159
edildi ki, partiyaya kollektiv forma ilə yanaşı fərdi
formada da üzr
qəbul oluna bilər. Bu isə xırda, orta, hətta iri burjuaziyanın
nümayəndələrinin də bu partiyaya daxil olmasına şərait yaratmış
oldu.
Birinci dünya müharibəsi İngiltərə iqtisadiyyatında mühüm
dəyişikliklər yaratdı. Müharibədən qabaq İngiltərə iqtisadiyyatında
özünü göstərən iqtisadi böhranın təzahürləri daha qabarıq formada
özünü büruzə verdi. Müharibə dövründə ingilis mallarının ixracı
əsaslı şəkildə ixtisar edildi. İdxal isə iki dəfə artdı. İngiltərə xarici
dövlətlərdən istiqraz almağa məcbur oldu. Onun ABŞ-a borc 1919-cu
ildə 850 milyon funt-sterlinqə çatdı. Əgər müharibəyə qədər ABŞ
İngiltərəyə borclu idisə, müharibədən sonra İngiltərə ABŞ-a borclu
oldu. Müharibə dövründə İngiltərə məcbur oldu ki, xaricə kapital
qoyuluşunu 25% ixtisar etsin. Müharibə ərzində İngiltərənin daxili
borcları 10 dəfə artaraq 645 milyon funt-sterlinqdən – 6600 milyon
funt-sterlinqə çatdı». İngiltərə iqtisadiyyatı müharibə dövründə qeyri-
bərabər inkişaf edirdi. Ənənəvi sənaye sahələri olan kömürçıxarma,
gəmiçilik, toxuculuq, sənayesi bu dövrdə durğunluq keçirirdi. Yeni
sənaye sahələri
olan kimya, avtomobil, aviasiya, silah istehsalı
sənayesi isə sürətlə inkişaf etdi.
Müharibə İngiltərədə kənd təsərrüfatı məhsulları istehsalının
xeyli artımına səbəb oldu. Lakin buna baxmayaraq əhalinin kənd
təsərrüfatına tələbatının ancaq 43,6%-i ölkənin öz məhsulları
hesabına ödənilirdi.
Müharibə dövründə İngiltərə iqtisadiyyatında baş verən ən
mühüm dəyişiklikdən biri dövlət-kapitalizm meylinin güclənməsi,
inhisarçı kapitalın gücünün artması idi. 1916-cı ildə Britaniya sənaye
Federasiyası yaradıldı. Müharibənin sonunda bu Federasiya 18 min
firmanı özündə birləşdirirdi. Bu Federasiya İngiltərə kapitalizmin
inkişafında mühüm mərhələ açdı.
İngiltərə zəhmətkeşləri üçün müharibə saysız-hesabsız
qurbanlar və əzablar gətirdi. İngiltərənin öz donanmasından əlavə iri
miqyasda quru qoşunların müharibəyə cəlb etməsi böyük itkilərə
səbəb oldu. 747, 7 min nəfər öldü, 1693 min nəfər yaralandı. Böyük
Britaniya imperiyasının bütövlükdə itkisi isə 947 min nəfər öləndən
və 2122 min nəfər yaralanandan ibarət idi.
Müharibə ölkədə sinfi ziddiyyətlərin kəskinləşməisnə səbəb
oldu. 1918-ci ildə tətil hərəkatı geniş miqyas aldı,
ölkədə baş verən
160
tətillərdə 1116 min nəfər fəhlə iştirak edirdi. Bu dövrdə İngiltərədə
fəhlə hərəkatının səciyyəvi cəhəti onun mübariz xarakter daşımasında
idi. Müharibə dövründə İngiltərədə həmkarlar ititfqaları üzvlərinin
sayı sürətlə artdı. Belə ki, həmkarlar ittifaqları üzvlərinn sayı 1913-cü
ildəki 4135 min nəfərdən 1918-ci ildə 6533 min nəfərə çatdı.
Müharibə illərinin ən mühüm hadisələrindən biri mədənçilərin,
dəmiryolçuların və nəqliyyatçıların ittifaqı olan Üçlər ittifaqının
yaranması idi.
Müharibələrin sonuna yaxın ingilis zəhmətkeşlərinin sosial
quruluşu dəyişdirmək uğrunda mübarizəsi genişləndi. İngiltərənin
hakim dairələri xalq hərəkatını zəiflətmək üçün bir sıra tədbirlər
görməyi qərara aldılar. Qadınların ictimai həyatda rolu artdı. 1918-ci
ildə artıq sənaye və nəqliyyatda 3 milyon qadın işləyirdi, 150 min
qadın hərbi hissələrdə çalışırdı.
1918-ci ilin əvvəllərində Maarif naziri Fiserin rəhbərliyi
altında xalq təhsili islahatı haqqında qanun qəbul edildi. Həmin
qanuna görə 14 yaşına qədər uşaqlar üçün təhsil pulsuz idi. Yerli
orqanların hüququ vardır ki, müəssisələrdə yeniyetmələrin əməyi
üzərində nəzarəti həyata keçirsinlər.
İngilis burjuaziyası fəhlə hərəkatının təisri altında iqitsadi
sahədə də bir sıra güzəştlərə getməli oldu. 1917-ci ilin noyabrında
200 min hərbi sənaye fəhləsinin əmək haqqı 12,5% artılırdı.
Müharibə nəticəsində mühafizəkarlar partiyası ölkənin aparıcı
siyasi qüvvəsinə çevrilərək, inhisarçı kapitalın əsas partiyası oldu. Bu
dövrdə mühafizəkarlar partiyası ilə liberallar partiyası arasında
prinsipial ixtilaflarda əsas məsələ İrlandiyaya və xarici
ticarət
siyasətinə münasibət məsələsi idi. Liberallar İrlandiya özünüidarə
hüququ verilməsini müdafiə edirdilər. Müharibə qurtardıqdan 1920-
ci ilin ortalarına qədər keçən dövrdə ölkədə sənaye-ticarət yüksəlişi
dövrü oldu. Bu dövrdə İngiltərə iqtisadiyyatında və xarici siyasətində
canlanma özünü göstərdi. 1919-1920-ci illərdə çuqun istehsalı 8,1%,
polad istehsalı 15,%, gəmiqayırma 25,4%, ixrac 38,1% artdı.
Sənaye məhsulu istehsalı müharibənin sonuna yaxın
ümumilikdə artsa da, 1913-cü il səviyyəsindən 10% geri qalırdı.
İxrac isə 1913-cü illə müqayisədə 30% geri qalırdı. Əgər 1913-cü
ildə həmkarlar ittifaqları üzvlərinin 2,1%-i işsiz idisə, 1919, 1920-ci
illərdə 2,4%-i işsiz idi.
161
Sənayedəki və ticarətdəki canlanmanı tezliklə güclü inflyasiya
əvəz etdi. 1920-ci ildə artıq infilyasiyanın səviyyəsi 225%-ə qalxdı.
Əlbəttə, bu inhisarlara daha çox gəlirlərini artırmağa imkan verdi,
ölkənin zəhmətkeş kütlələrinin həyat səviyyəsi isə xeyli dərəcədə
aşağı endi.
1919-1920-ci illərdə İngiltərənin kənd təsərrüfatı da sənayedən
fərqlənirdi. Belə ki, 1919-cu ilin oktyabrın 21-də Lloyd Corc
fermerlərin maraqlarını müdafiə edən siyasət yürüdülməsini
hökumətin qarşısında qoydu. Bu siyasətdən
məqsəd xüsusi kənd
sahibkarlarından daha çox ərzaq alınmasına nail omlaq idi.
1919-1920-ci illərin ticarət-sənaye canlanması öz
ziddiyyətliliyi ilə seçilirdi. 1920-ci ilin ikinci yarısında İngiltərə
iqtisadiyyatını bürüyən, müharibədən sonrakı ilk böhran ingilis
burjuaziyasının ciddi sarsıntısına səbəb oldu.
1919-cu ilin aprelin 10-da Lloyd Corc yeni hökuməti təşkil
etdi. Onun səhərisi günü isə ingilis nümayəndə heyəti Paris sülh
konfransında iştirak etmək üçün yola düşdü.
Başlanmasından sonunadək Paris sülh konfransında əsas
məsələlərdən бири Sovet Rusiyası ilə mübarizə problemi idi. İm-
perialist dövlətləri sovet hökumətini yıxmaq üçün vahid yol tapmağa
çalışırdılar. Birinci dünya müharibəsi ərəfəsində Rusiya İngiltərədən
5375 milyon rubl istiqraz almışdı və Rusiyanın hərbi borclarının
70%-i isə İngiltərəyə məxsus idi. İngiltərə ona görə də Rusiyada
Sovet hakimiyyətinin varlığı ilə heç cür barışmağı bacarmırdı.
İngiltərə hakim dairələrinin planında Rusiyaya güclü zərbə
endirmək lazım olduğu göstərilirdi. Hələ 1917-ci ilin dekabrında 23-
də İngiltərə ilə Fransa arasında saziş bağlanmışdır ki, İngiltərə və
Fransanın birgə hərbi müdaxiləsi nəticəsində RUsiyada sovet
hakimiyyətini devirsinlər. Həmçinin
sazişdə nəzərdə tutulurdu ki,
Qafqaz, Ermənistan, Gürcüstan, Kürdüstan İngiltərənin, Bessarabiya,
Ukrayna, Krım Fransanın təsiri dairəsinə daxil edilsin. İngiltərənin
xarici işlər naziri olmuş Kerzonun tərcümeyi-halını yazan Nikolson
göstəri ki, Kerzon həmişə Aralıq dənizindən Pamirə qədər
İngiltərənin tabeliyində olan vassal dövlətlərinin yaranmasını
arzulayırmış.
İngiltərə və ABŞ hökumətləri Sovet hakimiyyəti ilə iqitsadi
kömək yolu ilə də mübarizə aparmağı nəzərdən qaçırmırdılar. 1919-
cu ilin aprelində «Dördlər şurası» Sovet Rusiyasına müəyyən
162
miqdarda ərzaq köməyi göstrəmək haqqında qərar qəbul etdi. Onlar
əslində dolayı yolla Sovet hakimiyyətini yıxmaq məqsədinə nail
olmaq istəyirdilər.
Paris sülh konfransında İngiltərənin
vəziyyəti digər dövlətlərlə
müqayisədə daha əlverişli idi. Belə ki, o, Almaniyanın iqtisadi
qüdrətinin sarsılmasına nail olmuş, beynəlxalq bazarda onun
rəqibliiyni məhv etmiş, alman donanması təhlükəsini kənarlaşdırmış,
Almaniya müstəmləkə imperiyasını ləğv etmiş, təbii ehtiyatlarla
zəngin və strateji cəhətdən əlverişli olan türk ərazilərini tuta
bilmişdir.
Konfransda mühüm məsələlərdən biri də ABŞ prezidenti
V.Vulson tərəfindən irəli sürülmüş Millətlər
Cəmiyyətinin
yaradılması məsələsi idi. Yaponiya nümayəndə heyətinin köməyi ilə
Millətlər Cəmiyyətində rəhbər rol İngiltərə və Fransaya məxsus oldu
ki, onlar da bundan öz mənafeləri xatirinə sovet Rusiyasına və
Avropada inqilabi hərəkata qarşı istifadə etməyi bacarırdılar.
Mandat üsulunun tətbiq edilməsi nəticəsində İngiltərə və onun
dominionları Türkiyə ərazisi və Almaniya müstəmləkələri hesabına
geniş ərazilər əldə etdilər. İngiltərəyə mandat üsulu ilə İraq, Fələstin,
Transiordaniya, Tanqanika, Toqo və Kamerunun bir hissəsi, Sakit
okeanda bir sıra adalar, dominionları isə Almaniyanın Cənub-Qərbi
Afrikadakı müstəmləkələrini, Samao adasını, Yeni Qvineya adasının
Almaniyaya məxsus hissəsini aldılar. Bütövlükdə İngiltərə
dominionları ilə birlikdə 29 milyon kv.km əraziyə sahib oldu.
İngiltərə Almaniya ərazisindən 5,5 milyon əhalisi olan 2,1 mln kv.km
ərazi, Türkiyə mülklərindən isə 4 milyon əhalisi olan 500 min kv.km
ərazi ələ keçirmiş oldu.
Müharibədən sonra ilk illər İngiltərə kapitalizmi üçün xüsusilə
çətin illər idi. Belə ki, İngiltərə fəhlə sinfinin vəziyyəti bu dövrdə o
qədər də xoşagələn deyildi. Ölkədə bütün həmkarlar ittifaqları iş
gününün qısaldılmasını, əmək haqqının artırılmasını tələb edirdilər.
İngiltərə burjuaziyası üçün təhlükəli amil
o idi ki, müharibə dövründə
milyonlarla fəhlə silahdan istifadə etməyi öyrənmişdi və indi bu
silahı ona qarşı çevirə bilərdi. Bu dövrdə İngiltərə əsgər və
matroslarını narazı salan əsas səbəblərdən biri o idi, onların tərxis
olunmasını hökumət ləngidirdi. Bunun əsas səbəbi isə o idi ki,
hökumət bundan ölkədəki inqilabi və müstəmləkələdəki azadlıq
hərəkatına qarşı istifadə etmək niyyətində idi. Hökuməti ən çox