Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

 
147 
 Körfəz müharibədəsindən sonra Misir ABŞ-dan  və onun 
formalaşdırmış olduğu beynəlxalq maliyyə qurumlarından  hər il 4 
milyard dollar  həcmində maliyyə yardımı alır.  
 
Səudiyyə Krallığının hakimiyyəti belə uzun müddət  əlində 
saxlamasının başlıca səbəblərindən biri Vaşinqtonun bu sülalə ilə 
münasibətlərində müəyyən etdiyi və qoruduğu dövlət  və milli 
maraqlarıdır.  
 ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində 
quran Səudiyyə  Ərəbistanı ilk növbədə regionun ən iri neft istehsal 
və ixrac edən, eləcə  də enerji ehtiyatlarına malik  dövlət kimi ABŞ 
üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Təkcə onu demək 
kifayətdir ki, XX əsrin 90-cı illəri ərzində ABŞ neft idxalının 25-32 
%-ni  Səudiyyə Ərəbistanı nefti təşkil etmişdir.  
 
Səudiyyə  Ərəbistanında 60-dan çox neft yatağını  kəşf edən 
ARAMKO neft şorkəti 300 milyard barrel həcmində neft, 180 trilyon 
kub metr isə qaz ehtiyatına malikdir. 1990-cı ildə bu şirkətdə 2600 
amerikalı, 1700 nəfər isə ingilis mütəxəssisi çalışırdı.  
ABŞ – Səudiyyə Ərəbistanı münasibətlərinin dinamikasını izlədikdə 
iki ölkə arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə 
olduğunu söyləməyə  əsas  yaranır. Belə ki, 1990-cı ildə  İraqın 
Küveyti işğal etməsi ilə bağlı ABŞ-ın bütün tələb və  tədbirlərini  
Səudiyyə  Ərəbistanı    dəstəkləmiş  və strateji  müttəfiq kimi mövqe 
nümayiş etdirmişdir. Bununla yanaşı ABŞ – Səudiyyə  Ərəbistanı 
münasibətlərində ticarət və kommersiya əlaqələri də  əsas diqqət 
mərkəzində olan məsələlərdən biridir.  
 90-cı ıillərin əvvəllərində, xüsusilə də 1993 – 1994-cü illərdə 
Səudiyyə  Ərəbistanı  təkcə regional məsələlərə deyil, həm də 
beynəlxalq miqyasda davam edən münaqişələrə qəti şəkildə reaksiya 
vermişdir.  
 
Səudiyyə  Ərəbistanının regionda fəaliyyət göstərən terrorçu  
qruplaşmaları maliyyələşdirməsinə dair Ağ Ev ilə rəsmi Ər – Riyad 
arasında fikir ziddiyətləri mövcuddur. İsrail rəsmiləri iddia edir ki, 
“Həməs” terror təşkilatının büdcəsinin 50%-ni  -  bu  10 milyon 
dollar – hər il Səudiyyə  Ərəbistanı  tərəfindən ödənilən maliyyə 
vəsaiti  təşkil edir.   
 
Ər – Riyadın Ağ Evə qarşı irəli sürdüyü ittihamlar sırasında 
ABŞ-dan  İsrailə  ən müasir silah və texnikanın göndərilməsi də iki 
ölkə arasında mübahisə obyekti olaraq qalmaqdadır. Əslində ABŞ-ın  
 
148
Səudiyyə  Ərəbistanına  ən müasir texnika satışına qarşı  İsrail 
hökumətinin də etiraz etməsi, rəsmi Vaşinqtonu dilemma qarşısında 
qoysa da, bu amil faktiki olaraq ABŞ-a regiona münasibətdə, 
xüsusilə  də bu məsələdə ikili standart siyasətindən çıxış etməyə  
əlverişli şərait yaradır.  
 
 
ABŞ, Corc Buşun (kiçik) prezidentliyi dövründə 
 (2000-2008 - ci illər) 
 
ABŞ konstitusiyasına  əsasən Bill Klinton 2000-ci il prezident 
seçkilərində  iştirak etmədi. Demokratlar partiyasından olan Albert 
Qor respublikaçı Corc Buşdan 542 min çox səs toplasa da, lakin seçki 
kollegiyası respublikaçıların xeyrinə məsələni həll etdi. Səslər hesab-
lanarkən ABŞ seçki sisteminin xüsusiyyətləri nəzərə alınmalı oldu. 
Qoru 20 ştat və Kolumbiya federal dairəsi, Buşu isə 30 ştat müdafiə 
edirdi.  Əhalisi yarım milyondan çox olan şəhərlərin 1/3-i A.Qoru, 
60%-isə Buşu müdafiə edirdi. A.Qor ölkənin sahilətrafı, C.Buş isə 
daxili  əyalətlərində  qələbə çalmışdı. Həmçinin respublikaçılar 
demokratlar üçün əhəmiyyət kəsb edəcək bülletenlərin yenidən 
hesablanmasına imkan vermədi və Florida məhkəməsi  Buşu qalib 
hesab etdi. Nəticədə ABŞ Ali məhkəməsi ölkənin 43-cü prezidentinin 
Corc Buş (kiçik) olması haqqında qərar qəbul etdi. 
 Corc  Buş hakimiyyətə  gəldikdən sonra respublikaçıların 
siyasətini davam edirməyə başladı. 2001-ci ildə konqresin qəbul 
etdiyi yeni vergi islahatı haqqında qanunda vergilərin 10 il ərzində 
1,35 trilyon ixtisar edilməsi nəzərdə tutulurdu. Kiçik Corc Buşun 
dövründə  əmək məhsuldarlığı 4 il ərzində 2.5 dəfə artdı. Amerika 
xalqının həyat səviyyəsi yüksəlməkdə davam etdi. O, 2004-cü ildə 
yenidən prezident kürsüsünü tutdu. 
Ölkədə indi də keçmişdə olduğu kimi Şimal-Şərq (Nyu-York) 
və Orta-Qərb (Çikaqo) maliyyə kapitalı qruplaşmaları nüfuzlu mövqe 
tuturlar. Bununla bərabər Texas və Kaliforniya maliyyə qruplarının 
da xüsusi çəkisi artır. XXI əsrin ilk illərində ABŞ-da 15 min bank 
fəaliyyət göstərirdi. 100 başlıca korporasiyanın payına bütün 
istehsalın 1/3-i, sənaye aktivliyin isə 1/2-i düşür. Bütün bank 
əməliyyatlarının 1/3-i onların əlindədir. Hazırda ABŞ dünyanın əsas 
güc mərkəzlərindən biridir. Dünya ticarətində, demək olar  ki, 


 
149 
generator rolunu oynayır. Müasir silahların yarıdan çoxu onun paıyna 
düşür. Dünyada yeganə və güclü hərbi və siyasi təşkilat olan NATO-
da rəhbər  rol oynayır. ABŞ    ETİ-nin bütün nailiyyətlərini özündə 
cəmləşdirən inkişaf etmiş  sənaye və  kənd təsərrüfatına malikdir. O, 
dünyanın inkişaf etmiş ölkələrinin təşkil etdiyi «Səkkizlər qrupunun» 
üzvüdür. 2005-ci ildə ABŞ-ın ümummilli məhsulu 12,9 trilyon dollar 
olmuşdur. 
Güclü potensiala malik olması XXI əsrin  əvvəllərində ABŞ 
iqtisadiyyatının səciyyəvi cəhəti idi. 
C.Buş xarici siyasətdə yenidən Yaxın və Orta Şərq ölkələrinə 
müdaxiləni  əsas götürdü. 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda 
baş vermiş terror aktından sonra elə  həmin ilin sonunda ABŞ 
Əfqanıstana müdaxilə etdi. Əfqanıstanda taliban rejimi devirdi. 2003-
cü ilin martın 21-də  İraqın bakteroloji silahlara sahib olduğunu 
bəhanə edərək  İraqa hücum təşkil etdi. Səddam Hüseyn rejimi 
devrilsə  də,  İraqda sakitlik yaranmadı. 2001-ci il 11 sentyabr 
hadisələrindən sonra hərbi büdcə 393 milyard dollara çatdırıldı.  
ABŞ-ın 2002-ci ilin may ayında Rusiya Federasiyası ilə strateji 
silahların məhdudlaşdırılması haqqında bağladığı müqaviləyə əsasən 
tərəflərdən hər biri ancaq 1700-2000 həcmində nüvə başlığı saxlaya 
bilərdi. Buş hökumətinin xarici siyasətinin sərtləşdiyini göstərən 
əlamətlərdən biri 2002-ci ilin iyun ayında onun raketdən müdafiə 
sistemlərinin məhdudlaşdırılması haqqında müqavilədən imtina 
etdiyini bildirməsi idi. 
2006-cı ilin noyabrın 7-də keçirilən parlament seçkilərində 
demokratlar partiyası qələbə çaldı. Bu qələbə ilk növbədə İraq amili, 
Cənubda baş verən qasırğa zamanı ayrılmış pulun xeyli hissəsinin 
mənimsənilməsi,  ölkədəki korrupsiya, yeni terror qorxusu, bir sözlə, 
Buşun siyasətindən narazılıq ilə əlaqədar idi. 
2008-ci ilin noyabrın 4-də keçirilən prezident seçkilərində 
demokratların namizədi Barak Obama respublikaçıların namizədi 
Con Makkeynə qalib gəldi. O, ABŞ-ın 44-cü prezidenti oldu. 2008-ci 
ilin ikinci yarısında ABŞ-ı yeni maliyyə böhranı bürüdü. Bunun 
səbəbi bankların kreditlər verməsi və  nəticədə iflasa uğraması idi. 
Tezliklə bu böhran dünya maliyyə  və iqtisadi böhranına çevrildi. 
Dünya bazarında neftin qiyməti sürətlə  aşağı düşdü. Barak Obama 
prezident kürsüsünə  əyləşərkən büdcə  kəsiri 1.3 trilyon dollar idi. 
Barak Obama 2009-cu ilin fevralın 11-də  “İqtisadiyyata yardım 
 
150
planını” senata təqdim etdi. Planda yüksək gəlirdən vergiləri 
artırmaq,  İraqdakı  hərbi xərcləri azaltmaq, 4 milyon iş yeri açmaq 
nəzərdə tutulurdu. 
 
ABŞ – AZƏRBAYCAN  MÜNASİBƏTLƏRİ 
 
 
 Azərbaycanın düçar olduğu çoxsaylı problemlərin 
müvəffəqiyyətli həlli  planetin güc mərkəzi olan dövlətləri ilə qura 
biləcəyi  əlaqələrin keyfiyyət göstəricisindən xeyli asılıdır. Bu 
baxımdan, ABŞ öz potensialı ilə Azərbaycanın milli dövlətçilik 
maraqları dairəsinə daxildir.  
 
Hər şeydən əvvəl, ABŞ dünyanın yeganə fövqəl dövləti olub, 
planetin nəhəng siyasi güc mərkəzidir. Birləşmiş  Ştatlar dünyada 
mövcud olan təqribən 4 mindən  çox beynəlxalq və məhəlli təşkilatın 
ya yaradıcısı, ya da ən  əsas   maliyyələşdiricisidir.  Şübhəsiz, belə 
geniş  təmsilçilik imkanları olan ABŞ-ın dünyanın hər hansı bir 
nöqtəsində baş verəcək hadisə və ya münaqişəyə dərhal  və qədərincə 
təsir etmək, prosesləri planlaşdırıcı məcraya salmaq qətiyyəti kifayət 
qədərdir.   
 ABŞ dünyanın  ən böyük iqtisadi güc mərkəzidir. Statistik 
rəqəmlərin aşağıdakı kiçik siyahısı da bunu təsdiqləyir: 
 
Onun bütün müəssisələri 100% gücü ilə işləyir. 1991-ci ildə 
ABŞ iqtisadiyyatına kapital qoyuluşu 407,6 mlrd dollar olmuşdur. 
1995-ci ildə ölkənin ixracı 685 mlrd dollar, idxalı isə 746 mlrd dollar 
olmuşdur. 
 Bugün 
inkişafda olan dünya dövlətləri ABŞ ixracının 
təqribən  40%-ni alır.  
 ABŞ, həmçinin, dünyanın hərbi güc mərkəzidir. 
Dövrümüzün  ən böyük hərbi təşkilatı olan NATO-nun 
yaradılmasının və genişləndirilməsinin ilhamçısı  məhz ABŞ 
olmuşdur.  
 
Yeni dövrün siyasi reallıqlarına uyğun olaraq Pentaqonun 
müdafiə büdcəsi 35 % və  hərbi qüvvələrin strukturu 33 % ixtisar 
edilsə  də,  əvəzində silahlı qüvvələrin modernləşdirilməsinə xeyli 
vəsait ayrılmışdır.  
 Azərbaycan isə zəngin təbii ehtiyatları, bölgənin ən iri, varlı 
və perspektiv inkişaf imkanları olan dövləti kimi ABŞ-ın diqqət 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə