Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə81/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   77   78   79   80   81   82   83   84   85

 
323 
dünya uğrunda mübarizə aparın» təşkilatını yaradırlar. ( 1981-ci il ). 
Hərb  əleyhinə  hərəkat Vyetnam müharibəsi zamanı kütləvi xarakter 
aldı. 1969-cu il oktyabrın 15-də 2 milyon əhali müharibə  əleyhinə 
özlərinin gündəlik vəzifələrin icra etməkdən imtina edir. 
XX  əsr 70-ci illərin ikinci yarısında yeni təşkilatlar və 
koalisiyalar yaranır, onlar öz fəaliyyətini 80-ci illərdə  də davam 
etdirirlər. Buna misal olaraq «Yeni xarici və  hərbi siyasət uğrunda 
koalisiya» ( 1976-cı il ), «Həyatın saxlanması uğrunda səfərbərlik» ( 
1977-ci il ), «İş və dünya», «ABŞ dünyası soveti» ( 1979-cu il ) və s. 
göstərmək olar. 
80-ci illərin birinci yarısında 50 ştatın hamısında nüvə 
silahının dondurulması  uğrunda çıxış edən təşkilatlar yaranır. Onlar 
1981-ci ildə «Nüvə silahının dondurulması  uğrunda kampaniya»da 
birləşdilər. 1987-ci ildə bu təşkilat ilə «Ağıllı dünya uğrunda 
vətəndaşların təşkilatı» adlı qurum birləşdi. 
Müşaribə  əleyhinə  hərəkatın  ənənəvi üzvlərinə sonradan 
həkimlər, müəllimlər, ruhanilər, biznesmenlər də qoşulur. Biznes-
menlər bu hərəkata pul buraxırlar. Bu hərəkatda əsas yer siyasi elita 
nümayəndələri olan konqresmenlərə, senatorlara məxsusdur. Bu 
hərəkatın sıralarında passifist təşkilatlar da fəaliyyət göstərir. Son 
illər passifizmin yeni istiqaməti olan «nüvə passifizmi» yaranmışdır. 
Onun tərəfdarları güc tətbiq edilməsinin  əleyhinə deyil, hər hansı 
şəkildə nüvə silahından istifadənin əleyhinədirlər. 
İndi Amerika zəhmətkeşlərinin istifadə etdikləri demok-
ratik hüquq və azadlıqlar gərgin mübarizə  nəticəsində qazınılıb. 
«Vətəndaş hüquq və azadlıqlarının müdafiəsi» hərəkatının tarixi 
qədimdir. ABŞ-ın Konstitusiyasına edilmiş ilk 10 düzəlişdə ( 
«Hüquqlar haqqında bill» ) əks olunan hüquq və azadlıqlar ancaq ağ 
kişilərə - mülkiyyət sahiblərinə aid edilmişdi. Vətəndaş 
müharibəsindən sonra konstitusiyaya edilmiş 13; 14; 15-ci 
düzəlişlərə görə  zəncilər də  vətəndaş hüquqları ilə  təmin edilmişdi. 
Lakin bu 100 il kağız üzərində qalmışdı.  
On illərlə mübarizə lazım gəldi ki, hindulara seçki hüququ 
verilsin. Yalnız 1924-cü  ildə Konqresin qərarı ilə ABŞ  vətən-
daşlarının hüquqları hindulara şamil edildi.  Ancaq ştatların 
konstitusiyasında müvafiq dəyişikliklər İkinci dünya müharibəsindən 
sonra edildi. 
 
324
XX  əsrin 50-ci illərin ortalarında qara amerikanların 
vətəndaş hüquqları  uğrunda hərəkatı başlayır. Hərəkatın məqsədi 
qara dərililərin ağlarla eyni hüquqi azadlıqlara malik olmasının 
qarşısını alan seqreqasiya və diskriminasiyanın ləğvi idi. Hərəkatın 
başında qara dərili M.L.Kinq, Y.Yanq, R.Uilkins, A.F.Rendolf 
dururdu. Bu hərəkatın nəticəsində 1964-cü ildə «Vətəndaş hüquqları 
haqqında qanunu», 1965-ci ildə «Seçki hüququ və bir sıra məhkəmə 
qərarları qanunu» qəbul edilir. Bu qanunlarla Amerikanın bütün 
vətəndaşlarının bərabərhüquqlu olması təmin edildi. 80-ci illərdə Ağ 
evim dəstəyi ilə 1964 və 1965-ci illərdə verilmiş qanunlar əleyhinə 
Konqresdə hücum başlandı. Lakin buna baxmayaraq ictimai rəyin 
təsiri ilə 1983-cü ildə Konqresdə 1985-ci ildə müddəti qurtaran seçki 
hüquqları haqqında qanunun vaxtı uzadıldı. 1988-ci ildə  vətəndaş 
hüquqlarının bərpa edilməsi haqqında qanun verildi. Vətəndaş 
hüquqları  və azadlıqlarının müdafiəsi uğrunda mübarizə formaları 
müxtəlifdir. Bu ABŞ Konqresinə,  ştatların qanunverici iclasına 
kütləvi təzyiq kampaniyası, lobbizm, diskriminasiya qurbanlarının 
məhkəmə müdafiəsi, BMT-yə petisiya formasında müraciət 
formasında və s. olur. Biz aşağıdakı təşkilatları göstərə bilərik ki, bu 
yolda mübarizə aparırlar: «Vətəndaş hüquqları üzrə rəhbərlik soveti» 
(1950), «Repressiv qanunvericilik əleyhinə milli komitə» (1980), 
«Siyasi hüquqların müdafiəsi fondu» (1973), «Konstitusiya 
hüquqlarının müdafiəsi mərkəzi» (1988), «Müstəqil oxumaq uğrunda 
fond»  (1989 ) və s. təşkilatları göstərmək olar. 
1923-1933-cü illər iqtisadi böhranı vaxtı ABŞ Kommunist  
Paritiyasının təşəbbüsü ilə  «İşsizlər hərəkatı» yaranmışdır. 1933-cü 
ilin payızında ABŞ-da işsizlərin sayı rekord miqdara 17 milyona 
çatırdı.  İşsizlərin 1-ci mitinqi 1929-cu ilin noyabrında Detroyt, 
Klivlend, Nyu-York və s. şəhərlərdə olur. 1930-cu ilin  martın 6 – da  
işsizlərin 1-ci ümummilli nümayişi oldu. Bir milyon adam iştirak 
etdi. 1930-cu ilin yayında işsizlər «İşsizlərin milli konqresi» 
yaradıldı. 30-cu illərin işsizlər hərəkatı nəticəsində F. Ruzvelt sosial 
xarakterli qərarlar verməyə məcbur oldu. 
80-ci illərin iqtisadi böhranı vaxtı yenə də işsizlər hərəkatı 
fəallaşdı. 1981-ci ilin martında Buffalo şəhərində  işsizlərin milli 
birləşmiş komitəsi yarandı. 1981-ci il  oktyabrın 18 - də Vaşinqtonda 
həmrəylik günü münasibəti ilə  ən böyük nümayiş oldu. 1983-cü il  
iyulun 2-3 - də Çikaqoda işsizlərin milli qurultayı oldu. Qurultayda 


 
325 
115 müxtəlif ictimai təşkilatı, 22 ştatdan və 81 iri şəhərdən 32 
həmkarlar ittifaqını  təmsil edən 500 nümayəndə  iştirak edirdi. 
Qurultay qərar verdi ki, sosial ədalət və  əmək hüququ uğrunda 
mübarizə aparmaq üçün işsizlərin ümummilli hərəkatı yaradılsın. 
1984-cü ildən iqtisadi artım başlaması ilə  əlaqədar işsizlər hərəkatı 
zəiflədi. 
XIX  əsrin ortalarında ABŞ-da qadınların seçki hüquqları 
ilə təmin edilməsi uğrunda mübarizə aparan hərəkat yarandı. 1848-ci 
ildə Seneka-Follz şəhərində qadınların birinci qurultayında onlara 
seçki hüquqları verilməsi dəstəkləndi. Bu məsələ ilə əlaqədar 1878-ci 
ildə konstitusiyaya əlavə  təklif edildi. Bu əlavə 1919-cu ildə 
Konqresdə qəbul edildi  1920-ci ilin avqustundan isə qüvvəyə mindi. 
XX  əsrin 80-ci illərində qadın təşkilatlarının sayı 250 idi. 
Lakin onlara vahid rəhbərlik yox idi. 1966-cı ildə «Qadınların milli 
təşkilatı» yarandı. 80-ci illərin əvvəllərində onun sıralarında 900 yerli 
bölməni birləşdirən 250 min üzv var idi. 1968-ci ildə «Qadınların 
bərabər hüquqluğu uğrunda mübarizə liqası», 1971-ci ildə 
«Qadınların milli-siyasi iclası» və s. təşkilatlar yarandı. 
Qadınların kişilərlə  bərabər hüquqluğunu nəzərdə tutan 
konstitusiya düzəlişi ilk dəfə 1923-cü ildə Konqresə çıxarılır, yalnız 
1972-ci ildə  təsdiq edilir. Düzəliş qüvvəyə minmir. Səbəb,tələb 
olunan 38 ştat əvəzinə ancaq 35 tərəfindən onun təsdiq edilməsi idi. 
Qadın təşkilatları mübarizə aparır ki, düzəliş yenidən Konqresdə 
qəbul edilsin. 
1905-ci ildə «Universitetlərarası sosialist cəmiyyəti» 
yaranması ilə tələbə və gənclər hərəkatı başlamışdır. XX əsrin 20-30-
cu illərində  hərəkatın tarixində «Silahlanmanın məhdudlaşdırılması 
uğrunda milli tələbə komitəsi», «İndisturial demokratiya uğrunda 
tələbə liqası», «Milli tələbə liqası», «Kommunist gənclərin liqası» və 
s. təşkilatlar mühüm rol oynamışlar. XX əsrin 60-ci illərində gənclər 
və  tələbələrin hərəkatı daha da güclənir və bu illər ölkə tarixində 
«gərginlik dövrü» adlanır. Öz mübarizəsində gənclər oturmuş tətillər, 
disputlar, marşlar, mitinqlər, tələbə şəhərciyinin ələ keçirilməsi kimi 
formalardan istifadə edirlər. Ən çox kütləvi və məşhur təşkilat 1958-
ci ildə «yeni sollar» tərəfindən yaradılan «Tələbələr demokratik 
cəmiyyət uğrunda» təşkilatı idi. 70-ci illərin  əvvəllərində  gənclərin 
siyasi fəallığı  zəifləyir. 70-ci illərin ortalarında isə bu hərəkat yeni 
dövrə qədəm qoyur. İlk plana sosial-iqtisadi xarakterli tələblər çıxır. 
 
326
Sosial rəy sorğusuna görə 1986-cı ildə rəyi soruşulan gənclərin 44% 
maddi təminatı əsas həyati məqsəd sayırdısa, 1987-ci ildə  tələbələrin 
80%-i birinci yerdə  həyatın  mənasını  mənəvi dəyərlərdə görürdü.  
1983-cü ildə «ABŞ-da Gənclərin Kommunist liqası» yaranır. Onun 
üzvləri gənc fəhlələr, işsiz gənclər, orta məktəbdə oxuyanlar və 
kollec tələbələri idi. 
ABŞ-da fermer hərəkatı XVIII əsrin 60-70-ci illərin 
əvvəllərində geniş xarakter alır. 1786-1787-ci illərdə bu hərəkatı 
D.Şeys başçılıq edir. Fermerlərin  əsas tələbi torpaqların və var-
dövlətin bərabər bölünməsi idi. 1929-1933-cü illərdə bu hərəkat daha 
da genişlənir. Bu vaxt hərəkat Qərb, Mərkəz və s. rayonları daha çox 
əhatə edir. 80-ci illərin  əvvəllərində ABŞ-da kənd-təsərrüfatı 
məhsullarının ixracı azalır,  idxalı isə artır. Bu dövrdə fermerlərin 
borcları da çoxalır. Kredit faizi artır, sənaye məhsullarının alınmasına 
çəkilən xərclər gəlirlərdən çox olur. Bu şərtlər fermerlər arasında 
kütləvi narazılığa səbəb olur. Bu halların aradan götürülməsi üçün 
fermerlərin Vaşinqtona və ştatların paytaxtlarına yürüşləri olur. 1985-
ci ildə belə  çıxışlar Ayova, İllinoys, Nebraska, Şimali Dakota və s. 
ştatlarda olur. 1985-ci ilin fevral-martında ABŞ-ın paytaxtına bir çox 
ştatlardan fermerlər gəlir. 
Ən iri fermer təşkilatları «Fermer bürolarının amerikan 
federasiyası», «Neşnl qreyndj», «Amerikanın təşkilatçı və kooperativ 
fermerlər ittifaqı» hesab olunur. 
ABŞ-da  ətraf mühitin müdafiəsi hərəkatının kökü XIX 
əsrin 2-ci yarısı - XX əsrin əvvəllərində olmuş «konservasionistlərin 
hərəkatı» ilə başlayır. Lakin bu hərəkat əslində XX əsrin 80-ci illərin 
sonları -70-ci illərin əvvəllərində yaranıb. Bu hərəkatın birinci kütləvi 
çıxışı 1970-ci ilin  aprelin 22 – də  Yer gününün bayram edilməsi 
günü oldu. Bu nümayişdə 10 milyon şəxs iştirak etdi. Köhnə 
mühafizəkar  təşkilatlardan olan «Onera-klab» (1892), «Odyubon 
adına milli cəmiyyət» (1905), «İsaak Uolton adına amerikan liqası» 
(1922), «Vəhşi faunanın müdafiəsinin  milli federasiyası» (1936) və 
s. Yanaşı XX əsrin 80-ci illərinin sonu -70-ci illərin  əvvəllərində    - 
«Ətraf mühitin müdafiəsi fondu» (1967), «Yerin dostları» (1963), 
«Təbiətin müdafiəsi üçün fəaliyyət» (1970), «Təbiəti mühafizə 
siyasəti institutu» (1972) və s. kimi yeni təşkilatlar yaranmışdır. 
Bu hərəkatın müəyyən nailiyyətləri 70-ci illərdə qazanılıb. 
Bu hərəkatın təzyiqi ilə müəyyən qanunlar verildi. Lakin C.Karter 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə