Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə79/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

 
315
Protokolda alman müdaxiləsinin  şərqə doğru hüdudları müəy-
yən olundu Almaniya Pribaltika respublikalarına və 
Finlandiyaya soxulmamaq barədə öhdəlik götürürdü. Alman 
qoşunlarının irəliləməsi Tissa, Narev, Visla və San çayları xətti 
ilə  məhdudlaşdırılırdı. Polşa dövlətinin tərkibinə daxil olan və 
əhalisi ukraynalı  və beloruslardan ibarət olan rayonların gə-
ləcək taleyi SSRİ-nin razılığı olmadan həll edilə bilməzdi. 
Almaniya 1918-ci ildə Rumıniyaya birləşdirilmiş Bessarabi-
yaya SSRİ-nin marağı faktı ilə də razılaşırdı. Lakin hadisələrin 
sonrakı gedişi göstərdi ki, bu müqavilə ilə Almaniyanın SSRİ 
üzərinə hücumunun ancaq vaxtı uzadılmış, qarşısı isə alınma-
mışdır. Bu sənədlərin imzalanması Hitlerə Polşaya qarşı tərtib 
etdiyi planı  həyata keçirmək üçün şərait yaratdı. Bu da İkinci 
dünya müharibəsinə gətirib çıxartdı. 
Sovet-alman müqaviləsi Yaponiyanın siyasətinə  də  təsir 
göstərərək onu təcavüzkarlıq istiqamətini dəyişməyə  məcbur 
etdi.  
Almaniyanın SSRİ üzərinə hücumu ilə 1939-cu il SSRİ-
Almaniya müqaviləsi və onun gizli protokolu qüvvədən 
düşmüş oldu.  
 
316
XV. İKİNCİ DÜNYA MÜHARİBƏSİ 
 
1.
 
İkinci dünya müharibəsinin səbəbləri 
 
XX  əsrin  ən mühüm hadisələrindən biri olan İkinci 
dünya müharibəsi bəşəriyyət tarixində  ən böyük hərbi-siyasi 
münaqişə idi. İkinci dünya müharibəsinin başlanması üçün şə-
raitin yaranmasında 1929-1933-cü illərin dünya iqtisadi böhranı 
mühüm rol oynadı. Böhran beynəlxalq münasibətləri gər-
ginləşdirdi. Bir sıra dövlətlər mövcud nüfuz dairələri, xammal 
və satış bazarlarını yenidən bölüşdürməyə can atdılar. Al-
maniya və Yaponiya Versal sülhünün "alçaldıcı" şərtlərini ləğv 
etməyə çalışırdılar. Birinci dünya müharibəsində məğlub olmuş 
və çox ağır  şərtləri qəbul etməyə  məcbur edilmiş Almaniya, 
qalib gəlsə də, demək olar ki, heç nə qazanmayan Yaponiya və 
qaliblər içərisində  məğlub vəziyyətində olan İtaliyada qisas 
hissi çox güclü idi. Onlar "ədaləti bərpa etmək" arzusu ilə 
yaşayırdılar. 
İkinci dünya müharibəsi ərəfəsində imperialist dövlətlə-
rinin iki qruplaşması meydana gəldi. Bunlardan biri Hitler 
Almaniyası, Yaponiya və İtaliya, digəri isə İngiltərə, Fransa və 
ABŞ-dan ibarət idi. Bu iki kapitalist qruplaşması dünyanı 
yenidən bölüşdürmək üzərində bir-biri ilə mübarizə aparırdılar. 
Hitler Almaniyası slavyan və digər sovet xalqlarını əsarət altına 
salmaq, Avropada qeyri-məhdud hökmranlıq yaratmaq, 
Afrikanı, Yaxın  Şərqi  ələ keçirmək yolu ilə özünün müstəm-
ləkəçi imperiyasını qurmaq istəyirdi.  Almaniyanın işğalçılıq 
planlarından zəngin təbii sərvətlərə, ilk növbədə neftə  və 
strateji coğrafi mövqeyə malik olan Azərbaycan da kənarda 
qalmamışdı. Pozenberqin «Qafqazın idarə edilməsi» planına 
görə ilk vaxtlar Azərbaycanda yaradılan Komissarlıq idarə 
forması Tiflisdə yerləşən Qafqaz reyxkomissarlığına tabe 
edilməli, SSRİ  işğal edildikdən sonra isə Azərbaycanın daxil 


 
317
olduğu bütün türk xalqlarını birləşdirən «Böyük Türküstan» 
dövləti yaradılması idi. 
Hitlerin Qafqaza hücum planı «Edelveys» adlanırdı. Bu 
plana görə Bakı 1941-ci il sentyabrın 25-də alınmalı  və  hərbi 
məntəqəyə çevrilməli idi.  
İtaliya  Əlcəzairi, Sudanı  və  İngiltərəyə  məxsus olan 
əraziləri tutmaq fikrində idi. Yaponiya Çin, Hind-Çin, 
Hindistan, Seylon, Birma, İndoneziya, Filippin və Sakit 
okeanda olan bir sıra adaları zəbt etmək istəyirdi.  
Yapon millitaristləri Sovet Uzaq Şərqinə  də göz 
dikmişdilər. Almaniya və Yaponiyanın bu işğalçı planları 
İngiltərə, Fransa və ABŞ-ın mənafeyi  əleyhinə idi. İngiltərə, 
Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini 
qoruyub saxlamaq istəyirdilər.  
ABŞ və Böyük Britaniya Azərbaycana da xüsusi maraq 
göstərir və Qafqaza dair «Vilvet» planını  tərtib etmişdilər. 
Planda Azərbaycanı SSRİ-dən ayırmaq, burada Sovet 
Ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, ABŞ və 
Böyük Britaniyanın hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə 
tutulurdu. SSRİ  Şərqi Avropanı  ələ keçirməyə, Qara dəniz 
boğazlarında, Ön və  Cənubi Asiyada, Uzaq Şərqdə nüfuz 
dairələrini genişləndirməyə çalışırdı.  Sovet rəhbərliyi 
Azərbaycan  əhalisinin zorla Orta Asiya və Qazaxıstana 
köçürülməsi barədə  də  məhşur plan hazırlamışdı. Buna səbəb 
isə dövlətin azərbaycanlılara etibar etmədiyi göstərilirdi.  
Burjua-demokratik dövlətlərin totalitar rejimləri bir-
birinə qarşı qoyub zəiflətmək və  məhv etmək istəyi də 
müharibənin başlanması səbəblərindən idi.  
Müharibənin başlanmasının bir səbəbi də faşizm 
təhlükəsinin lazımınca qiymətləndirilməməsi idi. İngiltərə  və 
Fransanın SSRİ-yə ciddi hərbi-siyasi qüvvə kimi baxmamaları 
da müharibənin başlanmasına imkan verən amillərdən idi.  
 
318
Almaniya ilə SSRİ arasında bağlanmış bir-birinə hücum 
etməmək haqqında 1939-cu il 23 avqust müqaviləsi də Şərqdən 
təhlükə gözləməyən Hitlerə tezliklə müharibəyə başlamaq 
imkanı verdi. 
 Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri 
Almaniya və Yaponiyanı SSRİ-yə qarşı çevirmək yolu ilə 
imperialist ziddiyyətləri həll etmək fikrində idilər. Bu zaman 
sosialist ölkəsi olan SSRİ ilə kapitalist dövlətləri arasında 
ziddiyyətlər kapitalist dövlətləri arasındakı ziddiyyətlərdən zəif 
idi. Buna görə  də  İkinci dünya dünya müharibəsi SSRi ilə 
kapitalist dövlətləri arasında deyil, 1939-cu il sentyabrın 1-də 
kapitalist dövlətlərinin öz arasında baş verdi. Almaniya impe-
rializminə ABŞ inhisarlarının yardım etməsi təcavüzkarlığın 
iqtisadi hərbi bazasını yaratdı. Müharibənin başlanmasında İn-
giltərə, Fransa, ABŞ  və SSRİ-nin birgə  təcavüzkara qarşı kol-
lektiv təhlükəsizlik sistemi yaratmaması da mühüm rol oynadı. 
ABŞ, İngiltərə, Fransa hakim dairələri "sakitləşdirmə" siyasəti 
vasitəsi ilə Hitler Almaniyasının təcavüzkarlığı yaymasına və 
tədricən dünya müharibəsinin bağlanmasına yardım etmiş 
oldulalar.
  
Müharibə  təhlükəsi artıq 30-cu illərin ortalarında 
qabaqcıl dövlətləri silahlanma məsələsində müəyyən addımlar 
atmağa məcbur etdi. Bununla bərabər, Böyük Britaniya, Fransa, 
ABŞ  və SSRİ-nin Almaniya və onun müttəfiqləri ilə 
müqayisədə  zəif strategiyaları, onların hərbi yolla deyil
diplomatik yolla hadisələri nizama salmaq istəyi onların 
müharibə  ərəfəsində bütün hərbi resursları  səfərbərliyə 
almalarına imkan vermirdi. 1939-cu ilin avqustunda Fransa 
ordusunda 2438 min. adam, o cümlədən, quru qoşunlarında 110 
min adam  Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz 
Qüvvələrində (HDQ) 126 min adam  xidmət edirdi. Fransız 
donanmasının tərkibi 7 xətt, 1 təyyarədaşıyan gəmi, 19 kreyser, 
77 sualtı qayıqdan ibarət idi. Böyük Britaniyanın ordusunda 
897 min adam (1261 min adam dominanlarla birilkdə) quru 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə