmin bütün sahələrində müasir tələb-
lər səviyyəsində tədqiqat işləri apara bilməz.
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq
onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqa-
mətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki,
Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri
müəyyənləşdirilməli və tədqiqatlar əsasən bu isti-
qamətlərə yönəldilməlidir.
Lakin tətbiqi elmlərlə yanaşı fundamental
elmlər də vardır və onlar bir qayda olaraq bütün öl-
kələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkə-
lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlə-
Elm və onun təşkilati formaları
- 23 -
dən, fundamental elmlərə praqmatik münasibət hələ
formalaşmadığından çoxları bu sahəyə sadəcə milli
imici yüksəldən bir amil kimi baxır.
Həm fundamental, həm də tətbiqi elmlər iki
müxtəlif parametrlə səciyyələnir. Sözün dar məna-
sında, həqiqi mənasında böyük elm – elmi yaradı-
cılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əl-
də edilməsi, elmi nəzəriyyələrin formalaşması pro-
sesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəy-
yənləşir. Lakin elm piramidası həm də oturacaq
müstəvisinin sahəsi ilə, artıq məlum elmi biliklərin
və nəzəriyyələrin mənimsənilməsi və yayılma dərə-
cəsi ilə ölçülür.
Hər hansı bir ölkədə əhalinin maariflənməsi,
savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris
proqramlarına daxil edilməsi və yayılması prosesi,
daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə
zənginləşməsi, elmi biliklərin əhali arasında paylan-
ması və ya daha doğrusu, elmi biliklərin adi şüurun
strukturuna daxil olması – bəli, bütün bunlar da gös-
təricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqə-
si yoxdur.
Müasir dövrdə Azərbaycanda elmi potensial-
dan səmərəli istifadə etmək və onu ictimai tərəqqi-
nin mühüm hərəkətverici qüvvələrindən birinə çe-
virmək üçün qarşıda duran vəzifələrdən biri elmin
təşkilati strukturunu yeni tələblərə uyğun surətdə
optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün
Azərbaycanda elm və onun aktual problemləri
- 24 -
dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf
etdirilən və bütün sahələri əhatə edən böyük elmdən
danışmırıq. Hər bir ölkə elmin inkişafı və istifadəsi
prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun
olaraq qoşulur.
Əsas məsələ məqsədin düzgün seçilməsidir.
Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sa-
hələrindəki nailiyyətləri öz ölkəmizdə tətbiq etmək
imkanlarına malikik? Bizim sənayenin və kənd tə-
sərrüfatının texnoloji inkişaf səviyyəsi və burada
istifadə olunan qurğuların elmi tutum dərəcəsi öy-
rənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm
sahələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tərəf-
dən, bizim texnologiyanın elmin hansı inkişaf səviy-
yəsinə adekvat olduğu nəzərə alınmalıdır.
Məsələ burasındadır ki, fundamental elmlərin
inkişaf səviyyəsi ilə tətbiq üçün uyğunlaşdırılmış
səviyyə arasında xeyli böyük fərq vardır. Başqa
sözlə, tətbiqi elmlər fundamental elmlərin təqribən
5-10 il, bəzi sahələrdə isə hətta 20-30 il bundan
əvvəlki nailiyyətlərindən istifadə edir. Ancaq o öl-
kələr fundamental elmlərin inkişafında xüsusilə ma-
raqlıdır ki, onlar yeni elmi kəşflərin hamıdan əvvəl
tətbiq olunmasına qadirdirlər. Dünyada cəmi bir
neçə belə superdövlət vardır.
Azərbaycanda keçmiş SSRİ-nin elm məkanın-
da hazırlanmış çoxlu sayda yüksək ixtisaslı elmi
kadr vardır. Əgər nəzərə alsaq ki, SSRİ dünyada el-
Elm və onun təşkilati formaları
- 25 -
min inkişaf səviyyəsinə görə ən öncül yerlərdən
birini tuturdu, deməli, bu alimlərin də səviyyəsi
dünya standartları səviyyəsindədir. Hazırda bu mü-
təxəssislər üçün elmi mühit olmadığından və öz sə-
viyyələrinə uyğun maaşla təmin edilə bilmədiklə-
rindən, onların bir qismi işləmək üçün xarici ölkə-
lərə gedir və bəzən həmişəlik orada qalırlar. Bu,
Azərbaycan üçün çox böyük itkidir. Çünki bu
səviyyədə alimlərin yenidən hazırlanması həddin-
dən artıq böyük vəsait tələb edir.
Digər bir səbəb də budur ki, elmi işçilər keç-
miş SSRİ-nin vahid elmi məkanından ayrı düşdük-
lərinə görə öz əvvəlki fəaliyyətlərini davam etdirə
bilmirlər. Bir çox elm adamları öz ixtisaslarını dəyi-
şərək praktik çıxışı olan tətbiqi sahələrə keçirlər.
Bununla da, dünya elmi üçün əslində çox böyük nü-
fuz sahibi olan nadir mütəxəssislər orta elmi perso-
nalın yerini tutmuş olurlar. Bəzi alimlər isə ümu-
miyyətlə elmi fəaliyyətdən uzaqlaşırlar. Bu itkiləri
hesablasaq, Azərbaycanın özünün çox böyük milli
sərvətindən tədricən necə məhrum olduğunu görə-
rik.
Çıxış yolu nədədir? Bu böyük milli sərvəti
necə xilas etmək olar?
Bəziləri çıxış yolunu çox bəsit variantlarda
axtarır. Belə güman edirik ki, sadəcə olaraq büd-
cədən elmə ayrılan vəsaitin artırılması ilə bütün
problemlər həllini tapa bilər.
Dostları ilə paylaş: |