Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə85/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

 
339
və kartoçka sistemi tətbiq olundu. Siyasi və ideoloji təbliğat 
sistemi yenidən quruldu. Orduda hərbi komissarlar sistemi təsis 
edildi. Müttəfiq ölkələrdə  həyata keçirilən bu tədbirlər 
nəticəsində 1943-cü ildə onlar faşist blokundan 3 dəfə çox 
hərbi  təyyarə, 10 dəfə çox tank istehsal edirdilər. Müttəfiqlərin 
istehsal etdiyi hərbi texnika keyfiyyətinə görə də üstün idi. 
 
Müqavimət hərəkatı 
1942-1943-cü illərdə hərbi şəraiti müttəfiqlərin xeyrinə 
dəyişdirən amillərdən biri də Almaniya, İtaliya, Yaponiyanın 
ələ keçirdiyi ölkələrdə yaratdıqları rejimlərə qarşı genişlənən 
müqavimət hərəkatı olmuşdur. Buna səbəb həmin ölkələrdə 
yaradılmış "yeni qayda", müstəqillik və suverenliyin, demok-
ratik və sosial nailiyyətlərin ləğv edilməsi, iqtisadi istismar, 
işğalçıların özbaşınalığı, habelə onların həyata keçirdiyi irqçi 
siyasət, "qeyri-yetkin xalqlar"ın məhv  edilməsi idi. Bütün 
Avropada yəhudilər, qaraçılar, slavyanlar faşist irqçi siyasətinin 
qurbanı oldular. Hərbi  əsirlər, müqavimət hərəkatının 
iştirakçıları, "qeyri-yetkin xalqlar"ın nümayəndələri saxlanılan 
Osventsim, Maydanek, Treblinka, Dahau, Buhenvald, 
Zaksenhauzen, Ravensbruk, Mauthauzen və b. düşərgələr 
həqiqi mənada ölüm zavodları idi. Bu düşərgələrdən 18 milyon 
nəfər keçmiş, onlardan 12 milyonu məhv edilmişdi. 
Milyonlarla Avropa əhalisi işlədilmək üçün zorla Almaniyaya 
aparılmışdı. Əhalini müti vəziyyətdə saxlamaq üçün satqınçılıq 
sisteminə, kütləvi qırğınların təşkilinə geniş meydan verilmişdi. 
Fransada Oradur, Çexoslovakiyada Liditse, Belorusiyada Xatın 
kəndlərinin əhalisi tamamilə məhv edilmişdi. 
Slavyanlar yaşayan məntəqələrin boşaldılması  və 
almanlar tərəfindən məskunlaşdırılması üçün genosid siyasəti 
həyata keçirilirdi. 1942-ci il yanvarın 20-də Avropada bütün 
yəhudilərin məhv edilməsi planı təsdiq edilmişdi. Bunun üçün 
iri ölüm düşərgələri təşkil olunmuşdu. Burada, onlar qaz kame-
 
340
ralarına salınıb boğulur və yandırılırdı. İkinci dünya müharibəsi 
dövründə 6 milyona qədər yəhudi bu siyasətin qurbanı 
olmuşdu. 
Yaponiya tərəfindən işğal edilmiş ölkələrdə də vəziyyət 
ağır idi. Vyetnam, Laos, Malaziya, Kamboca, Filippin və 
İndoneziya  əvvəllər də müstəmləkə idi. Bir müddət Yapo-
niyanın "Asiya asiyalılar üçündür!" şüarı onlarda bu dövlətin 
köməyi ilə müstəqillik  əldə edəcəklərinə ümid yaratmışdı. 
Lakin yaponların burada yaratdığı rejim müstəmləkə rejimin-
dən də  ağır oldu. Filippin, İndoneziya, Malaziya və Birmada 
antiyapon hərəkatı meydana gəldi və genişləndi. 
Müqavimət hərəkatı inkişafının mühüm amillərindən 
biri də bütün antifaşist qüvvələrin birləşdirilməsi oldu. 1941-ci 
ilin y ayına qədər kommunist və antifaşistlərin birgə fəaliyyəti 
mümkün deyildi. Almaniyanın SSRİ-yə basqınından sonra 
Kominternin çağırışı ilə kommunist partiyaları faşizmə qarşı 
mübarizəyə başladılar. Müttəfiqlərin təzyiqi ilə 1943-cü ildə 
Kominternin buraxılması kommunist partiyalarına müstəqil 
qüvvələr kimi çıxış etməyə, Müqavimət hərəkatına fəal 
qoşulmağa imkan yaratdı. 
Müqavimət hərəkatının diversiya, sabotaj, hərbi sifariş-
lərin vaxtında yerinə yetirilməməsi, məxfi informasiyalar 
toplanılması  və müttəfiqlərə ötürülməsi, partizan dəstələrinin 
fəaliyyəti kimi  müxtəlif formaları vardı. Bu hərəkatın ilk 
nümunələrindən biri 1943-cü ildə Varşava yəhudi gettosundakı 
(məhəlləsində) üsyan oldu. Pis silahlanmış getto sakinləri bir 
aya qədər alman işğalçılarına qarşı mübarizə apardılar. 
Müqavimət hərəkatının ümumi rəhbər orqanları forma-
laşmağa başlamışdı. Məsələn, Fransada bu hərəkata general 
Şarl de Qollun rəhbərliyi altında "Azad Fransa" təşkilatı 
başçılıq edirdi. 
Müqavimət hərəkatı sıralarında Fransada 300 min, Yu-
qoslaviyada 350 min, Yunanıstanda 70 min, Norveçdə 50 min, 


 
341
Polşada 60 min, Çexoslovakiyada 25 min, Çində 2,2 milyon 
adam vuruşmuşdu. 
SSRİ-nin almanlar tərəfindən zəbt edilmiş  ərazilərində 
də antifaşist partizan hərəkatı geniş miqyas almışdı. 1941-ci 
ildə düşmən arxasında 2000-dən çox, 1942-ci ildə 6200-dən 
çox partizan dəstəsi və qrupu fəaliyyət göstərmişdi. SSRİ-də 
partizan hərəkatında bir milyondan çox adam iştirak etmişdi. 
Onlar düşmənin bir milyondan artıq  əsgər və zabitini məhv 
etmiş və əsir almışdılar. 
 
İtaliyanın ikinci dünya müharibəsindən çıxması 
 
Şimali Afrikanın faşistlərdən azad edilməsi müttəfiqlərə 
imkan verdi ki, İtaliyaya qoşun çıxartsınlar. 1942-ci ilin II 
yarısında İtaliyada xalqın tətil və nümayişləri başlandı. 1943-cü 
ilin martında bu hərəkat bütün Şimali İtaliyanı bürüdü. Yuxarı 
dairələr Mussolinini kənarlaşdırmaq, yeni hökumət təşkil etmək 
və müttəfiqlərlə sazişə  gəlmək istəyirdilər. Onlar inqilabdan 
yeganə xilası ABŞ  və  İngiltərə qoşunlarının  İtaliyaya 
girməsində görürdülər. 1943-cü ilin iyulun 19-da müttəfiqlərin 
qoşunları Siciliyaya çıxdılar. Böyük Şura qərar çıxardı ki, 
Mussolini Ali baş komandan vəzifəsini krala versin. Sonrakı 
gün o baş nazir vəzifəsindən də azad edildi və  həbs edildi. 
Hökumətə marşal Bodolyo rəhbərlik etməyə başladı.  İnqilaba 
yol verməmək üçün o, 1943-cü ilin sentyabrın 3-də 
müttəfiqlərlə barışıq haqqında saziş bağladı.  İtaliya danışıqsız 
təslim oldu. İngiltərə-Amerika qoşunları Apenin yarımadasının 
cənub hissəsinə çıxdılar. Bu Berlində həyəcana səbəb oldu. Ona 
görə də alman faşistləri hücuma keçib İtaliyanın şimal və orta 
hissəsini işğal etdilər. Hitler tərəfindən göndərilmiş Otto 
Skortseni Mussolinini azad etdi və onu Berlinə gətirdi. Faşistlər 
tutduqları yerdə oyuncaq İtaliya sosial respublikası yaratdılar. 
 
342
Mussolini onun başçısı oldu. Nazirlik Salo şəhərində 
yerləşdiyinə görə bu "Salo respublikası" da adlanırdı. 
1943-cü ilin oktyabrında  İtaliya Almaniyaya müharibə 
elan etdi. 
1943-cü ilin noyabrında müttəfiqlərin qoşunları alman 
qoşunlarının olduğu Neapola yaxınlaşdılar. Lakin heç bir təsirli 
iş görə bilmədilər. 
 
1942-1943-cü illərdə Sakit Okeanda müharibə 
 
1942-ci ilin avqustunda ABŞ Solomon adasına desant 
çıxartdı.Artıq 1942-ci ilin payızında ABŞ  dənizdə bir neçə 
qələbə qazandı. Lakin hərbi əməliyyatlar yavaş getdiyinə görə 
1944-cü ilin əvvəllərinə  qədər davam etdi. ABŞ 1943-cü ilin 
iyununda Yeni Qvineyanı, noyabrında Kilberti adasını azad 
etdi. Dekabrda Yeni Britaniya adası azad edildi. Bu dövrdə 
yaponlara qarşı  Şərqi və  Cənub-Şərqi Asiyada milli azadlıq 
hərəkatı başlandı. 
 
Moskva və Tehran konfransları.  
İkinci cəbhənin açılması məsələsi 
 
Şimali Fransadan İkinci cəbhənin açılmasının  ən qəti 
əleyhdarı Çörçill idi. O, İkinci cəbhənin Balkanlardan açılması 
tərəfdarı idi. Çörçill öz planlarının Kasablankada 1943-cü ilin 
yanvarında, Vaşinqtonda isə 1943-cü ilin mayında qəbul edil-
məsinə nail oldu. 
1943-cü ilin avqustunda Kvebekdə konfransda ABŞ və 
İngiltərə elan etdilər ki, 1944-cü ilin mayın 1-dən gec 
olmayaraq II cəbhə açılacaq. 
1943-cü ildə yenə də Almaniyanın qoşun hissələrinin 
3
2  
hissəsi Sovet-alman cəbhəsində idi. Məşhur ABŞ 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə