Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə89/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93

 
355
müvəqqəti inhisara yiyələnmiş Birləşmiş  Ştatlar müharibədən 
sonrakı dünyada öz hegemonluğunu möhkəmləndirməyə ça-
lışırdı. 
Avqustun 8-də SSRİ  rəsmi olaraq Postdam bəyan-
naməsinə qoşuldu və Yaponiyaya müharibə elan etdi. 1945-ci il 
avqustun 14-də Yaponiya bildirdi ki, o, Potsdam bəyanna-
məsini qəbul edir. Lakin Kvantın ordusu müqaviməti davam 
etdirirdi. Ona görə  də SSRİ  hərbi  əməliyyatı dayandırmadı. 
Avqustun 19-da yaponlar əsir düşməyə başladılar. Kvantın 
ordusu darmadağın edildi. 
Avqustun sonunda Şimali-Şərqi Çin, Koreya, Cənubi 
Saxalin, Kuril adaları azad edildi. 
Çan-Kayşi hökuməti 1945-ci ilin yayında SSRİ ilə 
danışığa girdi. 1945-ci il avqustun 14-də SSRİ ilə Çin arasında 
Moskvada müqavilə imzalandı. Müqaviləyə görə Port-Artur 
SSRİ  və Çinin istifadə etdiyi hərbi-dəniz bazası olmalı idi. 
Dalney limanı isə bütün ölkələr üçün açıq liman hesab edildi. 
1945-ci il avqustun 28-dən amerikanlar öz qoşunlarını 
Yaponiya  ərazisində yerləşdirməyə başladılar. 1945-ci il 
sentyabrın 2-də Tokio boğazında ABŞ-ın «Mussiri» linkorunda 
Yaponiya danışıqsız təslim olmaq aktını imzaladı. 
 
Müharibənin əsas yekunları 
 
İkinci dünya müharibəsi hərbi əməliyyatların səciyyəsinə 
görə Birinci dünya müharibəsindən çox fərqlənirdi. Birinci 
dünya müharibəsi  əsasən mövqe, müdafiə,  İkinci dünya 
müharibəsi isə texnikadan, tank, təyyarələrdən geniş istifadə, 
atəş gücünün artmasına görə daha çox hücum müharibəsi idi. 
İkinci dünya müharibəsi daha manevrli, dinamik, hərbi 
əməliyyatların coğrafi miqyasına görə daha geniş olmuşdu. 
Müharibənin gedişində silahların dağıdıcı gücü durmadan 
artmış, axıra yaxın raket və nüvə silahları tətbiq edilmişdi. Əgər 
 
356
Birinci dünya müharibəsi 4 il 3, 5 ay davam etmiş, onda 1 
milyarddan çox əhalini, 4 milyon kv.km-dən çox ərazini əhatə 
edən 30-dan çox dövlət iştirak etmişdirsə,  İkinci dünya 
müharibəsi 6 il davam etmiş, bu müharibədə 61 dövlət iştirak 
etmişdir ki, onların ərazisi 22 milyon kv.km-dən çox, əhalisi isə 
1.7 milyard nəfər idi. Əgər Birinci dünya müharibəsində 70 
milyon adam səfərbərliyə alınmış, onlardan 13,6 milyon nəfəri 
ölmüş, 20 milyonu isə  şikəst olmuş  və yaralanmışdırsa,  İkinci 
dünya müharibəsində 110 milyon nəfər səfərbərliyə alınmış, 60 
milyondan çox adam həlak olmuş  və yaralanmışdır.  Əgər 
Birinci dünya müharibəsində maddi itki 360 milyard, o cüm-
lədən müstəqil hərbi xərclər 208 milyard dollar olmuşdursa, 
İkinci dünya müharibəsi bəşəriyyətə 1 trilyon 117 milyard 
dollara başa gəlmişdi. 
İkinci dünya müharibəsində 61 dövlət iştirak edirdi: on-
lardan 50-si Antihitler koalisiyasının, II-i isə "öx" dövlətlərinin 
üzvü idi. Əsas cəbhə alman-sovet cəbhəsi idi. 1944-cü ilin 
yayına qədər o biri cəbhələrdən 20 dəfə çox, İkinci cəbhə açıl-
dıqdan sonra isə 1,8 – 2, 8 dəfə çox sovet-alman cəbhəsində or-
du toplanmışdı. Sovetlər almanların 506,5 diviziyasını,  əlal-
tılarının isə 100 diviziyasını, müttəfiqlər isə  cəmi 176 divi-
ziyanı məhv etdilər. Sovet İttifaqı Yaponiyanın 49 diviziyasını 
və 27 briqadasını məhv etdi. 7 milyon Sovet əsgəri Avropada,  
1,5 milyon isə Asiyada həlak oldu. 
Müharibədə 60 milyon adam ölmüş, 20 milyona yaxın 
isə yaralanmışdı. SSRİ-dən 27 milyon ölən, 10 milyon itkin 
düşən oldu. Almaniyadan 13,6 milyon ölən və itkin düşən ol-
muşdur. Bu müharibədə Polşa – 6 milyon, Çin – 5 milyon, 
Yaponiya – 2,5 milyon, İndoneziya – 2 milyon, Yuqoslaviya – 
1,7 milyon, Filippin – 1 milyon, Fransa – 600 min, İtaliya 500 
min, İngiltərə – 375 min, ABŞ – 300 min adam itirdi.  
İkinci dünya müharibəsində faşizm üzərində  qələbənin 
səbəbləri içərisində Antihitler koalisiyasına daxil olan 


 
357
dövlətlərin siyasi, iqtisadi, hərbi və ideoloji sahədə bütün 
fəaliyyətlərini cəbhədə qələbəyə istiqamətləndirmələri, arxa ilə 
ön cəbhənin birliyi, sahmanlanmış  hərbi təsərrüfatın 
yaradılması, müqavimət və partizan hərəkatı, bütün dünya 
xalqlarının faşizmə qarşı mübarizəsi, Sakit okean, Afrika və 
Aralıq dənizində aparılan hərbi  əməliyyatların uğurluluğu, 
ikinci cəbhənin açılması, ABŞ-ın maddi və  hərbi köməyi 
mühüm əhəmiyyət kəsb edir. 
Faşizm üzərində  qələbədə SSRİ silahlı qüvvələri, 
həmçinin Stalinin böyük siyasi iradəyə  və  təşkilatçılıq 
bacarığına malik olması da müstəsna rol oynamışdır.SSRİ-nin 
geniş əraziyə malik olması, şaxtalı rus qışı, spirtli içki vermək 
nəticəsində rus xalqının döyüşkənliyinin artırılması, bütün 
xalqın Stalinə inamı, Qərb silahlarından istifadə, hitlerçilərin 
müdafiə taktikasından istifadə etməsi nəticəsində partizan 
müharibəsinin genişlənməsi, rusların “top əti” kimi özünü 
qurban verməsi də Sovet silahlı Qüvvələrinin alman faşizmi 
üzərində qələbəsinə təsir edən amillərdən idi.  
Bəzi burjua tarixçiləri faşizmin məğlubiyyətinin 
səbəblərini Hitlerin xəyalpərvər olması, almanların kifayət 
qədər vətənpərvər olmaması, Feldmarşal Paulyusun xəyanəti, 
SSRİ-nin döyüşə daha çox sayda canlı qüvvə  çıxarması, yəni 
“ət hesabına qələbə çalması” və s. amillərlə izah etməyə  cəhd 
göstərirlər.  
 Ən başlıca səbəb isə alman faşistləri və yapon 
millitaristlərinin hücumuna məruz qalan ölkələrin xalqlarının 
Vətən və azadlıq uğrunda ədalətli müharibə aparması idi.  
Faşizm üzərində  qələbədə Azərbaycan xalqının da öz 
payı vardır. Cəbhəyə gedən 640 min nəfərdən təqribən 60%-i 
geri qayıtmamışdı. Sovet cəbhəsində istifadə edilən yanacağın 
70%-ni Bakı ödəyirdi. Bakı 75 milyon ton neft verirdi. 
Azərbaycanda təşkil edilmiş 77, 223, 271, 402, 416-cı milli 
 
358
deviziyalar bütün müharibə ərzində düşmənə qarşı fədakarlıqla 
vuruşmuşlar. 
Bakı döyüşən ordunun cəbhəxanalarından biri idi. 
Burada «Katyuşa» raketi, «Şnakin» pulemyotu istehsal edilir, 
«YAK-3» qırıcı  təyyarəsi yığılırdı. Ümumiyyətlə, Bakıda 130 
növ silah və  hərbi sursat hazırlanırdı. Azərbaycanın mərd 
oğullarından 121 nəfəri cəbhədəki rəşadətinə görə Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görüldü. 30 nəfər «Şöhrət» ordeninin 
hər üç dərəcəsi ilə, 176 min nəfər isə müxtəlif ordu və 
medallarla təltif edildi.  
İkinci dünya müharibəsinin  ən mühüm siyasi 
yekunlarından biri bəşəriyyətin faşizm taunundan xilas edilməsi 
idi.  
Müharibənin gedişində dinc yanaşı yaşamaq prinsipinə 
əsaslanan yeni beynəlxalq münasibətlər sisteminin 
formalaşmasının başlanğıcı qoyuldu. 
Müharibə müstəmləkə sisteminə sarsıdıcı  zərbə vurdu, 
dünyada yeni geosiyasi dəyişikliklərə səbəb oldu.  
SSRİ-nin nüfuzu artdı, o dünyanın iki qüdrətli 
dövlətindən birinə çevrildi. Sovet ititfaqı müharibə nəticəsində 
yaranmış dünya sosializm düşərgəsinə  rəhbərlik etməyə 
başladı.  
Kapitalizm dünyasında ABŞ-ın qeyd-şərtsiz liderilyi 
qəti möhkəmləndi və dünyanın birinci hərbi-siyasi və iqtisadi 
cəhətdən güclü dövlətinə çevrildi. 
Müharibədə məğlub olmuş Almaniya, İtaliya, Yaponiya 
kimi ölkələrdə isə xarici siyasətdə hegemonluqdan əl çəkildi və 
«iqtisadi möcüzə» baş verdi. Çünki bu ölkələr demokratik 
quruluş  şəraitində modernləşdirməni gücləndirdilər, sənayenin 
inkişafının üçüncü «yolu»nun axtarışına, ictimai münasibətlərin 
sənaye məkanı tipinin formalaşmasına nail oldular. 
Dünya mədəniyyətinin xilas edilməsi, bəşəriyyətin 
həyatı və tərəqqi yolu ilə inkişafı üçün şərait yaradılması müha-


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə