Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə68/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

 
271 
embarqo qoydular. Süveyş kanalının bağlanması, Londonda və 
Liverpulda uzun sürən tətillər də Britaniya xarici ticarətinə  mənfi 
təsir göstərdi. Belə bir şəraitdə Vilson hökuməti milli valyutanı 
devalvasiya etməyə  məcbur oldu. 1967-ci ilin noyabr ayının 18-də 
funt-sterlinqin kursunun 14,3% aşağı salındığı elan edildi. Bu hadisə 
keçən il yarım  ərzində «Sterlinq zonası»nın 25 ölkəsində valyuta 
böhranına səbəb oldu. Onu da qeyd edək ki, 1969-cu ildə Fransada da 
frankın kursunun aşağı salınması «frank zonası»na daxil olan 14 
Afrika ölkəsində  də milli valyutanın kursunun aşağı salınması ilə 
müşaiyyət olundu. 1971-ci ildə isə ABŞ inzibati idarəsi dolların 
qızılın rəsmi kursu ilə mübadiləsini müvəqqəti dayandığını elan 
etməyə  məcbur oldu. «Üzən» valyuta kurs siyasəti  yeridildi. Milli 
valyutaların məhvedici bazar dəyişməsi praktikası genişləndi. 
Valyuta kursuna sərt münasibət bəslənilən Britton-Vud maliyyə 
sistemi sonuna yaxınlaşmış oldu.  
              Dünya  maliyyə-valyuta bazarının kökündən təzələnməsi 
şəraitində Milli iqtisadi sistemin real potensialı həlledici rol oynamış 
oldu. Britaniya hökumət ekspertləri belə hesab edirdilər ki, valyuta 
kursunun aşağı düşməsi istehsalda canlamaya səbəb olacaq. Britaniya 
mallarının dəyərinin azadılması ixracın artmasına, ixracın 
ucuzlaşmasına çağırış hesab edilirdi. Eyni zamanda, inflyasiya 
siyasətinin müsbət potensialının reallaşdırılması Britaniya 
sənayesinin resurslarından tezliklə istifadə edilməsindən, onun 
rəqabət qabiliyyətinin yüksədilməsindən çox asılı idi. Bunun üçün isə 
Beynəlxalq valyuta fondunun (BVF) köməyinə ciddi ehtiyac var idi. 
              BVF  Britaniya  hökumətinə bir sıra sabitləşdirici tədbirlər 
görmək üçün kredit təqdim etdi. 
              Hökumət qeyri-istehsal sahələrinə büdcə  xərclərini ixtisar 
etməyə  məcbur oldu. Bununla bərabər, hökumət 1968-ci ildə tibbi 
reseptlərə vergi təyin etdi, rabitə xidmətinə görə vergiləri artırdı, 
yaşayış evlərinin tikintisi üzrə planı ixtisar etdi, məktəblərdə pulsuz 
süd verilməsi təxirə salındı. 1969-cu ilin büdcə çərçivəsində benzin, 
siqaret, sürücülük hüququ, işədüzəltmə korporasiyalarına qoyulan 
vergilər artırıldı. 
              Vergilərin artırılması istehsala münasibətdə stimullaşdırıcı 
amil kimi hesab edildi. Elmtutumlu sahələrin inkişafı üçün hökumət 
kral mükafatı sistemini genişləndirdi.  İşçilərin ixtisaslaşmasını 
yüksəltmək və menecerliyin yeni formalarını yaratmaq üçün 
 
272
kadrların hazırlığı üzrə  şuralar təsis edildi. Yol nəqliyyatı, 
mehmanxana xidməti, mülki aviasiya, benzindoldurma biznesi 
sahələrində belə  şuralar daha tez fəaliyyətə başladılar. Hökumət 
gəlirə görə nisbətən aşağı vergini saxladı. Hökumətin maliyyə  və 
siyasi dəstəyi ilk növbədə iri Britaniya kompaniyaları oldu ki, 
o,dünya bazarında rəqabət qabiliyyətini qoruyub saxlaya bilsin. 
Milliləşdirilmiş müəssisələrə dövlət kapital qoyuluşunu genişləndirdi. 
1967-ci ildə dövlət iri metallurgiya inhisarı olan «Britiş Still 
Korporeyşn»ın  əsasını qoydu. Bu inhisar  bütün poladtökmə 
sənayesinin milliləşdirilməsini həyata keçirməli idi. Hökumət 
gələcəkdə bank və  sənaye kapitalının müəyyən hissəsinin də 
mərkəzləşdirilməsini müdafiə etməyi nəzərdə tuturdu. 1969-cu ildə 
Qərbi Avropada fəaliyyət göstərən 20 iri xüsusi kompaniyanın 8-i 
Britaniyaya məxsus idi. 
              Görülən tədbirlər müəyyən müsbət nəticələr verdi.  Belə ki, 
1970-1971-ci illərdə Britaniya büdcəsi uzun illərdən bəri ilk dəfə 
olaraq müsbət saldoya malik oldu. 1968-ci ildə hətta baş nazir ölkədə 
iqtisadi möcüzə baş verəcəyi haqqında pafosla danışdı. Lakin bu 
həddindən artıq şişirdilmiş bir proqnoz idi. Böyük Britaniya əvvəlki 
kimi yenə  də qabaqcıl Qərb ölkələrindən daxili məhsul istehsalının 
illik artımına görə geridə qalırdı. Dünya sənaye məhsulu istehsalında 
onun payı azalmışdı. Daha mühümü Vilson hökumətinin sərt iqtisadi 
siyasəti nəticəsində ölkədə sosial narazılığın artması idi. Həm də 
leyboristlərin adi elektoratı, yəni muzdlu fəhlələr və qulluqçular 
xüsusilə narazı idilər.  Əgər 1963-cü ildə ölkədə 593 min nəfər tətil 
etmişdirsə, 1966-cı ildə onların sayı 2398 min, 1969-cu ildə isə 1666 
min idi.            
              Mənfi ictimai rəyi aradan qaldırmaq, sosial problemləri həll 
etmək üçün hökumət bir sıra tədbirlər gördü. 1965-ci ildə  «İrqi 
mənsubiyyət haqqında Akt» qəbul edildi. İstənilən irqə aid olan 
şəxslərə kommunal xidmət və nəqliyyat sahəsində işə girməyə icazə 
verildi.  İrqi ayrı-seçkilik haqqında  şikaytlərə baxmaq üçün irqi 
mənsubiyyət üzrə  şura təsis edildi. 1968-ci ildə mühacirlər 
haqqındakı qanunvericilikdə  işəgötürmə  və  mənzil almada ayrı-
seçkiliyin ləğv edilməsi ilə  əlaqədar dəyişiklik edildi. Hökumət 
qadınların emansipasiyası prosesini sürətləndirdi. 60-cı illərin 
sonunda boşanmaq  haqqında Aktın qüvvəyə minməsi ilə  əsasda 
boşanmaların sayı  kəskin surətdə artdı. 1967-ci ildə ailələrin 


 
273 
planlaşdırılmasına dövlət xidməti işə başladı. O, əsasən mərkəzləşmə 
təbliğatı ilə məşğul olurdu. Abort haqqında qəbul edilən Akta əsasən 
hamilə qadının sağlamlığı  və doğulacaq uşağın irsi xəstəliklərlə 
doğulmaması üçün klinikalar məsuliyyət daşıyırdı. 1967-ci ildə isə 
homoseksual münasibətləri leqallaşdıran qanun qəbul edildi. 1969-cu 
ildə  hökumət xalq nümayəndəliyi haqqında Billi parlamentdə 
keçirməyə müvəffəq oldu. Seçki senzi 18 yaşa qədər aşağı salındı. Bu 
tədbir leyboristlər hökumətinin gənclər siyasəti sahəsində 
proqramının əsas tərkib hissələrindən biri idi. 
              Hökumət həmçinin təhsil sisteminin modernizasiyası 
sahəsində  də bir sıra tədbirlər gördü. Dövlət məktəbləri 
«ümumtəhsil» məktəbləri kimi yenidən təşkil edildi. Təhsil 
xidmətinin xüsusi bölməsi müəyyən dərəcədə dövlət yardımını 
itirmiş oldu. 1969-cu ildə Böyük Britaniya tarixində ilk dəfə olaraq 
narkotik maddələrdən istifadə əleyhinə qanun qəbul edildi. 
              Vilson  hökumətinin qarşılaşdığı bir çox sosial problemlər 
60-cı illərin sonunda təkcə Britaniya cəmiyyəti üçün deyil, bir çox 
Qərb ölkələrində  də xarakterik hal idi. Bu dövr Qərb ölkələrində 
tələbə  və anti-müharibə  hərəkatının radikallaşması, nəsillər arasında 
ixtilafların kəskinləşməsi, alternativ gənc mədəniyyətlərin meydana 
çıxması, milli və irqi məsələlərin mürəkkəbləşməsi, seksual inqilab 
və feminizmin yüksəkliyi ilə daha çox yadda qalırdı. 
              Böyük  Britaniyada  60-cı illərin sonunda sosial-psixoloji 
şəraitin kəskinləşməsinin simvolu Olsterdəki dini-siyasi konflikt 
oldu. 1919-1921-ci illərin böhranından sonra İrlandiya 
respublikasının yaranması  qərarlaşdı.  İrlandiyanın  şimalındakı altı 
qraflıq isə (Olster) muxtariyyət hüququ ilə Birləşmiş Krallığın  
tərkibində qaldı. Olster ətrafındakı  şərait uzun müddət sabit qaldı. 
İrlandiya respublikasının 1937-ci ildə konstitusiyasının qəbul 
edilməsi və orada vahid birləşmiş irland dövlətinin yaradılması 
haqqında maddənin daxil edilməsi, İrlandiyanın 1949-cu ildə Birliyin 
tərkibindən çıxması Londonla Dublin arasında dioloqlarda gərginlik 
yaranmasına səbəb oldu. 1969-cu ilə qədər Şimali İrlandiyanın region 
hökumətinin tərkibi əsasən ancaq protestantlardan təşkil edilmişdi. 
              1967-ci  ildə  Şimali  İrlandiyada katolik hərəkatın liderləri 
vətəndaşlıq hüquqları uğrunda mübarizə assosiasiyasını təşkil etdilər. 
Bu təşkilat katoliklər  və protestantlar üçün eyni hüquq bərabərliyini 
tələb edirdilər.  Şimali  İrlandiya Daxili işlər Nazirliyinin qadağan 
 
274
etməsinə baxmayaraq 1968-ci ildə Assosiasiya katolik əhalinin 
müdafiəsi ilə  əlaqədar çoxlu mitinqlər təşkil etməyə başladı. Bu 
Şimali  İrlandiya hökumətinin böhran keçirdiyini xəbər verirdi. 
Hökumətin tərkibində daha radikal protestant qruplaşmalarının 
nümayəndələrinin mövqeyi gücləndi. 1895-ci ildə  təşkil edilmiş 
«Oranjistlər ordusu» bərpa edildi. Olsterdəki protestantların rəhbərlik 
etdikləri krallığın polisi və xüsusi «Bi-speşialz» antiterror bölmələri 
tədricən dini münaqişələr zəminin də ayrı-seçkilik silahına 
çevrildilər. Buna cavab olaraq ekstremist katolik qrupların da 
hərəkatı  fəallaşdı. Siyasi arenaya yenidən  İrlandiya Azadlıq Ordusu 
(İRA) çıxdı. Onun radikal hissəsi («İRO-nun müvəqqəti qanadı») 
mübarizəsinin terrorçu metodunu seçdi. 
              Dini zəmində toqquşmalar 1968-ci ildə Apoqe şəhərində baş 
verdi ki, buna da səbəb Londonderridə baş verən hadisələr idi. 1969-
cu ilin avqustun 3-də ekstremist – protestantlar Londonderridə 
olduğu kimi,  Belfastda da silahlı intizamsızlıqlar törətdilər. Buna 
cavab olaraq, London hökuməti  Şimali  İrlandiyaya 1969-cu ilin 
avqustunda nizami qoşun hissələri yeritdı. Yerli polis tərksilah edildi, 
onun yerində Olsterin müdafiəsi polku təşkil edildi. Hüquq-mühafizə 
orqanı  vəzifəsini yerinə yetirməyə başladı. Lakin toqquşmaların 
qarşısı tam alına bilmədi.  Şimali  İrlandiya vətəndaş müharibəsi 
həddinə çatdı. 
              Seçicilərin etibarını qazanmaq üçün 1970-ci ilin iyunun 18-
də Vilson hökuməti yeni parlament seçkiləri keçirdi. Partiya təbliğatı 
əvvəlki qətiyyət və praqmatikliyini itirdi. Leyborist rəhbərliyinin 
ləngliyi ictimai rəyin xoşagələn nəticəsinə ümidlə müəyyən edilirdi. 
Lakin gözlənilmədən elektroratın seçimi əksinə oldu. Mühafizəkarlar 
46,4 % səs aldılar. Leyboristlər isə 42,9% səs yığdılar. 
Mühafizəkarlar partiyası  İcma palatasında 43 əlavə mandat əldə etdi.  
Palatada 330 yer ona məxsus oldu. Leyboristlər 287 mandat, 
liberallar – 6 mandat aldılar. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə