Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə80/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

 
319
qoşunlarında, 193 min adam (206 min adam dominionlarla 
birilkdə) HHQ, 180 min adam (194 min adam dominionlarla 
birlikdə) HDQ-ndə xidmət edirdi. Böyük Britaniya kifayət 
qədər güclü donanmaya (15 xətt, 7 təyyarədaşıyan gəmi, 64 
kreyser, 58 sualtı qayıq) və inkişaf etmiş hərbi hava qüvvələri 
sisteminə malik idi. Kralın müdafiəsində  hərbi-hava 
qüvvələrinin 1456 təyyarəsi və 2000 maşın ehtiyatda 
dayanmışdı. ABŞ ordusunun zərbə qüvvəsində isə 1939-cu ildə 
544 min adam var idi. Hərbi-dəniz donanmasının tərkibində  15 
xətt, 5 təyyarədaşıyan gəmi, 36 kreyser, 99 sualtı qayıq var idi. 
ABŞ-ın hərbi strategiyası müdafiə xarakteri daşıyırdı ki, bu da 
onun xarici siyasətinin təcridçiliyə  əsaslanmasından irəli 
gəlirdi. 
Faşist bloku ölkələrində isə güclü hərbi potensial olmasa 
da, onlar müharibə  ərəfəsində ehtiyatlarını  səfərbərliyə almış, 
hərbi-sənaye bazalarını genişləndirə bilmişdilər. 1939-cu ildə 
Yaponiya ordusunun sayı 1240 min nəfərdən ibarət idi. Onun 
silahları 1 min təyyarədən, 2 mindən artıq tankdan ibarət idi. 
Yapon donanmasında 10 linkor, 6 təyyarədaşıyan gəmi, 35 
kreyser, 56 sualtı qayıq var idi. İtaliyanın ordusunun tərkibində 
1 753 min adam var idi. HHQ-nın tərkibində 2800 təyyarə, 
HDQ-ndə isə 4 xətt gəmisi, 22 kreyser, 105 sualtı qayıq var idi. 
1939-cu ildə Alman silahlı qüvvələri 2750 min adamdan, 3200 
tank, 4 min təyyarədən ibarət idi. Hitlerin dövründə ölkədə həm 
çoxsaylı, həm də yüksək döyüş qabiliyyətinə malik ordu 
yaradılmışdı. Doğrudur, Vermaxtın, yəni alman silahlı 
qüvvələrinin texniki bazası bir qədər köhnəlmiş vəziyyətdə idi. 
Müharibənin başlanmasına yaxın Almaniya donanmasında 2 
linkör, 5 kreyser, 57 sualtı qayıq var idi. Alman ordusunun 
güclü cəhəti döyüş  əməliyyatlarını aparmaq üçün yaradıcı, 
yenilikci taktikanın olması idi. 
Birinci dünya müharibəsinə nisbətən  İkinci dünya 
müharibəsi beynəlxalq aləmdə demokratik qüvvələrin inkişaf 
etdiyi  şəraitdə başlanmışdı. Hitler Almaniyası  və onun 
 
320
müttəfiqləri tərəfindən aparılan müharibə əvvəldən axıra qədər 
işğalçılıq və  təcavüzkarlıq xarakterində olmuşdur.  İngiltərə, 
Fransa, ABŞ hakim dairələri də ikinci dünya müharibəsində 
imperialist məqsədlər güdürdülər. Lakin Hitler Almaniyası 
Fransanı  işğal etdikdən sonra Qərb dövlətlərinin apardığı 
müharibə imperialist xarakterini itirməyə başladı, azadlıq və 
ədalətli xarakter daşıdı. Almaniya, İtaliya və Yaponiya 
imperialistləri dünyanın bir neçə yerində müharibə ocağı əmələ 
gətirdilər. 
İkinci dünya müharibəsini xronoloji baxımdan üç böyük 
dövrə bölmək olar. Təcavüzkarın üstünlüyü şəraitində müha-
ribə miqyaslarının genişlənməsi ilə  səciyyələnən birinci dövr 
1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam 
etmişdir. 1942-ci ilin iyunundan 1944-cü ilin yanvar ayınadək 
davam edən ikinci dövrdə  təşəbbüs və üstünlük antihitler 
koalisiyasının  əlinə keçir və  əsaslı dönüş yaranır. Düşmən 
ordusunun darmadağın edilməsi, təcavüzkar dövlətlərdə hakim 
rejimlərin süqutu ilə  səciyyələnən üçüncü dövr 1944-cü ilin 
yanvarından 1945-ci ilin sentyabrın 2-nədək davam etmişdir. 
1939-cu ilin martında Almaniya Çexoslovakiyanı, 
aprelində isə  İtaliya Albaniyanı  işğal etdi. İngiltərə, Fransa 
hakim dairələri öz siyasətlərinin nəticəsini aydın gördükdən 
sonra bir daha faşist Almaniyasına güzəştə getməyəcəklərini 
bildirmək üçün 1939-cu ilin yazında Rumıniya, Polşa, 
Yunanıstanla bir sıra sazişlər imzalayaraq onlara yardım 
edəcəklərini bildirdilər.  
Faşist Almaniyasında təcavüzkar müharibənin 
hazırlanması  və aparılması  məsələsini alman generalı  və 
faşizmin hərbi ideoloqu Lyudendorf hazırlamışdır. Hələ 1935-
ci ildə "Total müharibə" adlı Lyudendorfun kitabı çap 
edilmişdir. Bu kitabda irəli sürülən nəzəriyyənin mahiyyəti 
ondan ibarət idi ki, Almaniya ancaq müharibə yolu ilə başqa 
xalqlar üzərində öz ağalığını qura və davam etdirə bilər. Orada 


 
321
qeyd edilirdi ki, ölkədə  həyatın bütün sahələri müharibə 
hazırlığına tabe etdirilməlidir. Dinc zamanlarda da müharibə 
mənafeyini müdafiə etmək ilk planda durmalıdır. Bu məqsədə 
mane ola biləcək heç bir azadlığa və  təşkilatların fəaliyyətinə 
yol verilməməlidir. Müharibədə  qələbə qazanmaq üçün bütün 
vasitələrdən: şantaj, aldatmaq, xəyanət, terror və s.-dən istifadə 
etmək lazımdır. Müharibə zamanı  cəbhə ilə arxaya fərq 
qoymadan dinc əhalini də cəbhədəki əsgərlər kimi məhv etmək 
lazımdır. Total müharibə elan edilmədən başlanaraq beynəlxalq 
qaydalara  əməl edilmədən rəhmsiz bir surətdə aparılmalıdır. 
"İldırım sürətli müharibə" nəzəriyyəsi də Lyudendorf 
tərəfindən hazırlanmışdı. Bu nəzəriyyə də əvvəlki nəzəriyyə ilə 
sıx  əlaqəli idi. Almaniya Avropanın mərkəzində yerləşdiyi 
üçün o xammal mənbələrindən və s.-dən tez zamanda təcrid 
etdirilə bilərdi. Digər tərəfdən, faşist ideoloqları uzun sürən 
müharibəyə bel bağlamırdılar. Buna görə  də onlar "ildırım 
sürəti ilə" ilk zərbələrdə müvəffəqiyyət əldə etmək və məqsədə 
nail olmaq fikrində idilər. Bu yol ilə hitlerçilər öz 
düşmənlərinin qruplaşmasına aman vermədən onları tezliklə 
məğlub etmək istəyirdilər. 
 
2. İkinci dünya müharibəsinin birinci mərhələsi 
 
İkinci dünya müharibəsinin başlanması 
 
 İkinci dünya müharibəsi faşist Almaniyasının Polşaya 
qəflətən hücum etməsi ilə 1939-cu il sentyabrın 1-dən başladı. 
Sentyabrın 2-də  İngiltərənin xarici işlər naziri parlamentdə 
çıxışında bəyan etdi ki, Almaniya hökuməti müharibəni 
dayandırmaq təklifini qəbul edəcək və 5 dövlətin (İngiltərə, 
Fransa, Polşa,  İtaliya, Almaniya) iştirakı ilə Qdansk və Polşa 
koridoru məsələsi dinc yolla  həll ediləcəkdir. Lakin artıq gec 
idi və  İngiltərə hökuməti başa düşdü ki, Hitler Almaniyası 
 
322
özünün Münxen müttəfiqlərinə qəti zərbə endirmək məqsədi ilə 
hücuma keçmişdir. Ona görə  də sentyabrın 3-də baş nazir 
Çemberlen  İngiltərənin Almaniya ilə müharibə  vəziyyətində 
olduğunu rəsmən elan etdi. Həmin gün Fransa və onlarla 
əlaqədar olan digər ölkələr də Almaniyaya qarşı müharibə elan 
etdilər. Almaniya 1939-cu ilin aprelində təsdiq edilmiş "Vays" 
(Ağ) planına əsasən Rolşaya 62 diviziya, o cümlədən 7 tank və 
4 motorlaşdırılmış diviziya, 1,6 milyon əsgər və zabit, 2800 
tank, 6 min döyüş silahı və minomyot, 2 min təyyarə ilə hücum 
etdi. Polşanın isə bu dövrdə 1 milyon əsgəri, 4 min 300 silah və 
minomyotu, 870 tankı və 400 təyyarəsi var idi. Sentyabr ayının 
ortalarında hitlerçilər artıq Polşa ordusunun əsas qruplarını 
mühasirəyə ala və darmadağın edə bildilər. Sentyabrın 16-
daPolşanın paytaxtı Varşava mühasirəyə alındı. Sentyabrın 17-
də Sovet qoşunları da Polşaya soxuldu və heç bir müqavimətə 
rast gəlmədən Qərbi Ukrayna və  Qərbi Belorusiyanı tutdular. 
Bu ərazilər SSRİ-nin tərkibinə daxil edildilər. 
Sentyabrın 17-də Polşa hökuməti ölkəni tərk etdi və 
sentyabrın 30-da Fransanın Anjera şəhərində Vladislav 
Sikorskinin başçılığı altında mühacir Polşa hökuməti təşkil 
edildi. Fransa işğal edildikdən sonra isə o, Londonda yerləşdi. 
Qüvvələr bərabər olmadığı üçün polyaklar inadlı müqavimət 
göstərsələr də, Varşava sentyabrın 27-də alındı. Modlin qala-
sının qarnizonu sentyabrın 29-na qədər, Xel yarımadasının 
müdafiəçiləri isə oktyabrın 2-nə  qədər vuruşsalar da, məğlub 
oldular. Qısa müddətdə müharibə Polşanın məğlubiyyəti ilə 
qurtardı. Burada faşistlər "yeni qayda" yaratdılar.  İqtisadi 
münasibətlərin daha çox inkişaf etdiyi Polşanın qərb və şimal-
qərb əraziləri "üçüncü imperiya"nın tərkibinə daxil oldu. Qalan 
ərazi general-qubernatorluq elan edildi ki, ona da Hans Frank 
qubernator təyin edildi. Polşanın məğlub olunmasının səbəbləri 
içərisində Polşanın canlı  və silahlı qüvvə  cəhətdən zəifliyi, 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə