Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə87/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

 
347
feldmarşal Vitsleben, keçmiş oberburqomistr Leyspiq Qerdeler, 
Lazer zavodunun direktoru, aristokratlardan Moltke və 
Şulenberq idi. Polkovnik Ştauffenberq və onun tərəfdarları isə 
belə hesab edirdilər ki, Almaniya demokratik respublikaya 
çevrilməlidir. SSRİ ilə sülh bağlamaq lazımdır. Onlar 
Belorusiyada 1944-cü ilin iyununda "Baqration əməliyyatı" 
nəticəsində  məğlubiyyətə  uğradıqdan və müttəfiqlər Fransada 
qoşun yerləşdirdikdən sonra bu işi etmək istədilər. 1944-cü ilin 
iyunun 20-də  Şərqi Prussiyada Rastenburq yaxınlığında Hit-
lerin dayanacağında "Qurd yuvası" planına uyğun olaraq Hitleri 
qəzaya salmaq istədilər.  Ştauffenberq bombanı katroqrafiya 
zalına qoydu. Partlayış olsa da, Hitlerə toxunmadı. Qəsdi təşkil 
edənlərə amansız divan tutuldu. Bütün Almaniyada kütləvi 
təqiblər başladı. Almaniyada antifaşist mübarizə zəiflədi. 
1944-cü ilin sentyabrında Kvebekdə Ruzvelt və 
Çörçillin iştirakı ilə müşavirə oldu. Qızıl Ordunun Mərkəzi 
Avropaya onlardan qabaq girməsinin qarşısını almaq 
müşavirədə əsas məsələ idi. Onun üçün İtaliyada əməliyyatları 
sürətləndirmək, Almaniyaya girmək və onun əsas hissəsini 
tutmağın vacibliyi qərara alındı. 
1944-cü ilin oktyabrında Çörçill və  İden Moskvaya 
gəldilər. İngilislər belə hesab edirdilər ki, Polşa, Çexoslovakiya 
və Yuqoslaviya azad edildikdən sonra mühacir hökumətləri 
gəlib  yenidən hakimiyyətdə olmalıdırlar. Onlar Polşada 
Kerzon xəttini müdafiə edirdilər. Almaniyanı üç hissəyə 
bölməyi tələb edirdilər: Prussiya, Avstriya və bir də Bavariya, 
Rur, Vestfaliya, Saar vilayət daxil olmaqla beynəlxalq nəzarət 
zonası yaratmaq planını irəli sürürdülər.  İngiltərə bununla 
Almaniya kimi rəqibi sıradan çıxarmaq istəyirdi. Sovet 
hökuməti bu təklifi rədd etdi. İngiltərənin Mərkəzi və  Şərqi 
Avropada federasiya və ya konfederasiya tipli dövlət yaratmaq 
fikri də rədd edildi. 
 
348
Hitlerin  ətrafı ABŞ  və  İngiltərəni məcbur etmək is-
təyirdi ki, onlar seperat sülh bağlasınlar. Ardendə almanlar 121 
diviziya, 900-ə yaxın tank, 800 təyyarə topladılar. Dekabrın 16-
da onlar 3 ordu ilə hücum etdilər və 100 km irəliləyə bildilər. 
1945-ci ilin yanvarında almanlar Elzasda ingilis-amerikan 
qoşunlarına daha güclü zərbə vurdular. Vəziyyəti belə görən 
Çörçill 1945-ci il yanvarın 6-da Stalinə müraciət etdi. 1945-ci il 
yanvarın 12-də Sovet qoşunları Baltik dənizindən Karpat 
dağlarına qədər olan 1200 km-lik ərazidə hücuma keçdilər. 
Almaniyanın cənubuna Sovet qoşunları daxil oldu. Fevralın 8-
də müttəfiq qoşunları da hücuma keçdilər. Reyn sahilində 
bütün strateji nöqtələri  ələ keçirdilər. Rur sənaye rayonunu 
tutdular. Almanlar ingilis və amerikanlara qarşı o qədər də 
kəskin müqavimət göstərmirdilər. Düşmənin Visla və Oder 
çayları arasında oan 60 diviziyası məğlub edildi. Polşa torpağı 
tam azad edildi və Sovet qoşunları Almaniyaya girdi. Şərqi 
Prussiyada da Sovet qoşunları  qələbə qazandı. Yunanıstana 
qoşun çıxarmaq üstündə SSRİ ilə  İngiltərə arasında münaqişə 
yarandı. Hitler ümid edirdi ki, bu onları parçalayacaq. 1945-ci 
il martın  əvvəllərində Macarıstandakı Balatı gölü rayonunda 
döyüş başlandı. Sovet qoşunları qalib gəldilər. Aprelin 4-də 
Macarıstan tam azad edildi. Aprelin 25-də  Şimali  İtaliyada 
üsyan oldu. Aprelin 26-da Şimali  İtaliyadakı alman ordusu 
təslim oldu. 
Vyana yaxınlığında ciddi döyüşlər getdi, aprelin 13-də 
şəhər tutuldu. Avstriyanın suverenliyi aprelin 27-də  bərpa 
edildi.  
 
Krım konfransı 
Krım konfransı 1945-ci ilin fevralın 4-11-ində «Böyük 
üçlüyün» iştirakı ilə keçirildi. Konfransda düşmənin qəti məğ-
lubiyyəti və dünyanın müharibədən sonrakı taleyi əsas məsələ 


 
349
idi. Konfransda Almaniyanın üç işğal zonasına – sovet, ingilis, 
amerikan işğal zonalarına bölünməsi qərara alındı. Berlində isə 
bu üç böyük dövlətin qoşunları saxlanılmalı idi. Konfransda 
qərara alındı ki, Fransa üçün də gələcəkdə Almaniya ərazisində 
işğal zonası ayrılsın. Konfrans Avropanın azad edilməsi 
haqqında bəyannamə qəbul etdi. Oder və Neysi çaylarının Qərb 
sahillərinin Polşaya verilməsi qərara alındı. Təzminatın miqdarı 
20 mlrd dollar müəyyən edildi. Yarısı SSRİ-yə çatmalı idi. 
Moskvada bu məsələ ilə  əlaqədar  İttifaqlararası komissiya 
yaradıldı. 1945-ci ilin fevralın 11-də üç dövlət arasında gizli 
saziş bağlandı. Bu sazişə  əsasən Avropada müharibə 
qurtardıqdan 2-3 ay sonra SSRİ Yaponiyaya qarşı müharibəyə 
girməli idi. SSRİ Avropada müharibə qurtardıqdan 2-3 ay sonra 
Yaponiyaya aşağıdakı şərtlərlə müharibə elan etməyi öhdəsinə 
götürdü: Monqolustan Xalq Respublikasında mövcud vəziyyət 
saxlanılmalı, Saxalinin cənub hissəsi və ona bitişik adalar, 
Kuril adaları SSRİ-yə verilməli, Dalney ticarət limanı bey-
nəlmiləlləşdirilməli, Port-Artur hərbi-dəniz bazası kimi SSRİ-
yə icarəyə verilməli,  Şərqi Çin və  Cənubi Mançuriya dəmir-
yollarından Çin və SSRİ tərəfindən birgə istifadə olunmalı idi. 
Müttəfiqlər SSRİ-nin bu şərtlərinə etiraz etmədilər. 
Krım konfransından bir qədər sonra, yəni 1945-ci ilin 
aprelində SSRİ Yaponiya ilə 1941-ci ilin aprelində bağladığı 
bitərəflik haqqında sazişdən imtina etdiyini bildirdi.  
Krım konfransında həmçinin müharibədən sonra dün-
yada sülhü və təhlükəsizliyi təmin etmək məqsədi ilə BMT-nin 
yaradılması  qərara alındı. Qərara alındı ki. Təşlükəsizlik 
Şurasına yekdillik prinsipi üzrə ABŞ, SSRİ, Çin, Fransa, Böyük 
Britaniya üzv olsunlar. 
1945-ci il aprel ayının 25-də sülhü və beynəlxalq təh-
lükəsizliyi təmin etmək məqsədilə ABŞ-ın San-Fransisko şəhə-
rində 46 ölkədən 282 nümayəndənin iştirak etdiyi konfrans 
açıldı. Sonradan daha dörd ölkə  də  dəvət edildi. Konfransın 
 
350
işində Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar tarixli bəyanna-
məsini imzalayan və sonradan ona qoşularaq Almaniyaya 
müharibə elan edən dövlətlər iştirak edirdilər. Konfransın 
gündəliyində bir məsələ – BMT nizamnaməsini işləyib 
hazırlamaq dururdu. Konfransda ümumi məsələlər üzrə - Baş 
məclis,  İqtisadi və Sosial Şura, Qəyyumluq  Şurası; Təhlükə-
sizlik  Şurası, Beynəlxalq məhkəmə  və digər hüquqi məsələlər 
üzrə orqanlar yaradıldı. 
Təhlükəsizlik  Şurasında səsvermə  məsələsində  hələ 
Krım konfransında irəli sürülən daimi üzvlər arasında yekdillik 
prinsipi qəbul edildi. Daimi üzvlərdən biri "veto" qoyardısa, 
qərar qəbul olunmurdu. Lakin biri bitərəf olardısa, qərar qəbul 
edilirdi. Təhlükəsizlik Şurasına beş ölkə – ABŞ, SSRİ, Böyük 
Britaniya, Fransa və Çin daimi üzv, 6 dövlət isə qeyri-daimi 
üzv olaraq iki il müddətinə seçilməli idi. Qəyyumluq 
məsələsində dövlətlərin ümumi fikir birliyi əsasında himayədə 
olan  ərazilərin  əhalisinin inkişafı üçün qəyyumluq sistemi 
yaratmaq zəruri sayıldı. Konfrans Beynəlxalq məhkəməni təsis 
etdi. BMT iqamətgahının yerləşdiyi yer Nyu-York şəhəri 
müəyyənləşdirildi. 
1945-ci il iyun ayının 26-da BMT nizamnaməsinin 50 
dövlət tərəfindən imzalanıb qəbul edilməsi ilə San-Fransisko 
konfransı öz işini başa çatdırdı. 
BMT-nin yaradılmasının böyük tarixi əhəmiyyəti var 
idi. O, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyan, əməkdaşlığı 
həyata keçirən universal tipli beynəlxalq təşkilat funksiyasını 
yerinə yetirməyə başladı. BMT beynəlxalq münasibətlərin 
mühüm prinsipləri olaraq dövlətlərin suverenliyi, sərhədlərin 
pozulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, mübahisəli 
məsələləri dinc yolla həll etmək və başqa prinsipləri elan etdi. 
 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə