163
qorxuya salan məsələ Üçlər ititfaqının üzvlərinin birgə çıxış etməsi
təhlükəsi idi. Onların birgə çıxışı ölkənin bütün iqtisadiyyatını iflic
vəziyyətinə sala bilərdi. İngiltərə fəhlə sinifinin ən böyük çıxışı 1919-
cu ildə Klayd çayı sənaye raoynunda və onun paytaxtı Qlazqoda
oldu. Yanvarın 27-də başlanan tətil tezliklə 100 min nəfəri əhatə etdi.
Onların əsas tələblərindən biri 40 saatlıq iş günü idi. Polisin yanvar
ayının 31-də tətilçilər üzərinə hücumu
bütün ölkədə fəhlə sinfi
tərəfindən güclü narazılığa səbəb oldu. Lakin həmkarlar ititfaqları
üzvlərinin güzəştə getməsi nəticəsində tətil yanvar ayının 31-də
dayandırıldı. Bu hadisə ölkədə yeni tətillərin başlanması üçün siqnal
oldu. 1919-cu ilin yanvarın 14-də mədənçilərin Federasiyasının
konfransı hökumətdən «əmək haqlarının 30% artırılması, 7 saatlıq iş
gününə keçirilməsi, ordunun tərxis edilmiş mədənçilərin tam
tənminatı üzərində fəhlə nəzarəti qoyulmaqla şaxtaların tam
milliləşdirilməsi tələbinin həyata keçirilməsini tələb etdi. Tələblərin
içərisində hökumət üçün ən təhlükəlisi şaxtaların milliləşdirilməsi
məsələsi idi. Mədənçilər bildirdilər ki, onların tələbi ödənilməsə,
onlar martın 15-də tətilə başlayacaqlar. Hökumət vəziyyətdən fəhlə
sinifini aldatmaqla çıxa bildi. Belə ki,
hökumət vəziyyəti öyrənmək
üçün komissiya yaratdığını bildirdi. Komissiya martın 3-də fəaliyyətə
başladı. Komissiyanın sədri isə hakim Senki oldu. Komissiya
hökumətə təklif etdi ki, əmək haqqı gündə 2 şlinq artırılsın və 7
saatlıq iş gününə keçirilsin. Milliləşdirmə tədbiri təxirə salındı. 1919-
cu ilin payızında ordu tərxis edildi, kömür ehtiyatı yaradıldı.
Ştreykbrekerlər dəstəsi hazırlandı ki, tətil pozmaq üçün ondan
istifadə edilsin.
1919-cu ilin yayında İngiltərədə yenidən tətil hərəkatı başladı.
Dəmiryoçuların birliyi onların tələblərinin ödənilməsinə səbəb oldu.
Dəmiryolçuların qələbəsi Lloyd Corc hökumətinin mənəvi-siyasi
məğlubiyyəti demək idi. Fəhlə hərəkuatının güclənməsi İngiltərə
Kommunist partiyasının yaranması ilə nəticələndi. İngiltərədə bu
dövrdə Britaniya sosialist partiyası, Sosialist fəhlə partiyası, Cənubi-
Uels sosialist cəmiyyəti, Sosialist fəhlə federasiyası, Şotlandiya
Kommunist fəhlə partiyası kimi fəhlə təşkilatları fəaliyyət göstərirdi.
1920-ci ilin iyul ayının 31-dən avqustun 1-nə qədər
Londonda
keçirilən konfransda İngiltərə Kommunist partyası təşkil edildi. İlk
vaxtlar İngiltərə Kommunist partiyasının tərkibində 10 minə qədər
üzv var idi! Bunun belə olmasının əsas səbəbi İngiltərədə həmkarlar
164
ittifaqlarının fəhlə hərəkatı içərisində daha güclü nüfuzunun olması
idi. İngiltərə fəhlə sinfi Lloyd Corc hökumətinin antisovet siyasətinə,
ingilis qoşunlarının Rusiyaya hərbi müdaxilədə iştirak etməsinə qarşı
çıxırdı. Onlar tələb edirdilər ki, Rusiyadan İngiltərə hökuməti əlini və
gözünü çəksin. Bu isə hökuməti düşünməyə vadar etdi. «Mən
Rusiyaya 14 dövlətin hücumunu təşkil etmişəm ki, bolşevizmin
körpəsini beşiyində məhv edəm»» deyən Çörçill özü ingilis
qoşunlarının Rusiyadan çıxarılmasına razılıq verməli oldu.
Qısa müddətli müharibədən sonrakı yüksəliş 1920-ci ildə dərin
iqitsadi böhranla əvəz olundu. Bu dünya iqtisadi böhranı deyildi,
lakin qabaqcıl kapitalist ölkələri olan ABŞ və İngiltərə böhrandan
ciddi zərər çəkdilər. Böhran uzun sürmədi. İngiltərədə böhran
nəticəsində sənaye indeksi 1913-cü illə müqayisədə 100-dən 1920-ci
ildə 61,5-ə düşdü. Daş kömür çıxarılması 1913-cü
illə müqayisədə
163 milyon ton azalaraq 230 milyon tona, çuqun məhsulları istehsalı
8 milyon tondan 2,6 milyon tona, polad istehsalı 9,1 milyon tondan
3,7 milyon tona, pambıq istehsalı 10,5 min sentrə endi. Böhran
dövründə İngiltərənin xarici ticarət dövriyyəsi azalaraq ixrac 44,6 %,
idxal isə 39,8% endi. Sənaye məhsulu istehsalı ən çox 1921-ci ilin
ikinci kvartalında azaldı.
Böhran maliyyə sahəsinə xüsusilə ağır təsir göstərdi və
iflasların sayı çoxaldı. Böhran zamanı qiymətlərdə də ciddi
dəyişikliklər baş verdi. Artıq 1920-ci
ilin əvvəllərində qiymətlər
aşağı düşməyə başladı. Kəd təsərrüfatı mallarının qiyməti də aşağı
düşməyə başladı.
Böhrandan sonra İngiltərə iqtisadiyyatı birdən-birə yüksəliş
dövrü keçirmədi, 1922-1923-cü illərdə İngiltərə iqtisadiyyatı
durğunluq dövrü keçirdi. Bu da onunla izah olunurdu ki, bu dövrdə
müharəbədən əvvəlki dövrlə müqayisədə sənaye və ticarət xeyli
geridə qalırdı. Sənaye indeksini 1913-cü ildə 100 götürsək 1922-ci
ildə bu rəqəm 76,6, 1923-cü ildə isə 82,9% təşkil edirdi.
İngiltərənin hakim dairələri birinci dünya müharibəsindən
sonra da iri maliyyə dairələrinin mənafeyini müdafiə edən siyasət
yeridirdilər. Ölkədə bu dövrdə fəhlə sinfinin həyat səviyyəsi çox
aşağı səviyyədə idi. Şaxtaçıların maaşının aşağı olduğunu nəzərə
alaraq Federasiya onların maaşının artırılmasını hökumətdən tələb
etdi. Bildirdilər ki, əks təqdirdə şaxtaçılar sentyabrın 25-də tətilə
başlayacaqlar. Sentyabrın 25-də başlanan
tətilə başqa peşə sahibləri
165
də qoşuldu bu hərəkat noyabrın 3-nə qədər davam etdi. Lakin tətil
hərəkatın iştirakçılarına uğur qazandırmadı.Tətil hərəkatından
qorxuya düşən burjuaziya 1920-ci ilin avqustunda parlament
tərəfindən belə bir antifəhlə qanununun qəbul edilməsinə nail oldu ki,
kral ölkədə antihökumət çıxışları baş verən zaman fövqaladə vəziyyət
elan edə bilər. Bu qanunla o, Napaleon müharibəsi və birinci dünya
müharibəsi dövründə verilmiş hüququ yenidən bərpa etmiş oldu.Bu
qanundan sonra şaxta sahiblərinin lokaut elan etmələri şaxtaçıları
narazı saldı. Burjuaziya ümumi tətilin başlanacağından
ehtiyat edərək
əvvəldən ehtiyat tədbirləri gördü. Şaxtaçıların təşəbbüsü nəqliyatçılar
və dəmiryolçular tərəifndən müdafiə edilmədiyindən və bu
burjuaziyanın fəhlələr üzərinə hücuma keçməsinə şərait yaratdığına
görə 1921-ci ili naprel ayının 15-i İngiltərənin fəhlə hərəkatı tarixinə
«qara cümə günü» kimi daxil oldu. 1919-1921-ci illərin tətilləriin
mübariz xarakteri burjuaziyanı öz siyasətini dəyişməyə, manevrlərə
əl atmağa məcbur etdi. 1921-ci ildə 6 milyon fəhlənin hər biririn
əmək haqqı həftədə 8 şilinq aşağı salındı. 1923-cü ilin dekabrında
İngiltərə fəhlələrinin əmək haqqı müharibədən əvvəlki səviyyənin
67%-ni, həyat səviyyəsinin 77%-ni təşkil edirdi.
Birinci dünya müharibəsindən sonra İngiltərədə işsizlik
ölkənin bütün tarixi ərzində ən yüksək həddə çatdı. Bu hadisə 1921-
ci ilin sonunda işsizlər hərəkatının Milli Komitəsinin yaranmasına
gətirib çıxartdı. Bununla bərabər şaxtaçılar tərəfindən 1923-cü ildə
«Azlıqlar hərəkatı» deyilən təşkilat da meydana gəldi.
Birinci dünya müharibəisndə sonrakı illərdə müstəmləkə və
asılı ölkələrdə İngiltərə ağalığının böhranı başlandı ki, bu da
müharibənin ölkə üçün nəticələrindən biri idi. 1919-1921-ci
illərdə
İrlandiyada baş vermiş hadisələr İngiltərə müstəmləkə sistemi
böhranının ən parlaq təzahürü oldu. 1918-ci ildə İngiltərədə qüvvədə
olan qanuna görə İngiltərə parlamentində İrlandiyanın 105 deputat
yeri vardır. 1918-ci ilin dekabrında keçirilən parlament sekilərində
105 yerdən 73-nü İrlandiyanın tam azadlığı və İrlandiya respublikası
yaratmaq uğrunda mübarizə aparan burjua-millətçi şinfeynlər
partiyası tutdu. Onlar İngiltərə parlamentində iclas etməkdən boyun
qaçırdılar. Onlar 1919-cu il yanvarın 21-də Dublin şəhər bələdiyyə
idarəsinin binasında toplaşaraq İrlandiya parlamentini təşkil etdilər.
Bu parlament İrlandiyanı «suveren və müstəqil dövlət» elan etdi və
İrlandiya respublikasının qurulduğunu bildirdi. Şinfeynlər
166
partiyasının rəhbərlərindən biri olan De Valera respublikanın
prezidenti seçildi. Şinfeynerlər İrlandiya xalqının yardımına və silahlı
könüllü dəstələrindən ibarət olan «İrlandiya respublika ordusu»na
arxalanaraq, ölkədə öz dövlət aparatlarını – yerli hakimiyyət
orqanlarını, məhkəmələri, polis və s. təşkil etməyə başladılar.
İngiltərə hakimiyyət orqanlarının şinfeynerlərin yaratdıqları
dövlət aparatını zorla ləğv etmək təşəbbüsləri silahlı müqavimətə rast
gəldi. Lloyd Corc hökuməti güzəştə getmək məcburiyyətində qaldı.
1921-ci il dekabrın 26-da İngiltərə hökuməti ilə şinfeynerlər arasında
müqavilə bağlanda.
Bu müqaviləyə görə, İrlandiyanın cənub hissəsi -
26 qraflıq «Azad İrlandiya dövləti» elan edildi və dominion hüququ
aldı. Sənayenin inkişaf etdiyi Şimali İrlandiya – 6 qraflıq –
İngiltərənin tərkibində qaldı. Müqavilə İngiltərənin İrlandiya
ərazisində ingilis hərbi-dəniz bazalarının saxlanılmasını, ingilis
qoşunlarının olmasını və İrlandiya xarici siyasəti üzərində ingilis
nəzarətinin qoşulmasını nəzərdə tuturdu.
1921-ci il müqaviləsini Qriffits başda olmaqla şinfeynlərin
ancaq bir hissəsi qəbul etdi. Şinfeynlərin De Valeranın başçılıq etdiyi
və İrlandiyanın tam azadlığını tələb edən ən çox radikal cinahı isə
müqaviləni qəbul etməkdən imtina etdi.
Bundan sonra əmələ gəlmiş
təfriqə nəticəsində «Azad İrlandiya dövləti»nin prezidenti Qriffits,
baş naziri isə Mayel Kolina oldular. Sağ şinfeynlər İngiltərə
hökuməti ilə sazişə girərək onlara qarşı qəddarcasına mübarizəyə
başladılar. Belə olduqda De Balera və onun tərəfdarları gizli
fəaliyyətə keçdilər. Ölkədə qızğın vətəndaş müharibəsi başlandı və
1923-cü ilin yazında De Balera «atəşin dayandırılması» haqqında
bəyənat verənə qədər davam etdi.
İngiltərə-İrlandiya müharibəsi ilə bir zamanda İngiltərənin ən
böyük və ən zəngin müstəmləkəsi olan Hinidstanda da ingilis
müstəmləkəçilərinə qarşı qızğın milli-azadlıq hərəkatı genişləndi.
Birinci dünya müharibəsi illərində Hindistanın sənayesi artmış, fəhlə
sinfinin sayı çoxalmışdı. Həm də müharibə Hindistan
zəhmətkeşlərinin vəziyyətinin xeyli pisləşməsinə səbəb olmuşdu.
Ağır vergilər və kənd təsərrüfatı məhsullarının məcburi surətdə təhvil
verilməsi üzündən kəndli əhalisinin çoxu var-yoxdan çıxmışdı.
Sənayedə iş günü çox uzun – 14-15 saat, əmək haqqı isə aşağı idi.
Hindistanın milli-azadlıq hərəkatına Rusiyadakı oktyabr çevrilişi
böyük təsir göstərmişdi. Bundan təşvişə düşən İngiltərə hökuməti