323
İngiltərə və Fransanın
ona kömək etməməsi, Polşa daxilində
alman casuslarının fəaliyyəti mühümləri idi.
1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasın-
da bağlanmış "Dostluq və sərhədlər haqqında" sazişə əsasən
Narev, Qərbi Buq, San çayları üzrə Sovet-alman sərhədləri
ayrılırdı.
"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi
əməliyyatlara keçməsi
1939-cu ilin sentyabrın 3-dən 1940-cı ilin aprelin 9-na
qədər olan dövr İkinci dünya müharibəsi tarixində "qəribə
müharibə" kimi səciyyələnir. Çünki sentyabrın 3-də Fransa və
İngiltərə Almaniyaya müharibə elan etsələr də, ona qarşı fəal
hərbi əməliyyatlara başlamadılar. 1939-cu ilin oktyabrın 11-də
Fransada 158 min ingilis əsgər və zabiti toplandı. Qərb
cəbhəsində ingilislər ilk itkini dekabrın 9-da verdilər. Fransa ilə
Almaniya sərhədində toplanın 110 fransız və ingilis diviziyası
oradakı 23 alman diviziyasına qarşı vuruşaraq Polşanı müdafiə
edə bilərdilər. Lakin onlar hitlerçilərin SSRİ-yə hücumu üçün
Polşaya bir meydan kimi baxdıqlarından bunu etmədilər.
Alman faşistlərinin planında
Skandinaviya ölkələri
xüsusi yer tuturdu. Hitlerçilər bu ölkələrə strateji cəhətdən
böyük əhəmiyyət verirdilər. Hitlerçilər Şimal-Qərbi Avropa və
Atlantik okeanda ağalıq mövqeyi qazanmaq fikrində idilər.
Hərbi əhəmiyyəti olan xammallar da bu ölkələrdə az deyildi.
1939-cu ildə İsveçdə istehsal edilən 24 milyon ton dəmir-
filizinin 11 milyon tonu Almaniyaya ixrac edilirdi. Almanlar
hələ 1939-cu ilin oktyabrında Danimarka və Norveçi tutmaq
buradan İngiltərə və Fransaya qarşı hücum etmək niyyətində
idilər.
1940-cı il aprelin 9-da Almaniya müharibə elan
etmədən Danimarka və Norveçə hücum etdi.
Bununla
Avropada "qəribə müharibə" sona çatdı. Almaniya Qərbdə fəal
324
hərbi əməliyyatlara başlamış oldu. Səhər saat 5-də sərhədi
keçən Hitler qoşunları heç bir əks-təsirə rast gəlmədən ölkənin
dərinliyinə doğru hərəkət etdilər. Bu hadisədən bir neçə saat
sonra Danimarka hökuməti danışıqsız təslim olaraq ölkəni
hitlerçilərə təhvil verdi. Danimarka Almaniyanın satilletinə,
yəni əlaltısı olan dövlətə çevrildi. Danimarkaya hücumla yanaşı
almanlar Norveç sahillərinə də desant salmışdılar. Hitler
qoşunları ilk sırada Oslonu və bir sıra başqa liman şəhərlərini
tutmaq fikrində idilər. Həmin məntəqələrə həm dəniz,
həm də
havadan hücum edərək bir günə paytaxtı işğal etdilər.
Hitlerçilərin qəflətən hücuma keçməsi, Fransa və İngiltərə hərbi
qüvvələrinin passivliyi nəticəsində təqribən iki ay müddətində
Norveç işğal edildi. Norveçin işğalı İngiltərə və Fransanı bir
sıra hərbi dəniz bazalarından məhrum etdi. 1940-cı il mayınn
10-da alman faşistləri Hollandiya, Belçika və Fransaya hücuma
keçdilər. Bu hərbi əməliyyatda faşistlər 116 piyada diviziya,
2600 tank, 3000 hərbi təyyarədən istifadə etdilər. Faşist
Almaniyasının Qərbi Avropada 45 gün davam edən hərbi
əməliyyatlarını xarakterinə görə 2 mərhələyə bölmək olar:
1) 10 may-4 iyun.Bu dövrdə Almaniya bütün istiqamət-
də müttəfiqlərin (İngiltərə-Fransa-Hollandiya-Belçika) cəbhə-
sini yararaq La-Manşa çıxıb onların
çoxlu miqdarda qoşun
hissələrini məhv etdi. Almaniya Belçika, Hollandiya və Şimali
Fransanı işğal etdi.
2) 5-22 iyun. Bu günlər ərzində alman faşist qoşunları
Fransaya hücumu genişləndirərək Parisi işğal edib, Fransa
hökumətini təslim olmağa məcbur etdilər.
Belçika təslim edildikdən sonra müttəfiqlərin qoşunları
Dyunkerk liman şəhərinə sıxışdırıldılar. Burada onların
vəziyyəti olduqca çətinləşdi. Həmin şəhərdə Fransanın 17,
İngiltərənin isə 10 diviziyası var idi. Belə bir şəraitdə alman
qoşunları Fransa və İngiltərənin həmin şəhərdəki qoşunlarını
tamamilə məhv etmək imkanına malik idi. Lakin bu hadisə baş
325
vermədi. "Dyunkerk möcüzəsi" baş verdi. Bəzi alman
generalları öz xatirələrində bildirirdilər ki, alman qoşunları
Dyunkerkə yaxınlaşanda alman komandanlığı geri çəkilməyi
əmr edib Dyunkerkdən müttəfiq qoşunlarının çıxarılmasına
imkan yaratdılar. 338 min
nəfərlik ordu Dyunkerkdən
çıxdıqdan sonra almanlar bu yeri işğal etdilər. Müttəfiq
qoşunları burada 2400 top, 700 tank, 130 min avtomobil qoyub
getdilər. İngiltərə 226, Fransa isə 217 gəmi itirdi. Beləliklə,
hərbi əməliyyatların birinci dövründə müttəfiqlərin şimaldakı
qoşunları darmadağın edildi. Almaniyanın qələbəsini hiss edən
faşist İtaliyası bir sıra mühüm yerləri tutmaq üçün iyunun 10-da
Fransaya müharibə elan etdi. Beləliklə, İtaliya da ikinci dünya
müharibəsinə girmiş oldu. Bu hadisə Fransanın vəziyyətini
daha da çətinləşdirdi. Hökumət əvvəl Tura,
sonra isə Bordoya
köçdü. Son müdafiə döyüşü Ema çayı sahilində oldu. 1934-cü
ildə qurulmuş "Majino müdafiə xətti" yarıldı. İyunun 12-də
Fransa hökuməti Parisi "açıq şəhər" elan edərək onun
müdafiəsini təşkil etmədi. Həmin gün parlamentdə Peten
tərəfindən müdafiə edilən Fransa silahlı qüvvələrinin baş
komandanı Veyqan təklif etdi ki, hitlerçilərə şərtsiz təslim
olmaq lazımdır. O belə bir əsli olmayan şaiə yaydı ki, guya
Parisdə kommunistlər hakimiyyəti öz əlinə almaq istəyir.
İyunun 14-də hitlerçilər heç bir müqavimət hiss etmədən Parisə
daxil oldular. İyunun 22-də Peten hökumətinin nümayəndələri
Kompyen meşəsində biabırçı təslimçilik aktına qol çəkdilər.
Sülhün şərtlərinə görə Fransa ordusu tərxis edilir,
ölkə ərazisi
iki hissəyə bölünürdü. Paris də daxil olmaqla bütün sənaye
mərkəzlərinə malik olan rayonların hamısı Almaniyanın işğal
zonasına daxil edilirdi. Ölkənin cənub hissəsində isə general
Petenin başçılığı altında paytaxtı Bişi olan faşistpərəst Fransa
hökuməti təşkil edildi və o, 1944-cü ilin avqustunadək yaşadı.
Ölkədə işğalçı rejimin yaranmasına baxmayaraq Fransa xalqı
təslim olmadı. İlk gündən ölkədə müqavimət hərəkatı başlandı
326
ki, bu hərəkatda bütün xalq kütlələri iştirak edirdi. Fransanın
antifaşist qüvvələri general Şarl de Qollun İngiltərədə təşkil
etdiyi "Azad Fransa" komitəsi ətrafında birləşib işğalçılara
qarşı müharibəni davam etdirirdilər.
Beləliklə, faşist Almaniyası 45 gün ərzində Hollandiya,
Belçika və Fransanı məğlub edərək Qərb cəbhəsində İngiltərə
qoşunlarına güclü zərbə endirdi. Hitler hökuməti bu fikirdə idi
ki, Fransa məğlub edildikdən sonra İngiltərə onunla saziş
bağlayıb SSRİ-yə qarşı müharibədə Almaniya ilə birlikdə
iştirak edəcəkdir. Bu məqsədlə 1940-cı il iyulun 19-da sülh
bağlamaq üçün Almaniya hökuməti İngiltərəyə müraciət etdi.
Almaniya
təklif edirdi ki, İngiltərə onun Avropada və müstəm-
ləkələrdə hegemon mövqeyini qəbul etsin. Lakin İngiltərə
Avropada və müstəmləkələrdə öz mövqeyini Almaniyaya ver-
mək istəmirdi. Digər tərəfdən İngiltərə hakim dairələri faşizmə
nifrət edən öz xalqı ilə də hesablaşmalı oldu. İngiltərə hökuməti
iyulun 22-də Almaniyanın təklifinə rədd cavab verdi.
Diplomatik yolla İngiltərəyə təsir etmək mümkün olmadıqdan
sonra Hitler hökuməti İngiltərə ərazisini işğal etməklə onu
müharibədən çıxarmağı qərara aldı. 1940-cı ilin avqustundan
1941-ci ilin mayına qədər Almaniya İngiltərə ərazisinə 190 min
bomba atdı. Bombardman zamanı bir milyondan artıq yaşayış
evi dağıldı, 40 min adam həlak oldu və 46 min nəfər yaralandı.
Lakin faşist aviasiyası Britaniya sənayesinə ciddi zərbə
vurmağı bacarmadı. Almaniya İngiltərənin Atlantik okeandan
keçən nəqliyyat yollarını (ərzağın 50 %-i adaya bu yollarla
gətirilirdi) kəsmək üçün əsasən sualtı qayıqlardan
geniş istifadə
edirdi. Lakin İngiltərə davam gətirdi. Bu, Almaniya ilə
müharibədə, demək olar ki, ilk qələbə idi. 1941-ci ilin yazında
hitlerçilər SSRİ-yə qarşı hücum üçün ciddi hazırlıq işləri ilə
məşğul olduqları üçün İngiltərəni işğal etmək planı qeyri-
müəyyən bir vaxta qədər təxirə salındı.