Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə84/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

 
335
Yaponiya arasında Berlin paktından  əlavə yeni pakt bağlandı. 
Onlar bir-birinin razılığı olmadan İngiltərə  və ABŞ-la sülh 
bağlamayacaqlarını öhdələrinə götürdülər. Yaponlar Tailandı, 
Filippini tutdular. 1941-ci il dekabrın 25-də Honkonq alındı. 
1942-ci il fevralın 15-də Sinqapur yaponlar tərəfindən tutuldu. 
ABŞ və İngiltərənin Sakit Okeanda mövqeyi zəiflədi. Yaponlar 
Cənub-Şərqi Asiyada geniş hücuma keçərək 1942-ci ilin 
yazında Birma və  İndoneziyanı tutdular. Cənub-Qərbi Çinə 
girdilər. Yeni Britaniya və Yeni Qvineya adasının bir hissəsi də 
onlar tərəfindən tutuldu. 150 milyon adam, 3,8 mln kv.km 
ərazi, Çinlə birlikdə isə 400 milyon adam, 6 mln.kv.km ərazi 
Yaponiyanın nəzarəti altına keçdi. 
 
3. Müharibənin ikici mərhələsi 
Əsaslı dönüşün başlanması 
 
İkinci dünya müharibəsində dönüşün ilk əsaslı addımları 
Sakit okeanın mərkəzində 1942-ci ilin iyununda Miduey adası 
yaxınlığındakı döyüşdə yaponların ABŞ donanması  tərəfindən 
məğlub edilməsi ilə atıldı. Bu döyüşdən sonra yaponlar bir daha 
Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədilər. 
1942-ci ilin iyununda almanlar Xarkovu tutduqdan 
sonra Volqaya doğru irəliləməyə başladılar. Almanlar 
Stalinqradı tutmaqla Moskvanı Bakının neftindən və  Şimali 
Qafqazın taxılından məhrum etmək yolu ilə SSRİ-ni məğlub 
etməyi fikirləşirdilər. 1942-ci ilin iyulun 17-də Stalinqrad və 
iyulun 25-də Qafqaz uğrunda  şiddətli müdafiə döyüşləri 
başlandı. Faşistlər «Edelveys» planını  həyata keçirmək 
istəiyrdilər. 1942-ci il sentyabrın 9-da SSRİ-nin Ali Baş 
komandanlığı  Cənubi QAfqaz respublikalarında, o cümlədən 
Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu 
yaradıldı. Düşmənin 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə 
Bakının səmasına soxulmaq cəhdi baş tutmadı, onun 96 
 
336
təyyarəsi vurulub salındı.  Cənubi Qafqaz cəbhəsində 66, 1 min 
azərbaycanlı vuruşurdu. Mozdaku tutduqdan sonra güclü 
müqavimətə rast gələn düşmən hücum taktikasını  dəyişdi, 
Bakıya deyil, Nalçik-Orconikidze istiqamətində yeridi. 1942-ci 
ilin oktyabrında Sovet ordusu Orconikidze yaxınlığında 
faşistləri darmadağın etdi və onlar şimala doğru qovuldular. 
 
Almanlar Stalinqrad istiqamətində piyada 
diviziyalarının 1/3, tank diviziyalarının 
5
1 hissəsini, bir 
milyondan çox əsgər və zabit toplamışdı.  Almanların seçmə 6-
cı piyada ordusu və 4-cü tank ordusu, bundan başqa 1 italyan, 2 
rumın ordusu da və bu istiqamətdə vuruşurdu. Sentyabrda artıq 
Stalinqradın özündə döyüşlər gedirdi. Sovet komandanlığının 
Stalinqradı müdafiə etmək planı "Uran" adlanırdı. 1942-ci ilin 
noyabrın 19-20-də Stalinqrad, Don və  Cənub-Qərb cəbhəsinin 
qoşunları general Yeremenko, Rakassovski və Vatutinin 
komandanlığı altında hücuma keçərək noyabrın 22-də 
Stalinqradın  şimalındakı Kalaç rayonunda almanların 22 
diviziyasını, 330 min əsgər və zabitini əsir aldılar. Bu hücum 
zamanı e.ə. 216-cı ildə olmuş Kanna döyüşündə tətbiq edilmiş 
Hannibalın «aypara» taktikasından istifadə edilmişdi. Hitler  
mühasirədə olanlara kömək etmək üçün Şimali Qafqazdan 
Manşteynin rəhbərliyi altında böyük bir zərbə qrupunu 
göndərdi. Lakin Stalinqradın cənubundakı Tormosovo-
Kotelnikov rayonunda general Malinovskinin başçılıq etdiyi 
sovet qoşun hissələri tərəfindən onlar darmadağın edildilər. 
Almanların mühasirəni yarmaq cəhdi baş tutmadı. 1943-cü il 
yanvarın 15-dən fevralın 2-dək keçirilən hərbi  əməliyyatlarda 
mühasirəyə düşmüş qoşun hissələri məhv edildi. 147 min əsgər 
və zabit öldü, 91 min əsgər, 2500 zabit, başda feldmarşal 
Paulyus olmaqla 24 general əsir alındı. Strateji üstünlük sovet 
ordusu tərəfinə keçdi. İkinci dünya müharibəsində Antihitler 
koalisiyasının xeyrinə qəti olaraq əsaslı dönüş başlanmış oldu. 


 
337
Nasist ordusu mənən və ruhən sarsıldı. Yaponiya SSRİ 
əleyhinə hücuma keçmək planından birdəfəlik  əl çəkdi.  İşğal 
altında olan yerlərdə müqavimət hərəkatı gücləndi.  
Stalinqrad  ətrafında sovet qoşunlarının hücumu martın 
sonuna kimi davam edən strateji hücuma çevrildi. Stalin-
qraddan sonra ən parlaq qələbə Leninqradın mühasirəsinin 
yarılması oldu. Blokada illərində şəhərin 850 minə yaxın dinc 
sakini həlak oldu. 
1943-cü ilin yayında alman komandanlığı strateji 
təşəbbüsü yenidən  əlinə almaq üçün cəhd etdi. Almaniya 
tərəfindən Kursk ətrafında «Kursk qövsü» adlandırılan çıxıntı 
şəkilli mövqedə yerləşən sovet qoşunlarını mühasirəyə alıb 
məhv etmək üçün hücum planı ("Sitadel"-«Qala») tərtib 
olundu. Sovet komandanlığı bundan xəbər tutaraq almanların 
hücum edəcəyi istiqamətlərdə böyük qüvvələr topladı. 1943-cü 
il iyulun 5-də sübh çağı alman qoşunları hücuma keçdilər. 
Kursk-Oryol döyüşü başlandı. Almanlar böyük itkilər hesabına 
çox az irəliləyə bildilər. Proxorovka kəndi yanında İkinci dünya 
müharibəsinin  ən böyük tank döyüşü oldu. Döyüşdə  hər iki 
tərəfdən 1200-ə yaxın tank, özüyeriyən və hücum topları iştirak 
edirdi. Almanlar taqətdən salındı  və iyulun 12-də sovet 
qoşunları  əks-hücuma keçdi. Avqustun 5-də Oryol və Bel-
qorod, 23-də isə Xarkov azad olundu. Kursk döyüşü ilə sovet-
alman müharibəsinin gedişində əsaslı dönüş başa çatdı, strateji 
təşəbbüs qəti olaraq sovet komandanlığının  əlinə keçdi. Sent-
yabrın sonunda sovet qoşunları Dneprə  çıxaraq çayı keçdilər. 
Noyabrın 6-da Kiyev azad edildi. 
ABŞ  və Böyük Britaniya ikinci cəbhənin  açılmasına 
tələsmirdilər. İngiltərənin 1940-cı ilin mayından baş naziri olan 
Çörçil ikinci cəbhənin Avropanın "yumşaq qarınaltısı" adlanan 
Balkan yarımadasından açılmasını istəyirdi, Stalin isə onun 
Şimali Fransadan-Normandiyadan açılması  təklifini irəli 
sürürdü. Çörçilin məqsədi Qızıl Ordu hissələrindən qabaq 
 
338
ingilis-amerikan qoşunlarının Cənub-Şərqi Avropa ölkələrinə 
çıxarılması idi. Avropanın sənaye mərkəzlərinə  ən qısa yolun 
haradan keçdiyini yaxşı başa düşən ABŞ rəhbərləri, hər şeydən 
əvvəl, Qərbi Avropada öz təsirlərini yaymağa çalışırdılar. Onlar 
ehtiyat edirdilər ki, müttəfiq orduları Balkanlarda ilişib qalar. 
Məhz ona görə  də Çörçillin hərbi-siyasi planları Vaşinqtonda 
ehtiyatla qarşılandı və əməli olaraq həyata keçirilmədi. 
Sovet Ordusunun uğurlu hücumu müttəfiqlərə  Şimali 
Afrikada hücuma keçmək üçün əlverişli şərait yaratdı. 1941-ci 
ilin noyabrında ingilislər Tobrukun blokadasını  ləğv etdilər. 
1942-ci ilin yanvarında Kirenanika ərazisini bütünlüklə azad 
etdilər. 1942-ci ilin oktyabrın 23-də Əl-Əlameyn yaxınlığındakı 
döyüşdə Montqomerinin başçılıq etdiyi ingilis-amerikan 
qoşunları alman-italyan qoşunları üzərində parlaq qələbə 
çaldılar. 1943-cü ilin fevralında onlar Liviya-Tunis sərhəddinə 
çıxdılar. Bu "ox" dövlətlərinin Yaxın  Şərqi tutmaq planının 
qarşısını aldı. Fransızlar "Fakel" əməliyyatına uyğun olaraq 
Eyzenhauerin başçılığı ilə  Əlcəzair  şəhərini tutdular. Tunis 
alındı. Bu alman-italyan qoşunlarının  Şimali Afrikada çox 
böyük məğlubiyyəti demək idi. 1943-cü ilin iyununda "Fransa 
milli-azadlıq komitəsi" yaradıldı. Rəhbəri isə  Şarl de Qoll və 
general Jiro idi.  
Əsaslı dönüşün yaranmasının mühüm səbəblərindən biri 
ABŞ, SSRİ  və  İngiltərədə  hərb sənayesinin "ox" dövlətlərinə 
nisbətən daha sürətli inkişafı idi. Təsərrüfat üzərində ciddi 
dövlət nəzarəti yaradılmışdı. 1942-ci ildə İngiltərədə hökumətə 
bu sahədə fövqəladə səlahiyyətlər verən qanunlar qəbul olundu. 
Buna bənzər tədbirlər ABŞ-da da həyata keçirildi. Burada 
Hərbi istehsal idarəsi təsis edildi. SSRİ-də 1941-ci ilin iyunun 
30-da təşkil edilmiş Dövlət Müdafiə Komitəsinin, onun sədri 
İ.V.Stalinin  əlində bütün hakimiyyət cəmləşdirildi. "Hər  şey 
cəbhə üçün, hər  şey qələbə üçün!" şüarı irəli sürüldü. Arxa 
Cəbhə Baş İdarəsi yaradıldı. Əmək intizamı möhkəmləndirildi 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə