Səmayə MƏMMƏD qızı mustafayeva


"Yeni qayda", faşistlərə qarşı mübarizə



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə83/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

 
331
"Yeni qayda", faşistlərə qarşı mübarizə 
 
Faşistlər tutduqları yerlərdə "yeni qayda" qoydular. 
1941-ci ilin mayında Almaniyada xarici fəhlələrin sayı 3,1 mln 
nəfər idi. Slovyanlara aşağı irq kimi baxırdılar. Milli azadlıq 
hərəkatı ən əvvəl Çexoslovakiyada başladı. Faşistlər yəhudiləri 
və slavyanları xüsusi qəddarlıqla qırırdılar.  İşğal olunmuş 
ölkələr açıq-aşkar qarət olunurdular. Xammal və  ərzaq məh-
suları «Üçüncü reyxə" göndərilirdi. Antifaşist milli-azadlıq 
hərəkatı Müqavimət hərəkatı adını aldı. Müqavimət hərəkatında 
milliyyəti, yaşı, siyasi baxışları və dini etiqadları müxtəlif olan 
adamlar iştirak edirdilər. Müharibə uzandıqca onun ədalətli 
xarakteri də artırdı. Bunu Polşa, Fransa, Norveç, Danimarka, 
Hollandiya, Belçika, Albaniya, Yunanıstan və Yuqoslaviya 
xalqlarının azadlıq mübarizəsi  əyani  şəkildə göstərirdi. Təca-
vüzkarlara qarşı müqavimət göstərən dövlətlərin qüvvəsi təd-
ricən Avropanın və Asiyanın  əsarətə alınmış xalqlarının azad-
lıq, demokratiya və milli müstəqillik uğrundakı  ədalətli mü-
barizəsi ilə birləşirdi. 
 
Almaniyanın SSRİ üzərinə hücumu 
 
1941-ci il iyunun 22-də Almaniya SSRİ üzərinə xəbər-
darlıq etmədən hücuma başladı. Almanlar üç istiqamətdə – 
Moskva, Leninqrad, Kiyev istiqamətində 190 diviziya, o 
cümlədən 153 alman diviziyası, 5,5 milyon əsgər və zabit, 4500 
tank, 5000 təyyarə, 47 min top və minomyot, 100 gəmi ilə 
hücuma keçdi. İtaliya, Macarıstan, Rumıniya, Slovakiya, 
Finlandiya da Almaniyanın tərəfində  çıxış edirdilər. Sovet-
alman cəbhəsinə "mavi diviziya" göndərmiş  İspaniya da 
hitlerçilərə yardım göstərirdi. Bolqarıstanın monarxist faşist 
hökuməti xalq həyəcanından qorxaraq SSRİ-yə müharibə elan 
etməsə  də, faşist Almaniyasına kömək göstərirdi. Hitlerin 
 
332
1940-cı il dekabrın 18-də  təsdiq etdiyi "Barborossa" planına 
əsasən SSRİ-ni tutmaq üçün 8-9 həftə  vaxt ayrılmışdı. Qış 
girənədək SSRİ ilə müharibə qurtarmalı, "Arxangelsk-Volqa-
Həştərxan" xəttinə  çıxılmalı idi. Hitler belə güman edirdi ki, 
həm güclü hərb maşını, həm də SSRİ xalqları arasında nifaq 
salmaq yolu ilə öz planını  həyata keçirə biləcəkdir. Lakin 
tezliklə yanıldığını hiss etdi. Hitler özü də deyirdi ki, Rusiya 
böyük tikədir, onu birdən-birə udmaq olmaz, boğazda qala 
bilər. 
Almanlar müharibənin birinci həftəsində Leninqrad 
(Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ ke-
çirdilər. Sentyabrda Kiyevi tutdular, Leninqradı tuta bilməyib 
onu mühasirəyə aldılar. Müharibənin ilk aylarında Sovet 
ordusunun geri çəkilməsi və  məğlub olmasının səbəbləri ilk 
növbədə Almaniya ilə bağlanan müqavilələrə ümiddən, silahlı 
qüvvələrin yenidən qurulmasında və qoşunların hazırlığında 
böyük səhvlər buraxılmasından, ordunun döyüş hazırlığı 
səviyyəsinə  gətirilməməsindən, Almaniyanın Avropadakı 
hücum 
əməliyyatlarının aparılmasındakı 
təcrübəsinin 
qiymətləndirilməməsindən irəli gəlirdi.  
Yaponiya çalışırdı ki, Uzaq Şərqdəki Sovet limanlarını 
mühasirəyə alsın və SSRİ-ni məcbur etsin ki, Sakit Okeandakı 
dəniz yollarından istifadədən imtina etsin. Türkiyə bitərəfliyini 
saxlayırdı. 1941-ci ilin yayında  İranda vəziyyət gərginləşdi. 
1941-ci ilin avqustunda 1921-ci ilin fevralında  İranla Sovet 
Rusiyası arasında bağlanmış müqavilənin 6-cı maddəsini 
nəzərə alaraq İrana SSRİ qoşun yeritdi. Həmin vaxt İngiltərə də 
İrana qoşun çıxartdı. 1941-ci ilin sentyabrında İranda hökumət 
devrildi, yeni hökumət təşkil edildi. 1942-ci ilin yanvarında 
İrandakı yeni hökumət SSRİ  və  İngiltərə ilə müqavilə bağladı 
və antifaşist koalisiyaya qoşuldu. 1942-ci ilin dekabrında ABŞ-
da İrana qoşun çıxartdı. 


 
333
1941-ci ilin sentyabrın 30-da Moskvaya hücumun I 
mərhələsi, noyabrın 15-də isə II mərhələsi başlandı. Faşistlərin 
Moskvaya hücum planı "Tayfun" adlanırdı. 1941-ci ilin 
dekabrın 5-6-da Sovet qoşunlarının  əks-hücuma keçməsi 
nəticəsində düşmən Moskvadan 100-250 km geri qovuldu. 
Moskva altındakı  qələbə Almaniyanın "İldırım sürətli 
müharibə" planını puça çıxartdı, alman ordusunun 
"məğlubedilməzliyi" haqqında  əfsanəni yox etdi, müqavimət 
hərəkatını gücləndirdi, faşist blokunu zəiflətdi. 
 
Antihitler koalisiyasının təşkili 
 
Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlamasından 
dərhal sonra Böyük Britaniya və ABŞ SSRİ-yə kömək etmək 
istədiklərini bildirdilər. 1941-ci ilin iyunun 22-də Çörçill, 
iyunun 24-də isə Ruzvelt SSRİ-yə kömək göstərməyə hazır 
olduqlarını  bəyan etdilər. 1941-ci il iyulun 12-də SSRİ ilə 
İngiltərə arasında Almaniyaya qarşı birgə  hərəkat haqqında 
saziş bağlandı.  İyulun 18-də SSRİ  təklif etdi ki, Şimali 
Fransadan ikinci cəbhə açılsın. Lakin təklif təxirə salındı. ABŞ 
prezidentinin məsləhətçisi Qopkins Moskvaya gəldikdən sonra 
avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi kömək edəcəyini bildirdi. 
1941-ci il avqustun 16-da SSRİ ilə İngiltərə arasında ticarət və 
kredit haqqında saziş bağlandı. İngiltərə SSRİ-yə 10 mln funt-
sterlinq istiqraz verdi. 1941-ci ilin iyulunda Sovet-
Çexoslovakiya, Sovet-Polşa sazişləri bağlandı. Sentyabrın 27-
də SSRİ "Azad Fransa" təşkilatını tanıdı. ABŞ  və  İngiltərə 
müharibədə birgə fəaliyyət göstərmək haqqında bəyanatla çıxış 
etdilər. Onların arasındakı danışıq 1941-ci ilin avqustunda 
Nyufaundlend adasının Ardjenşiya buxtasında «Atlantika 
xartiyası» adını almış bəyannamə ilə nəticələndi. 
1941-ci il sentyabrın 24-də Moskvada keçirilmiş müttə-
fiqlərarası konfransda Sovet hökuməti bu xartiya ilə razı ol-
 
334
duğunu bildirdi. Büttün qüvvələri birləşdirmək zəruri idi. SSRİ 
1 mlrd dollar faizsiz kredit aldı. 
1941-ci ilin noyabrında  İngiltərə yenidən SSRİ ilə 
müttəfiqlik haqqında müqavilə bağladı. 1942-ci ilin yanvarın 1-
də 26 dövlət Vaşinqtonda Atlantika xartiyası prinsiplərinə 
qoşulmaq haqqında "Birləşmiş Millətlərin Bəyannaməsi"ni 
imzaladı. Antihitler koalisiyasının yaradılması rəsmiləşdirilmiş 
oldu. Sonra bu bəyannaməyə başqa dövlətlər də qoşuldular və 
müharibənin sonunda onların sayı 50-yə çatdı. 
 
 
Sakit okeanda hərbi əməliyyatlar.  
ABŞ-ın İkinci dünya müharibəsinə girməsi 
 
Yaponiya 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz 
dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. 
Şahzadə Konol Yaponiyada hakimiyyətə gəldikdən sonra 1940-
cı ilin iyulunda Cənub-Şərqi Asiyanı  işğal etmək və Sakit 
okeanda  İngiltərə  və ABŞ-la müharibə etmək qərarına gəldi. 
1941-ci ilin yayında o, Hind-Çinə qoşun yeritdi. ABŞ iqtisadi 
təzyiq və diplomatiya yolu ilə Yaponiyanı güzəştə getməyə 
məcbur etmək istəyirdi. 1941-ci ilin oktyabrında hərbi nazir 
Todzio Yaponiyanın Almaniyadakı keçmiş  səfiri Kurusu 
Vaşinqtona göndərdi ki, ABŞ-dakı səfir Nomurla birlikdə ABŞ 
hökuməti ilə danışıqlar aparsın. 
Lakin danışıqlar gedən zaman 1941-ci ilin dekabrın 7-
də Yaponiya Havay adalarında yerləşən Perl-Xarbordakı hərbi 
dəniz bazasını bombardman etdi. 272 təyyarə, 5 gəmi sıradan 
çıxdı. 3 min 400 adam öldü. Buna cavab olaraq dekabrın 7-də 
ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 8-də Fransa və 
İngiltərə Yaponiyaya, İtaliya və Almaniya isə ABŞ-a müharibə 
elan etdilər. Sakit okeanda müharibənin yeni mərhələsi 
başlandı. 1941-ci ilin dekabrın 11-də Almaniya, İtaliya və 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə