Səmayə MƏMMƏD qızı mustafayeva


Faşist dövlətlərinin Üçlər ittifaqı və İngiltərə və



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə82/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

 
327
Faşist dövlətlərinin Üçlər ittifaqı və İngiltərə və   
ABŞ-ın ona cavab tədbirləri 
 
Qərb müstəmləkəçi dövlətlərindən Fransa və Nider-
landın məğlub edilməsi Yaponiya imperializminin əl-qolunu 
açaraq onun həmin ölkələrin müstəmləkələri olan Hind-Çini, 
İndoneziyanı  işğal etməsini asanlaşdırdı. Yaponiya Çini də 
işğal etmək istəyirdi. Eyni zamanda Yaponiya militaristləri 
SSRİ-yə qarşı hücum planı da hazırlayırdı. Yaponiya Uzaq 
Şərqdə  təcavüzkarlıq müharibəsini genişləndirməklə Sakit 
okean hövzəsində imperialist ziddiyyətlərini daha da 
kəskinləşdirdi. O öz cəbhəsini möhkəmləndirmək üçün İtaliya 
və Almaniya ilə saziş bağlamağa səy göstərdi. Eyni zamanda 
faşist Almaniyası da təcavüzkar dövlətlərin hərbi-siyasi 
ittifaqını  təşkil etmək fikrində idi. 1940-cı il sentyabrın 27-də 
Almaniya-İtaliya-Yaponiyadan ibarət Üçlər ittifaqı təşkil edildi. 
Stalin Balkanlarda və Qara dəniz boğazlarında nüfuz sahibi 
olmağa çalışdığına görə Hitlerin Üçlər paktına SSRİ-nin də 
qoşulması dəvətini qəbul etmədi. Bağlanan pakta əsasən bu üç 
dövlət hərbi cəhətdən bir-birlərinə yardım etməli idilər. Onlar 
öz aralarında təsir dairələrini böldülər. Almaniya və  İtaliyanın 
Avropa və Afrikada ağalığını Yaponiya qəbul etdi. Almaniya 
və  İtaliya hakim dairələri də öhdələrinə götürdülər ki, 
Yaponiyanın Asiyada əmələ gətirdiyi "yeni qaydalara"  hörmət 
etsinlər. Bu üç dövlətin müqaviləsindəki müəyyən maddələrdə 
SSRİ  ərazisini də öz aralarında bölüşdürmək nəzərdə 
tutulmuşdu.Yaponiyanın Hind-Çin və  İndoneziya üzərində 
ağalığının həyata keçirilməsinə Almaniya kömək etməli idi, 
əvəzində isə Yaponiya mandat aldığı Marşal, Mariya və 
Karolin adalarından başqa Sakit okeandakı Almaniyanın digər 
keçmiş kaloniyalarını ona qaytarmalı, ona strateji material 
göndərməli idi. 
 
328
Avropada müharibə  başlanarkən ABŞ özünün 
 
bitərəfliyini elan etdi. Lakin Qərbi Avropada Hitler işğalları 
ABŞ-da narahatlığa səbəb oldu. 1940-cı ilin yayında hökumət 
hərbi quruculuq üçün 5 milyard dollar pul ayırdı. Çox gizli 
şəkildə atom bombasının yaradılması işi inkişaf etdirildi. Hələ 
1939-cu ilin payızında "Bitərəflik haqqında" qanunda belə bir 
dəyişiklik edildi ki, müharibə edən ölkələr haqqını  nəqd 
ödəmək və öz gəmilərində aparmaq şərti ilə ABŞ-dan silah və 
müharibə materialları almaq imkanı  əldə edirlər. ABŞ 
müharibədə iştirak etməsə də, Böyük Britaniyaya hərbi-iqtisadi 
yardımı artırdı. 1940-cı ilin sentyabrın 2-də bağlanmış sazişə 
əsasən  İngiltərə ABŞ-dan 50 esminec və digər silahlar almaq 
üçün Nyufaundlend, Bermud, Baham, Yamayka və başqa 
adalarındakı  hərbi-hava və  hərbi-dəniz bazalarını 99 il 
müddətinə ABŞ-a icarəyə verdi. İki ölkənin 1941-ci ilin 
əvvəlində işləyib hazırladığı plan müharibədə onların koalision 
strategiyasının  əsasını qoydu. 1941-ci ilin martın 11-də 
prezident F.D.Ruzveltin təklifi ilə konqres Lend-liz haqqında, 
yəni düşmənə qarşı müdafiəsinin ABŞ üçün həyati əhəmiyyəti 
olan ölkələrə borc olaraq və ya icarə qaydası ilə silah və hərbi 
material verilməsi haqqında qanun qəbul etdi. Bu, ABŞ-ın öz 
təhlükəsizliyini müharibədə iştirak edən ölkələrin səyi ilə təmin 
etmək istədiyini aydın göstərirdi. Bunu əslində elan edilməmiş 
müharibə kimi də qiymətləndirmək olardı. 
Afrika və Aralıq dənizində hərbi əməliyyatlar 
İtaliya müharibəyə qoşulduqdan sonra hərbi  əməliy-
yatlar  Şimali Afrika və Aralıq dənizi hövzəsini də  əhatə etdi. 
Almaniya və  İtaliya komandanlığı  qərara aldı ki, İngiltərənin 
Aralıq dənizindəki bazalarını darmadağın edərək onu öz müs-
təmləkələrindən təcrid etsinlər. İtaliya Süveyş kanalına nəzarəti 
ələ keçirmək istəyirdi. Bu məqsədlə 1940-cı ilin ikinci 
yarısında  İtaliya Britaniya Somalisini işğal etdi. İtaliya 
qoşunları Sudan, Keniyanı da işğal edib, Liviyadan Misirə qarşı 


 
329
hücuma başladılar. 1940-cı ilin dekabr ayında  İngiltərə 
qoşunları da hücuma keçərək 1941-ci ilin yazında Eritoriya, 
İtaliya və Britaniya Somalisi, Sudan və Keniyanı  İtaliya 
qoşunlarından azad etdilər. 1941-ci il aprelin 4-də ingilislər 
Həbəşistanın paytaxtı  Əddis-əbəbəyə daxil oldular. İtaliya 
Şimali Afrikadakı malikanələrindən məhrum oldu. Bunu görən 
Hitler hökuməti 1941-ci ilin əvvəllərində Liviyaya bir neçə 
diviziyadan ibarət  qoşun göndərdi. Bu ərazidə olan İtaliya-
Almaniya qoşunlarının baş komandanı Rommel idi. Martın 31-
də Misiri və Süveyş kanalını  ələ keçirmək məqsədi ilə 
Almaniya və İtaliya qoşunları hücuma keçdilər. Tez bir zaman 
içərisində onlar Tobruq qalasını mühasirə etdilər. Lakin 
ingilislər 1941-ci ilin aprelində Es-Sallumda İtaliya-alman qo-
şunlarının qarşısını aldılar. SSRİ-yə qarşı hücuma hazırlaşdığı 
üçün Almaniyanın burada əlavə ehtiyat qüvvələri yox idi ki
Misirə hücuma keçsin. Ona görə də onlar "Şərq kompaniyası" 
qurtardıqdan sonra bu məsələ ilə məşğul olmağı qərara aldılar. 
 
Cənub-Şərqi Avropada və Balkanlarda faşist təcavüzkarlığı 
 
SSRİ-yə qarşı hücuma hazırlaşan Hitler Almaniyası Cə-
nub-şərqi Avropanı istila edərək onun ərazi və ehtiyatlarından 
öz təcavüzkar məqsədləri üçün istifadə etmək istəyirdi. 
Bununla bərabər hitlerçilər Balkan ölkələrinə bir körpü kimi də 
baxırdılar. Bu körpü vasitəsilə onlar Orta Şərqin neft mən-
bələrini, İngiltərənin Asiyadakı müstəmləkələrini ələ keçirmək 
istəyirdilər. Hitlerçilər Yunanıstan hakim dairələrinə vəd etdilər 
ki, SSRİ-dən müəyyən əraziləri Yunanıstana verəcəklər. 1940-
cı ilin avqustun 30-da Hitlerin təkidi ilə Rumıniya  Şərqi 
Transilvaniyanı Macarıstana verdi. Bu hadisə ilə  əlaqədar 
olaraq Hitler Macarıstanı özünə tabe etdi. Burada Xortinin 
faşist rejimi hökmranlıq edirdi. 1940-cı ilin sentyabrında 
Rumıniyada Antoneskunun faşist diktaturası quruldu. 
 
330
Oktyabrda hitlerçilər Rumıniyaya qoşun çıxardılar. 1940-cı il 
noyabrında Rumıniya və Slovakiya Üçlər ittifaqına qoşuldular. 
1941-ci il martın 1-də Hitlerçilər Bolqarıstanı da Üçlər 
ittifaqına daxil olmağa məcbur etdilər. Bu ölkələrin hakim 
dairələri öz xalqlarının iradəsi əleyhinə olaraq təcavüzkar bloka 
daxil oldular və Almaniyanın satilletinə  çevrildilər. 
Svetkoviçin başçılıq etdiyi Yuqoslaviya hökuməti 1941-
ci ilin mart ayının 25-də Üçlər ittifaqına daxil olmaq haqqında 
protokola imza atdı. Lakin bu hadisə ölkədə böyük həyəcana 
səbəb oldu. Xalq buna qarşı  çıxdı. Yuqoslaviyada dövlət 
çevrilişi baş verdi. Simoviç hökumət təşkil etdi. 1941-ci il 
aprelin 5-də hökumət SSRİ ilə müqavilə bağladı. Ancaq aprelin 
6-da hitlerçilər Yuqoslaviyaya hücum edib onu tutdu. 
"Müstəqil" Serbiya və Xorvatiya yaradıldı.  İtaliya Çernoqori-
yanı, Bolaqrıstan Makedoniyanı, Macarıstan Voyevodinanı 
aldı, Sloveniya isə Almaniya ilə  İtaliya arasında bölündü. 
Yuqoslaviya ilə eyni vaxtda Hitler ordusu Yunanıstana da 
hücum etdi. Hələ 1940-cı ilin oktyabrından Yunanıstan 
İtaliyanın təcavüz obyektinə çevrilmişdi.  İtaliya Albaniya 
ərazisindən oraya 200 min qoşun yeritmişdi. Lakin 1941-ci ilin 
yazında yunanlar italyanları qovdular. Həmçinin alban 
partizanları ilə birlikdə Albaniyanın da bir hissəsini azad 
etdilər. Mussolini Hitlerdən kömək istədi. Hitlerçilər tərəfindən 
aprelin sonunda Yunanıstanın bütün ərazisi işğal olundu. 
Balkan yarımadasını  işğal etməklə Almaniya Sovet İttifaqına 
qarşı mühüm strateji dayaq nöqtəsi əldə etmiş oldu. 1941-ci ilin 
mayın 20-də almanlar Kriti ələ keçirməklə  İngiltərəni Egey 
dənizinə nəzarətdən məhrum etmiş oldular. 
Hitler Yaxın  Şərqə  də SSRİ-yə hücum üçün mühüm 
əhəmiyyət verirdi. Xüsusilə İraqın neftinə görə Almaniya 1941-
ci ilin aprelin 1-də orada dövlət çevrilişi təşkil etdi. Onda ingi-
lislər İraqa qoşun yeridib mühüm şəhərləri tutdular. Almanların 
İraqı tutmaq planı baş tutmadı. 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə