Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə79/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

 
315 
Xüsusi yurisdiksiyalı  məhkəmələrin hər birinin səlahiy-
yətinə konkret koteqoriyalı  işlər daxildir. Məsələn, yetkinlik yaşına 
çatmayanların işləri üzrə, ailə münasibətləri işi üzrə müqavilələr işi 
üzrə, hərəkətin təhlükəsizliyinin pozulması işi üzrə və s. məhkəmələr 
mövcuddur. 
Ümumi yurisdiksiyalı yerli məhkəmələr işlərə aidiyyatı 
üzrə baxır. Bu məhkəmələr 1-ci qrup məhkəmələr ilə müqayisədə 
daha ağır mülki və cinayət işlərinə baxır və bu məhkəmələrdən 
şikayətlərə də baxır. 
Bu məhkəmələrdən  şikayətə  ştatın Ali Məhkəməsi və ya 
varsa  Şikayət məhkəməsi baxır. Bu məhkəmələr ancaq şikayət 
yurisdiksiyalıdır. O ştatlarda ki, bu məhkəmələr var, onlardan 
şikayətlərə ştatın Ali Məhkəməsi baxır, o ştatlarda ki, bu məhkəmələr 
yoxdur, orada ümumi yurisdiksiyalı  məhkəmələrdən  şikayətlərə 
ştatın Ali Məhkəməsi baxır. Əgər ştatın Ali məhkəmələrinin baxdığı 
işdə ABŞ Konstitusiyasına toxunan məsələlər olanda onda onların 
qərarından federal məhkəmələrə  şikayət edilir. Mülki hüquq 
münasibətlərində ayrı-ayrı  ştatların məhkəmələri həmin  ştatın 
qanunlarına əsaslanan şikayət ərizələrinə baxır. 
Ölkədə edilən cinayətlərin böyük əksəriyyəti  ştatların 
cinayət qanunları ilə tənzimlənir. Ona görə cinayət işlərinin baxılması 
zamanı əsas güc yerli ştatların məhkəmələri üzərinə düşür. 
Ştatların çoxunda hakimin vəzifəsi seçkilidir, hakimlər 
əhali tərəfindən partiya siyahısı üzrə seçilir. 
 
ABŞ-da  SEÇKİ  SİSTEMİ 
 
ABŞ-da aşağıdakılar seçki yolu ilə seçilir: ABŞ-ın prezidenti 
və vetse-prezidenti, ölkənin Konqresinin hər iki palatası,  ştatlarda 
hakimiyyət orqanrları, o cümlədən qubernatorlar və vitse-quber-
natorlar, qanunverici iclasın üzvləri, qraflıq sovetləri, bələdiyyə 
sovetləri, xüsusi dairələrin sovetləri, yerli səviyyədə ştat orqanlarının 
vəzifəli şəxsləri və s. 
ABŞ-da seçkinin mojoritar sistemi mövcuddur. Bu sistemə 
görə namizədin seçilməsi üçün seçicilərin müəyyən çoxluğunun səsi 
lazımdır, yəni o namizəd seçilir ki, o, ayrılıqda götürüləndə öz 
rəqiblərindən çox səs alır, hətta bu səslər verilən səslərin 50%-ni 
təşkil etməsə də. 
 
316
ABŞ-da seçkilərin hüquqi tənzimlənməsinə birbaşa və 
dolayı aidiyyatı olan əsas qanunverici aktlar 1957, 1960, 1964, 1968-
ci illərdə verilmiş vətəndaş hüquqları haqqında qanunlar, 1965, 1970, 
1975-ci illərdə verilmiş seçki hüquqları haqqınrda qanunlar, həm də 
ABŞ Konstitusiyasına edilmiş 12; 15; 17; 18; 23; 24 və 26 əlavələrdir 
ki, hansılarının ki, qəbul edilməsi ilə qara dərili vətəndaşların 
hüquqları genişləndirilmiş və onlara təminat verilmiş, savadlılıq senzi 
götürülmüş, federal seçkilərdə oturaq həyat senzi xeyli ixtisar 
edilmişdir, yaş senzi xeyli aşağı salınmışdır. 
Seçki hüququna 18 yaşına çatan hər iki cinsdən olan ABŞ 
vətəndaşları malikdirlər, hansılar ki, konkret ştatın və ya konkret 
seçki dairəsinin  ərazisində müəyyən vaxt müddətində yaşamışlar və 
seçici kimi qeydiyyata alınıblar. 
Bütün səviyyələrdə seçkilərin keçirilməsi, federal səviyyə 
də daxil olmaqla, ştatların qanunları ilə nizama salınır, o şərtlə ki, 
korrupsiyaya qarşı mübarizə ilə bağlı və seçki məntəqələrində federal 
hakimiyyət orqanlarının nümayəndələrinin olmasına 
şərait 
yaradılması haqqında milli qanunverici aktları gözlənilsin. 
 
PREZİDENTLİYƏ   VƏ   KONQRESƏ 
SEÇKİLƏRİN   KEÇİRİLMƏSİ 
 
ABŞ Konqresi ölkədə prezident və vitse-prezident seçkiləri 
üçün bütün ştatlar üçün vahid olan bir gün müəyyən edib – 4 ildən bir 
noyabrın 1-ci bazar ertəsindən sonra 1-ci çərşənbə axşamı bütün 
ştatlar üçün seçki günüdür. 
ABŞ prezidenti vəzifəsinə ABŞ  vətəndaşı olan, bu ölkədə 
doğulan, ölkədə 14 ildən az olmayaraq yaşayan və seçki günündə 35 
yaşa çatan şəxs seçilə bilər. Bu tələblər ABŞ vitse-prezidenti 
vəzifəsinə seçiləcək  şəxslərə  də  şamil edilir. ABŞ Konstitusiyası 
prezident və vitse-prezident vəzifələrinə seçilən şəxslər üçün yüksək 
yaş senzi müəyyən etməyib. 
ABŞ-da prezident seçkilərindən  əvvəl konstitusiyada 
nəzərdə tutulmayan ilkin seçkilər 30-dan çox ştatda aparılır. Bu seçki 
prezidentliyə namizədlərin məşhurluğunu nümayiş etdirmək məqsədi 
daşıyır və prezident seçkiləri ilin adətən iyul-avqust aylarında 
çağrılan partiyaların milli qurultayında nümayəndələrin seçilməsini 


 
317 
nəzərdə tutur. Bir sıra ştatların qanunvericiliyinə görə tanınmış siyasi 
və ictimai xadimlərin arasından, həmçinin partiya fəallarından 
qurultaya seçilmiş nümayəndələrdən tələb olunur ki, onlar qurultayda 
ştatda prezidentliyə namizədlərdən ən çox məşhur olana səs versinlər. 
Bu 1-ci tur səsverməsində olur, bundan sonra onlara azadlıq verilir 
ki, öz partiyasından istənilən namizədi seçsinlər. 
Bir sıra digər  ştatların nümayəndələri isə  həmin  ştatın 
seçicilərinin çoxluğu tərəfindən lazım bilinən namizədə səs verməyə 
borcludurlar. Ayrı-ayrı  ştatların qanunvericiliyi isə qurultayın 
nümayəndələrini məcbur etmir ki, partiyanın hansısa konkret 
namizədinə səs versinlər. 
İlkin seçkilər imkan verir ki, qeyri-rəsmi yolla seçkilər 
əsasında məşhur olan namizədlər qrupunu müəyyən edəsən və həmin 
namizədlər ABŞ prezidentliyinə  ən perspektivli namizədlər hesab 
olunur. Öz namizədini irəli sürmək hüququndan istənilən siyasi 
partiya nümayəndələri istifadə edir, hansılar ki, hər  ştatın 
qanunlarının nəzərdə tutduğu ilkin seçkilərdə onlar öz namizədlərini 
verirlər, öz seçki siyahısı üzrə imzaların sayını verirlər və bu yolla 
namizədlik hüququnu qazanırlar. 
İlkin seçkilərin keçirilməsi mərhələsi qurtarandan sonra 
partiyaların milli qurultayları çağrılır. Bu qurultayda rəsmi olaraq 
həmin partiyanın ABŞ prezidenti vəzifəsinə namizədi irəli sürülür və 
həmin namizəd tərəfindən vitse-prezident vəzifəsinə  təklif edilən 
namizədi təsdiq edir. Əgər prezidentliyə namizədin vitse-
prezidentliyə öz namizədi yoxdursa, onda bu namizədi qurultay irəli 
sürür. Partiyaların milli qurultaylarının qərarları açıq səsvermə yolu 
ilə sadə səs çoxluğu ilə qəbul edilir. Əgər ABŞ prezidenti vəzifəsinə 
namizədlərdən heç biri qurultay nümayəndələrinin çoxluğunun səsini 
qazanmırsa, səsvermə bir neçə turda aparılır və namizədlərdən birinin 
qələbəsi ilə qurtarana qədər davam edir. 
Seçki günü ABŞ seçiciləri prezident və vitse-prezidentə 
yox, seçicilər kollegiyasının nümayəndələrinə  səs verirlər. Seçicilər 
kollegiyası üzvlüyünə namizədlər hər 50 ştatdan və Kolumbiya 
dairəsindən siyasi partiyaların komitələrinin vahid siyahısı üzrə 
prezident seçkisinə bir gün qalmış irəli sürülür. Seçkilərdə  iştirak 
edən hər bir partiyanın komitəsi öz ştatında o sayda seçici irəli sürə 
bilər ki, onlar həmin  ştatdan ABŞ Konqresinə seçilmiş senatorların 
və Nümayəndələr Palatasının üzvlərinin sayına bərabər olsun. 
 
318
Konstitusiyaya edilmiş 23 əlavəyə görə Konqresin heç bir palatasında 
öz nümayəndəsi olmayan Kolumbiya dairəsinin 3 seçici seçmək 
hüququ var. Ümumiyyətlə seçicilər kollegiyasının 538 üzvü var. Bu 
üzvlər ABŞ Konqresi üzvləri və dövlət qulluqçuları arasından 
seçilmir, hər ştatın qanunu və ənənəsinə görə prezident seçkisi günü 
həmin  ştatın təxmini qeydə alınmış seçiciləri yaşayış yerinə uyğun 
olaraq bu və ya digər siyasi partiyanın seçicilər kollegiyası üzvlərinə 
səs verirlər. 
Prezident seçkisindən bir gün sonra qaliblərin adı bilinir və 
onlar öz vəzifəsinə seçilmiş sayılır, həmən ilin dekabrın 2-ci 
çərşənbəsindən sonra 1-ci bazar ertəsi günü bir ay əvvəl seçilmiş 
seçicilər və ştatlarının paytaxtında və ya nəzərdə tutulan başqa xüsusi 
şəhərdə  yığılırlar və öz səslərini  şəxsən o prezidentliyə  və vitse-
prezidentliyə namizədə verirlər ki. onlar həmin  ştatda sıravi 
seçicilərin müəyyən çoxluq hissəsinin səsini toplayıb. Seçicilər 
kollegiyası heç vaxt bir yerə tam tərkibdə toplaşmır, onun üzvləri 
onların yerləşməsinə görə 51 kollegiyaya səs verirlər. 
ABŞ prezidenti və vitse-prezidentini rəsmi seçilmiş 
sayılması üçün seçicilərin çoxluğunun səsi lazımdır.  Əks halda 
konstitusiyaya edilmiş 12-ci əlavə qüvvəyə minir. Bu əlavəyə görə 
məsələyə Nümayəndələr Palatası baxır. Onlar namizədi daha çox səs 
toplamış 3 namizəd arasından seçirlər. Bu halda bu palata üzvlərinin 
sadə səs çoxluğunu toplayan şəxs prezident seçilir. Bu halda hər bir 
ştat ancaq bir səsə malik olur. Ona görə namizədin qələbəsi üçün 50 
səsdən 26-sı kifayətdir. Prezident seçkisi məsələsi həll ediləndən 
sonra Nümayəndələr Palatası eyni qaydada vitse-prezidenti də 
seçirlər. Seçicilər kollegiyasının səsverməsinin nəticələri seçkilərdən 
sonrakı ilin yanvarın əvvəlində ABŞ Konqresinin hər iki palatasının 
birgə iclasında yekunlaşdırılır, elan edilir, sonra təsdiq edilir və 
prezident ilə vitse-prezident rəsmi seçilmiş sayılır. 
Prezidentin bu vəzifədə olması müddətinin hesablanması 
seçkilərdən sonrakı ilin yanvarın 20-dən başlayır. Konstitusiyaya 
edilmiş 22-ci əlavəyə görə prezident iki dəfədən artıq seçilə bilməz. 
Əgər yeni prezident özündən  əvvəlki prezidentin ölməsi və ya 
istefasına görə  vəzifəsinə  həmin prezidentin müddəti qurtarmamış 
başlayırsa,  əgər o iki ili keçibsə, onda keçən müddət bütöv 4 illik 
sayılır,. Bu halda yeni prezident  yenidən ancaq bir dəfə seçilə bilər. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə