171
yolla Rusiya bazarını və xammal ehtiyatlarını ingilis inhisarlarının
maraqlarına tabe etdirə bilər. Hələ 1913-cü ildə Rusiyanın bazarında
birinci yer Almaniyaya, ikinci yer isə İngiltərəyə məxsus idi. 1922-ci
ildə çağrılmış Genuya konfransının əsas təşkilatçılarından və
iştirakçılarından biri olan İngiltərənin Rusiyadan alınacaq
pullar
hesabına iqtisadi böhrandan çıxmaq ümidi də puca çıxdı. Rusiya ona
qarşı irəli sürülmüş iddiaya qarşı əks iddia ilə çıxış etdi, bu isə
Antanta dövlətlərinin heç bir şeyə nail olmamasına gətirib çıxardı.
Lloyd Corcun Genuya konfransında öz planını həyata keçirə
bilməməsi koalisиon hökumətdə bir ümidsizlik yaratdı. 1922-ci ilə
yaxın fəhlə hərəkatının zəifləməsi müşahidə edilməyə başladı.
Koalisiyanın aparıcı qüvvələri arasında, yəni mühafizəkarlar
arasında, koalisiyanın gələcək taleyi məsələsində ciddi fikir ayrılığı
meydana çıxdı. Mühafizəkarlar pariyasının lideri Ostin Çamberlen,
hansı ki, koalision hökumətdə baş nazirin müavini vəzifəsini
daşıyırdı, belə hesab edirdi ki, ölkədə siyasi vəziyyətin qeyri-sabitliyi
tələb edir ki, liberallarla koalisiya gələcəkdə də saxlanılsın.
Onu mühafizəkarlar partiyasından olan Balfur və başqaları
müdafiə edirdilər.
Çemberlen belə hesab edirdi ki, leyboristlər
partiyasına qarşı vahid burjua partiyaları cəhbəsini saxlamaq
lazımdır. O, belə hesab edirdi ki, leyborist partiyasının hakimiyyətə
gəlməsinə imkan vermək lazım deyildir. Mühafizəkarlardan Boldinin
və Bonar Lou başda olmaqla başqa bir hissəsi isə belə hesab edirdi
ki, koalisiyanı parçalamaq lazımdır. Onların fikrincə, koalisiyanın
saxlanılması mühafizəkarlar partiyasının özündə birliyin pozulmasına
səbəb ola bilər, liberallar partiyasının kədərli taleyi onun da başına
gələ bilər. Onlar ənənəvi ingilis praktikası olan бир partiyalı sistemə
qayıtmağı lazım bilirdilər.
Bu dövrdə İngiltərə burjuaziyasının əhəmiyyətli
hissəsində
Lloyd-Corc hökumətinin yeritdiyi daxili və xarici siyasətlə əlaqədar
olaraq narazılıq var idi. Fəhlə hərəkatının yüksəlişi zamanı Lloyd-
Corc hökumətinin fəhlələr bir sıra güzəştlərə getməsinə burjua
dairələri mane olmalıdılar. Lakin fəhlə hərəkatının vüsətinin aşağı
düşdüyü dövrdə onlar bu güzəştlərdən narazı olduqlarını bildirirdilər
və bunun üçün məsuliyyəti Lloyd Corcun üzərinə qoydular. Onlar
Lloyd Corcu 1918-ci ildə yeni seçki qanunu verməkdə, tərxis
olunmuş əsgərlərə, işini itirmiş hərbi zavodların fəhlələrinə əlavə
vəsait ayırmaqda, işçizlərə müavinat verməkdə, mənzil quruculuğunu
172
genişləndirməkdə, Hindistanda islahat keçirməkdə, İrlandiyaya
dominion
hüququ verməkdə, Uzaq və Yaxın Şərqdə, xüsusilə «rus
məsələsində» İngiltərənin xarici siyasətinin uğursuzluğa düçar
olmasında günahlandırırdılar».
1922-ci ilin sonunda ingilis liberalizmi tam iflasa uğradı.
İngiltərə zəhmətkeşlərinin çoxuna artıq aydın oldu ki, Lloyd Corcla
mühafizəkarlarla arasında əslində heç bir prinsipial fərq yoxdur.
Lloyd Corcun koalisiyalı mühafizəkar – liberallar hökuməti
liberalların mühüm rol oynadıqları sonuncu ingilis hökuməti oldu.
1922-ci ilin sonunda mühafizəkar liberalların koalisiyasının taleyi
həll olunmuş oldu.
1922-ci ilin oktyabrın 19-da Karlton klubunda
mühafizəkarların sonuncu iclası oldu və bu yığıncaqda Bolduin
liberallarla koalisiyanın parçalanması təklifi ilə çıxış etdi. Boldunini
Bonar-Lou müdafiə etdi. Təklifə 187 lehinə, 87 səs əleyhinə səs
verildi. Elə həmin gün Lloyd Corc baş nazir vəzifəsindən istefa verdi.
Bonar-Lou yenidən siyasi həyata qayıdaraq 1922-ci il
oktyabrın 24-də ancaq mühafizəkarlardan ibarət hökumət təşkil etdi.
Bu hökumətdə Stenli Bolduin başlıca rol oynayaraq maliyyə naziri
vəzifəsini tutdu. Bolduin İngiltərənin ağır
sənaye nümanyədələrindən
biri idi, iri poladəritmə firmalarının sahibi idi. Xarici işlər naziri
vəzifəsini Kerzon tutdu.
Bonar-Lon hökuməti parlamenti buraxdı və 1922-ci il
noyabrın 15-də yeni sekilər təiyn etdi. Bu seçkilərdə mühafizəkarlar
344 yer olaraq qələbə qazandılar. Leyboristlərin əldə etdiyi səslərin
sayı bu seçkilərdə xeyli çoxaldı. Belə ki, əgər keçən seçkilərdə onlar
59 yer almışdılarsa, bu seçkilərdə 142 yer aldılar. Liberallar
partiyasının Lloyd Corcun başçılıq etdiyi qanadı 57 namizəd,
Askvitin başçılıq etdiyi qruppu isə 60 namizəd keçirə bildi. Müxtəlif
partiya və qruplar isə 16 namizəd keçirdilər.
1922-ci il seçkilərinin ən mühüm nəticələrindən biri
leyboristlər partiyasına verilən səslərin təxminən 2 (iki) dəfə artması
və bu partiyanın parlamentdə ikinci yeri tutması idi. Bonar-Lou-
Bolduin hökuməti bir ildən bir qədər artıq - 1924-cü ilin yavarına
qədər yaşadı. Xarici siyasət sahəsində mühafizəkarlar hökuməti
əvvəlki hökumətin xarici siyasətini davam etdirirdi. Avropada
Fransanın hegemon olmasından ehtiyat edərək Fransanın
mövqeyini
zəiflətməyə çalışırdı. O, Rur böhranın Fransanın məğlubiyyəti ilə
173
nəticələnməsinə səy edənlərdən biri idi. Bu dövrdə İngiltərə ilə ABŞ
arasında da münasibətlər gərgin idi. Müharibə borclarının İngiltərə
üçün çox ağır olan şərtlərlə ödənilməsinin ABŞ-ın tələb etməsi
Bonor-Lou hökumətinin ABŞ-la münastbətlərini daha da
çətinlişdirirdi. 1923-cü ilin fevralında Bolduin Vaşinqtonda ABŞ ilə
İngiltərənin ABŞ-la olan borclarını 30% azaldan, İngiltərəni qalan
brcları 62 il müddətinə ödəməyə məcbur edən sazişi imzalamağa
məcbur oldu.
1922-ci ilin sonunda SSRİ-nin təşkil edilməsi böyük
beynəlxalq əhəmiyyət kəsb edirdi. Çünki bu sovet hakimiyyətinin
gələcəkdə daha da möhkəmlənməsi təhlükəsini doğururdu. Bundan
narahat olan dövlətlərdən birincisi isə İngiltərə idi. Mühafizəkarlar
hökuməti İngiltərəyə qarşı düşmənçilik siyasətini davam etdirirdi.
İngiltərənin xarici işlər naziri Kerzon tərəfindən 1923-cü ilin may
ayının 8-də Sovet hökumətinə belə bir
ultimatum təqdim edildi ki,
SSRİ İranda və Əfqanıstanda Böyük Britaniya əleyhinə təbliğatı
dayandırsın, bu ölkələrdən öz nümayəndələrini geri çağırsın,
həmçinin ingilis cəsus Levisonun və ingilis agenti Hardinqin
güllələnməsi ilə əlaqədar kompensasiya ödəsin. Kerzon həmçinin ona
da nail oldu ki, Sovet orqanları tərəfindən tutulmuş balıqçı gəmiləri
buraxılsın və oların tutulub saxlanması ilə əlaqədar sovet hökuməti
kompensasiya ödəsin. İngiltərə hökuməti bildirirdi ki, bu tələblər 10
gün ərzində yerinə yetirilməzsə, onda 1921-ci il sovet-ingilis ticarət
sazişi pozulacaqdır.
Bütün bunlar əslində sovet hökumətinə yeni müdaxilə təşkil
etmək üçün göstərilən təşəbbüs idi. İngiltərə zəhmətkeşlərinin yekdil
etirazı nəticəisndə İngiltərə hökumətinin planları iflasa uğramış oldu.
Bu hadisədən sonra may ayının 21-də Bonar-Loy baş nazir
vəzifəsindən istefa verdi. Onun yerini Stenli Bolduin tutdu.
Bonar-Lou-Bolduin hökumətinin daxili siyasət sahəsində
tədbirləri və fəaliyyəti İngiltərə iqtisadiyyatını düşmüş olduğu
durğunluqdan çıxarmaq üçün çıxış yolu axtarmaqdan ibarət oldu. Bu
məqsədə hökumət müxtəlif
tədbirlər qəbul etdi ki, bunlardan da ən
mühümü proteksionizm siyasətinə keçirilməsi idi. Ümumiyyətlə, bu
İngiltərədə mühafizəkarlar partiyasının ənənvi siyasəti idi. Bu isə ilk
növbədə ixracı artırmağı, İngiltərəyə idxalı azaltmağı nəzərdə tutan
bir siyasət idi. Lakin bu siyasət də sənayenin canlanmasına,
durğunluğun aradan qaldırılmasına ən başlıcası, işsizliyin aradan
174
qaldırılmasına gətirib çıxartmadı. Hətta 1923-cü ildə digər kapitalist
ölkələrində olduğu kimi, İngiltərədə də iqtisadi böhranın
qurtarmasına baxmayaraq, İngiltərənin sığortalanmış fəhlələrinin
11,7%-nin işi yox idi.
1923-cü ilin sonunda Bolduin hökuməti belə hesab etdi ki,
proteksioniz siyasətini davam etdirmək üçün ən yaxşı vasitə,
parlamenti buraxmaq və yeni seçkilər təyin etməkdir. Onlar buna
İngiltərə burjuaziyasını və İngiltərə iqitsadiyyatını xilas
etməyin
yeganə yolu kimi baxırdılar və özlərinin seçkilərdə qələbə
qazanacaqlarına tam əmin idilər. Ona görə də Bolduin parlamenti
buraxdı və 1923-cü il dekabrın 6-da yeni seçkilər təyin etdi. Seçkilər
mühafizəkarlara məğlubiyyət gətirdi. Onlar yeni parlamentdə 259 yer
aldılar, liberallar 155, leyboristlər isə 191 yer aldılar.
Mühafizəkarların seçkilərdə məğlubiyyəti oların apardığı uğursuz
daxili və xarici siyasətin nəticəsi idi.
Ingiltərə kapitalizmin nisbi sabitləşməsi dövründə
(1924-1929-cu illər)
1924-cü ilə yaxın kapitalizmin nisbi sabitləşməsi dövrü
başlandı.İqtisadiyyat sahəsində kapitalizmin sabitləşləsi özünü onda
göstərdi ki, müharibədən sonrakı ilk illərdə başlanmış istehsal,
ticarət, maliyyə böhranından kapitalizm dünyası çıxmağı bacardı.
Ticarət və istehsal sahəsində kapitalist ölkələri 1913-cü il
səviyyəsinə yaxınlaşdılar. Kapitalizmin sabitləşməsi prosesində
həlledici rol ABŞ-a məxsus idi. Əgər əvvəllər dünyanın maliyyə
cəhətdən istismarında İngiltərə, Fransa, Alimaniya əsas rol
oynayırdılarsa, müharibədən sonra dünyanın
maliyyə mərkəzi ABŞ
oldu. Avropada kapitalizmin sabitləşməsində ABŞ kapitalizminin
köməyi müəyyən dərəcədə rol oynadı. Bu isə nəticədə ona səbəb oldu
ki, ABŞ-ın Qərbi Avropaya aid problemlərin həllinə təsiri gücləndi.
Kapitalist ölkələrinin, o cümlədən İngiltrənin daxili vəziyyəti
bu dövrdə bir qədər möhkəmləndi. Avropa inqilabi vəziyyətdən
çıxdı.
Beynəlxalq münasibətlər sahəsində kapitalizsin sabitləşməsi
özünü Almaniyaya aid təzminat məsələsində ABŞ, İngiltərə və
Fransanın dil tapmağı bacarmasında göstərdi. Həmçinin müstəmləkə