Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə82/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   77   78   79   80   81   82   83   84   85

 
327 
prezident olarkən ekoloji proqrama ayrılan ianələri azaltdı. 1980-ci il 
seçkilərində RP – nın  qalib gəlməsi ilə, hərəkat Konqresdə olan 
tərəfdarlarını itirdi. 
ABŞ-da yaşlılar hərəkatı da geniş yayılmışdı. XX əsrin 80-
ci illərində bu hərəkatda iki amil mühüm idi: 1) ABŞ-da sosial 
sığortalanma sisteminin böhranlı  vəziyyəti; 2) demoqrafik 
yerdəyişmələr. Müasir mərhələdə bu hərəkatın əsas məqsədi əvvəllər 
qazanılan sosial hüquqların qorunub saxlanmasıdır. Bu isə 
qocalarkən sosial təminat və tibbi yardım edilməsi hüquqlarıdır. RP 
hakimiyyətdə olanda yaşlıların sosial təminatı ilə bağlı ianələr 
azaldıldı və bu hərəkat gücləndi. Bu hərəkatın 80-ci illərdə aşağıdakı 
təşkilatları vardı: - «Amerika təqaüdçülərinin assosasiyası» (1958, 
14,5 milyon üzvü var ), «Amerikanın yaşlı    vətəndaşlarının milli 
soveti» (1961, 4 milyon üzv ), «Yaşlı  vətəndaşların milli alyansı» 
(1974, 800 min üzv ) və s. Ümumiyyətlə yaşlıların 35 ictimai təşkilatı 
vardır. Bu hərəkat öz fəaliyyətini bütün sahələrdə öz lobbiləri vasitəsi 
ilə qurur, həmkarlar ittifaqları ilə fəaliyyətini əlaqələndirirlər. 
ABŞ-da konsyumerizm (ingiliscə - «istehlakçı» deməkdir) 
hərəkatının kökü XIX əsrə gedib çıxır. Konsyumerizmin öz tarixi 
1928-ci ildən başlayır. Bu vaxt birinci «İstehlakçılar üçün axtarış» 
yaradılmışdır.    Bu  təşkilat məhsulun keyfiyyəti üzrə lobaratoriya 
yoxlaması aparır və  nəticələri ictimaiyyətə bildirir. 1936-cı ildə bu 
təşkilatdan «ABŞ-ın istehlakçılar ittifaqı» ayrıldı. Bu təşkilatlar 
alıcılar arasında sorğular aparır və  nəticələri aylıq nəşr olan 
«Konsyumer riports» jurnalında dərc etdirirlər, jurnalın abunəçiləri 
bu təşkilatın üzvü sayılır. 
R.Heyderin adı ilə bağlı olan «yeni konsyumerizm», hansı 
ki, XX əsrin 60-cı illərinin sonlarında yaranıb, birinci yerə siyasi 
mübarizəni qoyur, bütün səviyyələrdə seçkilərdə  fəal iştirak edir, 
lobbi fəaliyyəti ilə  məşğul olurlar. Heyderin yaratdığı  təşkilatlardan 
«Qanunun məsuliyyətli tətbiqinin öyrənilməsi mərkəzi» (1968), 
«Vətəndaş-ictimayyətçi» (1971), «Konqresin fəaliyyətini müşahidə» 
(1973) və sairəni göstərmək olar. 1967-ci ildə yaranmış «Amerika 
istehlakçılarının federasiyası» ən iri və ən güclü təşkilat hesab olunur. 
 
 
 
 
 
328
KONQRESİN   KOMİTƏLƏRİ 
 
Konqresin fəaliyyətində daimi və xüsusi komitələr mühüm 
rol oynayır. Onlar hər 2 palatada təşkil edilir, hər bir komitə dövlət 
idarəçiliyinin konkret bir sahəsində xidmət göstərir. Senatda 16 daimi 
və 4 xüsusi komitə var. Daimi komitələr: 1) kənd təsərrüfatı, ərzaq və 
meşə təsərrüfatı üzrə; 2) ianələr üzrə;  3) silahlı qüvvələrin işi üzrə
4) bank işi, ev tikintisi və şəhərlərin problemi üzrə;   5) büdcə; 6) ti-
carət, elm və nəqliyyat üzrə; 7) enerji və təbii ehtiyatlar üzrə;  8) ətraf 
mühitin problemləri və ictimai iş üzrə; 9) maliyyə; 10) xarici işlər 
üzrə;  11) hökumət məsələləri üzrə; 12) hüquq üzrə; 13) əmək və əha-
li ehtiyatları üzrə; 14) senatın reqlamenti və administrasiyası  məsə-
lələri üzrə; 15) xırda biznes məsələləri üzrə; 16) veteranların işi üzrə. 
Xüsusi komitələr: 1) kəşfiyyat üzrə; 2) hindu məsələləri 
üzrə; 3) etika üzrə; 4) yaşlıların işi üzrə. 
Nümayəndələr Palatasında 22 daimi və 5 xüsusi komitə 
var. Daimi komitələr: 1) kənd təsərrüfatı üzrə; 2) ianələr üzrə; 3) 
silahlı qüvvələrin işi üzrə; 4) bank işi, maliyyə  və  şəhərlərin 
problemləri üzrə; 5) büdcə üzrə; 6) Kolumbiya dairəsinin işi üzrə; 7) 
təhsil və əmək üzrə; 8) enerji və ticarət üzrə; 9) xarici işlər üzrə; 10) 
hökumət  əməliyyatları üzrə; 11) palatanın administrasiya məsələləri 
üzrə; 12) daxili və adalar işi üzrə; 13) hüquq üzrə; 14) dənizçilik 
ticarəti və balıqyetişdirmə üzrə; 15) poçt işləri və  vətəndaş xidməti 
üzrə; 16) ictimai işlər və nəqliyyat üzrə; 17) qanunlar komitəsi üzrə; 
18) elm, kosmos və texnika üzrə; 19) xırda biznes məsələləri üzrə; 
20) rəsmi  şəxslərin xidmət hərəkətləri standartları üzrə; 21) 
veteranların işi üzrə; 22) mədaxil və məxaric üzrə  
Xüsusi komitələr: 1) kəşfiyyat; 2) ahılların işi üzrə; 3) 
uşaq, gənclər və ailə  işləri üzrə; 4) aclıq problemi üzrə; 5) narko-
maniya problemi və narkotiklər üzərində nəzarət üzrə. 
Daimi komitələrin  əsas vəzifəsi öz sahəsinin problemləri 
üzrə qanun layihələri hazırlamaqdır. Komitələr tərəfindən hazırlan-
mış qanun layihələrinin və  qətnamələrin 90%-i hər 2 palata tərəfin-
dən bəzi əlavələrlə bəyənilir. 
Komitələrin vəzifələri sırasında öz sahəsinin federal 
hökumətləri orqanları ilə  əlaqə saxlanılması  və  nəzarətin həyata 
keçirilməsi, bu orqanların fəaliyyətinin yoxlanılması, həmçinin fərdi 
şəxs və  təşkilatların da, komitələrin maraqları sferasını  əks etdirən 
istənilən məsələ üzrə dinləmələr keçirməsi də daxildir. 


 
329 
Komitələrin sədrləri konqresdə seçilən fiqurlar hesab 
edilirlər. Sədr komitənin bütün işinə rəhbərlik edir: - iclası təyin edir, 
hansı qanun layihəsinə baxılacağını, dinləmələr aparılmasını  təyin 
edir və alt-komitələri yaradır. Komitə  sədri vəzifəsini iş sahəsində 
təcrübəli olan, konqresin üzvü olan şəxs tutur. Xüsusi komitələr 
palatalar tərəfindən müəyyən bir məqsədi yerinə yetirmək üçün 
yaradılır, lakin praktikada onların çoxu konqresin bir neçə çağırışları 
müddətində  fəaliyyət göstərir, öz səlahiyyətləri və  iş metodları ilə 
faktiki olaraq daimi komitələrdən fərqlənmir. 
Həm də  hər iki palatanın birləşmiş komitələri də mövcuddur. 
Belə komitələr dörddür: 1) iqtisadi; 2) vergi qoyuluşu; 3) konqresin 
kitabxanası üzrə; 4) nəşriyyat üzrə. Onların əsas vəzifəsi palataların 
mövqelərini koordinasiya etməkdən ibarətdir. Onlar qanun layihələri 
hazırlamırlar. 
Demək olar ki, bütün daimi komitələr alt komitələri 
yaradırlar. Alt-komitələr komitələrin kompetensiyası  çərçivəsində 
daha xırda problemlərlə məşğul olurlar. Alt-komitələrdə qanunverici 
aktların mətnləri hazırlanır, sonra komitə və palatalarda təsdiq edilir. 
Alt-komitələr öz heyətinə görə çox deyil. Onların işində sədr böyük 
rol oynayır. 100-cü çağırış Konqresin Sanatın da 60 alt-komitə, 
Nümayəndələr Palatasında isə 82 alt-komitə var. 
Alt-komitədə üç tərəf sıx  əməkdaşlıq edir: 1) qanunverici 
problemlərlə  məşğul olanlar; 2) federal bürokratiyanın müvafiq 
idarələri; 3) lobbilər-kapital qruplarında maraqlı olanlar. 
 
PARTİYA   FRAKSİYALARI 
 
ABŞ-ın Konqresində 2 böyük burjua partiyası – Demokratlar 
və Respublikaçılar partiyaları  təmsil olunub. Konqresin hər 2 
palatasında hər 2 partiyanın fraksiyası formalaşır.  Əksəriyyətin 
fraksiyası – mövcud palatada yerlərin çoxuna sahib olanlar və azlığın 
fraksiyası. 
Periodik olaraq fraksiyaların iclasları olur. Orada Konqresin 
palatalarının fəaliyyəti məsələlərinə baxılır. Fraksiyaların iclaslarında 
komitə sədrlərinin seçilməsi, komitələrin sıralarına partiya üzvlərinin 
müəyyənləşdirilməsi vəs. məsələlərə baxılır. Həm də Konqresin 
gündəliyində duran siyasi, iqtisadi və sosial problemlər də müzakirə 
 
330
edilir. Partiya fraksiyaları öz fəaliyyətlərində partiyaların milli 
rəhbərliyindən asılı deyillər. Konqresin üzvləri isə fraksiya liderinin 
əmri ilə səs verməyə borclu deyillər. Bu onunla bağlıdır ki, Konqres 
üzvünün seçilməsi yerli dairənin və ya ştatın yerli partiya orqanından 
asılıdır, həm də konqresmenlər seçkilər vaxtı onları maliyyələşdirən 
yerli kapitalistlərin siyasi, iqtisadi və s. maraqlarını ifadə edirlər. 
Hər palatanın partiya fraksiyaları özlərinin liderini və onun 
müavinini seçirlər. Senatda çoxluğun lideri vacib fiqur hesab edilir. 
O, öz partiyasının qanunverici proqramını formula edir. Senatın iş 
qaydasını müəyyənləşdirir, komitələrlə  əlaqəsini həyata keçirir, 
komitələrdə senatorlar arasında yerlərin bölüşdürülməsində  iştirak 
edir. Öz müavini ilə bir yerdə fraksiya lideri qanunverici təkliflərlə öz 
partiyasının maksimal dəstəyini təmin edir. Şəxsi təsirindən istifadə 
edərək senatorlara bu və digər xidmətlər göstərir, pərdəarxası 
kompromislərin qazanılmasında fəal vasitəçilik edir. Nümayəndələr 
Palatasında çoxluğun lideri palatanın spikerindən sonra partiya 
ierarxiyasına görə 2-ci yeri tutur. 
Azlığın lideri isə  həm Senatda, həm də Nümayəndələr 
Palatasında müxalifətin siyasətini formula edir və onun xeyrinə 
dəstəyin təmin edilməsi üçün işlər görür, hər iki palatanın partiya 
fraksiyalarının rəhbərliyi icraedici hakimiyyət ilə Konqres arasında 
əlaqələndirici rolunu ifa edir. Prezident tez-tez Konqresdə olan öz 
partiyasının lideri ilə, hərdən bir isə hər iki partiyanın liderləri ilə bir 
yerdə  məsləhətləşir. Bu o vaxt vacib olur ki, o, Konqresdən öz 
təşəbbüsünün dəstəyini istəyir. 
 
KONQRESİN  VƏZİFƏLİ  ŞƏXSLƏRİ 
 
Hər iki palatanın öz vəzifəli  şəxsləri var. Nümayəndələr 
Palatasının spikeri ən mühüm təsiredici  şəxslərindən biridir. Spiker 
vəzifəsinə namizəd palatada çoxluğun fraksiyası  tərəfindən irəli 
sürülür və palatanın iclasında təsdiq edilir. Spiker palatada sədrlik 
edir, çoxluğun fraksiyasına rəhbərlik edir, qanun layihələrinin 
baxılması qaydasını müəyyənləşdirir, qanun layihələrini komitələrə 
göndərir,  palatanın bütün üzvünə söz verilməsi və ya verilməməsi də 
ona məxsusdur. Onun palatada çəkisini nəzərə alan prezident və 
kabinetin üzvləri spiker ilə  işgüzar  əlaqələr yaradır və ona siyasi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə