Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə85/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   77   78   79   80   81   82   83   84   85

 
339 
çıxış edir, qanunauyğun olaraq fəaliyyət göstərir, ABŞ-ın pul 
nişanlarının buraxılmasını həyata keçirir. Bu nazirlik mərkəzi apparat 
və funksional idarələrə bölünür. Mərkəzi apparat vergi siyasəti üzrə 
tədbirləri hazırlayır,  İqtisadi konyikturanı analiz edir, nazirliyin 
tədbirlərinin və proqramının həyata keçirilməsində qanunlara nəzarət 
edir, onun işinə bütünlüklə başçılıq edir. Funksional idarə bu 
bölmələrdən ibarətdir: Daxili gəlirlər xidməti, Pul tədavülü nəzarəti 
idarəsi, Kömrük xidməti, Pul nişanlarının buraxılması idarəsi, 
Maliyyə-nəzarət xidməti və s. Funksional idarə nazirliyin mərkəzi 
aparatı    tərəfindən hazırlanmış, prezident və Konqres tərəfindən 
təsdiq edilmiş proqramı həyata keçirir. Daxili gəlirlər xidməti ABŞ-
ın baş vergi inspeksiyasıdır.  O,    nazirə tabe olur və 70 min əhalini 
əhatə edir. Pul tədavülü nəzarəti idarəsi isə kommersiya banklarının 
fəaliyyətinə nəzarət edir. Onun tərkibində 14 regional bölmə var. Bu 
bölmələrə milli bankların müdirləri başçılıq edir. Ənənələrə görə 
Maliyyə Nazirliyinə bir sıra xidmətlər tabedir ki, onların maliyyəyə 
birbaşa aidiyyatı yoxdur. Onların sırasına məxfi xidmət, spirtli içki, 
tütün məmulatı və atəş açan silah məsələləri üzrə büro və s. daxildir. 
4)  Ədliyyə Nazirliyi (Ə.N.) 1870-ci ildə yaranıb. 
Qanunçuluq sahəsinə başçılıq edir. Bu vəzifə 1789-cu ildə Konqres 
tərəfindən yaradılıb.  Ə.N.-nin 3 əsas funksiyası var: 1) hüquqi 
məsələlərdə prezident və hökumətlə  məsləhətləşmək, 2) ABŞ-ın 
məhkəmələrdə nümayəndəsi, 3) Federal qanunların həyata 
keçirilməsinin təmin edilməsi. 
ABŞ-da hər bir attor öz vəzifəsini 94 federal məhkəmə 
dairəsindən birində  həyata keçirir. Federal hüquqçuluq işlərinin 
yoxlanması funksiyası nazirliyin 3 yarımbölməsi tərəfindən edilir: 1) 
İmmiqrasiya və  təbəəliyə götürmə xidməti, 2) Narkotiklərə qarşı 
qanunların tətbiqinə  nəzarət administrasiyası, 3) Federal Tədqiqat 
Bürosu. 
Nazirliyə  həm də Federal həbsxanalara rəhbərlik də 
daxildir. 
5) Daxili İşlər Nazirliyi (DİN), 1849-cu ildə yaranıb. 
Torpaqdan istifadə  məsələlərini aparır.  Ətraf mühit və onun 
ehtiyatlarından istifadə etmə  məsələləri də bu nazirliyə aiddir. DİN 
strukturunda bu məsələlərlə Torpaq ehtiyatlarının idarəsi bürosu, 
Qeyri-yanacaq qazıntıları  məsələləri bürosu, Balıq və ovçuluq 
təsərrüfatı xidməti, Milli parklar xidməti və s. idarələr məşğul olur. 
 
340
Nazirliyin tərkibinə həmçinin ABŞ-ın Geoloji xidməti də daxildir. O, 
ABŞ-ın torpaq, su, energetika və mineral ehtiyatların üzə çıxarılması, 
bu sahələrdə elmi işlərin aparılması, xəritələrin tərtibi və s. işlərlə 
məşğul olur. 
6) Kənd-təsərrüfatı nazirliyi, 1862-ci ildə yaranıb. Fermer 
təsərrüfatlarının dövlət kreditləşdirilməsini, sığortalanmasını  və 
məsləhətləşməsini həyata keçirir. Kənd-təsərrüfatı  məhsulları 
bazarını qaydaya salır. O, yolla ki, əsas kənd-təsərrüfatı  əkin 
sahələrinin planlaşdırılması, alınması, saxlanılması və sonrakı əmtəə 
qalıqlarının satışını  təşkil edir, kənd-təsərrüfatı mallarının xarici 
bazarlarının genişləndirilməsini təşkil edir. 
Nazirlik öz sahəsində müstəqil olaraq elmi axtarışlar aparır 
və onu koordinasiya edir, planlaşdırır, proqnozlaşdırır, kənd-
təsərrüfatı  məhsullarının keyfiyyətinə  nəzarəti təmin edir, ətraf 
mühitin qorunması  tədbirlərini həyata keçirir. Nazirlik xarici 
dövlətlərə kömək edilməsi proqramını  həyata keçirir və bu ölkələrə 
siyasi və iqtisadi təsir göstərərək ölkənin xarici siyasətində  iştirak 
edir. 
7) Ticarət Nazirliyi, 1913-cü ildə yaranıb. 1903-cü ildən 
mövcud olan Ticarət və  Əmək Nazirliyinin ayrılması ilə  təşkil 
edilmişdir. Ölkənin iqtisadi inkişafının təmin edilməsi, ABŞ-ın 
beynəlxalq iqtisadi mövqelərinin möhkəmləndirilməsi, yeni 
texnologiya və  şəxsi investisiyaların genişləndirilməsi, elmi-texniki 
ehtiyatlardan maksimum istifadə edilməsinə kömək edilməsi və s. 
məsələlərlə  məşğul olur. Nazirlik elmi-texniki axtarışların 
informasiya təminatını  təşkil edir, dövlət patent xidmətinə, 
standartlar xidmətinə, rəhbərlik edir və s. Okeanın və atmosferin 
öyrənilməsi idarəsi və Siyahıyaalma Bürosu da bu nazirliyə daxildir. 
Siyahıyaalma Bürosu hər 10 ildən bir ABŞ  əhalisini siyahıya alır, 
əhalinin sayına hər il qiymət verir və sosial iqtisadi statistikanı çap 
edir. 
8) Əmək Nazirliyi, 1913-cü ildə yaranıb. Nazirlik dövlət - 
monopolçu, sosial idarəetmənin  əsas alətidir. Nazirlik əmək 
münasibətlərində olan konfliktlərin aradan götürülməsi üçün əmək 
qanunvericiliyinə  nəzarət edir, fəhlə qüvvəsinin hazırlanma 
proqramlarının həyata keçirilməsini koordinasiya edir. Nazirlik 
məşğulluq, işsizlik, əmək haqqı, qiymətlər, əmək məhsuldarlığı və s. 


 
341 
haqqında olan məlumatları toplayır və əmək statistikasını analiz edir. 
Sonra bu məlumatları bülleten şəklində seriyalarla çap edir.  
9) Səhiyyə  və Sosial Xidmət Nazirliyi 1953-cü ildə 
yaranmışdır Səhiyyə, Təhsil və Sosial Təminat Nazirliyinə 1978-ci 
ildə bölünməsi ilə  təşkil edilmişdir. Tərkibində çoxlu idarələr, 
xidmətlər və s. təşkilatlar var. Ğu təşkilatlar federal hökumətin 
aşağıdakı sosial proqramlarını  həyata keçirirlər: Tibbi axtarışlar, 
alkoqol və narkomaniya ilə mübarizə, tibbi və sosial sığortalanma 
və s. 
10) Təhsil Nazirliyi 1979-cu ildə yaranıb. təhsillə bağlı 
federal proqramları koordinasiya edir və  həyata keçirir. Nazirlik 
təhlilə federal kömək proqramını hazırlayır, təhsil sahəsində elmi 
işləri koordinasiya edir və ayrı-ayrı elmi müəssisələrə subsidiya 
ayırmaqla elmi axtarışların aparılmasına kömək edir. 
11) Ev Tikintisi və  Şəhərlərin  İnkişafı Nazirliyi, 1965-ci 
ildə yaradılıb. Ev tikintisi sahəsində olan proqramları koordinasiya 
edir, ev tikintisi sahəsində  şəxsi sahibkarlara kömək edir, şəhərlərin 
inkişafı  məsələləri ilə  məşğul olan federal idarələrin fəaliyyətini 
koordinasiya edir, az gəlirli ailələrə yaşayış  məntəqələrini icarəyə 
vermək üçün məqsədli borclar və subsidiyalar verir.  
12) Nəqliyyat Nazirliyi, 1986-cı ildə yaranıb,  Şosse 
yollarının,şəhər ictimai nəqliyyatının, dəmir yollarının, mülki 
aviasiyanın, su yollarının təhlükəsizliyi, limanların, avtomobil yolları 
və boru kəmərinin planlaşdırılması, rekonstruksiyası və tikintisi kimi 
məsələlərin dövlət siyasətini işləyib hazırlayır. Bu nazirliyə dinc 
dövrdə  Hərbi Dəniz Qüvvələri tərkibində olan ABŞ-ın Sahil 
Mühafizəsi də tabedir. 
13) Energetika Nazirliyi, 1977-ci ildə yaranıb, ABŞ-ın 20-
yə yaxın idarəsinin funksiyası ona tapşırılıb. Nazirlik milli 
energetikanın iqtisadi idarəetməsi, bu sahədə elmi-texniki siyasətin 
hazırlanması, energetikanın konkret istiqamətlərində prioritet 
sistemin işlənilməsi və s. vəzifələr həyata keçirir. Nazirliyin fəaliyyət 
dairəsinə  həm də nüvə silahının işlənilməsi, istehsalı  və  sınağı kimi 
hərbi proqramların həyata keçirilməsi, kəşfiyyatçılıq fəaliyyətinin 
müəyyən istiqamətləri də daxildir. 
Federal hökumət aparatında administrativ idarələr aiddir. 
Bu idarələr müstəqil agentliklər və dövlət korporasiyaları adlanır. 
Onlar administrativ, idarəedici və normativfunksiyaları yerinə 
 
342
yetirirlər ki, bunlar da mövcud olan nazirliklərin fəaliyyət dairəsindən 
kənara çıxır. Administrativ idarələrin statusu və səlahiyyətləri onların 
yaradılması haqqında Konqres aktları ilə müəyyən edilir. Bir sıra 
administrativ idarələr öz təşkilatına və  iş dairəsinə görə nazirlikdən 
onunla fərqlənir ki, onun üzvləri kabinetin üzvü sayılmır. 
İndiki dövrdə 60 belə idarə var. Onlardan bəziləri: 1) 
Silahlanma və  tərksilah üzrə  nəzarət agentliyi, 2) Ətraf mühitin 
qorunması agentliyi, 3) ABŞ-ın informasiya agentliyi. 
Ştatların qubernatorları və yerli özünüidarə. 
İcraedici hakimiyyət  ştatlarda qubernatorlar tərəfindən 
həyata keçirilir. Qubernatorlar 46 ştatda 4 illiyə, 4 ştatda isə ( 
Arkanzas, Vermont, Nyu-hempşir, Rod-Aylend) 2 illiyə seçilir. Öz 
səlahiyyətlərinə görə  ştat qubernatorunun səlahiyyətləri ABŞ-ın 
icraedici başçısının səlahiyyətlərini yerli səviyyədə təkrar edir. ABŞ 
prezidenti kimi qubernator da leqislaturaya qanunverici proqramı 
təqdim edir, veto hüququndan istifadə edir, ştatın büdcə layihəsini 
hazırlayır, icraedici orqanlara ümumi rəhbərliyi həyata keçirir, 
qanunverici iclasların fövqəladə sessiyalarını çağırmaq və  şəxslərin 
bağışlanılması hüququndan istifadə edir, hansılar ki, ştat qanunları ilə 
cəza çəkirlər,  ştatın daxilində öz partiyasının lideri sayılır və  ştatın 
milli qvardiya hissələrinin baş komandanı sayılır. Qubernator öz 
ştatını federal hökumətlə  və digər  ştatların hökumətləri ilə 
münasibətlərdən təmsil edir. 
Əgər ABŞ prezidenti kabinetin üzvlərini təyin edirsə onda 
qubernator adətən icraedici orqanların başçıları ilə iş görür, hansılar 
ki, onunla bir yerdə seçilirlər. Onlara ştatın dövlət katibi, ştatın 
general attoru, maarif işləri üzrə  məsul olan şəxs, büdcə  rəhbəri və 
başqa vəzifəli şəxslər daxildir. 
Prezidentdən fərqli  ştatların çoxunun qubernatoru seçki 
vetosu hüququndan istifadə edir. Bunun mahiyyəti odur ki, prezident 
qanun layihəsinə bütövlükdə veto qoyursa, qubernator isə qanun 
layihəsinin ayrı-ayrı maddələrinə veto qoya bilər. Bu hal qubernator 
tərəfindən daha çox büdcə məsələlərinin həllində istifadə olunur. 
ABŞ  əvvəllər aqrar ölkəsi olarkən və  əhalinin çoxu kənd 
əhalisi olarkən yerli özünüidarə formalaşıb. Ayrı-ayrı kiçik kəndlərin 
idarə edilməsi işində koloniyaçılar  İngiltərədən gətirilmiş  məlum 
ənənəvi formalardan istifadə edirlər.  Bu  arxaik  və tamamilə    fərqli 
yerli hakimiyyətin formaları indiyə qədər qalıb. 


 
343 
Yerli orqanlar ştatın qanunvericiliyi əsasında yaradılır və 
bu qanunvericilik tərəfindən müəyyən edilən hüquqlara malikdir. 
Bununla yanaşı yerli hakimiyyət qanun tərəfindən müəyyən edilmiş 
elə funksiyaları da həyata keçirir ki, onlar ştat orqanlarının formal 
nəzarəti olmadan həyata keçirilir və özünüidarəyə  əsaslanır. Yerli 
ştatların büdcələri yerli vergilərdən, federal hökumətin və  ştatların 
məqsədli ianələrindən ibarətdir. 
Administrativ orqanlar, hansında ki, özünüidarə orqanları 
seçilir, dairə hesab olunur və ənənəvi qraflıqlar adlanır. Adətən əhali 
qraflıq soveti və  bəzi vəzifəli  şəxsləri seçir. Qraflıq Soveti yerli 
yolların vəziyyətini, türmələrin saxlanılması, xəstəxana və istirahət 
yerlərinin saxlanılmasına nəzarət edir. Ştatın nəzarəti ilə qraflıq 
seçkilərin təşkili,  əhalinin siyahıya alınması, öz  ərazisinin statistik 
məlumatlarının toplanılması  və qruplaşdırılması üçün məsuliyyət 
daşıyır. 
Qraflıq Soveti ilə yanaşı paralel olaraq ayrı-ayrı  məqsədli 
komissiyalar da fəaliyyət göstərə bilər. Adətən bu administrativ 
orqanlar bir-birinə və Sovetdən asılı olmayaraq fəaliyyət göstərir. 
Ştatların  şəhərlərinin çoxunda, hansı ki, qraflıq  ərazisində 
yerləşir, özünün qraflıqdan aslı olmayan özünüidarə orqanları var. 
Onlar da formalarına görə müxtəlifdir. Bir halda Mer və Sovet seçilir, 
onun üzvləri isə  şəhər idarəsinin departamentinin başçılarına 
çevrilirlər, digər halda isə  bələdiyyə komissiyalar seçilir, hansı ki, 
meri təyin edə bilər. 
Yerli özünüidarənin mürəkkəb strukturu olan şəhər 
aqlomeratsiyaları mövcuddur, hansı ki, şəhərlərdən və sosial-iqtisadi 
münasibətinə görə ona yaxın və onunla bağlı olan yaşayış 
məntəqələrindən ibarətdir. Bir şəhər oqlomerasiyası daxilində 300-
400-ə  qədər administrativ-siyasi yarım-hissələr fəaliyyət göstərə 
bilər. Yerli özünüidarənin formalarından biri də xüsusi dairələr 
daxilində formalaşır və onlar qraflıqların, şəhərlərin və başqa inzibati 
vahidi sərhədlərinə daxil deyillər. Xüsusi dairələr o hallar da yaradılır 
ki, yerli hakimiyyət bu və    digər vilayətdə inzibati nəzarəti təmin 
etmirlər, beləliklə  əhalinin maraqlarını  təmin edir. Xüsusi dairələrin 
tipik  nümunəsi məktəb dairələri sayılır. Xüsusi dairələr belə 
məqsədlər üçün də yaradıla bilər: ağcaqanad ilə mübarizə, küçələrin 
işıqlandırılması  və s. Əgər bu hallar olursa əhali böyük olmayan 
direktorlar sovetini seçir. 
 
344
 ABŞ-ın müasir siyasi sisteminin formalaşması üçün 
təxminən 200 illik təkamül yolunun keçilməsi lazım gəlmişdir və bu 
zaman kəsiyində aparılmış mübarizə  nəticəsində indi bütün dünya 
dövlətləri üçün nümunə hesab edilən ABŞ demokratiyası 
formalaşmışdır ki, ABŞ-ın siyasi sistemi hakimiyyətin müstəqil 
bölgüsünə  əsaslanır və  ştatlar daxili müstəqilliyini 200 il ərzində 
saxlanılıb və dövlət tərəfindən məhdudlaşdırılmayıb. 
1776-1932-ci illlərdə  bütün sahələrdə, xüsusi ilə 
iqtisadiyyatda «möhkəm individualizm» Prinsipi hakim idi, dövlət 
həlledici rol oynamırdı. F.Ruzveltin «yeni kurs siyasəti» nəticəsində 
dövlət bütün sahələrdə, xüsusi ilə  də iqtisadiyyatda aktiv rol 
oynamağa başlayır. 
 ABŞ-da  ənənəvi  iki partiyalı sistem bərqərar olub. Əgər 
RP 1880-1932-ci illərdə hakim mövqe tutaraq daha çox hakimiyyətdə 
olubsa, 1932-1997-ci illərdə DP hakim mövqe tutaraq daha çox 
hakimiyyətdə olub. ABŞ dünyada nadir ölkələrdəndir ki, yerli ştat 
səviyyəli məhkəmələr ABŞ Ali Məhkəməsindən administrativ 
cəhətdən asılı deyil, müstəqil məhkəmələr kimi fəaliyyət göstərir. 
 ABŞ-da seçkilərin özünəməxsus və çox mürəkkəb bir 
sistemi mövcuddur. Məsələn, ilk baxışda  görünür ki, prezidenti əhali 
ümumi səsvermə yolu ilə keçir. Lakin əslində hüquqi cəhətdən 
əhalinin seçdiyi seçicilər kollegiyasının seçdiyi şəxs prezident sayılır. 
ABŞ-da 1984-cü  və 1985-ci il qanunlarından sonra demokratik 
prinsiplər tamamilə  bərqərar olub. Bütün sahələrdə insan hüquq və 
azadlıqları təmin olunub və istənilən sahədə müstəqil  fəaliyyət üçün 
əlverişli şərait var. ABŞ yeganə ölkədir ki, 1787-ci il konstitusiyasına 
əməl  ediлир, onu kobud şəkildə pozmayıblar. Bu müddətdə 
konstitusiyaya 26 əlavə edilмишдир.  


 
345 
ƏDƏBIYYAT 
 
1.  Dərslik, dərs vəsaiti, mühazirə  mətnləri, xrestomatiya və 
illik külliyyatlar 
2.  История  зарубежных  стран  после  второй  мировой 
войны. Учебное пособие, М., 1964. 
3.  История  зарубежных  стран 1917-1945 гг.  Учебное 
пособие, М., 1967. 
4.  Новейшая  история  зарубежных  стран:  Европа  и 
Америка. 1917-1945, т. 1, М., 1967. 
5.  Новейшая  история  зарубежных  стран:  Европа  и 
Америка. Т ЫЫ, 1945-1966, М., 1968. 
6.  Новейшая история 1918-1939 гг. Курс лекций, под. Ред. 
В.В.Александрова, М., 1972. 
7.  Новейшая история 1918-1939 гг. М., 1974. 
8.  Новейшая  история 1939-1975. Курс  лекций  под  ред. 
В.В.Александрова, М., 1977. 
9.  Новейшая  история  зарубежных  стран.  Европа  и 
Америка, 1939-1975 гг., под ред. С.М.Стеткеевича, М., 
1978. 
10. Александров  В.В.  Новейшая  история  стран  Европы  и 
Америки, М., 1988. 
11. Новешйая  история  зарубежных  стран  Европы  и 
Америки. 1917-1945, М., 1989. 
12. История новейшего времени стран Европы и Америки. 
1918-1945, М., 1989. 
13. Языков  Е.Ф.  История  новейшего  времени 1918-1945, 
М., 1989. 
14. История новейшего времени стран Европы и Америки, 
1945-1990, М., 1993. 
15. M.Qasımlı. Müasir tarix. I, II hissə. Bakı, 2003-2008-ci 
illər. 
16. S.Mustafaeyva. Avropa və Amerika ölkələrinin  ən yeni 
tarixi I, II hissə. Bakı, 2007-ci il. 
17. Американский 
капитализм 
в 80-е 
годы. 
Закономерности  и  тенденция  развития  экономики.  М., 
1986. 
 
346
18. Ананова  Е.В.  Новейшая  история  США 1919-1939. М., 
1962. 
19. Аптекер  Г.Внешняя  политика  США  и  «холодная 
война» пер. с анг. М., 1963. 
20. Белащенко М. США и Мюнхен. М., 1968. 
21. Бойченко  Г.Г.  Политическая  организация  США. 
Минск, 1970. 
22. Борисок и др. Политические институты США: история 
и современность. М., 1988. 
23. Бухвальд А. Это Америка. М., 1969. 
24. Воронцов  В.Б.  Тихоокеанская  политика  США 1941-
1950, М., 1967. 
25. Государственный  строй  США.  Отв.  Ред.  Никифоров 
А.С. М., 1976. 
26. Геевсий И.А. США: негритянская проблема. Политика 
Вашингтона  в  негритянском  вопросе (1945-1972), М., 
1973. 
27. Грайнер  Б.  Американская  внешняя  политика  от 
трумена да наших дней. М., 1986. 
28. Дмитричев  Т.Ф.  Многосторонняя  дипломатия  США, 
М., 1981. 
29. Золотухин В.П. Фермеры и Вашингтон. М., 1968. 
30. Иноземцев  Н.Н.  Внешняя  политика  США  в  эпоху 
империализма. М., 1969. 
31. История США, в 4-х тт., М., 1985-1987. 
32. Краткая история США. Пер.с англ. М., 1993. 
33. Мальков 
В.Л., 
Наджафов 
Д.Г. 
Америка 
на 
перепутье1912-1938 гг. Очерк социально-политической 
истории «нового курса» в США, М., 1967. 
34. Мальков  В.Л. «Манхеттенский  проект»:  разведка  и 
дипломатия: М., 1995. 
35. Неоколониализм США в Латинской Америке. М., 1970. 
36. Овинников  Р.Е.  Зигзаги  внешней  политики  США  от 
Никсона до Рейгана. М., 1986. 
37. Севостьян  Г.Н.  Активная  роль  США  в  образовании 
очага войны на Дальнем Востоке (1931-1933), М., 1958. 
38. Сивачев Н.В. Рабочая политика правительства США в 
годы второй мировой войны.М., 1974. 


 
347 
39. Сивачев  Н.В.,  Языков  Е.Н.  Новейшая  историяСША, 
М., 1980. 
40. Советско-американские  отношения  во  время  Великой 
Отечественной  войны 1941-1945 гг.  Сб.документов  и 
материалов в 3-х т., М., 1957-1959. 
41. Фурсенко  А.А.  Президенты  и  политика  США  в 70-е 
годы. М., 1989. 
42. Шервруд Р. Рузвельт и Гопкинс, М., 1958. 
43. Экономическая  политика  правительства  Кеннеди.  М., 
1964. 
44. Яковлев  Н.Н.  От  Трумена  до  Рейгана:  доктрины  и 
реальности ядерного века. М., 1988. 
45. Смирнов В.П. Новейшая история. Франции. 1948-1975, 
М., 1979. 
Böyük Britaniya 
 
1.  Великобритания.  Современный  монополитический 
капитализм. М., 1981. 
2.  Винаградов К.Б. Ллойд-Джордж. М., 1970. 
3.  Голлан  Дж.  Политическая  система  Великобритании. 
М., 1955. 
4.  Городецкая И.Е. Великобритания: избиратели, выборы, 
партии. М., 1985. 
5.  Грибин Н.П. Трагедия Ольстера. М., 1980. 
6.  Гурович В.П. Всеобщая стачка в Англии 1926 года. М., 
1959. 
7.  Ерофеев Н.А. Закат Британской империи. М., 1967. 
8.  Жигалов  И.И.  Великобритания:  народ  и  внешняя 
политика. М., 1967. 
9.  Каленския  А.Г.  Социально-законодательство  Англии. 
М., 1969. 
10. Кертман  Л.Е.  География,  история  и  культура  Англии. 
М., 1979. 
11. Красильников  А.Н.  Внешняя  политика  Англии  и 
лейбористическая партия (1951-1964). М., 1968. 
12. Лебедев  А.А.  Очерки  Британской  внешней  политики 
(60-80-е годы). М., 1988. 
 
348
13. Маклейн  Дональд.  Внешняя  политика  Англии  после 
Суэца. Пер. с англ., М., 1972. 
14. Миллибенд  Р.  Парламентский  социализм.  Исследо-
вание политики лейборитской партии. М., 1964. 
15. Мосульский Н.Ф. Англия в 1934-1937 годах. М., 1957. 
16. Мосульский  Н.Ф.  Рабочее  движение  в  Англии 
накануне второй мировой войны (1934-1939). М., 1968. 
17. Овинников  Р.С.  Хозяева  английской  политики. 
Финансовая  олигархия  и  внешняя  политика  Англии 
после Суэца (1957-1966). М., 1966. 
18. Осипов В. Британия. 60- егоды. М., 1967. 
19. Перегудов  С.П.  Лейборитская  партия  в  социально-
политической системе. Великобритании. М., 1975. 
20. Полит  Г.  Избранные  статьи  и  речи (1918-1939). М., 
1955. 
21. Полит  Г.  Марксизм  и  рабочее  движение  в 
Великобритании. М., 1960. 
22. Рыжиков  В.А.  Британский  лейборизм  сегодня.  М., 
1984. 
23. Степанова  Н.М.  Консервативная  партия  и  рабочий 
класс послевоенной Англии. М., 1972. 
24. Стержнева  В.М.  Великобритания  и  Западная  Европа. 
Политические аспекты. М., 1988. 
25. Судейкин  А.Г.  Колониальная  политика  лейборитских 
партий между двумя мировыми войнами. М., 1976. 
26. Трухановский  В.Г.  Новейшая  история  Англии.  М., 
1958. 
27. Трухановский  В.Г.  Внешняя  политика  Англии  в 
период  мировом  этапе  общего  кризиса  капитализма 
(1918-1939), М., 1962. 
28. Трухановский  В.Г.  Внешняя  политика  Англии  в 
период второй мировой войны (1939-1945), М., 1965. 
29. Трухановский В.Г. Уинстон Черчилль. М., 1977. 
30. Трухановский В.Г. Антонии Идеен. М., 1976. 
31. Трухановский  В.Г.,  Капитонова  Н.К.  Советско-
английские отношения (1945-1978). М., 1979. 
32.Хатт  А.  Британский  тред-юнионизм.  Краткая  история. 
М., 1981. 


 
349 
МЦНДЯРИЖАТ 
 
Эириш................................................................................3 
АБШ 1918-2007-жи иллярдя .................................................4 
Бюйцк Британийа..........................................................156 
АБШ-ын сийаси системи ...................................................304 
Ядябиййат ...................................................................345 
 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə