183
səlahiyyətləri haqqında 1920-ci il
qanununa əsaslanaraq ölkədə
fövqaladə vəziyyət elan etdi. Tətilləri yarıtmaq üçün xüsusi komissar
təyin edildi. Ancaq Tred-yunion konqrsinin Baş şurasının
xəbərdarlığı hökuməti belə bir addım atmaqdan çəkindirdi. 1924-cü
ilin yazında daş kömür sənayesində ümumi tətil başlandı. 1924-cü
ilin iyulunda tərəflər kompromisə gələrək mədənçilərin maaşlarının
artırılması qərarına gəldilər. 1925-ci ilin ortalarına yaxın bu
həyata
keçirlirdi.
1924-cü ildə işsizlər hərəkatı işsizlərin xartiyasını qəbul etdi.
Xartiyada tələb olunurdu ki, işsizlər ya işlə təmin edilsinlər, ya da
onların tam yaşayışı təmin edilsin. Həmçinin ictimai işlər üzrə
hökumət təşkilatlarının bu işlə məşğul olmaları tələb edilirdi.
Həmçinin tələb edilirdi ki, hökümətin sifarişlərini təmin etmək üçün
xüsusi dövlət idarələri təşkil edilsin. İş saatı ixtisar edilsin. Fəhlələr
üçün həmçinin rahat mənzil şəraiti təmin edilsin.
1924-cü ilin iyun ayının 1-i işsizlərin xartiyasının həyata
keçirilməsinin milli günü kimi keçirildi. Həmin gün İngiltərənin
bütün şəhərlərində demək olar ki, nümayiş keçirildi və bü
nümayişlərdə on minlərlə işsizlər iştirak etdi. 1924-cü ildə həmçinin
həmkarlar ititfaqlarında azlıqlar hərəkətinin artması prosesi getdi. Bu
hərəkatda daha fəal fhələlər iştirak edirdilər. Mədənçilərin,
maşınqayırmaların və nəqliyyatçıların azlıq hərəkatları yarandı.
Leyboristlər partiyası 1923-cü ilin parlament seçkilərində vəd
etmişdilər ki, SSRİ ilə İngiltərə arasında iqitsadi və diplomatik
münasibətləri bərpa edəcəklər və Versal müqaviləsinə yenidən
baxacaqlar. İqitsadi əlaqələrin bərpa edilməsi İngiltərənin iqitsadi
maraqlarına cavab verdiyinə görə hətta liberallar da öz
platformalarında bu məsələni qoymuşdular.
Makdonald hökuməti SSRİ ilə diplomatik münasibətlər
yaratmaq məsələsinə dərhal başlamışdı. İngiltərə fəhlə sinfi bu
məsələ ilə əlaqədar öz hökumətinə təzyiqi gücləndirdi. Makdonald
hökuməti güzəştə getməli oldu. 1924-cü ilin fevralın 2-də İngiltərə ilə
SSRi arasında diplomatik münasibətlər yaradıldı. Leyboristlər
partiyası seçkiqaağı vəd
vermişdi ki, Versal sisteminə yenidən
baxacaqdır. Lakin hakimiyyətə gəldikdən sonra bu vəd yerinə
yetirilmədi. Makdonald hökuməti Avropada Fransanın mövqeyinin
zəifləməsindən istifadə edərək öz mövqeyini möhkəmlədirməyə
çalışdı. 1924-cü ilin iyul-avqust aylarında Londonda keçirilən
184
konfransda Almaniyanı təzminat məsələsinə həsr edilmiş Dayes planı
qəbul edildi. «Dayes planı»nın qəbul edilməsi göstərirdi ki, Avropa
işlərində həlledici rol Fransadan ingilis-amerikan blokunun əlinə
keçir.
Leyboristlərin öz vədlərinə naxələf çıxması «İngiltərə fəhlə
sinfində çox böyük pərişanlıq yaratdı.
Fhələ sinfi yəqin etdi ki,
leyboristlər partiyasının daxili və xarici siyasəti heç də
mühafizəkarlarınkından fərqlənmir. Bu hal leyboristlər partiyasının
kütlələr içərisində sürətlə nüfuzdan düşməsinə səbəb oldu. Kütlələr
içərisində tam etibarını itirməkdən qorxan leyboristlər 1924-cü ilin
oktyabrında istefaya getdilər və belə bir bəyanətlə çıxış etdilər ki,
onlar hökumətdə olsalar da, hakimiyyətdə olmayıblar.
Lebyoristlər hökumətinin istefaya getməsi üçün bəhanə
«Kempbellin işi» oldu. Kempbell kommunistlərin orqanı olan
«Uorgeçs Uukli» qəzetinin redaktoru idi. O qəzetdə bir sıra məqalələr
çap etdirmişdi ki, bu məqalələrdə fəhlələrin tətillərinə hökumətin
qoşun göndərməsi pislənilirdi. Bu hərəkatın rəhbəri Kempbell
leyboristlər hökumətinin sərəncamı ilə həbs edilmiş, onun haqqında
cinayət işi qaldırılmışdır. Leyboristlər hökumətinin bu addımı
İngiltərə zəhmətkeşlərində hiddətə səbəb oldu. Onların
hökumətə
təzyiqi nəticəsində Kembell həbsdən azad edildi və onun barəisndəki
cinayət işinə xitam verildi.
Makdonaldın zəhmətkeşlərə güzəştə getməsi hakim dairələr
tərəfindən böyük etiraza səbəb oldu. Mühafizəkarları və liberalları ən
çox qorxudan cəhət o idi ki, Makdonald hökumətə digər məsələlərdə
də zəhmətkeşlərə güzəştə gedə bilər. Parlamentdə mühakizəkarlar
hökumətə etimad göstərib-göstərməmək məsələsini qoydular.
Liberallar da öz tərəflərindən təklif etdilər ki, xüsusi koalisiya
yaratsınlar və bu koalisiya «Kempbellin işi» məsələsini təhqiq etsin.
Səsvermədə liberalların təklifi mühafizəkarlar tərəfindən qəbul edildi
və oktyabr ayının 8-də qəbul edildi.
Makdonald bu hadisədən
istifadə edərək bildirdi ki, parlament
hökuməti etimad göstərmədiyi üçün o, parlamenti buraxır. İcmalar
palatasına seçkilər 1924-cü ilin oktyabr aynıın 29-na təyin edildi.
1924-cü il seçkiləri mühafizəkarlara uğur gətirdi. Onlar parlamentdə
413 yer tutdular. Leyboristlər 151, liberallar isə cəmi 40 yer aldılar.
1924-cü ilin noyabrın 7-də mühafizəkarların hökuməti təşkil
edildi. Hökumətin başçısı Stenli Bolduin oldu. Xarici işlər naziri
185
vəzifəsini isə Nevil Çemberlen tutdu. Maliyyə naziri vəzifəsini isə
Uinston Çörçill tutdu. Bu hökümət özünün birinci dərəcəli vəzifəsini
ingilis kapitalizmini sabitləşdirmək hesab edirdi. Lakin, onlar bunu
fəhlə sinfinin əmək haqqını aşağı salmaq, sosial
xərcləri ixitsar etmək
hesabına etmək Istəyirdilər. Bu İngiltərə fəhl sifniinin kəskin
etirazına səbəb oldu. 1925-ci ildə ilk tətilə mədənçilər başladılır.
Kömür sənayesi İngiltərə iqitsadiyyatında mühüm rol oynayırdı və
metallurgiya, gəmiqayırma, maşınqayırma sənayesi üçün baza hesab
edilirdi. Ölkə əhalisinin 1/12 hissəsi kömür sənayesi ilə bağlı
fəaliyyət göstərirdi.
1925-ci ilin yazında dördlərin ititfaqı təşkil olundu ki, buraya
mədənçilərin, dəmiryolçuların, nəqliyyatçıların və maşınqayıranların
həmkarlar ititfaqları daxil oldular. Baş Şura Xüsusi Sənaye komitəsi
təşkil etdi.
Fəhlə sinfinin birgə hərəkatı İngiltərə hakim dairələrini
qorxuya saldı, 1925-ci il 31 iyul İngiltərə tarixinə «qırmızı cümə
günü» kimi daxil oldu. Hökumət məcbur oldu ki, elan etsin ki, 9 ay
müddətində fəhlələrin əmək haqqı olduğu kimi qalacaqdır. Bu
hadisədən sonra hökumət fəhlə sinfi ilə yeni toqquşmalara ciddi
hazırlıq görməyə başladı. Tred-yunionların Britaniya konqresinin baş
şurası sazişçi mövqe tutdu, danışıqlar yolu ilə hökumətlə razılığa
gəldi. On aylıq müddət qurtaran kimi şaxta
sahibləri lokaut elan
etdilər, lakin mədənçilər yenidən onların şərtlərini rədd etdilər.
Hökumət ölkədə fövqaladə vəziyyət elan etdi. Fəhlələrin mübarizədə
qətiyyətliliyi Baş Şuranı ümumi tətil elan etməyə məcbur etdi.
Ümumi tətil 1926-cı ilin may ayının 4-də başladı, yekdililk və
mütəşəkkillik şəraitində keçdi. Ümumi tətil iştirakçılarının sayı
ailələri ilə birlikdə 18 milyon nəfərə yaxın idi. Bu isə ölkə əhalisinin
40%-i demək idi. Hər yerdə tətil komitələri və fəaliyyət şuraları
yaradıldı. Çox hallarda bu orqanlar yerli hakimiyyətin funksiyasını
yerinə yetirirdilər. İngilis fəhlələrinin mübarizəsi bütün dünyada
proletar həmrəyliyi dalğası yaratdı. Bəzi ölkələrdə тятилчилярин xeyrinə
vəsait toplanması işi başlandı. Ordu, polis, dövlət aparatı, təbliğat
maşını, ştreykbrexerlər - bütün tədbir və vasitələrdən tətilləri
yatırmaq üçün istifadə edildi. Tredyunonların liderləri fəhlə sinfinin
qələbəsini istəmirdilər və ondan qorxurdular. Onlar özlərinin bütün
səylərini tətili pozmağa yönəltdilər. 1926-cı ilin mayın 12-də Baş
Şuranın rəhbərliyi ümumi tətilin dayandırıldığını elan etdi. Fəhlələr
186
bu qərarı narazılıqla qarşıladılar. Fəal tətilçilərə divan tutulmasına
başlanıldı. Mədənçilər yeddi ay müddətində tətil etdilər. Kömür
sənayeçilərinin
və hökumətin təzyiqi, həmkarlar ititfaqı liderlərinin
sazişçilik siyasəti, aclıq və ehtiyac şaxtaçıları geri çəkilməyə məcbur
etdi. 1926-cı ilin dekabrında onlar işə qayıtdılar. Mədənçilərin əmək
haqqı aşağı salındı, iş günü isə artırıldı. Məğlub olmasına
baxmayaraq ümumi tətilin mühüm siyasi əhəmiyyəti var idi. Bu XX
əsrdə Britaniyada ən böyük siyasi döyüş idi. O, fəhlələrə qiymətli
dərs verdi.
Tətilçilərin məğlubiyyəti burjuaziyanın fəhl sinfi üzərinə
hücumunu asanlaşdıdı. Bu fəhlələrin istismarının güclənməsində və
onların həyat səviyyəsinin aşağı düşməsində əks olundu. Parlament
1927-ci ildə həmkralar ittifaqları və sənayedə «münaqişələr
haqqında» qanun qəbul etdi. Fhələlərin «ştreykbrekerlər xartiyası»
adlandırdığı bu qanun ümumi tətilləri və piketləri qadağan edirdi.
Ümumi tətil edənlərin məlğub olmasının əsas səbəbi ingilis
burjuaziyasıın daha təcrübəli və mütəşəkkil olması idi. Fəhlə sinfinin
siyasi hüquqlarına və yaşayış səviyyəsinə burjuaziyanın basqını
sənayenin səmərələşdirilməsini
və ingilis kapitalizminin
sabitləşməsini əldə etmək məqsədi ilə edilirdi. Tred-yunionların
rəhbərliyində 1927-ci ildən başlanmış burjuaziya ilə tam sinfi
əməkdaşlığa keçmək hərəkatı da bu məqsədə yönəlmişdi. Tred-
yunionların 1927-ci ilin sentyabrında keçirilmiş konqresində
konqresin sədri Corc Hiks sahibkarları müraciət edərək «birgə cəhd
göstərərək sənaye məhsuldarlığını artırmaq və fəhlələrin yaşayış
səviyyəsini yüksəltmək» üçün əməkdaşlıq etməyi təklif etdi.
1927-ci ilin noyabrın sonunda ən böyük ingilis inhisarı olan
imperiya Kimya trestinin rəhbəri Alfred Mondun başçılığı altında 20
inhisar bildirdi ki, sənayenin və sənaye münasibətlərinin yenidən
təşkilinin» ümumi məsələlərini onunla müzakirə etməyə hazırdır. Bu
«mondizm» adı ilə məşhur olan sinfi mübarizədən tamamilə əl
çəkmək və burjuaziya ilə hərtərəfli əməkdaşlıq etmək siyasətinin
yeridilməsinin başlanması demək idi.
Baş şuranın rəhbərləri mahiyyət etibarı ilə ingilis həmkarlar
ititfaqlarını sinfi əməkdaşlıq alətinə çevirməyi və tətillərin
başlanmasının qarşısını almağı öz öhdələrinə götürmüşdülər. Bu
təəhhüdün müqabilində sahibkarlar həmkarlar ititfaqlarının bəzi
hüquqlarını qəbul etməyə razılıq vermişdilər.