Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə86/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

 
343
diplomatlarından olan Dalles "antisovet sanitar kardonu" 
ideyasını irəli sürdü. 1943-cü il oktyabrın 29-30-da Moskvada 
olmuş üç dövlət xarici işlər nazirlərinin (Molotov, Xell, İden) 
konfransında  İtaliya haqqında heç bir bəyanat qəbul edilmədi. 
Moskva konfransında qərar qəbul edildi ki, İngiltərə, ABŞ  və 
SSRİ-dən ibarət Avropa məsləhət komissiyası  təşkil edilsin. 
Konfrans üç dövlət başçısının Tehran konfransına hazırlıq 
görmüş oldu.  
Tehrana gələrkən yolüstü Ruzvelt və Çörçill Qahirədə 
Çan-kayşi ilə görüşdülər. Qahirə  bəyannaməsi qəbul edildi. 
Bəyannamədə göstərilirdi ki, Yaponiyanın cəzası verilməli, 
Mancuriya, Formoza (Tayvan) və Peskador  adaları Çinə 
qaytarılmalıdır. «Evrika» Adı latında keçirilən Tehran 
konfransı 1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1-
dək çağırıldı. Konfransda əsas məsələ İkinci cəbhənin açılması 
məsələsi idi. Çörçil  kommunizmin Avropaya yayılmaması 
üçün onun Arvopanın «yumşaq qarınaltısı» hesab edilən 
balkanlardan, Stalin isə  Şimali Fransadan açılmasını  tələb 
edirdi. Avropada müharibənin tez qurtarmasında və bütün 
qüvvələrin Yaponiyaya qarşı yönəldilməsində maraqlı olan 
Ruzvelt Stalinin fikrini müdafiə etdi. Çox mübahisədən sonra 
Şimali Fransadan (əməliyyat "Overlord" adlanırdı) 1944-cü ilin 
mayında  İkinci cəbhənin açılması haqqında birgə  bəyannamə 
imzalandı. Almaniyanın taleyi məsələsi müzakirə edilərkən 
ABŞ təklif etdi ki, Almaniya 5 dövlətə parçalansın. İngiltərə isə 
təklif edirdi ki, Prussiya ayrılsın, yerdə qalan ərazidə isə 
"Dunay federasiyası" təşkil edilsin. SSRİ  hər iki təklifin 
əleyhinə  çıxdı. Bu məsələ Avropa məsləhət komissiyasının 
ixtiyarına verildi. Tehran konfransında Köniqsberqin, yəni 
indiki Kalininqradın SSRİ-yə verilməsi qərara alındı. 
Konfransda həmçinin  İranın suverenliyi haqqında üç dövlət 
bəyənnaməsi imzalandı. 
 
 
344
4. İkinci dünya müharibəsinin III mərhələsi.  
Cənub-Şərqi Avropa dövlətlərinin azad olması.  
Hitler blokunun iflası. 
1944-cü ildə müharibə həlledici mərhələyə qədəm qoy-
du. Bu zaman SSRİ-də 6,3 milyon əsgər və zabit, 95,6 min si-
lah və minomyot, 5,2 min top, 10,2 min təyyarə var idi. Sovet-
alman cəbhəsində faşistlərin 4,9 milyon adamı, 54,5 min silahı, 
5,4 min topu, 3,1 min təyyarəsi var idi. 1944-cü ilin oktyabrına 
qədər bütün Sovet ərazisi azad edildi. 1944-cü ilin yanvarın 1-
də Polşada yeni fəhlə hökuməti olan Krayova Rada təşkil 
edildi. 1944-cü ilin iyulunda Sovet ordusu Polşa ərazisinə girdi. 
Polşa qoşunu təşkil edildi. 
Mühacir hökuməti Varşavada hakimiyyətə  gəlmək üçün 
1944-cü il avqustunda üsyan qaldırmağa cəhd etdi. Faşistlər 
üsyanı amansızlıqla yatırdılar. 200 min polyak öldürüldü. 
1944-cü ilin aprelində Sovet ordusu Rumıniya  ərazisinə 
girdi. 1944-cü ildə Yassı-Kişinyev əməliyyatı zamanı 18 alman 
diviziyası mühasirəyə alınıb məhv edildi. 1944-cü il avqustun 
23-də Buxarestdə antifaşist üsyan başlandı. Antonesku diktatu-
rası devrildi. Yeni yaranan Rumıniya hökuməti avqustun 31-də 
Almaniyaya müharibə elan etdi. 1944-cü il sentryabrın 12-də 
Moskvada Rumıniya ilə Antihitler koalisiyasına aid olan döv-
lətlər arasında müqavilə bağlandı. SSRİ ilə Rumıniya arasında 
sərhədlər 1940-cı ilə qədər olduğu kimi bərpa edildi.  
1944-cü ilin sentyabrın 5-də SSRİ Bolqarıstana müharibə 
elan etdi. Sentyabrın 9-da Sofiyada silahlı üsyan qalib gəldi. 
Dimitri Georgiyevin başçılığı altında hökumət təşkil olundu. 
Yeni hökumət Almaniya və Macarıstana müharibə elan etdi. 
1944-cü ilin oktyabrın 28-də Bolqarıstanla antihitler koalisiyası 
arasında müqavilə bağlandı. 
1944-cü ilin yazında sovet qoşunları Çexoslavakiya 
ərazisinə  çıxdı. Slovakiyada Pisso hökuməti hökm sürürdü. 
Avqustun 20-də orada üsyan başlandı. Onun paytaxtı Bansk-


 
345
Bistritsa oldu. Sentyabrın 8-də sovet ordusu I Çexoslovakiya 
korpusu ilə birgə hücuma keçdi. Onlar oktyabrın 6-da Duklinsk 
aşırımına çıxdılar.  
1944-cü illin sentyabrında sovet qoşunları Bolqarıstan-
Yuqoslaviya sərhəddinə çıxdılar. Oktyabrın 20-də Belqrad azad 
edildi. Hələ 1943-cü ilin noyabrın 29-da yeni Yuqoslaviya 
hökuməti yaradılmışdı. Ölkənin bütün ərazisi 1945-ci ilin 
mayına qədər azad edildi. 1945-ci ilin aprelində isə SSRİ ilə 
Yuqoslaviya arasında dostluq və qarşılıqlı yardım haqqında 
müqavilə bağlandı. 
1944-cü ilin noyabrın 29-da Albaniya azad edildi. Hələ 
1943-cü ilin yazında yunan vətənpərvərləri ölkənin 
3
1 hissəsini 
azad etdilər. Yunanıstana ingilis qoşunları daxil oldular. 
Mühacir hökuməti Afinaya qayıtdı.  
1944-cü ildə artıq Almaniya özünün müttəfiqlərindən 
məhrum olmuşdu. 1944-cü ilin sentyabrında Moskvada SSRİ 
Finlandiya ilə saziş bağladı.  
1944-cü ilin martında hitlerçilər Macarıstan  ərazisini 
tutdular. 1944-cü ilin oktyabrın 6-da sovet qoşunları Debretsen 
əməliyyatına başladılar. Xortinin müraciətinə müttəfiqlər mənfi 
cavab verdilər. Çünki o vaxt qazanmaq istəyirdi. Hitlerçilər 
Xortini hakimiyyətdən kənar edib, faşist Salaşini qoydular. 
Hitler onun müdafiəsi üçün əlavə qoşun göndərdi. 1945-ci il 
fevralın 13-də Sovet qoşunları Budapeşti azad etdilər. 1945-ci 
ilin fevralında Macarıstan Hitler Almaniyasına müharibə elan 
etdi. Bu hadisədən sonra salaşistlər Avstriyaya keçib hit-
lerçilərlə birlikdə 1945-ci ilin mayına qədər SSRİ  əleyhinə 
müharibə apardılar. 
 
 
346
İkinci cəbhənin açılması 
 
1944-cü ilin əvvəllərində müttəfiqlər  Şimali Fransadan 
hücum hazırlığına başladılar. Buraya 4 ordu, 39 diviziya, 6 min 
tank, 11 min təyyarə toplandı. Almaniyanın isə  qərbdə 58 
diviziyası var idi. Şimalda Almaniya silahlanaraq Kaledə 
"Atlantika dairəsi" əmələ gətirdi. 
1944-cü il iyun 6-da ikinci cəbhə  Şimali Fransadan 
açıldı. Onun komandanı general Eyzenhauer oldu. Keçiriləcək 
əməliyyat "Overlord" adlanırdı. Avqustun 15-də müttəfiq 
qoşunlar Fransanın cənubuna çıxdılar. Avqustun 19-da Parisdə 
antifaşist üsyan başlandı. Avqustun 25-də üsyan qalib gəl-
dikdən sonra general Lekmark Parisə daxil oldu. Düşmən 
qarnizonu təslim oldu. Paris azad oldu.  
Hitler qərara gəldi ki, "Ziqfrid xəttilə" öz gücünü 
göstərsin. Sentyabrın 3-də ingilislər Brüsselə daxil oldular. 
Lakin müttəfiq qoşunları "Ziqfrid xətti"ni yarmağı 
bacarmadılar. 1944-cü ilin noyabrında hücum dayandırıldı. 
1944-cü il iyunun 4-də müttəfiqlər Romanı döyüşsüz aldılar. 
1944-cü ilin sonuna qədər düşmən Fransa sərhədlərindən və 
Belçikadan qovuldu. 1944-cü il oktyabrın 23-də SSRİ Fransa 
Respublikasının müvəqqəti hökumətini tanıdı. 
1944-cü il dekabrın 10-da Fransa ilə SSRİ arasında 20 il 
müddətinə dostluq və qarşılıqlı yardım haqqında müqavilə 
bağlandı. 
Faşist ordusunun böhranının dərinləşməsi 
 
Müttəfiqlərin qələbəsi alman imperializminin taleyi 
üçün həyəcan yaratdı. 1943-cü ildə alman generalları gizli 
danışığa başladılar. Onlar Hitleri devirmək, yeni hökumət 
yaratmaq, İngiltərə və ABŞ-la seperat sülh bağlamaq istədilər. 
Bu işdə Avropada Amerika kəşfiyyatçısı olmuş Allen Dalles də 
böyük rol oynayırdı. Gizli danışığın üzvləri general Bek, 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə