327
Faşist dövlətlərinin Üçlər ittifaqı və İngiltərə və
ABŞ-ın ona cavab tədbirləri
Qərb müstəmləkəçi dövlətlərindən Fransa və Nider-
landın məğlub edilməsi Yaponiya imperializminin əl-qolunu
açaraq onun həmin ölkələrin müstəmləkələri olan Hind-Çini,
İndoneziyanı işğal etməsini asanlaşdırdı. Yaponiya Çini də
işğal etmək istəyirdi. Eyni zamanda Yaponiya militaristləri
SSRİ-yə qarşı hücum planı da hazırlayırdı. Yaponiya Uzaq
Şərqdə təcavüzkarlıq müharibəsini
genişləndirməklə Sakit
okean hövzəsində imperialist ziddiyyətlərini daha da
kəskinləşdirdi. O öz cəbhəsini möhkəmləndirmək üçün İtaliya
və Almaniya ilə saziş bağlamağa səy göstərdi. Eyni zamanda
faşist Almaniyası da təcavüzkar dövlətlərin hərbi-siyasi
ittifaqını təşkil etmək fikrində idi. 1940-cı il sentyabrın 27-də
Almaniya-İtaliya-Yaponiyadan ibarət Üçlər ittifaqı təşkil edildi.
Stalin Balkanlarda və Qara dəniz boğazlarında nüfuz sahibi
olmağa çalışdığına görə Hitlerin Üçlər paktına SSRİ-nin də
qoşulması dəvətini qəbul etmədi. Bağlanan pakta əsasən bu üç
dövlət hərbi cəhətdən bir-birlərinə yardım etməli idilər. Onlar
öz aralarında təsir dairələrini böldülər. Almaniya və İtaliyanın
Avropa və Afrikada ağalığını Yaponiya qəbul etdi. Almaniya
və İtaliya hakim dairələri də öhdələrinə götürdülər ki,
Yaponiyanın Asiyada əmələ gətirdiyi "yeni qaydalara"
hörmət
etsinlər. Bu üç dövlətin müqaviləsindəki müəyyən maddələrdə
SSRİ ərazisini də öz aralarında bölüşdürmək nəzərdə
tutulmuşdu.Yaponiyanın Hind-Çin və İndoneziya üzərində
ağalığının həyata keçirilməsinə Almaniya kömək etməli idi,
əvəzində isə Yaponiya mandat aldığı Marşal, Mariya və
Karolin adalarından başqa Sakit okeandakı Almaniyanın digər
keçmiş kaloniyalarını ona qaytarmalı, ona strateji material
göndərməli idi.
328
Avropada müharibə
başlanarkən ABŞ özünün
bitərəfliyini elan etdi. Lakin Qərbi Avropada Hitler işğalları
ABŞ-da narahatlığa səbəb oldu. 1940-cı ilin yayında hökumət
hərbi quruculuq üçün 5 milyard dollar pul ayırdı. Çox gizli
şəkildə atom bombasının yaradılması işi inkişaf etdirildi. Hələ
1939-cu ilin payızında "Bitərəflik haqqında" qanunda belə bir
dəyişiklik edildi ki, müharibə edən ölkələr haqqını nəqd
ödəmək və öz gəmilərində aparmaq şərti ilə ABŞ-dan silah və
müharibə materialları almaq imkanı əldə edirlər. ABŞ
müharibədə iştirak etməsə də, Böyük
Britaniyaya hərbi-iqtisadi
yardımı artırdı. 1940-cı ilin sentyabrın 2-də bağlanmış sazişə
əsasən İngiltərə ABŞ-dan 50 esminec və digər silahlar almaq
üçün Nyufaundlend, Bermud, Baham, Yamayka və başqa
adalarındakı hərbi-hava və hərbi-dəniz bazalarını 99 il
müddətinə ABŞ-a icarəyə verdi. İki ölkənin 1941-ci ilin
əvvəlində işləyib hazırladığı plan müharibədə onların koalision
strategiyasının əsasını qoydu. 1941-ci ilin martın 11-də
prezident F.D.Ruzveltin təklifi ilə konqres Lend-liz haqqında,
yəni düşmənə qarşı müdafiəsinin ABŞ üçün həyati əhəmiyyəti
olan ölkələrə borc olaraq və ya icarə qaydası ilə silah və hərbi
material verilməsi haqqında qanun qəbul etdi. Bu, ABŞ-ın öz
təhlükəsizliyini müharibədə iştirak edən
ölkələrin səyi ilə təmin
etmək istədiyini aydın göstərirdi. Bunu əslində elan edilməmiş
müharibə kimi də qiymətləndirmək olardı.
Afrika və Aralıq dənizində hərbi əməliyyatlar
İtaliya müharibəyə qoşulduqdan sonra hərbi əməliy-
yatlar Şimali Afrika və Aralıq dənizi hövzəsini də əhatə etdi.
Almaniya və İtaliya komandanlığı qərara aldı ki, İngiltərənin
Aralıq dənizindəki bazalarını darmadağın edərək onu öz müs-
təmləkələrindən təcrid etsinlər. İtaliya Süveyş kanalına nəzarəti
ələ keçirmək istəyirdi. Bu məqsədlə 1940-cı ilin ikinci
yarısında İtaliya Britaniya Somalisini işğal etdi. İtaliya
qoşunları Sudan, Keniyanı da
işğal edib, Liviyadan Misirə qarşı
329
hücuma başladılar. 1940-cı ilin dekabr ayında İngiltərə
qoşunları da hücuma keçərək 1941-ci ilin yazında Eritoriya,
İtaliya və Britaniya Somalisi, Sudan və Keniyanı İtaliya
qoşunlarından azad etdilər. 1941-ci il aprelin 4-də ingilislər
Həbəşistanın paytaxtı Əddis-əbəbəyə daxil oldular. İtaliya
Şimali Afrikadakı malikanələrindən məhrum oldu. Bunu görən
Hitler hökuməti 1941-ci ilin əvvəllərində Liviyaya bir neçə
diviziyadan ibarət qoşun göndərdi. Bu ərazidə olan İtaliya-
Almaniya qoşunlarının baş komandanı Rommel idi. Martın 31-
də Misiri və Süveyş kanalını ələ keçirmək məqsədi ilə
Almaniya və İtaliya qoşunları hücuma keçdilər. Tez bir zaman
içərisində onlar Tobruq qalasını mühasirə etdilər. Lakin
ingilislər 1941-ci ilin aprelində Es-Sallumda İtaliya-alman qo-
şunlarının qarşısını aldılar. SSRİ-yə qarşı hücuma hazırlaşdığı
üçün Almaniyanın burada əlavə ehtiyat
qüvvələri yox idi ki,
Misirə hücuma keçsin. Ona görə də onlar "Şərq kompaniyası"
qurtardıqdan sonra bu məsələ ilə məşğul olmağı qərara aldılar.
Cənub-Şərqi Avropada və Balkanlarda faşist təcavüzkarlığı
SSRİ-yə qarşı hücuma hazırlaşan Hitler Almaniyası Cə-
nub-şərqi Avropanı istila edərək onun ərazi və ehtiyatlarından
öz təcavüzkar məqsədləri üçün istifadə etmək istəyirdi.
Bununla bərabər hitlerçilər Balkan ölkələrinə bir körpü kimi də
baxırdılar. Bu körpü vasitəsilə onlar Orta Şərqin neft mən-
bələrini, İngiltərənin Asiyadakı müstəmləkələrini ələ keçirmək
istəyirdilər. Hitlerçilər Yunanıstan hakim dairələrinə vəd etdilər
ki, SSRİ-dən müəyyən əraziləri Yunanıstana verəcəklər. 1940-
cı ilin avqustun 30-da Hitlerin təkidi ilə Rumıniya Şərqi
Transilvaniyanı Macarıstana verdi. Bu hadisə ilə əlaqədar
olaraq Hitler Macarıstanı özünə tabe etdi. Burada Xortinin
faşist rejimi hökmranlıq edirdi. 1940-cı ilin sentyabrında
Rumıniyada Antoneskunun faşist diktaturası quruldu.
330
Oktyabrda hitlerçilər Rumıniyaya qoşun çıxardılar. 1940-cı il
noyabrında Rumıniya və Slovakiya Üçlər ittifaqına qoşuldular.
1941-ci il martın 1-də Hitlerçilər Bolqarıstanı da Üçlər
ittifaqına daxil olmağa məcbur etdilər. Bu ölkələrin hakim
dairələri öz xalqlarının iradəsi əleyhinə olaraq
təcavüzkar bloka
daxil oldular və Almaniyanın satilletinə çevrildilər.
Svetkoviçin başçılıq etdiyi Yuqoslaviya hökuməti 1941-
ci ilin mart ayının 25-də Üçlər ittifaqına daxil olmaq haqqında
protokola imza atdı. Lakin bu hadisə ölkədə böyük həyəcana
səbəb oldu. Xalq buna qarşı çıxdı. Yuqoslaviyada dövlət
çevrilişi baş verdi. Simoviç hökumət təşkil etdi. 1941-ci il
aprelin 5-də hökumət SSRİ ilə müqavilə bağladı. Ancaq aprelin
6-da hitlerçilər Yuqoslaviyaya hücum edib onu tutdu.
"Müstəqil" Serbiya və Xorvatiya yaradıldı. İtaliya Çernoqori-
yanı, Bolaqrıstan Makedoniyanı, Macarıstan Voyevodinanı
aldı, Sloveniya isə Almaniya ilə İtaliya arasında bölündü.
Yuqoslaviya ilə eyni vaxtda Hitler ordusu Yunanıstana da
hücum etdi. Hələ 1940-cı ilin oktyabrından Yunanıstan
İtaliyanın təcavüz obyektinə çevrilmişdi. İtaliya Albaniya
ərazisindən oraya 200 min qoşun yeritmişdi. Lakin 1941-ci ilin
yazında yunanlar italyanları qovdular. Həmçinin alban
partizanları ilə birlikdə Albaniyanın
da bir hissəsini azad
etdilər. Mussolini Hitlerdən kömək istədi. Hitlerçilər tərəfindən
aprelin sonunda Yunanıstanın bütün ərazisi işğal olundu.
Balkan yarımadasını işğal etməklə Almaniya Sovet İttifaqına
qarşı mühüm strateji dayaq nöqtəsi əldə etmiş oldu. 1941-ci ilin
mayın 20-də almanlar Kriti ələ keçirməklə İngiltərəni Egey
dənizinə nəzarətdən məhrum etmiş oldular.
Hitler Yaxın Şərqə də SSRİ-yə hücum üçün mühüm
əhəmiyyət verirdi. Xüsusilə İraqın neftinə görə Almaniya 1941-
ci ilin aprelin 1-də orada dövlət çevrilişi təşkil etdi. Onda ingi-
lislər İraqa qoşun yeridib mühüm şəhərləri tutdular. Almanların
İraqı tutmaq planı baş tutmadı.