Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə81/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

 
323
İngiltərə  və Fransanın ona kömək etməməsi, Polşa daxilində 
alman casuslarının fəaliyyəti mühümləri idi. 
1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasın-
da bağlanmış "Dostluq və  sərhədlər haqqında" sazişə  əsasən 
Narev, Qərbi Buq, San çayları üzrə Sovet-alman sərhədləri 
ayrılırdı. 
"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi 
əməliyyatlara keçməsi 
 
1939-cu ilin sentyabrın 3-dən 1940-cı ilin aprelin 9-na 
qədər olan dövr İkinci dünya müharibəsi tarixində "qəribə 
müharibə" kimi səciyyələnir. Çünki sentyabrın 3-də Fransa və 
İngiltərə Almaniyaya müharibə elan etsələr də, ona qarşı  fəal 
hərbi əməliyyatlara başlamadılar. 1939-cu ilin oktyabrın 11-də 
Fransada 158 min ingilis əsgər və zabiti  toplandı. Qərb 
cəbhəsində ingilislər ilk itkini dekabrın 9-da verdilər. Fransa ilə 
Almaniya sərhədində toplanın 110 fransız və ingilis diviziyası 
oradakı 23 alman diviziyasına qarşı vuruşaraq Polşanı müdafiə 
edə bilərdilər. Lakin onlar hitlerçilərin SSRİ-yə hücumu üçün 
Polşaya bir meydan kimi baxdıqlarından bunu etmədilər. 
Alman faşistlərinin planında Skandinaviya ölkələri 
xüsusi yer tuturdu. Hitlerçilər bu ölkələrə strateji cəhətdən 
böyük əhəmiyyət verirdilər. Hitlerçilər Şimal-Qərbi Avropa və 
Atlantik okeanda ağalıq mövqeyi qazanmaq fikrində idilər. 
Hərbi  əhəmiyyəti olan xammallar da bu ölkələrdə az deyildi. 
1939-cu ildə  İsveçdə istehsal edilən 24 milyon ton dəmir-
filizinin 11 milyon tonu Almaniyaya ixrac edilirdi. Almanlar 
hələ 1939-cu ilin oktyabrında Danimarka və Norveçi tutmaq 
buradan  İngiltərə  və Fransaya qarşı hücum etmək niyyətində 
idilər.  
1940-cı il aprelin 9-da Almaniya müharibə elan 
etmədən Danimarka və Norveçə hücum etdi. Bununla 
Avropada "qəribə müharibə" sona çatdı. Almaniya Qərbdə fəal 
 
324
hərbi  əməliyyatlara başlamış oldu. Səhər saat 5-də  sərhədi 
keçən Hitler qoşunları heç bir əks-təsirə rast gəlmədən ölkənin 
dərinliyinə doğru hərəkət etdilər. Bu hadisədən bir neçə saat 
sonra Danimarka hökuməti danışıqsız təslim olaraq ölkəni 
hitlerçilərə  təhvil verdi. Danimarka Almaniyanın satilletinə, 
yəni əlaltısı olan dövlətə çevrildi. Danimarkaya hücumla yanaşı 
almanlar Norveç sahillərinə  də desant salmışdılar. Hitler 
qoşunları ilk sırada Oslonu və bir sıra başqa liman şəhərlərini 
tutmaq fikrində idilər. Həmin məntəqələrə  həm dəniz, həm də 
havadan hücum edərək bir günə paytaxtı  işğal etdilər. 
Hitlerçilərin qəflətən hücuma keçməsi, Fransa və İngiltərə hərbi 
qüvvələrinin passivliyi nəticəsində  təqribən iki ay müddətində 
Norveç işğal edildi. Norveçin işğalı  İngiltərə  və Fransanı bir 
sıra hərbi dəniz bazalarından məhrum etdi. 1940-cı il mayınn 
10-da alman faşistləri Hollandiya, Belçika və Fransaya hücuma 
keçdilər. Bu hərbi  əməliyyatda faşistlər  116 piyada diviziya, 
2600 tank, 3000 hərbi təyyarədən istifadə etdilər. Faşist 
Almaniyasının Qərbi Avropada 45 gün davam edən hərbi 
əməliyyatlarını xarakterinə görə 2 mərhələyə bölmək olar:  
1) 10 may-4 iyun.Bu dövrdə Almaniya bütün istiqamət-
də müttəfiqlərin (İngiltərə-Fransa-Hollandiya-Belçika) cəbhə-
sini yararaq La-Manşa çıxıb onların çoxlu miqdarda qoşun 
hissələrini məhv etdi. Almaniya Belçika, Hollandiya və Şimali 
Fransanı işğal etdi. 
2) 5-22 iyun. Bu günlər  ərzində alman faşist qoşunları 
Fransaya hücumu genişləndirərək Parisi işğal edib, Fransa 
hökumətini təslim olmağa məcbur etdilər. 
Belçika təslim edildikdən sonra müttəfiqlərin qoşunları 
Dyunkerk liman şəhərinə  sıxışdırıldılar. Burada onların 
vəziyyəti olduqca çətinləşdi. Həmin  şəhərdə Fransanın 17, 
İngiltərənin isə 10 diviziyası var idi. Belə bir şəraitdə alman 
qoşunları Fransa və  İngiltərənin həmin  şəhərdəki qoşunlarını 
tamamilə məhv etmək imkanına malik idi. Lakin bu hadisə baş 


 
325
vermədi. "Dyunkerk möcüzəsi" baş verdi. Bəzi alman 
generalları öz xatirələrində bildirirdilər ki, alman qoşunları 
Dyunkerkə yaxınlaşanda alman komandanlığı geri çəkilməyi 
əmr edib Dyunkerkdən müttəfiq qoşunlarının çıxarılmasına 
imkan yaratdılar. 338 min nəfərlik ordu Dyunkerkdən 
çıxdıqdan sonra almanlar bu yeri işğal etdilər. Müttəfiq 
qoşunları burada 2400 top, 700 tank, 130 min avtomobil qoyub 
getdilər.  İngiltərə 226, Fransa isə 217 gəmi itirdi. Beləliklə, 
hərbi  əməliyyatların birinci dövründə müttəfiqlərin  şimaldakı 
qoşunları darmadağın edildi. Almaniyanın qələbəsini hiss edən 
faşist İtaliyası bir sıra mühüm yerləri tutmaq üçün iyunun 10-da 
Fransaya müharibə elan etdi. Beləliklə, İtaliya da ikinci dünya 
müharibəsinə girmiş oldu. Bu hadisə Fransanın vəziyyətini 
daha da çətinləşdirdi. Hökumət əvvəl Tura, sonra isə Bordoya 
köçdü. Son müdafiə döyüşü Ema çayı sahilində oldu. 1934-cü 
ildə qurulmuş "Majino müdafiə  xətti" yarıldı.  İyunun 12-də 
Fransa hökuməti Parisi "açıq  şəhər" elan edərək onun 
müdafiəsini təşkil etmədi. Həmin gün parlamentdə Peten 
tərəfindən müdafiə edilən Fransa silahlı qüvvələrinin baş 
komandanı Veyqan təklif etdi ki, hitlerçilərə  şərtsiz təslim 
olmaq lazımdır. O belə bir əsli olmayan şaiə yaydı ki, guya 
Parisdə kommunistlər hakimiyyəti öz əlinə almaq istəyir. 
İyunun 14-də hitlerçilər heç bir müqavimət hiss etmədən Parisə 
daxil oldular. İyunun 22-də Peten hökumətinin nümayəndələri 
Kompyen meşəsində biabırçı  təslimçilik aktına qol çəkdilər. 
Sülhün  şərtlərinə görə Fransa ordusu tərxis edilir, ölkə  ərazisi 
iki hissəyə bölünürdü. Paris də daxil olmaqla bütün sənaye 
mərkəzlərinə malik olan rayonların hamısı Almaniyanın işğal 
zonasına daxil edilirdi. Ölkənin cənub hissəsində isə general 
Petenin başçılığı altında paytaxtı Bişi olan faşistpərəst Fransa 
hökuməti təşkil edildi və o, 1944-cü ilin avqustunadək yaşadı. 
Ölkədə  işğalçı rejimin yaranmasına baxmayaraq Fransa xalqı 
təslim olmadı. İlk gündən ölkədə müqavimət hərəkatı başlandı 
 
326
ki, bu hərəkatda bütün xalq kütlələri iştirak edirdi. Fransanın 
antifaşist qüvvələri general Şarl de Qollun İngiltərədə  təşkil 
etdiyi "Azad Fransa" komitəsi  ətrafında birləşib işğalçılara 
qarşı müharibəni davam etdirirdilər.  
Beləliklə, faşist Almaniyası 45 gün ərzində Hollandiya, 
Belçika və Fransanı  məğlub edərək Qərb cəbhəsində  İngiltərə 
qoşunlarına güclü zərbə endirdi. Hitler hökuməti bu fikirdə idi 
ki, Fransa məğlub edildikdən sonra İngiltərə onunla saziş 
bağlayıb SSRİ-yə qarşı müharibədə Almaniya ilə birlikdə 
iştirak edəcəkdir. Bu məqsədlə 1940-cı il iyulun 19-da sülh 
bağlamaq üçün Almaniya hökuməti  İngiltərəyə müraciət etdi. 
Almaniya təklif edirdi ki, İngiltərə onun Avropada və müstəm-
ləkələrdə hegemon mövqeyini qəbul etsin. Lakin İngiltərə 
Avropada və müstəmləkələrdə öz mövqeyini Almaniyaya ver-
mək istəmirdi. Digər tərəfdən İngiltərə hakim dairələri faşizmə 
nifrət edən öz xalqı ilə də hesablaşmalı oldu. İngiltərə hökuməti 
iyulun 22-də Almaniyanın təklifinə  rədd cavab verdi. 
Diplomatik  yolla İngiltərəyə təsir etmək mümkün olmadıqdan 
sonra Hitler hökuməti  İngiltərə  ərazisini işğal etməklə onu 
müharibədən çıxarmağı  qərara aldı. 1940-cı ilin avqustundan 
1941-ci ilin mayına qədər Almaniya İngiltərə ərazisinə 190 min 
bomba atdı. Bombardman zamanı bir milyondan artıq yaşayış 
evi dağıldı, 40 min adam həlak oldu və 46 min nəfər yaralandı. 
Lakin faşist aviasiyası Britaniya sənayesinə ciddi zərbə 
vurmağı bacarmadı. Almaniya İngiltərənin Atlantik okeandan 
keçən nəqliyyat yollarını  (ərzağın 50 %-i adaya bu yollarla 
gətirilirdi) kəsmək üçün əsasən sualtı qayıqlardan geniş istifadə 
edirdi. Lakin İngiltərə davam gətirdi. Bu, Almaniya ilə 
müharibədə, demək olar ki, ilk qələbə idi. 1941-ci ilin yazında 
hitlerçilər SSRİ-yə qarşı hücum üçün ciddi  hazırlıq işləri ilə 
məşğul olduqları üçün İngiltərəni işğal etmək planı qeyri-
müəyyən bir vaxta qədər təxirə salındı.  
 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə