187
1928-ci ildə seçki islahatı keçirərək yaşı 21-ə çatmış qadınlara
seçki hüququ verməklə də mühafizəkarlar
hökumətinin xarakteri
dəyişilmədi. 1928-ci ilin seçki hüququ islahatı xalq kütlələrinə güzəşt
idi, lakin o, yaxın gələcəkdə olacaq növbəti seçiklərdə hakim
partiyanın üstünlüyünü əldə etmək məqsədini güdürdü. Bu islahat
həm də ona görə lazım idi ki, 1928-ci ilin sonunda ingilis
burjuaziyasının fəhlə sinfini cilovlamaq təşəbbüslərinin boşa
çıxacağını göstərən əlamətlər meydana gəlmişdi. 1928-ci ilin
sonunda və 1929-cu ilin əvvəlində olan tətillər göstərdi ki, İngiltərədə
tətil hərəkatı yenidən fəallaşmağa başlamalıdır.
Birinci dünya müharibəsi vaxtında və müharibədən sonrakı
dövrdə İngiltərə ilə onun dominionları arasındakı münasibətlərdə
böyük dəyişikliklər əmələ gəldi. Dominionlarda
kapitalizmin inkişaf
etmiş və möhkəmlənmişdi, bunun əsasında isə dominionlarda ayrıca
millətlər və dövlətlər formalaşmağa başlamışdı. Bu amillərin təsiri
İngiltərə imperializminin zəifləməsi dominionlara, İngiltərədən bir
sıra siyasi və iqtisadi xarakterli güzəştlər almağa imkan verirdi.
Dominionlar muxtariyyət hüququna malik olduqlarından
müharibədən sonra onların cəhdləri xarici siyasət sahəsində öz
hüquqlarının genişləndirilməsinə yönəldilmişdi. Metropoliyalarla
dominionların münasibətlərini tənzim edən hüquq normaları ilə
Britaniya imperiyasındakı dominionların əsil vəziyyətləri arasında
əmələ gəlmiş uyğunsuzluq ildən-ilə daha aydın nəzərə çarpırdı. 1926-
cı ilin oktyabr-noyabr aylarında İngiltərə və dominioların
nümayəndələrinin iştirakı ilə keçirilən imperiya konfransı bu
normaları faktiki vəziyyətə uyğun şəklə salmalı idi.
İmperiya konfransı qərara aldı ki, İngiltərə və dominionlar
«nizamnaməyə əsasən bərabərdirlər, daxili və ya xarici işlərdə heç bir
cəhətdən
biri digərinə tabe deyildir, ümumi dövlət tərkibində və
Britaniya millətlər birliyinin üzvü kimi azad surətdə birləşmiş olsalar
da Britaniya imperiyasının tərkibində muxtar cəmiyytələrdir».
Bununla da daxili və xarici siyasət sahələrində dominionların
sərbəstliyi və onların İngiltərə ilə hüquq bərabərliyi elan edilirdi. Bu
dominionların hakim dairələrinin arzularına uyğun gəlirdi. Eyni
zamanda dominionlar Britaniya imperiyasının tərkibində qalırdılar ki,
bu da İngiltərənin mənafeyinə uyğun idi.
İngiltərənin hakim dairələri nisbi sabitləşmə dövründə
antisovetizm siyasəti yeridirdilər ki, bu da 1927-ci ilin fevralında
188
İngiltərə tərəfindən SSRİ ilə diplomatik münasibətlərin kəsilməsinə
səbəb oldu.
Nisbi sabitləşmə illərində İngiltərə ilə digər kapitalist
dövlətlər arasında münasibətlərdə soyuqluq artdı. 1926-cı il dekabr
ayının 12-də qalib ölkələr Almaniya iqtisadiyyatı üzərindəki hərbi
nəzarəti götürdülər. Bununla da, Versal
sülh müqaviləsinin
müddəalarından birindən imtina etməli oldular. Almaniyanın iqtisadi
qüdrəti ona imkan verdi ki, O, İngiltərə, Fransa və ABŞ qarşısında
məsələ qaldırdı ki, qoşunlarını tezliklə Reyn zonasından çıxartsınlar,
həmsinin təzminatın miqdarını aşağı salsınlar. Bu məsələ ilə əlaqədar
1929-cu ilin avqustunda Haaqada keçirilən konfransda kəskin
müzakirələr oldu. Təzminat məsələsi ilə əlaqədar «Yunq planı» qəbul
edildi. Təzminatın miqdarı aşağı salındı. Haaqa konfransı həmçinin
qərar qəbul etdi ki, qalib dövlətlərin qoşunlarının Reyn zonasından
köçürülməsi 1930-cu ilin ortalarından başlansın.
Bu dövrdə İngiltərə ilə ABŞ arasında xammal mənbələri
üstündə mübarihə gücləndi.
1924-1929-cu illərdə hakimiyyətdə olan
mühafizəkarlar ingilis
kapitalizminin sabitləşməsinə nail olmaq uğrunda inadlı mübarizə
aparmalarına baxmayaraq buna tam nail ola bilmədilər.
İngiltərə iqtisadiyyatı 1929-cu ilə qədər 1913-cü il səviyyəsini
keçə bilmədi, ona isə çox çətiniklə çata bildi. İngiltərə tarixçiləri
etiraf edirlər ki, “İkinci Bolduin hökumətinin fəaliyyətinin nəticələri
təsəlliverici deiyldir”.
Növbəti parlament seçkiləri 1929-cu ilin may ayının 13-də
eçirildi. Leyboristlər bu seçkilərdə parlamentdəki yerlərin 287-ni
mühafizəkarlar – 260-nı, liberallar isə 59-nu tutdular.
Lebyoristlər partiyası icmalar palatasında digər iki partiya ilə
müqayisədə çoxluq qazandı.
1929-cu ilin iyun ayının 7-də Makdonald ikinci leyborist
hökumətini təşkil etdi. Portfellər leyborist rəhbərlərindən olan
Makdonald, Tomas, Snouden, Klaynç, Hendersona verildi.
Baş nazir
Makdonald, Xarici işlər naziri Henderson, maliyyə naziri Snouden,
daxili işlər naziri Klayns oldu. İkinci leyborist hökuməti birinciyə
nisbətən daha sağ mövqedə dayanırdı. Leyborist hökumətinin ilk
tədbirlərindən biri Lankaşir toxucularının əmək haqqının aşağı
salınması oldu. Toxucuların həmkarlar ittifaqı buna kəskin etirazını
bildirdikdə, sahibkarlar lokaut elan etdilər.
189
Leyboristlər partiyası seçkiqabağı platformalarında SSRİ ilə
diplomatik münasibətləri bərpa edəcəklərini vəd etmişdilər. Lakin
onlar hakimiyyətə gəldikdən dərhal sonra bunu etmədilər. Ancaq
1929-cu ilin oktyabr ayının 3-də SSRİ ilə İngiltərə arasında
diplomatik münasibətlər bərpa edildi.
Ümumiyyətlə nisbi sabitləşmə illərində İngiltərə iqitsadiyyatı
durğunluq dövrü keçirdi. 1930-cu ilin birinci kvartalında İngiltərədə
istehsalın səviyyəsi özündən qabaqkı illərlə müqayisədə aşağı düşdü,
bu da onu göstərirdi ki, ölkə iqtisadi böhranının başlanğıcı fazasına
daxil olmuşdur.
Böyük Britaniya dünya iqtisadi böhranı illərində
(1929-1933-cü illər)
1929-cu ilin oktyabrında ABŞ-da başlanan iqtisadi böhran öz
miqyasına görə 20-ci əsrin ən böyük böhranı kimi tarixə daxil oldu.
1929-1933-cü illərin iqtisadi böhranı kapitalizmin bütün
tarixi boyu ən dərin böhran kimi səciyyələndirilə bilər.
Demək olar
ki, dörd il ərzində kapitalist ölkələrinin iqtisadiyyatı tam təşkil edilə
bilməyəcək durğun bir vəziyyətdə qalmış oldu.
Böhran, dünyada 50 milyondan daha çox insanın işsiz
qalmasına səbəb olmuşdur. Dünyada ümumi istehsalın həcmi 42%,
dünya ticarətinin həcmi isə 65% azalmışdır. Bu rəqəmlərin hansı
dərəcədə təsirli olduğunu başa düşmək üçün 1929-cu ildən əvvəl baş
verən heç bir iqtisadi böhran nəticəsində dünya ticarətinin 7%-dən
daha çox kiçilmədiyinə nəzər salmaq kifayətdir.
Dünya iqtisadiyyatına belə güclü təsir edən böhranın səbəb
və nəticələrini araşdırmaq üçün Birinci dünya müharibəsi sonrasında
yaranan sosial – iqtisadi və siyasi almiləri nəzərdən keçirmək
vacibdir.
Müharibədən sonra kapitalist dünyasında hegemonluğu
əlində saxlayan ABŞ 1924-1929-cu illərdə stabilizasiya dövrü
keçirdi. ABŞ bu dövrdə dünya dövlətləri arasında yeganə kreditor idi.
Sənayenin yeni sahələrinə olan çox yüksək təlabat, iqtisadiyyatın
inkişafına zəmin yaratmaqla bərabər, eyni zamanda ölkədə iqtisadi
mühitin olduqca spekulativ xarakter almasına şərait yaradırdı. Buna
misal olaraq 1926-1928-ci illərdə Floridada yaşanan daşınmaz əmlak
böhranını göstərmək olar. 1926-cı ildən
başlayaraq təbii şəраитlərə
190
əlaqədar olaraq (Bu əyalətdə qış qonşu ərazilərlə müqayisədə daha
münasib idi) Floridadakı daşınmaz əmlakların qiymətinin həddindən
artıq dəyər qazanması ümüdi ilə buraya böyük investisiyalar
qoyulmuşdu. 1928-ci il 18 sentyabrda isə gözlənilmədən baş verən
qasırğa bütün planları alt-üst etdi və bu əraziyə qoyulan
investisiyalar böyük zərərə səbəb oldu. Yüksək qiymətə satın alınmış
daşınmaz mülk və torpaq sahələrini nəinki öz dəyərinə, dəyərindən
bir neçə dəfə ucuz qiymətə belə satmaq mümkün olmadı.
Yuxarıda qeyd edilən spekulasiyanın iqtisadiyyatın normal
fəaliyyətinə nə qədər güclü təsir etdiyini nəzərə alsaq dünya böhranı
öncəsi ABŞ iqtisadiyyatının nə dərəcədə həssas olduğunu görərik.
Dünya böhranının baş vermə səbəbləri:
1. ABŞ-dakı böyük şirkətlərin maliyyə gücləri idi. Birinci
dünya müharibəsindən sonra bir çox xırda
və orta müəssisələr
birləşməiş və iri inhisar birlikləri meydana gəlmişdi. Böhran
astanasında ABŞ iqtisadiyyatının 50%-dən çoxunu cəmi 200-ə qədər
holdinq təşkil edirdi. Bu hpldinqlərdən hər hansı birinin iflası
ümumilikdə iqtisadiyyata ciddi zərbə vura bilərdi ki böhran dövründə
də gözlənildiyi kimi oldu.
2. İkinci səbəb Amerikada həmin dövr üçün Bankçıqla bağlı
qanunvericiliyin təkmil olmaması ilə əlaqədar bankların ehtiyat
limitlərinin olmaması idi. Bank sisteminin iqtisadiyyatın “qan –
damar sistemi” funksiyasını olduğunu nəzərə alsaq bu sahədəki
problemlər iqtisadi sistem üçün böyük təhlükə idi.
3. Böhranla bağı ən mühüm səbəblərdən biri isə Amerikanın
dünyа dövlətləri arsında yeganə kreditor olması idi. Bu isə, hər
şeydən əvvəl bütün dünyanın Amerika iqtisadiyyatından asılılığını
artırırdı. Yəni Amerikada yaran biləcək hər hansı bir problem бütün
dünya ölkələrinə bilavasitə təsir edirdi.
Yuxarıda göstərilən amillərin təsiri nəticəsində 1929-cu il 3
oktyabr tarixindən başlayaraq artıq Nyu-York birjasında qiymətlərin
artımı tamamilə dayanmış, hətta qiymətlər aşağı düşməyə başlamışdı.
Bir neçə iri holdinqin səhmləri də birjada dəyərdən düşməyə başladı.
21 oktyabr tarixində artıq bütün investorlarын əllərində olan
səhmləri satmağa başlaması artıq fəlakətin əsas
xəbərçisi rolunu
oynadı. 24 oktyabr tarixində isə artıq birjada bütün qiymətlər son
həddə qədər aşağı düşdü. 1929-cu ilin qiymətləri ilə 4,2 milyard