Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə76/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

 
303 
başladı. 1999-cu ildə  İngiltərə qoşunlarını  Şimali  İrlandiyadan 
çıxartdı. Lakin İRO (İrlandiya Respublika Ordusu) tərkisilah 
edilmədi. Yenidən terror aktları davam etməyə başladı. 
Bleer hökumətinin xarici siyasətində ABŞ-la yaxınlıq əsas 
yer tuturdu. London ABŞ-ın Sudan və  Əfqanıstanı bombardman 
etməsini müdafiə etdi. 1998-ci ilin dekabrında birgə «Səhrada tülkü» 
əməliyyatı  həyata keçirildi. 1999-cu ildə  İngiltərə ABŞ-la birlikdə 
Yuqoslaviyaya qarşı  hərbi  əməliyyatda iştirak etdi. Bu dövrdə 
İngiltərə NATO-nun şərqə doğru genişlənməsini və onun stratei 
konsepsiyasını müdafiə etdi. 
ХХЫ ясрин яввялляриндя дя Блеер щюкумяти АБШ йюнцмлц 
харижи сийасят йеритмякдя давам едирди. 2001-жи илдя Нйу-Йоркда 
баш вермиш террор щадисясиндян сонра Бюйцк Британийа да 2001-жи 
илин  сонунда  Яфганыстана, 2003-жц  илдя  ися  Ирага  гаршы  башланан 
щярби ямялиййатларда йахындан иштирак етди. 
 
Müasir Böyük Britaniya 
 
Son dövrdə  İngiltərə siyasətində «yaşıllar» partiyasının 
rolu artmışdır. Həmçinin kommunistlər və sosial-demokrat 
partiyasının nüfuzu da artmaqdadır.  İngiltərədə qeyri-istehsal 
sahələrində  işləyən muzdlu işçilərin 35%-ni «ağ qalstuklular» təşkil 
edirdi (yəni ziyalılar).  İngiltərənin hazırkı adı Böyük Britaniya və 
Şimali  İrlandiya birləşmiş krallığıdır ki, ona İngiltərə,  Şotlandiya, 
Olster və Uels daxildir. İngiltərənin  şahzadəsi Uels şahzadəsidir. 
Hazırda  İngiltərə dünyanın və Avropanın aparıcı dövlətlərindən 
biridir. Avropada fəaliyyət göstərən 500 inhisarın, demək olar ki, 
yarısı Böyük Britaniyaya məxsusdur. Böyük Britaniya Millətlər 
Birliyi vaxtı ilə İngiltərənin müstəmləkəsi olmuş və hazırda müstəqil 
olan 49 dövləti birləşdirir. Bu dövlətlərin hamısında dövlətin başçısı 
İngiltərə kraliçasıdır.  Böyük Britaniya ABŞ-la birlikdə dünya 
siyasətinin liderlərindəndir.  
2007-ci ilin əvvəllərində keçirilən parlament seçiklərindən 
sonra  İngiltərənin baş naziri Qordon Braun oldu. O, leyborist 
partiyasındandır və E.Bleerin siyasətini davam etdirir. 
 
 
304
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ABŞ-IN  SİYASİ  SİSTEMİ 
 


 
305 
Hələ 220 il öncə, 1787-ci ildə  qəbul edilmiş ABŞ 
Konstitusiyası indiyə qədər əsasən sabit qalmış, ancaq ona 26 əlavə 
edilmişdir. Bu əlavələr vasitəsilə Amerika cəmiyyətində demokratik 
prinsiplər daha da genişləndirilmiş və möhkəmləndirilmişdir. 
Amerikanın siyasi sistemi azad bazar iqtisadiyyatını, mülki 
vətəndaş  cəmiyyətini, vətəndaşların bütün hüquq və azadlıqlarını, 
demokratik prinsipləri, azad hakimiyyət bölgüsünü və s. özündə əks 
etdirir. 
Göründüyü kimi, ABŞ-da müasir demokratik prinsiplərə 
söykənən siyasi sistemin formalaşması üçün 200 ildən artıq təkamül 
yolu keçilməsi lazım gəlmişdir. ABŞ  təzə yaranarkən zəncilərin, 
hinduların və başqa etnik azlıqların vətəndaşlıq hüquqları yox idi. 
Onlar seçib seçilmək hüququna malik deyildilər. Qadınların kişilərlə 
bərabər hüquqları yox idi, onlar seçib seçilmək hüququndan məhrum 
idilər. 
Bütün bu və başqa hüquqların əldə edilməsi üçün gərgin və 
uzunmüddətli mübarizə lazım gəldi. Yalnız 1924-cü ildə hindulara 
vətəndaş hüquqları verildi. Qadınların kişilərlə  bərabər hüquqluğu 
1972-ci ildə  təsdiq edildi. Qadınlara seçki hüququ 1920-ci ilin 
avqustunda verildi. Lakin onu da etiraf etməliyik ki, ABŞ-ın Senatı 
və Nümayəndələr Palatasında indinin özündə də zəncilər və qadınlar 
kifayət qədər təmsil edilməmişlər. Konstitusiyaya edilmiş 13, 14, 15-
ci  əlavələrə görə  zəncilərə  vətəndaşlıq hüquqları verilsə  də, bu 
əlavələr 100 il kağız üzərində qaldı. Eləcə də XX əsrin 60-cı illərində 
ABŞ-da zəncilərə qarşı seqreqasiya və diskriminasiya hələ  də 
qalmışdı. 1964-cü ildə «Vətəndaş hüquqları haqqında qanun» və 
1965-ciildə «Seçki hüququ və bir sıra məhkəmə  qərarları haqqında 
qanun» qəbul edildi. Bu qanunlarla bütün ABŞ  vətəndaşlarının 
bərabər hüquqlu olması üçün təminat yaradıldı. Tarixi təcrübə 
göstərir ki, ABŞ-dakı kimi demokratik cəmiyyət qurmaq üçün 
uzunmüddətli, ağır və gərgin mübarizə etmək lazımdır. 
 
ABŞ-da  HAKİMİYYƏT  BÖLGÜSÜ 
 
ABŞ – ın siyasi sistemindən danışarkən ilk növbədə 
hakimiyyətin bölünməsi məsələsi qeyd edilməlidir. ABŞ – da 
hakimiyyət bölgüsü aşağıdakı qaydadadır: 
1. Qanunverici hakimiyyət 
 
306
2. İcra hakimiyyəti 
3. Məhkəmə hakimiyyəti 
Müasir dövrümüzdə müəyyən sistemlər mövcuddur. 
Onların içərisində ABŞ-ın siyasi sistemi özünəməxsusluğu və 
spesifikliyi ilə fərqlənir. Təkcə 1861- 1865-ci illərdə şimal və cənub 
arasında getmiş, böyük itkilərlə  nəticələnmiş  vətəndaş müharibəsini 
qeyd etsək kifayətdir. Bu da faktdır ki, bu hadisədən sonra ABŞ 
ərazisində  hərbi  əməliyyatlar aparılmayıb, hələ XVII əsrdə müasir 
ABŞ  ərazisində 13 ingilis koloniyası vardı. Koloniyaların iqtisadi 
inkişafı  və yerli burjaziyanın formalaşması ilə koloniyalar ilə 
metropoliya arasında fikir ayrılığı yarandı. Bu sonradan müstəqillik 
uğrunda müharibəyə çevrildi. 1776-cı ilin mayında Filadelfiyada 2-ci 
kontinental Konqres yaradıldı. Konqres istiqlaliyyət bəyannaməsinin 
mətninin tərtib edilməsi üçün aşağıdakı  tərkibdə komitə yaratdı. 
T.Cefferson, C.Adams, B.Franklin, R.Şerman və R.Livinqston. 
Ancaq mətnin son variantının müəllifi T.Cefferson idi. Bu layihə  
iyunun 28 – də  Konqresə  təqdim edildi. Gərgin müzakirələrdən 
sonra 1776-cı ilin  iyulun 4 –  də Konqres bəzi düzəlişlərlə 
«İstiqlaliyyət Bəyannaməsini» qəbul etdi. 
Bu tarixdən etibarən ABŞ-ın suveren dövlət kimi fəaliyyəti 
başlayır.  İstiqlaliyyət Bəyannamısi imzalamış konqresin iştirakçıları 
«Ümumi konqresə toplaşmış ABŞ-ın nümayəndələri kimi» sənədin 
sonunda bildirirdilər ki, «əslində  və hüquqa görə azad və müstəqil 
ştatlar olmalıdırlar». 
Bəyannamənin ən əsas hissəsi preambula hissəsi idi. 
Preambulada deyilirdi: «Biz bu həqiqətləri şübhəsiz hesab 
edirik: bütün insanlar bərabər hesab edilirlər və onların hamısı bu 
toxunulmaz hüquqlara malikdirlər:  yaşamaq, azadlıq və xoşbəxtliyə 
cəhd. Bu hüquqların təminatçəsı hökumət olub, o özünün ədalətli 
hakimiyyətini insanların razılığı ilə həyata keçirir. Əgər idarəetmənin 
bu forması bu məqsədin həyata keçirilməsi üçün məqbul sayılmırsa, 
onda xalqın onu dəyişdirməyə və yeni hökumət təşkil etməyə hüququ 
vardır. Bu hakimiyyət təşkilatı xalqa arxalanmalı, onun mənafeyini 
müdafiə etməli və onun xoşbəxtliyinə  və  təhlükəsizliyinə cavabdeh 
olmalıdır». Bəyannaməyə uyğun olaraq koloniyaların hər biri 
müstəqil idi və öz ərazisində geniş səlahiyyətə malik idi. 
1777-ci ilin  iyulun 4 – nə qədər Massaçusets, Konnektiku-
ta və Rod-Aylend koloniyaları istisna olmaqla, ştatlar öz  ərazisində 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə