Səmayə MƏMMƏD qızı mustafayeva


Berlin əməliyyatı. Avropada müharibənin qurtarması



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə88/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93

 
351
Berlin əməliyyatı. Avropada müharibənin qurtarması 
Potsdam konfransı 
 
1945-ci ilin aprelin ortalarında Berlini müdafiə etmək 
üçün Almaniya Sovet qoşunlarına qarşı burada 214 diviziya, o 
cümlədən 34 tank diviziyası, 4 ordu, 1 mln. adam, 10.4 min 
silah, 1.5 min tank, 3.3 min döyüş təyyarəsi toplamışdı. 
SSRİ-dən isə 2.5 mln adam, 41.6 min silah, 6 min tank, 
7.5 min döyüş təyyarəsi Berlin ətrafına toplanmışdı. 1945-ci il 
aprelin 16-da Berlin əməliyyatı başlandı. Sübh çağı saat 3-də 
tanklar və piyadalar 140 güclü projektorun işığında hücuma 
keçdilər. Dörd gündən sonra Jukov və Konevin orduları  şəhər 
ətrafında dairəni qapadılar. Aprelin 25-də Elba çayı sahilindəki 
Torqau rayonunda Sovet və ingilis-amerikan qoşunları görüşüb 
birləşdilər. Hitler cənuba qaçmamaq, Berlin uğrunda mü-
barizəyə  şəxsən rəhbərlik etmək haqqında qərar qəbul etdi. 
Aprelin 30-da Hitler məğlub olduğunu gördükdə özünə  qəsd 
etdi. Alman paytaxtına hücumda sovet qoşunlarından 300 min 
nəfər ölən və yaralanan (ABŞ-ın bütün müharibə  ərzində 
itirdiyindən çox) oldu. Aprelin 30-da reyxstaq alındı. Mayın 2-
də Berlin qarnizonu təslim oldu. Almaniyada hakimiyyət qross-
admiral Dyonitsə keçdi. Dyonits hökuməti istəyirdi ki, 
qüvvələri qərbə toplasın və ingilis-amerikanlara təslim olsun. 
Çörçill deyirdi ki, silahları yığmaq, sonra lazım gəlsə, sovetlərə 
qarşı mübarizə üçün almanlara paylamaq lazımdır. 1945-ci il 
mayın 7-də Reymsdə  təslim olmaq haqqında ingilislərlə 
hazırlıq protoklu imzalandı. 
Mayın 8-dən 9-na keçən gecə Berlində Karl-Sxorstdə 
darmadağın edilmiş alman silahlı qüvvələrinin başçıları 
(Keytel,  Ştumpf, Friderberq) Almaniyanın danışıqsız təslim 
edilməsi haqda akta qol çəkdi. Bütün hakimiyyət müttəfiqlərin 
əlinə keçdi. 1945-ci il iyunun 5-də Almaniyanın məğlub edil-
 
352
məsi haqqında bəyannamə imzalandı. Nəzarət Şurası yaradıldı. 
9 May qələbə günü elan edildi.  
Çexoslovakiyada hələ 1945-ci ilin martında sosial-
demokrat Firlinqer başda olmaqla Milli cəbhə hökuməti təşkil 
edilmişdi. Mayın 5-də Praqa zəhmətkeşləri üsyan etdilər. May 
ayının 9-da Çexoslovakiyanın paytaxtı Praqa azad edidi. 
1945-ci ilin iyulun 17-dən  avqustun 2-dək Potsdam 
konfransı keçirildi. Onun işində  İ.V.Stalin, 1945-ci ilin apre-
lində Ruzveltin ölümündən sonra  prezident vəzifəsinə keçən 
H.Trumen və U.Çörçill iştirak edirdilər. Konfransın gedişində 
Çörçilli seçkilərdə leyboristlərin qələbəsindən sonra Böyük 
Britaniyanın baş naziri olmuş K.Ettli əvəz etdi. Potsdam 
konfransı dünyanın müharibədən sonrakı quruluşu məsələsinə 
həsr edilmişdi. Konfrans Almaniyanı işğal etmiş dövlətlərin bu 
ölkə barəsində siyasətinin əsas prinsiplərini işləyib hazırladı.  
Bağlanan sazişdə Almaniyanın tam tərksilah və ya 
demilitarizasiya edilməsi, nasional-sosialist partiyasının 
buraxılması, hərbi cinayətkarların cəzalandırılması, siyasi 
həyatın demokratikləşdirilməsi, alman iqtisadiyyatının dinc 
əsasda inkişaf etdirilməsinin zəruriliyi nəzərdə tutulurdu. 
Almaniya  ərazisi  İngiltərə, SSRİ, ABŞ  və Fransa işğal 
zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri Beynəlxalq 
tribunala verildi. Konfrans qərara aldı ki, Almaniya vahid 
dövlət kimi yaşamalıdır. Ölkənin paytaxtı Berlin də dörd 
zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri 
qəti müəyyən edildi.  
Almaniya ərazisinin dörddə birini itirdi. Oder və Neysi 
çaylarının qərb sahilləri Polşaya, Kalininqrad (köhnə 
Köniqsberq)  əyaləti SSRİ-yə verildi. 1938-ci ildən sonra 
Almaniyanın  ələ keçirdiyi bütün ərazilər ondan alındı. 
Konfransın qərarına görə bu ərazilərdən 9 milyon alman 
çıxarılmalı idi. Konfransda müxtəlif işğal zonalarında olan 
hərbi əsirlərin dəyişdirilməsi qərara alındı. SSRİ Qərbə qaçmış 


 
353
bütün vətəndaşlarının zorla geriyə qaytarılması üçün ABŞ  və 
İngiltərənin razılıq verməsinə nail oldu. Almaniyadan alınacaq 
təzminatın miqdarı 20 milyard dollar müəyyən edildi. Onun 
50%-i SSRİ-yə çatmalı idi. Real maliyyə  çətinliyi ilə bağlı 
təzminatın sənaye avadanlığı hesabına ödənilməsi qərara alındı. 
Konfrans yeni yaradılan orqana – Xarici işlər nazirləri 
şurasına Almaniyanın müttəfiqləri və Almaniyanın özü ilə sülh 
müqaviləsinin şərtlərini işləyib hazırlamağı tapşırdı. Xarici işlər 
nazirləri şurasının tərkibi SSRİ, ABŞ, Böyük Britaniya, Fransa 
və Çin nümayəndələrindən təsis edildi. Bu və ya digər sülh 
sazişinin  şərtlərini işləyib hazırlamaq məğlub tərəflərin təslim 
olması şərtlərini imzalamış qalib dövlətlərin üzərinə qoyuldu.  
 
Uzaq Şərq və Sakit okeanda müharibə. 
İkinci  dünya müharibəsinin qurtarması 
SSRİ-nin Uzaq Şərqdə 59 diviziyası var idi. 1944-cü 
ildə ABŞ Sakit Okeanda fəal hərbi  əməliyyata keçdi. 1944-cü 
ilin əvvəllərində ABŞ qoşunları Marşal, Mariya adalarını tutub, 
Yaponiyanın  əsas dəniz yollarını  nəzarət altına aldılar. Həmin 
ilin martında yapon ordusu Birma ərazisindən keçib Hindistana 
soxuldu. Lakin "Dehliyə yürüş" təchizat çətinliyi üzündən baş 
tutmadı. Yapon qoşunları Pekin-Xanko istiqamətində hücum 
edib Homindan ordusuna qalib gələrək Zyaoyanı, habelə heç 
bir müqavimətə rast gəlmədən Mərkəzi Çin ərazisini  ələ 
keçirdilər. 
1944-cü ilin oktyabrında ABŞ-ın Sakit okean donan-
masının baş komandanı admiral Makarturun başçılığı altında 
ABŞ qoşunları Filippin adalarına çıxdı. Sonra Bismark arxi-
pelaqı, Yeni Qvineya və Karolin adaları alındı. Amerikanlar 
Sakit Okeanda və  Cənub-Şərqi Asiyada öz qüvvələrini 
topladılar. Lakin yaponlar quru qoşunlarında üstün idilər. 
Yaponiyaya ən güclü zərbə Filippin adasındakı Lusonda 
dəydi. 1945-ci ilin martına qədər Yaponiyanın  İndoneziya ilə 
 
354
dəniz əlaqəsi kəsildi, bu isə onun əsas neft mənbəyindən məh-
rum olması demək idi. Yaponiyanın hərbi-dəniz və ticarət 
donanması pis vəziyyətə düşdü. 
1945-ci ilin yazında Birma, yayında  İndoneziya azad 
edildi. Okinava adası  uğrunda kəskin döyüşlər getdi. Bu ada 
Yaponiyanın  əsas adalarından 600 km aralıda yerləşirdi. Bu-
rada döyüşlər üç ay davam etdi. Adanın alınması və coğrafi və-
ziyyəti Amerikanın Şərqi-Çin dənizində ağalığını təmin edir və 
Yaponiyanın özü üçün təhlükə törədirdi. Almaniyanın məğ-
lubiyyəti Yaponiyanı da müdafiə döyüşlərinə keçməyə məcbur 
etdi. 
1945-ci ilin yayında Mancuriya, Koreya, Cənubi 
Saxalin, Kuril adalarında yapon qoşunlarının sayı 1,2 mln nəfər 
idi. SSRİ-nin bu dövrdə Uzaq Şərqə 1,7 milyon əsgəri, 29,8 
milyondan çox top və minomyotu, 5,2 min tankı, 5,1 min döyüş 
təyyarəsi var idi. 
1945-ci il iyulun 26-da ABŞ, Çin və Böyük Britaniya 
Yaponiyaya Potsdam bəyannaməsini təqdim etdilər ki, orada 
təslim olmanın  şərtləri göstərilirdi. Yaponiya bu sənədi qəbul 
etmədi və müharibəni davam etdirdi. Yaponlar ingilis və 
amerikanlarla gizli danışıqlar aparsa da, praktik nəticəsi ol-
madı. Antifaşist koalisiyasını parçalamaq mümkün olmadı.  
Tarixdə ilk dəfə 1945-ci il avqustun 6-da Xirosima, 
avqustun 9-da isə Naqasakiyə ABŞ atom bombası atdı. 270 min 
adam, sonrakı illərdə radiasiyadan şüalanmadan 180 min adam 
öldü. ABŞ-da buna onunla bəraət qazandırırdılar ki, amerika-
lılar bu yolla yapon adalarına qoşun çıxarılanda və sonrakı 
döyüşlərdə düçar ola biləcəkləri ağır itkilərdən qaçmaq 
istəmişdilər. Böyük maddi itkiyə və mülki əhali arasında çoxlu 
tələfata səbəb olan atom bombardmanı  hərbi zərurətdən irəli 
gəlməmişdi. Nüvə silahları ilə sürətlə silahlanmanın 
başlanğıcını qoymuş bu qeyri-insani hərəkət  əslində ABŞ-ın 
strateji üstünlüyünün nümayişi demək idi. Atom silahı üzərində 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə