Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə84/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   77   78   79   80   81   82   83   84   85

 
335 
salsın. Prezident federal qanunlarla məhkum edilmiş  şəxslərin  əhv 
edilmə  və bu qanunları  təxirə salma hüququna malikdir. Prezident 
partiyada heç bir vəzifə tutmur, lakin partiyanın lideri hesab edilir. 
Gərgin daxili və xarici vəziyyətlərdə prezident fövqəladə 
səlahiyyətlərdən istifadə edə bilər. Prezidentin qanunverici prosesdə 
böyük rolu var. Prezident administrasiyasının qanunverici proqramını 
formula edərək seriyalarla konqresə göndərir, buna görə prezident 
faktiki olaraq qanunverici siyasətin lideri sayılır. Konqresə 
göndərilən belə layihələrdən biri büdcə layihəsidir, hansını ki, Ağ 
evin ekspertləri hazırlayır.  İcraedici hakimiyyətin başçısının 
prezident fərmanları vermək hüququ var, hansı ki, faktiki qanun 
qüvvəsinə malikdir. Prezidentlə  bərabər 4 illiyə  həm də vitse-
prezident də seçilir. Öz növbəsində onların hər ikisi bir ştatın sakini  
ola bilməz. Konstitusiyaya görə vitse-prezident səlahiyyətləri Senatda 
sədrlik etməklə  məhdudlaşır.  Əgər senatorların səsləri bərabər 
bölünərsə, vitse-prezidentin səsi səsvermənin nəticələrini həll edir. 
1933-cü ildə konstitusiyaya edilmiş 20-ci əlavəyə görə əgər prezident 
vəfat edərsə  və ya vəzifəni icra etməyə qabil olmazsa, onu vitse-
prezident əvəz edir. 
 
PREZİDENTİN   İCRAEDİCİ   İDARƏSİ 
 
Konstitusiyada nəzərdə tutulmamış, lakin həyatın reallığından 
doğaraq yaranmış  Ağ evdə bütün idarələrin üst orqanı olan 
prezidentin icraedici idarəsi adlı bir orqan var. Bu orqan 1939-cu ildə 
F.Ruzvelt tərəfindən yaradılmış  və prezident hakimiyyətinin daha da 
möhkəmlənməsinə gətirib çıxarmışdır. Prezident İcraedici İdarəsinin 
(P.İ.İ.) tərkibində 1970-ci ildə  ən çox 4742 nəfər çalışırdı. 1986-cı 
ildə onların sayı 1492 nəfərə  qədər azaldıldı. P.İ.İ. strukturunda 
aşağıdakı bölmələr var: 1) Ağ evin apparatı. Bura ayrı-ayrı məsələlər 
üzrə prezidentin köməkçiləri daxildir. 2) Büdcə administrasiyası 
idarəsi. 3) Prezident yanında iqtisadi sovet. 4) Milli təhlükəsizlik 
soveti. 5) Siyasətin işlənilməsi idarəsi. 6) Elm və texnika sahəsi üzrə 
siyasi məsələlər idarəsi. 7) Ətraf mühitin keyfiyyəti üzrə sovet. 8) 
Ticarət danışıqlarında ABŞ nümayəndəsi idarəsi. 9) Administrativ 
kömək bölməsi. 10) Vitse-prezident apparatı. 
 
336
Milli Təhlükəsizlik  Şurası (M.T.S.) prezident yanında 
məsləhətçi orqanıdır. Daxili xarici və  hərbi siyasət məsələlərinin 
koordinasiya etməklə məşğul olur. M.T.S-in sədri ABŞ prezidentidir. 
Ondan başqa sovetin daimi üzvləri vitse-prezident dövlət katibi 
vəmüdafiə naziridir. M.T.S. işində  məsləhətçi kimi mərkəzi 
kəşfiyyatın direktoru və  qərargah rəisləri komitələrinin sədri də 
iştirak edir. M.T.S. aparatına prezidentin milli təhlükəsizlik 
məsələləri üzrə köməkçisi başçılıq edir. 
Siyasətin işlənilməsi idarəsi-prezidentin çox olmayan 
köməkçilərindən ibarətdir, onlardan biri idarənin rəisi funksiyasını 
yerinə yetirir. İdarə iqtisadi və daxili siyasətinin aparılması, 
koordinasiya və formula edilməsi üçün ABŞ prezidentinə məsləhətlər 
hazırlayır. Bu idarə  həmçinin nazirlər kabinetinin müvafiq 
sovetlərinin iclaslarının işini təmin edir.  
Elm və texnika sahəsində siyasi məsələlər üzrə idarəyə 
əsasən elm sahəsinin nümayəndələri tərəfindən formalaşdırılır və 
prezidentin elm üzrə müşaviri tərəfindən başçılıq edilir. İdarə 
məsləhət işləyib hazırlayır, hansı ki, elmi-axtarış  işləri haqqında 
dövlət proqramını aiddir. Elmi-texniki tərəqqinin iqtisadiyyata, xarici 
və  hərbi siyasətə, səhiyyədə  və  ətraf mühitin vəziyyətinə  təsirini 
analiz edir və proqnozlaşdırır. 
Ticarət danışıqlarında ABŞ nümayəndəsi idarəsinə  səfir 
dərəcəsində olan rəsmi şəxslər başçılıq edir və onlar prezidentə tabe 
olurlar. Ticarət danışıqlarında ABŞ-nın nümayəndəsi həm də 
beynəlxalq çoxtərəfli və ikitərəfli danışıqların aparılmasına ümumi 
rəhbərlik edir, hansı ki, ticarət və mal ehtiyatlarına aiddir. O, həm də 
ABŞ-ın xarici ticarət siyasətinin formalaşmasına da ümumi rəhbərlik 
edir. Tutduğu vəzifəyə görə o, ABŞ idxal-ixrac bank idarəsinin 
üzvüdür. 
 
NAZİRLƏR  KABİNETİ 
 
Nazirlər Kabineti konstitusiyasından kənar yaradılmış 
prezident yanında məsləhətçi orqanıdır. Artıq ABŞ-ın birinci 
prezidenti C.Vaşinqton icraedici departamentlərin bütün başçılarının 
qeyri-formal iclaslarını praktikada tətbiq edir, prezidenti 
maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırdı. 1793-cü 
ildə bu iclaslar kabinetin iclası adını aldı. 


 
337 
Kabinetin tərkibinə 13 federal nazirliyin başçıları daxildir, 
ancaq prezident istəsə, bu tərkibə başqa vəzifəli şəxsləri də daxil edə 
bilər. Kabinetin üzvləri adətən prezidentin üzv olduğu partiya üzvləri 
olurlar. Kabinetin iclaslarında vitse-prezident də  iştirak edir və 
müzakirə edilən məsələyə aidiyyatı olan icraedici apparatın 
nümayəndələri də  dəvət edilə bilər.  İclasların protokolu tutulmur. 
İclasların ardıcıl olması  və gündəlik məsələ prezidentdən aslıdır. 
Prezident tərəfindən həm də kabinetin katibi təyin edilir ki, o, 
iclasları hazırlasın və təşkil etsin. 
İcraedici hakimiyyətin bürokratik apparatına Prezidentin 
İcraedici  İdarəsindən başqa ( P.İ.İ. ) nazirliklər sistemi və başqa 
administrativ idarələr də daxildir. Nazirliklərin başçıları birbaşa 
prezidentə tabedirlər. Prezident tərəfindən Senatın razılığı ilə  təyin 
edilirlər, lakin vəzifəsindən prezident tərəfindən təkbaşına azad 
edilirlər. Nazirlik porfellərinin bölüşdürülməsi çətin siyasi prosessdir. 
Prezident bütün qrupların maraqlarını nəzərə almalıdır. Administrativ 
idarələr Konqresin təşəbbüsü ilə yaradılırlar və Konqresdə onların 
vəzifələrini və  səlahiyyətlərini müəyyənləşdirir. Ona görə  də belə 
administrativ idarələri müstəqil agentliklər adlandırırlar. Bu 
idarələrin başçıları prezident tərəfindən vəzifəsindən azad edilə 
bilməz. Ancaq Konqresin hüququ var ki, bu dövlət müəssisələrinə 
nəzarət etsin, onların başçılarını komitələrinin iclaslarında 
dinləsinlər.  İndiki vaxtda federal icraedici aparatda aşağıdakı 
nazirliklər var: 
1) 1789-cu ildə yaradılmış Dövlət departamenti. Bu ABŞ-
ın Xarici İşlər Nazirliyidir. Konstitusiyaya görə xarici siyasət 
prezidentin səlahiyyət dairəsində olduğu üçün departamentin başçısı ( 
dövlət katibi ) formal olaraq prezidentin xarici siyasət məsələləri üzrə 
baş  məsləhətçisi sayılır. Dövlət departamenti xarici siyasətin 
aparılması və işlənilməsi sahəsində prezidentə məsləhət verir və onun 
tapşırığı ilə beynəlxalq danışıqları aparır, ABŞ-nı beynəlxalq 
təşkilatlarda təmsil edir, diplomatik və konsulluq xidmətinin işlərini 
təşkil edir. Xarici siyasət kursunu həyata keçirərkən Dövlət 
Departamenti mənəvi diplomatik fəaliyyətlə kifayətlənmir və 
aşağıdakı sahələrə aktiv qoşulur: hərbi və ticarət-iqtisadi siyasət, 
kəşfiyyatçılıq fəaliyyəti, xarici siyasət təbliğatı, energetika
ekologiya, yarımfabrikat və ərzaq ehtiyatları və s. 
 
338
2) Müdafiə Nazirliyi, 1788-1947-ci illərdə ABŞ-nın hərbi 
nazirliyi olub, 1947-ci ildə bu nazirliyin yenidən təşkili  əsasında o 
Müdafiə Nazirliyinə çevrilib. ABŞ-ın silahlı qüvvələrinə aidiyyatı 
olan məsələlərlə məşğul olur. ABŞ silahlı qüvvələrinin hərbi hazırlığı 
və material-texniki təhcizatı üçün məsuliyyət daşıyır. Nazirliyin 
səlahiyyət dairəsinə silahlı qüvvələrin idarəedilməsi təşkilatına 
rəhbərlik etmək də daxildir. 
Müdafiə naziri Senatın razılığı ilə prezident tərəfindən 
mülki şəxslərin arasından təyin edir və ona ABŞ Silahlı Qüvvələrinin 
Ali baş komandanının (prezidenti) əsas köməkçisi kimi baxılır. 
Nazirliyin qeyri-rəsmi adı Pentoqon adlanır ( nazirliyin binasının ilə 
adıdır ), onun sirrlərinin saxlanmasına ciddi nəzarət altındadır. 
Müdafiə Nazirliyinin strukturuna ona tabe olan silahlı 
qüvvə formasında olan 3 nazirlik daxildir: 1) ordu (quru qoşunlar); 2) 
hərbi hava qüvvələri  ( H.H.Q ); 3) Hərbi Dəniz Qüvvələri (H.D.Q. ). 
bu nazirlər prezident tərəfindən mülki şəxslərin arasından təyin 
edilirlər, onlar kabinetin üzvü deyirlər. 
Müdafiə Nazirliyinin strukturuna Rəislərin Qərargahları 
Komitəsi də ( R.Q.K. ) daxildir. R.Q.K. sədrdən, ordu qərargahlarının 
rəislərindən, H.H.Q. və H.D.Q. və  dəniz piyadası qoşunlarının 
komandalarından ibarətdir. R.Q.K. geniş  iş aparatına malikdir. O, 
strateji və  səfərbərlik planlarını hazırlayır, silahlı qüvvələrin 
qurulmasının  əsas proqramını  və silahların inkişafı proqramını da 
hazırlayır. Bu aparatın tərkib hissələri Birləşmiş  Qərargah, Strateji 
planlaşdırma və ehtiyatlar idarəsi, Kosmos planlaşdırılması  və 
istifadə edilməsi birləşmiş  qərargah və s-dir. R.Q.K. ABŞ-ın hərbi 
təmsilçilərinin beynəlxalq danışıqlarda iştirakını təmin edir. 
Müdafiə Nazirliyinə həm də bir neçə idarələr ( agentliklər ) 
və ali hərbi tədris müəssisələri də daxildir. MN-nin agentlikləri: 
Perspektiv axtarışlar və işləmələr idarəsi, Nüvə hərbi sursatı idarəsi, 
Milli təhlükəsizlik agentliyi, Kəşfiyyatçılıq idarəsi, Hərbi kömək 
göstərilməsi idarəsi, Kartoqrafiya idarəsi, Cəbhə arxası idarəsi və s. 
M.N. silahların böyük dövlət sifarişçiləridir. M.N. hərbi-
siyasi və hərbi-strateji doktrina və konsepsiyaların, canlı qüvvənin və 
hərbi texnikanın tədarükçüsüdür. 
3) Maliyyə Nazirliyi. Bu nazirlik 1789-cu ildə yaradılıb. 
Bu nazirlik dövlətin iqtisadiyyat, maliyyə, vergi və pul-kredit siyasəti 
sahəsində tövsiyyələrini hazırlayır, hökumətin maliyyə agenti kimi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə